Magistraturaya qəbul olmuş şəxslərin elektron qeydiyyatı bu tarixdə başa çatır

Magistraturaya qəbul olmuş şəxslərin elektron qeydiyyatı bu tarixdə başa çatır

Ali təhsil müəssisələrinin və AMEA-nın magistratura səviyyəsinə qəbul olmuş şəxslərin elektron qeydiyyat prosesi davam edir.

Təhsil Nazirliyindən  verilən məlumata görə, qeydiyyat prosesi 26 iyul saat 23:59-da başa çatacaq.

Bakalavrlar https://portal.edu.az platformasında qeydiyyatdan keçməli, yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməlidirlər.

 Qeyd edək ki, magistratura səviyyəsi üzrə elektron qeydiyyat prosesinə dəstək olmaq üçün yaradılmış alternativ qeydiyyat mərkəzləri bu şənbə- 24 iyul tarixində fəaliyyət göstərir. Mərkəzlər 25 iyul tarixində fəaliyyət göstərməyəcək.