Sunday, 19 Sentyabr 2021 00:11
Yeni Azərbaycan Televiziyası
Bakı
İstanbul
Moskva
"Narkomaniya məhv edir" adlı maarifləndiri tədbir təşkil olunub

"Narkomaniya məhv edir" adlı maarifləndiri tədbir təşkil olunub

Gəncədə gənclərin iştirakı ilə "Narkomaniya məhv edir" adlı maarifləndiri tədbir təşkil olunub.
 
Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsi, Gəncə Gənclər Evi və Ombudsmanın Gəncə Regional Mərkəzi ilə birgə Azərbaycan Gəncliyi 2017-2021-ci illərdə Dövlət Proqramının 5.2.1 yarımbəndinin (Gənclərin sağlam həyat tərzi (narkomaniya, tütün, alkoqol və digər psixoaktiv maddələrin mənfi təsiri, infeksion və qeyri-infeksion xəstəliklərin profilaktikası, sağlam qidalanma) icrası ilə bağlı maarifləndirmə tədbirlərinin keçirilməsi, biliklərinin artırılması və davranışlarının təkmilləşdirilməsi) uyğun olaraq "Narkomaniya məhv edir" adlı maarifləndirici tədbir keçirilib.
 
Çıxışlar zamanı narkomaniyanın insan sağlamlığına, mənəviyyatına və psixologiyasına törətdiyi fəsadlar haqqında geniş bəhs edilib. Ölkə Prezidenti cənab İham Əliyev tərəfindən 22 iyul 2019-cu il tarixdə imzalanan sərəncam ilə təsdiq edilən narkomanlığa qarşı mübarizəyə dair “2019–2024-cü illər üçün Dövlət Proqramı” haqqında geniş məlumat verilərək bildirilib ki, bu gün bəşəriyyəti düşündürən ən ağrılı problemlərdən biri də cəmiyyətin ciddi bəlasına çevrilən narkomaniyadır. Həmçinin çıxışlar zamanı narkomaniya ilə mübarizədə bütövlükdə cəmiyyətin, eləcə də hər bir fərdin qarşılıqlı fəaliyyətinə, barışmaz münasibətinə və əməli köməyinə ehtiyac olduğu vurğulanıb.
Tədbirin sonunda diskussiya təşkil olunub, ətraflı fikir mübadiləsi aparılıb.
 
ABŞ-ın MLI İnstitutu Azərbaycana 10 minaaxtaran it göndərdi

ABŞ-ın MLI İnstitutu Azərbaycana 10 minaaxtaran it göndərdi

Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) uzun illərdən bəri partnyoru olan ABŞ-ın Marşal İrsi İnstitutu tərəfindən (Marshall Legacy Institute, MLI) 2023-cü ilin iyul ayına qədər Azərbaycana 30 baş minaaxataran itin (MAİ) təhvil verilməsi planlaşdırılır. İlk 10 xüsusi təlim keçmiş it Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinə (ANAMA) 23 avqust tarixində Silk Way West Airlines şirkəti tərəfindən təmənnasız olaraq çatdırıldı.

Bu barədə ANAMA-dan  bildirilib ki, Marşal İrsi İnstitutunun prezidenti Perri Baltimorun Azərbaycana səfəri çərçivəsində ANAMA-nın İdarə Heyətinin sədri Vüqar Süleymanovla Anlaşma Memorandumu və müqavilənin imzalanacağı gözlənilir. İmzalanma mərasimi Bakıda 26 avqust tarixində keçiriləcəyi nəzərdə tutulur. Həmçinin, ANAMA-nın Füzuli rayonundakı minaaxtaran itlərin təlim mərkəzini ziyarət məqsədi ilə, MLI nümayəndələrinin işğaldan azad edilən ərazilərə bir günlük işgüzar səfəri planlaşdırılır.

Əsas məqsəd mina və partlamamış hərbi sursatlarla (PHS) yüksək çirklənmənin müşahidə olunduğu Qarabağı görmək, təmizləmə əməliyyatlarının gedişatı ilə tanış olmaqdır.

30 baş minaaxtaran itdən 18-nin ABŞ-ın Marşal İrsi İnstitutu tərəfindən donorlar hesabına maliyyəşməsi həyata keçiriləcək. Marşal İrsi İnstitutunun mütəxəssisi də Azərbaycanda 10 iti müşaiyət etməkdədir. Səfər bir neçə günlük nəzərdə tutulub və əsas məqsəd uçuş zamanı itlərin narahatçılığının azalmasını təmin etmək, habelə, Azərbaycana gəldikdə iqlimləşmə və yeni bələdçilərlə uyğunlaşma prosesinə töhfə verməkdir. Xatırladaq ki, hər iqlim dəyişməsi dördayaqlı minaaxtaranlar üçün ciddi sınaqdır.

 

ANAMA ilə MLI arasında faydalı əməkdaşlıq əlaqələri 2005-ci ildən başlayıb və davam etməkdədir. Bugünədək ABŞ Dövlət Departamentinin və fərdi donorların dəstəyi ilə Marşal İrsi İnstitutu tərəfindən Azərbaycanın minatəmizləmə proqramına 36 baş mina axtaran və 4 baş partlayıcı axtaran it hədiyyə edilib və həmin itlər Agentlikdə təlim və akkreditasiya keçərək təyinatı üzrə əməliyyatlara qoşulub. İtlər müvafiq akkreditasiya və hazırlıq mərhələlərini keçdikcə, işğaldan azad edilmiş ərazilərdə mina və partlayıcı sursatların təmizlənməsi əməliyyatlarına cəlb olunur.

Səhiyyə Nazirliyi peyvənd olunmaq istəyən vətəndaşlara müraciət edib

Səhiyyə Nazirliyi peyvənd olunmaq istəyən vətəndaşlara müraciət edib

“Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq ölkə üzrə peyvəndlənmə prosesi davam edir.

Səhiyyə Nazirliyidən YAZTV-yə verilən məlumata görə, vətəndaşlar randevu.its.gov.az saytına daxil olaraq, “COVID-19 vaksin randevu” elektron xidmətindən istifadə etməklə koronavirus xəstəliyi əleyhinə vaksinasiya üçün onlayn qaydada növbə götürməlidir. Lakin bəzi vətəndaşlar koronavirus xəstəliyi əleyhinə vaksinasiya üçün onlayn növbə götürmədən birbaşa olaraq tibb müəssisəsinə müraciət edirlər. Bu da təbii olaraq, tibb müəssisələrində sıxlığa səbəb olur.

Peyvənd məntəqəsindəki tibb işçilərinin vəzifəsi onlayn növbə ilə poliklinikaya yaxınlaşan vətəndaşları peyvəndləməkdən ibarətdir. Tibbi personalın əsasən qadınlardan ibarət olmasını nəzərə alsaq, poliklinikaların həyətində yaranan növbənin onlar tərəfindən tənzimlənməsi çox çətindir. Bu işdə yardım üçün tibb müəssisələri yerli icra orqanlarına müraciət edəcək.

Belə halların baş verməməsi üçün vətəndaşlarımızdan bir daha xahiş edirik ki, koronavirus xəstəliyi əleyhinə vaksinasiya üçün https://randevu.its.gov.az/ saytından onlayn qaydada növbə götürsünlər və təyin olunan vaxta uyğun məntəqəyə yaxınlaşsınlar.

Abşeronda 26 yaşlı qadını keçmiş əri qətlə yetirib

Abşeronda 26 yaşlı qadını keçmiş əri qətlə yetirib

Abşeron rayonunda qadın əri tərəfindən qətlə yetirilib.

Abşeron rayon prokurorluğundan  verilən məlumata görə, hadisə avqustun 24-də baş verib. Abşeron rayonunun Qobu qəsəbəsi ərazisində 1995-ci il təvəllüdlü Sultanova Kəmalə Gülmirzə qızının qəsdən öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, digər prosessual hərəkətlər yerinə yetirilmişdir.

Aparılmış araşdırmalarla zərərçəkmişin keçmiş əri 1989-cu il təvəllüdlü Sultanov Nurlan Nazim oğlunun şəxsi münasibətlər zəmnində aralarında yaranmış mübahisə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək Kəmalə Sultanovanı yaşadığı evin yaxınlığında qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.

Nurlan Sultanov könüllü olaraq təslim olduqdan sonra şübhəli şəxs qismində istintaqa cəlb edilib..

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

İsmayıllıda şəhidin cənnətdəki ilk doğum günü qeyd olunub

İsmayıllıda şəhidin cənnətdəki ilk doğum günü qeyd olunub

Ərazilərimizin bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Cahan Məmmədzadənin doğum günü Təzəkənd kənd qəbiristanlığında məzarı ziyarət olunaraq mövcud pandemiya qaydalarına uyğun olaraq qeyd edilib. Rayon İcra Hakimiyyətinin başçısı, RİH-nin məsul əməkdaşları, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İsmayıllı rayon şöbəsinin əməkdaşları, Gənclər və İdman idarəsinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşları, ictimaiyyətin nümayəndələri, şəhidin ailəsi, yaxınları,şəhid ailələri, kənd sakinləri onun xatirəsini ehtiramla anıb, məzarı önünə əklil və gül dəstələri düzülüb, ruhuna dualar oxunub.

Mərasimdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ötən ilin sentyabrın 27-də başlanan və zəfərlə başa çatan Vətən müharibəsində qazanılan qələbənin tarixi əhəmiyyətindən, şəhidlərimizin şərəfli döyüş yolu keçməsindən və onların xatirəsinin heç bir zaman unudulmayacağından danışıb. RİH başçısı torpaqlarımızın azadlığı uğrunda şəhid olan igid oğulların ölməzliyini vurğulayıb, şəhid valideyinlərinə Allahdan səbir, qazilərimizə şəfa diləyib.

Çıxış edənlər şəhid Cahan Məmmədzadənin keçdiyi şərəfli ömür yolundan danışıb və şəhidlərimizin qanının yerdə qalmadığını söyləyib. M. Əzimov adına Təzəkənd kənd tam orta məktəbin şagirdləri şəhidə həsr olunmuş kompozisiya ilə çıxış ediblər. Yaşasaydı bu gün Cahanın 27 yaşı olacaqdı.

Cahan Məmmədzadə 1994-cü il avqustun 24-də Sumqayıt şəhərində anadan olub. 2000-2011-ci illərdə Mirzağa Əzimov adına Təzəkənd kənd tam orta məktəbində təhsil alıb. 2012-2014-cü illərdə hərbi xidmətdə olub. 2015-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim və Tədris mərkəzinin “Gizir hazırlığı kursu”nu bitirib. Gizir Cahan Məmmədzadə 2016-cı ildə Aprel döyüşlərində də fəal iştirak etmişdir.  44 günlük Vətən Müharibəsində Cəbrayıl və Füzuli rayonlarının işğaldan azad edilməsində fəal iştirak edərək noyabr ayının 5-da Şuşa şəhəri istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur.

Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Cahan Məmmədzadə ölümündən sonra "Vətən uğrunda", "Hərbi xidmətlərə görə", "Şuşanın azad olunmasına görə"  medalları ilə təltif edilib.

Gəncənin Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə tutulması nəticəsində  zərərçəkən sakinlərlə növbəti görüş keçirilib

Gəncənin Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə tutulması nəticəsində zərərçəkən sakinlərlə növbəti görüş keçirilib

Məlum olduğu kimi, Ermənistan silahlı qüvvələrinin Gəncəni raket atəşinə tutması nəticəsində onlarla fərdi yaşayış evi və mənzil tamamilə dağılıb, minlərlə şəhər sakininin əmlakına ciddi ziyan dəyib. Artıq 6 aydan çoxdur ki, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən dəymiş ziyanın aradan qaldırılması istiqamətində iş aparılır.

Fərdi yaşayış evi və mənzillərində bərpa, təmir-tikinti işləri həyata keçirilən vətəndaşların müraciətlərində yer alan məsələlərin birbaşa Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə aid olduğunu nəzərə alaraq, Gəncə Şəhər İcra Hakimiyyəti  sakinlərlə podrat işlərinin şifarişçisi olan komitə üzvləri arasında görüş təşkil edib.

Görüşdə Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Səməd Tomuyev, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi-Tikinti Planlaşdırma Mərkəzinin sədr müavini İlqar Sadıqov və digər aidiyyəti qurumların nümayəndələri iştirak ediblər.

Gəncə Şəhər İcra Hakimiyyətində baş tutan görüşdə zərərçəkən sakinləri narahat edən məsələlər müzakirə olunub, onları maraqlandıran suallar cavablandırılıb. Müzakirələr zamanı üzə çıxan problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verilib.

"ASAN xidmət"də şəxsiyyət vəsiqələri ilə bağlı müraciət saatlarına dəyişiklik edilib

"ASAN xidmət"də şəxsiyyət vəsiqələri ilə bağlı müraciət saatlarına dəyişiklik edilib

Bakı, Sumqayıt və Gəncə "ASAN xidmət" mərkəzlərində vətəndaş müraciətlərinin daha çox olduğu şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi ilə bağlı xidmət saatlarına dəyişiklik edilib.

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən  verilən məlumata görə, dəyişikliyə əsasən həmin mərkəzlərdə müvafiq xidmətlə bağlı həftənin beş günü saat 09:00-dan 20:00-dək fasiləsiz növbə sistemi fəaliyyət göstərir.

Eyni zamanda vətəndaş məmnunluğunun və operativliyin təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Ədliyyə Nazirliyi ilə birgə xidmət prosesində təkmilləşdirmə işləri aparılır.

Vətən Müharibəsi Qəhrəmanı Gəncədə böyük coşqu ilə qarşılanıb

Vətən Müharibəsi Qəhrəmanı Gəncədə böyük coşqu ilə qarşılanıb

Azərbaycanın Vətən Müharibəsi Qəhrəmanı Qasımov Anar Misir oğlu öz doğma şəhərinə gəlib. Azərbaycan Respublikasının hərbi qulluqçusu Gəncənin Şəhidlər Xiyabanında böyük coşqu və hörmətlə qarşılanıb. Burada onu Gəncə Şəhər İcra Hakimiyyətinin nümayəndələri, "Cavad Xan” Tarix-Mədəniyyət Fondunun üzvləri və şəhərin aktiv gəncləri qarşılayıblar.

Görüşdə 44 günlük Vətən müharibəsi zamanı döyüş meydanında düşmənə qan udduran Azərbaycan əsgərinin şücaətindən danışılıb, polkovnik-leytenant Anar Qasımovun timsalında xalqımıza zəfər sevincini yaşadan Rəşadətli Azərbaycan Ordusunun zabit və əsgərlərinə təşəkkür edilib. Polkovnik-leytenant Anar Qasımova Quran kitabi ve gəncəlilər üçün mərdlik simvolu sayılan Cavad xanın dəbilqəsi hədiyyə olunub. Daha sonra Anar Qasımov Şəhidlər Xiyabanında dəfn olunan I və II Qarabağ müharibəsi şəhidlərinin məzarlarını ziyarət edib.

Qeyd edək ki, Vətən Müharibəsi Qəhrəmanı, polkovnik-leytenant Anar Qasimov Murov zirvəsinin, Hadrut qəsəbəsinin, Cəbrayıl, Füzuli və Şuşa şəhərlərinin işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərib.

Xatırladaq ki, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zaman igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Respublikasının Prezidenti liham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən 83 nəfərə Vətən Müharibəsi Qəhrəmanı adı verilib. Onlardan 49 nəfəri sağlığında, 34 nəfəri isə olümündən sonra bu ada layiq görülüb.

Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsində yeni təyinat olub

Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsində yeni təyinat olub

Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin Gəncə şəhər bölgəsi üzrə yeni şöbə müdürü təyin olunub. YAZTV bildirir ki, bu vəzifəyə Məmmədov Həsən Surxay oğlu təyin  edilib.

Qeyd edək ki, Həsən Məmmədov uzun illər Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini işləyib. Bu müddət ərzində Gəncə şəhərinin  ictimai-siyasi həyatında fəal iştirakı ilə seçilib. 2015-ci ildə Prezident İlham Əliyevin müfaviq sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.

Ailəlidir. 3 övladı var.

Xalqın sevgisinə dayanan şərəfli missiya

Xalqın sevgisinə dayanan şərəfli missiya

Tarixin bütün dövrlərində xalqın taleyüklü məsələlərinin həll edilməsinə öz töhfələrini verən xanımlar öz adlarını qəlbimizə həkk etməyi bacarmışlar. Azərbaycan qadını cəmiyyətin mühüm sahələrində öz fəal mövqeyini saxlayır.

Prezidentimiz cənab İlham Əliyev də qadınların cəmiyyətdə olan mühüm rolunu qiymətləndirərək qeyd etmişdir: “Tariximizin hər bir dövründə qadınlarımız cəmiyyətin sarsılmaz mənəvi dayağı olmuş, ölkəmizin bu günkü simasının müəyyənləşməsi üçün böyük fədakarlıqlar göstərmişlər.”
Cənab Prezident İlham Əliyev  tərəfindən  Mehriban xanım Əiyevanın Azərbaycan Respublikasınn Birinci vitse-prezident təyin edilməsi də cəmiyyətdə qadın iştirakçılığına, bütövlükdə qadına verdiyi önəmin bariz göstəricisidir. 

Xalqın taleyini öz taleyində yaşayan Mehriban Əliyevanın mənəvi, ictimai və siyasi  vəzifəni, məqsədi ülvi bir sevgiylə daşıması, vətəninə, xalqına qəlbinin sonsuz istəyi ilə xidmət etməsi ictimai mühitə gəldiyi ilk vaxtlardan görünməyə başladı. Mehriban xanım hələ ilk gəncliyindən öz çalışqanlığı ilə hər yerdə və hər zaman birincilik statusunu qazanması, müvəffəqiyyətlərə nail olması ilə fərqlənib. 

Mehriban xanımın öz xalqının maraqlarının müdafiəsinə yönəldilmiş hərtərəfli fəaliyyəti Azərbaycan qadınının cəmiyyətin həyatında rolu barədə aydın təsəvvür yaradır. O, humanizm və qayğı kimi keyfiyyətləri təcəssüm etdirən rəmzə çevrilməklə hamı üçün gözəllik, xeyirxahlıq və mərhəmət nümunəsi oldu. Hazırda Azərbaycan qadını Mehriban Əliyeva ilə, onun nüfuzu ilə haqlı olaraq fəxr edir, ondan nümunə götürür. O, təbiətin, cəmiyyətin və öz mənəvi tələbatlarının əvvəlcədən müəyyənləşdirdiyi bütün sahələrdə özünü reallaşdıra bilən həmahəng, məqsədyönlü və güclü qadınlar üçün etalon oldu. Bundan başqa, onlar Mehriban xanımın simasında təkcə lider və ya ictimai xadim deyil, həm də köməyə ehtiyacı olanlara yardım əlini uzatmağa hazır olan etibarlı dayaq, doğma insan görürlər.

Respublikanın Birinci vitse-prezidenti  Mehriban xanım Əliyevanın ictimai-siyasi fəaliyyəti, mədəniyyət sahəsində atdığı addımları, elmi yaradıcılığı ilə Azərbaycan qadınlarına həmişə örnəkdir.

Mehriban xanımın  müstəqil dövlətçiliyimizin möhkəmlənməsi yolunda apardığı ideoloji mübarizəsinə, ümumən gördüyü işlərə nəzər yetirəndə bu xidmətin həcmini təsəvvür etmək, ölkənin və xalqın həyatında yeniliklərlə müşayiət olunan inkişafını görmək, duymaq elə də çətin deyil.
Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev fondunun fəaliyyəti çoxşaxəli və rəngarəngdir. Dünyanın bir çox ölkəsində, o cümlədən Rusiya Federasiyasında nümayəndəliyi olan Heydər Əliyev Fondu yüksək Beynəlxalq nüfuza malikdir. Onu da vurğulamaq gərəkdir ki, fondun prezidenti Mehriban xanım Əliyeva çoxşaxəli fəaliyyətinin nəticəsi olaraq bir çox beynəlxalq mükafatlara layiq görülüb.

Birinci vitse-prezident Mehriban Əliyevanın şəhid ailələrinə və müharibə əlillərinə mərhəməti, qayğısı çoxsaylı ailələrə böyük sevinc bəxş etməklə yanaşı, təqdirəlayiq hal kimi qiymətləndirilir. Bu gün şəhid ailələrinə, müharibə əlillərinə və veteranlarına göstərilən hərtərəfli qayğı nümunəvi xarakter daşıyır. Şəhid ailələrinin, müharibə əlillərinin, veteranlarının sosial ehtiyaclarının dövlət tərəfindən ödənilməsi, həmçinin vətən uğrunda öz canından keçmiş şəhidlərin və Qarabağ müharibəsi əlillərinin övladlarının təhsil haqqından azad edilməsi, eyni zamanda, bu insanların mənzil və avtomobillərlə təmin olunması da ölkə ictimaiyyəti tərəfindən yüksək minnətdarlıqla qarşılanır. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın müvafiq göstərişlərinə əsasən dövlət qurumları bu kateqoriyadan olan insanların problemləri ilə yaxından maraqlanır, problemlərinin aradan qaldırılması üçün mütəmadi olaraq tədbirlər həyata keçirilir.

Mehriban Əliyevanın qarşıya qoyduğu vəzifələrdən biri də bütün bəşəriyyətə məxsus olan tarixi və mədəni abidələrin bərpasıdır. 

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva işğaldan azad edilmiş ərazilərin dirçəlişi istiqamətində quruculuq, bərpa və yenidənqurma işlərinin sürətləndirilməsi ilə bağlı mühüm addımlar atırlar. Avqustun 16-da Cənab İlham Əliyev və Mehriban Əliyevanın Kəlbəcər və Laçın rayonlarına səfəri bu ərazilərin daim diqqətdə saxlanılmasının göstəricilərindəndir.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın vətənin və xalqın taleyində bundan sonra da misilsiz rolu olacağına, ölkənin sürətli və davamlı inkişafına yeni  töhfələr verəcəyinə xalqın inamı böyükdür. Bu inamı yaradan başlıca amil onun hər zaman dövlətçiliyimizə, xalqımıza  xidmət etmək istəyi, arzusudur. 

Mehriban xanım Əliyevanın hərtərəfli fəaliyyəti insanları xeyirxah işlərə ruhlandırır, cəmiyyətdə mərhəmət və şəfqət kimi daimi dəyərlərin möhkəmlənməsinə xidmət edir.
 
Prof.A.M.Bayramov
ADAU-nun İctimai elmlər və multikulturalizm kafedrasının müdiri

Velosiped İdmanı Federasiyası şəhid ailəsini ziyarət edib

Velosiped İdmanı Federasiyası şəhid ailəsini ziyarət edib

Azərbaycan hərbçiləri Türkiyədə təlimdə

Azərbaycan hərbçiləri Türkiyədə təlimdə

Azərbaycan Ordusunun hərbçiləri Türkiyədə təlimdə iştirak edəcək.

YAZTV-nin xəbərinə görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, “Qardaş briqada layihəsi” çərçivəsində Azərbaycan Silahlı Qüvvələrinin hərbçiləri Geliboluya gəlib.

““İki dövlət, bir millət” anlayışı ilə tək yumruq olmağa davam edirik”, - deyə məlumatda qeyd olunub. (unikal org)