Saturday, 18 Sentyabr 2021 22:59
Yeni Azərbaycan Televiziyası
Bakı
İstanbul
Moskva
Bugünkü imtahanlarda 2 nəfərdə mobil telefon aşkarlandı

Bugünkü imtahanlarda 2 nəfərdə mobil telefon aşkarlandı

Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə əvvəlki illərin məzunları üçün orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanı, müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyənlər üçün əlavə xarici dil imtahanı, qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyənlər üçün əlavə imtahan, iyun ayında keçirilən buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyən şagirdlər üçün buraxılış imtahanı, eksternat qaydasında imtahan verənlər üçün buraxılış imtahanları keçirilib.

DİM-dən verilən məlumata görə, ümumi orta təhsil səviyyəsi üzrə keçirilən imtahanda 1 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric olunub. Bundan əlavə, imtahanda iştirak etməli olan abituriyentin əvəzinə başqa bir şəxsin imtahana gəlməsi halı da müəyyən edilib. Dövlət qulluğuna qəbul imtahanında da 1 nəfərdə mobil telefon aşkar edilib. Qeyd olunan qayda pozuntuları protokollaşdırılıb və müvafiq araşdırma aparılacaq.

Məhərrəm ayı başladı

Məhərrəm ayı başladı

Hicri-qəməri təqvimi ilə Məhərrəm ayı başlayıb.

YAZTV xəbər verir ki, Miladi təqvimi ilə avqustun 10-u Məhərrəm ayının ilk günüdür.

Hicri-qəməri təqvimi ilə 1442-ci il başa çatır, yeni 1443-cü ilin başlanğıcı – Məhərrəm ayının 1-i Miladi təqvimlə avqustun 10-na, Məhərrəm ayının 10-u - Aşura günü isə avqustun 19-na təsadüf edir.

Beləliklə, Hicri-qəməri təqvimi ilə 1442-ci il başa çatıb və 1443-ci il daxil olub.

Məhərrəmlik bu il də dünyada davam edən koronavirus pandemiyası ilə əlaqədar müvəqqəti məhdudiyyətlər şəraitində keçəcək. Məcburi karantin tədbirləri virus təhlükəsinin çoxalmaması üçün insanların sıx toplaşmaması qaydalarını nəzərdə tutur. Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, sosial məsafənin təmini mümkün olmayan kütləvi mərasimlərdə virusa yoluxma sayının artma təhlükəsini nəzərə alaraq, Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası və səlahiyyətli nümayəndələri tövsiyə ediblər ki, bu il Məhərrəmlik dönəmində məscid və ziyarətgahlarda ibadətlərin və mərasimlərinin karantin qaydalarına uyğun olaraq keçirilməsi vacibdir.

Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının və səlahiyyətli nümayəndələri Məhərrəm ayının başlaması ilə əlaqədar vətəndaşlara müraciətdə bildiriblər ki, son illər Məhərrəmlik dönəmində Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsü ilə gerçəkləşən və xalqımız tərəfindən təqdir edilən tibbi ehtiyaclar üçün Kərbəla şəhidlərinin xatirəsinə qan verilməsi ən münasib əzadarlıq nümunəsidir: "Ümidvarıq ki, inşAllah, dindarlarımız bu il də humanist ənənəni davam etdirərək, pandemiya səbəbindən qan bankının paytaxtda və bölgələrdəki filiallarında, habelə digər səhiyyə ocaqlarında İmam Hüseyn xatirinə ehsan niyyəti ilə qan verəcəklər. Həmin məkanların ünvanları Qafqaz Müsəlmanları İdarəsinin rəsmi veb səhifəsində (www.qafqazislam.com) yerləşdirilib.

QMİ-nin yerlərdəki qazıları, səlahiyyətli nümayəndələri və imamları bu Müraciətin müddəalarını dindarların nəzərinə çatdırmalı, müvafiq dövlət qurumları ilə əməkdaşlıq və koordinasiya edərək, dini ayinlərin operativ qərargahın qayda və tövsiyələrinə riayət olunması şərti ilə yerinə yetirilməsini təmin etməlidirlər".

DİM növbəti imtahanların tarixini elan etdi

DİM növbəti imtahanların tarixini elan etdi

Dövlət İmtahan Mərkəzi tərəfindən 11 avqust 2021-ci il tarixində ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə aşağıdakı imtahanların keçirilməsi nəzərdə tutulub.

DİM-dən  verilən məlumata görə, həmin tarixdə aşağıdakı imtahanların keçirilməsi nəzərdə tutulur:

1. Əvvəlki illərin məzunları üçün orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanı;

2. Müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyənlər üçün əlavə xarici dil imtahanı;

3. Qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyənlər üçün əlavə imtahan;

Yuxarıdakı 3 kateqoriyaya aid olan abituriyentlər buraxılış vərəqəsini verilən linkdən (https://eservices.dim.gov.az/brxv) çap edirlər.

4. İyun ayında keçirilən buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyən şagirdlər üçün buraxılış imtahanı;

5. Eksternat qaydasında imtahan verənlər üçün buraxılış imtahanı.

4-cü və 5-ci kateqoriyaya aid olan şagirdlər isə imtahana buraxılış vərəqəsini bu linkdən (https://eservices.dim.gov.az/sagirdbv/?frm=egov) çap edirlər.

İmtahanlar Bakı, Naxçıvan, Gəncə, Şəmkir, Sumqayıt, Abşeron, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Şirvan, Sabirabad, Lənkəran, Cəlilabad və Xaçmaz rayonlarında təşkil olunacaq.

“İmtahana buraxılış vərəqəsi”ndə imtahanın keçiriləcəyi tarix, şəhər (rayon), bina, zal, başlanma vaxtı və abituriyentin (şagirdin) imtahan binasına gəlmə vaxtı və s. məlumatlar qeyd olunub.

İmtahanlar saat 10:00-da başlanır.

İmtahanların başlanmasına 15 dəqiqə qalmış – saat 09:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.

Abituriyentlər (şagirdlər) imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

- İmtahana buraxılış vərəqəsi;

- Sağlamlıq haqqında bəyannamə (buraxılış vərəqi ilə birlikdə çap edirsiniz və imzalayırsınız. İmtahana buraxılış vərəqəsi şagirdin özündə saxlanıldığı, sağlamlıq haqqında bəyannamə isə imtahan nəzarətçisinə təhvil verildiyi üçün hər iki sənəd ayrıca vərəqdə çap olunmalıdır);

- Şəxsiyyəti təsdiq edən sənədin əsli:

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

- Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 53 imtahan binası, 892 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 53 ümumi imtahan rəhbəri, 147 imtahan rəhbəri, 1098 nəzarətçi-müəllim, 106 buraxılış rejimi əməkdaşı (mühafizə), 53 bina nümayəndəsi ayrılıb.

İmtahanlarda ümumilikdə 11552 abituriyentin (şagirdin) iştirakı nəzərdə tutulur.

Dövlət İmtahan Mərkəzi tərəfindən avqustun 11-də dövlət qulluğunda inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul olmaq üçün də test imtahanı keçiriləcək.

İmtahan Bakı şəhərində təşkil olunacaq. İmtahanda iştirak etmək üçün BA qrupu üzrə 446, BB qrupu üzrə 996, ümumilikdə isə 1442 namizəd qeydiyyatdan keçib.

Qeydiyyatdan keçmiş namizədlər DİM-in internet saytına daxil olaraq “İmtahana buraxılış vərəqəsi”ni çap etməlidirlər.

İmtahan bütün binalarda eyni vaxtda – saat 10:00-da başlanır. Saat 09:45-dən sonra gələn namizədlər imtahana buraxılmır. Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.

İmtahanın keçirilməsi üçün 6 bina, 132 zal, 6 ümumi imtahan rəhbəri, 15 imtahan rəhbəri, 127 nəzarətçi‑müəllim, 12 buraxılış rejimi əməkdaşı ayrılıb.

Niyazi Bayramov sakinlərə müraciət etdi

Niyazi Bayramov sakinlərə müraciət etdi

Hörmətli şəhər sakinləri və şəhərimizin qonaqları!

Bir ildən artıq müddətdir ki, dünyada, eləcə də doğma Azərbaycanımızda yeni növ koronavirus infeskiyasına (COVİD-19) qarşı ciddi mübarizə aparılmaqdadır. Ölkə Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva daim əhalinin sağlamlığını düşünürlər və onların rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin mərkəzində insan amili dayanır.

Məlumunuz olduğu kimi, cənab Prezident İlham Əliyevin göstərişi əsasında, Nazirlər Kabinetinin Sərəncamı ilə 2020-ci il 30 yanvar tarixində “Azərbaycan Respublikasında yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair Fəaliyyət Planı” təsdiq edildi. Eyni zamanda, koronavirus xəstəliyinin Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsi məqsədilə Nazirlər Kabinetinin yanında aidiyyəti dövlət orqanlarının və qurumlarının rəhbər şəxslərindən ibarət Operativ Qərargah yaradıldı və bütün bu tədbirlər pandemiya ilə mübarizədə öz müsbət təsirini göstərdi. Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası” qəbul olunub. Məhz dövlət başçısının müdrik və uzaqgörən siyasətinin nəticəsidir ki, Azərbaycan vaksin əldə edən ilk ölkələrdəndir.

Nazirlər Kabineti yanında Operativ Qərargahın tapşırıq və tövsiyələrinə uyğun olaraq, respublikamızın bütün şəhər və rayonlarında olduğu kimi, Gəncədə də pandemiyanın yayılmasının qarşısının alınması istiqamətində əməli tədbirlər həyata keçirilir və bu barədə şəhər ictimaiyyətinə müntəzəm məlumat verilir. Lakin qəbul etməliyik ki, infeksiyaya qarşı ən effektli mübarizə vasitəsi peyvənd (vaksin) hesab olunur. Hazırda şəhərimizdə vaksinasiya prosesi uğurla həyata keçirilir.

Əziz sakinlərimiz,

Biz birlikdə güclüyük! Birlik və həmrəylik nümayiş etdirməklə, vaksinasiya prosesində aktiv iştirak edək və pandemiyaya birgə qalib gələk. Unutmayaq ki, biz peyvənd olunmaqla özümüzlə yanaşı, yaxınlarımızı, doğmalarımızı, ümumiyyətlə, bütün cəmiyyətimizi qorumuş oluruq. Hər birinizə sağlam həyat arzu edirəm.

Ümrə ziyarəti ilə bağlı şərtlər müzakirə edilir – QMİ

Ümrə ziyarəti ilə bağlı şərtlər müzakirə edilir – QMİ

Səudiyyə Ərəbistanı Krallığını Həcc və Ümrə Nazirliyi Ümrə ziyarəti ilə bağlı şərtləri açıqlayıb.

Qafqaz Müsəlmanları İdarəsindən  verilən məlumata görə, hazırda Ümrə ziyarəti üçün qoyulan şərtlər idarə tərəfindən müzakirə edilir. Bildirilib ki, ziyarət üçün şərtlər pandemiya qaydalarına uyğundur

Ümrə ziyarətinə 18 yaşdan yuxarı olan və koronavirusa qarşı peyvənd olunmuş şəxslər gedə bilərlər. Ümrə ziyarəti üçün Pfizer, AstraZeneca, Moderna, Johnson&Johnson vaksinləri keçərlidir. Lakin gələcəkdə Sinovac və Sinopharm vaksinlərinin də keçərli olması nəzərə alına bilər. Eyni zamanda Ümrə ziyarətinə gedənlər Səudiyyə Ərəbistanında test verəcəklər və cavab neqativ çıxdığı halda ziyarətə icazə veriləcək.

 

 
 
 
 
 
 
Ad - 00:03
Orbit Azerbaijan

 

QMİ-dən bildirilib ki, bütün bu şərtlər ətraflı müzakirə edildikdən sonra müvafiq qərar qəbul ediləcək.

Əhalinin peyvəndləşməsi ilə bağlı İsmayıllıda növbəti iclas keçirilib

Əhalinin peyvəndləşməsi ilə bağlı İsmayıllıda növbəti iclas keçirilib

08 avqust 2021-ci il tarixdə İsmayıllı Rayon İcra Hakimiyyətində İnzibati Ərazi Dairələri üzrə nümayəndəliklərin iştirakı ilə pandemiya qaydalarına uyğun olaraq  geniş iclas keçirilib.
 
İclas zamanı 18 yaşdan yuxarı sakinlərin vaksinasiya olunması və xüsusi karantin rejimində şənlik mərasimlərinin, toy, nişan və s. tədbirlərin keçirilməsi zamanı xüsusi karantin rejimi qaydalarına nəzarətin daha da gücləndirilməsi barədə tapşırıqlar verilib.

Həmçinin iclasda gündəlikdə duran digər məsələlər, ərazilərdə məişət tullantılarının təmizlənməsi, su ilə bağlı problemlərin aradan qaldırılması və yanğın təhlükəsizliyinin qarşısının alınması ilə əlaqədar məsələlər də müzakirə edilib.

Məlumat üçün bildiririk ki, şənlik mərasimlərinin (toy, nişan, ad günləri və s.) tələblərə uyğun təşkil edilməsinə və keçirilməsinə nəzarəti həyata keçirmək üçün Rayon İcra Hakimiyyəti başçısının 29 iyun 2021-ci il tarixli 94 nömrəli sərəncamına əsasən İsmayıllı Rayon İcra Hakimiyyətində Operativ Qərargah yaradılıb. Rayon İcra Hakimiyyəti başçısı aparatının, Rayon Polis Şöbəsinin əməkdaşları və mobil qrupların iştirakı rayon ərazisində fəaliyyət göstərən şadlıq saraylarında mütəmadi olaraq reydlər keçirilir, vaksinasiya olunmaq barədə pasportlar yoxlanılır  və maarifləndirmə işləri aparılır.

Qeyd edək ki, bununla yanaşı eyni zamanda Qida Təhlükəsizliyi Agentliyinin Şamaxı Regional bölməsinin və 10 saylı Ərazi Vergilər İdarəsinin əməkdaşları tərəfindən də mütəmadi reydlər keçirilir.

Bir daha vətəndaşlarımıza bildirmək istəyirik ki, bir ildən artıqdır ki, həyatımıza daxil olub tanışlarımızı, yaxınlarımızı, əzizlərimizi bizdən ayıran və daim bizi qorxu içərisində yaşadan bu xəstəlikdən tamamilə xilas olaraq normal həyatımıza qayıtmaq üçün "Biz Birlikdə Güclüyük" şüarı ilə bir olub yoluxmaların qarşısının alınması və vaksinasiya tədbirlərində fəal iştirak etməliyik.

Milli parkda ceyranın tələf olmasının səbəbləri açıqlanıb

Milli parkda ceyranın tələf olmasının səbəbləri açıqlanıb

Zəif fərdlərin təbii amillər səbəbindən tələf olması təbiətin qanunudur

Şirvan Milli Parkında ceyranın yaralanması ilə bağlı sosial şəbəkədə yayılan məlumatla bağlı Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Səmədova  bildirib ki, dünən Şirvan Milli Parkının əməkdaşları tərəfindən yaralı ceyran tutularaq baytar tərəfindən müayinə olunub. İlkin yardım göstərilsə də, təəssüf ki, həyatını xilas etmək mümkün olmayıb.

Xidmət rəsmisinin sözlərinə görə, ceyrandakı xəsarət güllə yarası deyil.

“Vəhşi təbiətdə yırtıcı-şikar münasibətləri ekosistemin tarazlığını təmin edir, heyvanların yırtıcı təqibindən müdafiəsi zamanı zədə alması halları baş verir və bu da vəhşi təbiətdə baş verən normal hadisədir”.

 

A.Səmədova bildirib ki, populyasiyada itkinin olmaması mümkün deyil, nisbətən zəif fərdlərin xəstəlik, yırtıcı təqibi və s. təbii amillər səbəbindən tələf olması təbiətin qanunudur və bu hadisə ilk dəfə baş verən hadisə deyil.

“Unutmamalıyıq ki, ceyran həm də milli parkda yaşayan digər yırtıcı heyvanların qidasıdır. Təbiətdə yüz illərlə baş verən təbii prosesləri cəmiyyətdə təşviş obyektinə çevirmək doğru deyil”.

Bu həftə 127 hektar ərazi minadan təmizlənib

Bu həftə 127 hektar ərazi minadan təmizlənib

Avqustun 2-dən 8-dək 127 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

YAZTV-nin məlumatına görə, bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik hesabatında deyilir.

Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarının ərazilərində aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 180 piyada əleyhinə mina, 3 tank əleyhinə mina və 112 partlamamış hərbi sursat aşkarlanıb.

Gəncədə “Əngəlsiz MODA” layihəsi həyata keçirilib

Gəncədə “Əngəlsiz MODA” layihəsi həyata keçirilib

Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, Gənc İnsan Hüquq Müdafiəçiləri İctimai Birliyi, GÜVƏN Xeyriyyə və Dostluq Cəmiyyəti və “Gəncə Maarif Evi”nin təşkilatçılğı, Gəncə ASAN Könüllülərinin iştirakı, “OKSY Lady” şirkətlər qrupunun sponsorluğu  ilə “Əngəlsiz moda” layihəsi baş tutub. 
 
Gəncənin Heydər Əliyev Park-Kompleksindəki Amfiteatrın səhnəsində baş tutan tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. 
 
Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 
 
Daha sonra tədbir iştirakçılarına layihə barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, “Onların qabiliyyəti fiziki məhdudiyyətindən üstündür” devizi ilə həyata keçirilən layihənin məqsədi və özəlliyi xüsusi qayğıya ehtiyacı olan uşaqları sevindimək, onların cəmiyyətə inteqrasiyasına dəstək olmaqdır. Sağlamlıq imkanları məhdud insanların cəmiyyətə İnteqrasiyası önəmlidi, vacibdir. Bu barədə ən böyük rolu cəmiyyət oynayır. Məhz cəmiyyət birinci və ən önəmli olan mənəvi yardımını xüsusi qayğıya ehtiyacı olan insanlardan əsirgəməməlidir. 
 
Rəsmi hissədən sonra Gəncə İcma Əsaslı Reabilitasiya Mərkəzindən (UAFA) bəhrələnən uşaq və yeniyetmələrin iştirakı ilə moda nümayişi baş tutub. Tədbirin qonaqları və tamaşaçılar tərəfindən xüsusi rəğbət və alqışlarla qarşılanan nümayiş maraqlı anlarla yadda qalıb. 

 

Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə avqust ayının pensiyaları ödənilib

Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə avqust ayının pensiyaları ödənilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə avqust ayının pensiyaları ödənilib.

Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən  bildirilib ki, vətəndaşlar pensiyalarını bank kartları vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.

Qeyd edək ki, güzəştli şərtlərlə pensiya hüququna malik pensiyaçılar istisnadır.

Sabahdan Məhərrəm ayı başlayır

Sabahdan Məhərrəm ayı başlayır

Sabahdan, avqustun 10-dan Məhərrəm ayı başlayır.

YAZTV xəbər verir ki, Məhərrəm ayının başlamasından 10 gün sonra, yəni avqustun 19-da Aşura günüdür.

Sentyabrın 8-dən başlayacaq Səfər ayı oktyabrın 7-də başa çatacaq.

Hicri təqviminin ilk iki ayında (Məhərrəm və Səfər ayları) Azərbaycanın əksər bölgələrində toy mərasimləri təxirə salınır.

Qeyd edək ki, Məhəmməd peyğəmbərin (s) nəvəsi imam Hüseyn (ə), onun ailə üzvləri və tərəfdarları Hicri-qəməri təqvimi ilə 61-ci ildə Kərbəlada şəhid ediliblər.

Sabirabad Rayonunun Zəngənə kəndindən olan ikinci vətən müharibəsinin ilk şəhidi Nağiyev Fərid Poladxan oğlunin doğum günü ilə əlaqədar  anım mərasimi keçirilib

Sabirabad Rayonunun Zəngənə kəndindən olan ikinci vətən müharibəsinin ilk şəhidi Nağiyev Fərid Poladxan oğlunin doğum günü ilə əlaqədar anım mərasimi keçirilib

Sabirabad Rayonunun Zəngənə kəndindən olan ikinci vətən müharibəsinin ilk şəhidi Nağiyev Fərid Poladxan oğlunin doğum günü ilə əlaqədar, şəhidin böyüyüb başa çatdığı Sabirabad rayonunun Zəngənə kəndində anım mərasimi keçirilib. Mərasimi Sabirabad rayon gənclər və idman idarəsinin rəisi Nadir Quliyev, Sabirabad rayonunda Vətən
 
Müharibəsi Şəhidləri haqqında məlumat verib. Sonra Sabirabad Şəhər Əzrazi Nümayəndəsinin müavini Nizami Ağayev, Azərbaycan Vətən Müharibəsi Veteranları İçtimai Birliyinin Sabirabad rayon Şöbəsinin sədri Faiq Hüseynov, Qafqaz Ruhanilər İdarəsinin Sabirabad rayonu üzrə nümayəndəsi Ağakərim Sadıqov, Şəhidin əsgər yoldaşararı çıxış edərək şəhidimizin əziz xatirəsini böyük hörmətlə yad ediblər. Sabirabad rayonunun Qruzma kənd orta məktəbinin şagirdi, Şəhid Həsən Həsənovun bacısı qızı Qıztamam Həsənova şəhidlərimizə ithaf etdiyi şeri səsləndirib. Şəhidin babası İnqiıab Nağıyev çıxış edərək mərasim iştirakçılarına minnətdalığını bildirb.
 
Sonra Şəhidin ruhuna dualar oxuyub. Mərasimdə onun doğmaları və yaxınları ilə bərabər rayon içtimayyətinin nüməyəndələri və digər Şəhid ailələri iştirak ediblər.