Ronaldodan Eriksenə dəstək

Ronaldodan Eriksenə dəstək

Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo Danimarka yığmasının yarımmüdafiəçisi Christian Eriksenə dəstək olub.

YAZTV xəbər verir ki, o, bununla bağlı özünün "İnstaqram" səhifəsində yazıb:

“Düşüncələrimiz və dualarımız Kristian Eriksen və ailəsi ilədir. Futbol dünyası xoş xəbər ümidi ilə birləşir.

Tezliklə meydanda görüşməyi səbirsizliklə gözləyirəm Kris! Güclü olun!".

Qeyd edək ki, K.Eriksen Avro-2020-nin qrup mərhələsinin ilk turunda Finlandiya ilə matçda huşunu itirib. Onun hazırda durumunun sabitləşdiyi bildirilir. (qol az)