"Sumqayıt" daha bir futbolçusu ilə müqaviləni uzatdı

"Sumqayıt" daha bir futbolçusu ilə müqaviləni uzatdı

2021/22 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” daha bir futbolçusu ilə müqaviləni yeniləyib.

YAZTV klubun saytına istinadən xəbər verir ki, qapıçı Aydın Bayramovla 1+1 sistemi ilə anlaşma imzalanıb.

 Qeyd edək ki, 2019-cu ildən “Sumqayıt”da çıxış edən Aydın Bayramov ümumilikdə 16 oyun keçirib. Bayramov həmçinin Azərbaycanın U-21 və “A” millilərinin də şərəfini qoruyub. (qol az)