Uduzduğunu görüb rəqibinin qulağını dişlədi

Uduzduğunu görüb rəqibinin qulağını dişlədi

Yeni Zelandiya boksçusu David Nyika, bu gün keçirilən Olimpiadanın boks oyunundakı rəqibi Youness Baallaya qarşı 5-0 hesabı ilə qələbə qazanıb.

YAZTV "Guardian"a istiandən xəbər verir ki, hər iki raundu asanlıqla keçən David, bu dəfə də rəqibini üstələyib.

Lakin, 22 yaşındakı Baalla, onun qulağını dişləməyə cəhd edib. Bu hadisədən şoka düşən Yeni Zelandiya boksçusu vaxtında manevr etməyi bacarıb. 

Daha sonra o, hakimin həmin hadisəni görməməsinə təəccübləndiyini bildirib:

"Qulağımı tam dişləyə bilmədi. Xoşbəxtlikdən onun dişlərini qoruyan cihaz var idi və mən də tərli idim. O, daha əvvəl Qızıl Sahil Birlik Oyunlarında sinəmdən də bir dəfə dişləmişdi.  Ancaq bu, olimpiadadır". 

Rəqibin Tokiodakı kontingentinin sözçüsü isə onlara göndərilən elektron müraciətə cavab verməyib.  (unikal org)