"Yuventus" Kuadrado ilə bağlı qərarını verdi

"Yuventus" Kuadrado ilə bağlı qərarını verdi

"Yuventus" futbolçusu Xuan Kuadrado ilə yeni müqavilə imzalayacaq.

YAZTV İtaliya mətbuatına istinadən xəbər verir ki, kolumbiyalı yarımmüdafiəçi ilə müqavilənin müddəti 2023-cü ilin iyununa kimi uzadılacaq.Tərəflərin oktyabrın əvvəlində yeni müqaviləyə imzalayacağı bildirilib. Maliyyə detalları isə açıqlanmayıb.

 Qeyd edək ki, Kuadradonun Turin təmsilçisi ilə hazırkı müqaviləsi 2022-ci ilin yayı başa çatır. (qol az)