Ronaldo hamını qabaqlayır

Ronaldo hamını qabaqlayır

"Forbes" 2021/22 mövsümündə ən çox qazancı olan futbolçuların siyahısını açıqlayıb.

YAZTV xəbər verir ki, sıralamaya "Mançester Yunayted"in futbolçusu  Kriştiano Ronaldo rəhbərlik edir.  36 yaşlı hücumçu vergilər çıxılmadan 125 milyon dollar qazanır. 

 2-ci yerdə PSJ-nin oyunçusu Lionel Messidir - 110 milyon dollar. Onun komanda yoldaşlarından Neymar 4-cü, (95 milyon dollar) Kilian Mbappe isə (43 milyon dollar) 5-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, Ronaldo avqustun 31-i "Mançester Yunayted"lə 2+1 illik müqavilə imzalayıb.  (qol az)