“Nizami Gəncəvi” adına məktəblərarası futbol yarışması keçirildi

 “Nizami Gəncəvi” adına məktəblərarası futbol yarışması keçirildi
Cari ilin 15 sentyabr tarixində Sabirabad rayon Gənclər və İdman İdarəsinin rəisi Nadir Quliyevin təşkilatçılığı ilə “Nizami Gəncəvi” adına məktəblərarası futbol yarışması keçirilmişdir. Yarışda 100 Sabirabad gəncindən ibarət 10 futbol komandası birincilik uğurunda mübarizə aparmışdır.
 
Qeyd edək ki, stadion “Nizami Gəncəvi ili” çərçivəsində Heydər Əliyev Fondu və Çin Xalq Respublikasının Azərbaycandakı səfirliyinin dəstəyi ilə yenidən qurulmuşdur.