Lukas Podolskinin müqaviləsi uzadıldı

Lukas Podolskinin müqaviləsi uzadıldı

Almaniya millisinin sabiq futbolçusu Lukas Podolski Polşanın "Qurnik" klubu ilə müqaviləni yeniləyib.

YAZTV klubun rəsmi saytına istinadən xəbər verir ki, 37 yaşlı hücumçunun sözləşməsi 2023-cü ilin yayınadək uzadılıb.

 Qeyd edək ki, əslən polşalı olan Podolski 2021-ci ildən "Qurnik"də çıxış edir. O, bu mövsüm Polşa çempionatında 27 oyuna 9 qol vurub, 4 məhsuldar ötürmə edib. (qol az)