Bakı Marafonunda Naftalanlı idmançılar uğurla çıxış etdilər

 Bakı Marafonunda Naftalanlı idmançılar uğurla çıxış etdilər
“Küləyə qalib gəl” şüarı altında keçirilən Bakı Marafonunda Naftalanlı idmançılar uğurla çıxış etdilər
 
15 may 2022-ci il tarixdə Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Küləyə qalib gəl” şüarı altında beşinci dəfə keçirilən Bakı Marafonunda (21 km məsafə) Naftalan şəhəri 4 nəfər idmançı ilə təmsil olundu.
 
İdmanın inkişafına dəstək göstərmək və sağlam həyat tərzini təbliğ etmək məqsədilə 2016-cı ildən təşkil olunan Bakı Marafonu – 2022-də şəhərimizi təmsil edən idmançılardan  Əliyev Fuad Fazil oğlu marafonu 212-ci (01 saat 58 dəqiqə 52 saniyə), Vəliyev Sənan Faiq oğlu 492-ci (02 saat 18 dəqiqə 22 saniyə), Adıgözəlov Seymur Avzər oğlu 712-ci (02 saat 29 dəqiqə 45 saniyə), İsayev İsa Əlif oğlu isə 713-cü yerdə (02 saat 29 dəqiqə 45 saniyə) başa vurdular.
 
Ümumilikdə 15000-ə qədər idmançının iştirak etdiyi Bakı Marafonu – 2022-də hər 4 təmsilçimiz medallar ilə təltif olunacaq ilk 1000 finişçilərdən olmuşlar.