Gəncə Olimpiya İdman Kompleksinin yeni direktoru bəlli olub
Sənübər Qocayeva

Gəncə Olimpiya İdman Kompleksinin yeni direktoru müəyyənləşib.
YAZTV-nin məlumatına görə, boks üzrə əməkdar məşqçi olan İntiqam Hüseynov direktor təyin edilib.
O, Tengiz Novruzovu əvəzləyib.
Qeyd edək ki, Gənclər və İdman Nazirliyi aprelin 19-da Gəncə Olimpiya İdman Kompleksi direktor vəzifəsi üzrə işə qəbul elan etmişdi.