Azərbaycan millisinin sabiq futbolçusu Ukrayna klubu ilə müqavilə imzalayıb

Azərbaycan millisinin sabiq futbolçusu Ukrayna klubu ilə müqavilə imzalayıb

"Sumqayıt" klubundan ayrılan Dmitri Nağıyev karyerasını Ukraynada davam etdirəcək.

YAZTV-nin  məlumatına görə, 27 yaşlı müdafiəçi "İnqulets"lə bir illik müqavilə imzalayıb.

Dmitri Nağıyev 2021-ci ilin yanvarından "gənclik şəhəri" təmsilçisinin formasını geyinib. Oyunçu 2018-ci ilin iyulunda "Sumqayıt"la müqavilə bağlasa da, 1 ay sonra Portuqaliyanın I Divizion təmsilçisi "Cova da Piedade" klubuna keçib. Nağıyev Azərbaycanın U-21 millisinin də şərəfini qoruyub.