"Barselona" "Milan"ın futbolçusunu transfer edib

"Barselona" "Milan"ın futbolçusunu transfer edib

İspaniya "Barselona"sı heyətini yeni futbolçu ilə gücləndirib.

YAZTV klubun rəsmi saytına istinadən xəbər verir ki, Kataloniya təmsilçisi İtaliya "Milan"ından Frank Kessyeni transfer edib.

Kot d İvuarlı yarımmüdafiəçi ilə 4 illik müqavilə imzalanıb. 26 yaşlı oyunçuya 500 milyon avro təzminat qiyməti qoyulub.

Qeyd edək ki, "Barselona" Frank Kessyeni iyulun 6-da ictimaiyyətə təqdim edəcək.