"Marsel" klubunun yeni baş məşqçisi bəlli olub

"Marsel" klubunun yeni baş məşqçisi bəlli olub

Fransa "Marsel"inin yeni baş məşqçisi bəlli olub.

YAZTV klubun rəsmi saytına istinadən xəbər verir ki, komanda İqor Tüdora tapşırılıb. Xorvatiyalı mütəxəssislə 2 illik müqavilə imzalanıb.

44 yaşlı baş məşqçi bu vəzifədə 3 gün öncə istefaya göndərilən Xorxe Sampaolini əvəzləyib.

Qeyd edək ki, Sampaoli 2021-ci ilin fevralından komandaya rəhbərlik edirdi. "Marsel" UEFA Konfrans Liqasının pley-off mərhələsinin hər iki oyununda "Qarabağ"a qalib gəlib - 3:1;3:0.