İslamiada: Medal sayına görə 4-cü pillədəyik

İslamiada: Medal sayına görə 4-cü pillədəyik

Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarının 7-ci yarış günündən sonra Azərbaycanın aktivindəki medalların sayı 28-ə yüksəlib.

YAZTV xəbər verir ki, medallardan 7-si qızıl, 10-u gümüş, 11-i bürünc əyarlıdı

Bu nəticə ilə Azərbaycan Qazaxıstanı da geridə qoyaraq, iştirakçı ölkələrin ümumi sıralamasında 4-cü pilləyə yüksəlib. İlk 3 pillədə medal əyarında müvafiq olaraq, Türkiyə 89 (34 qızıl, 30 gümüş, 25 bürünc), İran 39 (15 qızıl, 14 gümüş, 10 bürünc) və Özbəkistan 39 (11 qızıl, 10 gümüş, 18 bürünc) medalla qərarlaşı

İndiyədək ümumilikdə 56 ölkədən 35-i medal qazana bili

Qeyd edək ki, Azərbaycan yığması medallarını 6 növdə – güləş (4 qızıl, 4 gümüş, 5 bürünc), taekvondo (1 qızıl, 2 gümüş, 2 bürünc), idman gimnastikası (1 qızıl, 2 gümüş, 1 bürünc), atletika (1 qızıl, 2 gümüş), para-oxatma (2 bürünc) və ağırlıqqaldırmada (1 bürünc) əldə edi