Monday, 29 May 2023 08:45
Yeni Azərbaycan Televiziyası
Bakı
İstanbul
Moskva
Premyer Liqa: "Qəbələ" "Sabah"ı qəbul edəcək

Premyer Liqa: "Qəbələ" "Sabah"ı qəbul edəcək

Futbol üzrə Azərbaycan Premyer Liqasında IV tura bu gün yekun vurulacaq.

YAZTV-nin məlumatına görə, son oyun günündə liderlər Qəbələdə üz-üzə gələcək.

Şəhərin eyniadlı komandası "Sabah"ı qəbul edəcək. Hər iki kollektiv 3 oyundan sonra maksimum nəticə göstərib və 9 xal toplayıb. Tərəflər indiyədək yerli çempionatda 15 dəfə qarşılaşıblar. Bunların 7-də paytaxt təmsilçisi, 5-də bölgə klubu meydanı 3 xalla tərk edib. Topların nisbətində də qonaqların üstünlüyü var - 21:15.

Azərbaycan Premyer Liqası, IV tur

28 avqust (bazar)

20:00. “Qəbələ” – “Sabah”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Kamal Umudlu
Hakim-inspektor: Gülağa Cabarov
Qəbələ şəhər stadionu

Qeyd edək ki, turun ilk 3 oyununda "Neftçi" evdə "Zirə"ni 2:1, "Səbail" "Kəpəz"i 4:1, "Qarabağ" "Şamaxı"nı 4:0 hesabı ilə yenib. "Sumqayıt" - "Turan Tovuz" matçı isə qolsuz yekunlaşıb - 0:0. 

"Olimpiakos" futbolçusu ilə müqavilənin müddətini uzadıb

"Olimpiakos" futbolçusu ilə müqavilənin müddətini uzadıb

"Qarabağ"ın UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən Yunanıstan "Olimpiakos"u futbolçusu Kostas Fortounis ilə müqavilənin müddətini uzadıb.

YAZTV-nin Afina təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçinin yeni sözləşməsi 2024-cü ilin yayınadək nəzərdə tutulub.

Qeyd edək ki, Kostas Fortounis 2014-cü ildən "Olimpiakos"da çıxış edir. "Köhlən atlar" bu komandaya qarşı ilk matçını oktyabrın 6-də səfərdə, növbəti görüşünü isə bir həftə sonra Bakıda keçirəcək.

UEFA Konfrans Liqasının püşkü atılıb

UEFA Konfrans Liqasının püşkü atılıb

UEFA Konfrans Liqasında qrup mərhələsinin püşkü atılıb.

YAZTV"xəbər verir ki, Türkiyənin İstanbul şəhərindəki mərasimdə 8 qrupun tərkibi dəqiqləşib.

A qrupu:"Başakşehir" (Türkiyə), "" (İtaliya), "Harts" (Şotlandiya), RFŞ (Latviya)

B qrupu: "Vest Hem" (İngiltərə), "Styaua" (Rumıniya), "Anderlext" (Belçika), "Silkeborq" (Danimarka)

C qrupu: "Vilyarreal" (İspaniya), "Hapoel" (Ber-Şeva, İsrail), "Austriya" (Vyana, Avstriya), "Lex" (Polşa)

D qrupu: "Partizan" (Serbiya), "Köln" (Almaniya), "Nitsa" (Fransa), "Slovaçko" (Çexiya)

E qrupu: "AZ Alkmaar" (Niderland), "Apollon" (Limassol, Kipr), "Vaduts" (Lixtenşteyn), "Dnepr-1" (Ukrayna)

F qrupu: "Gent" (Belçika), "Molde" (Norveç), "Şemrok Rovers" (İrlandiya), "Yurqorden" (İsveç)

G qrupu: "Slaviya"(Praqa, Çexiya), ÇFR (Rumıniya), "Sivasspor" (Türkiyə), "Balkani" (Kosovo)

H qrupu: "Bazel" (İsveçrə), "Slovan" (Bratislava, Slovakiya), "Jalgiris" (Litva), "Pünik" (Ermənistan)

Qeyd edək ki, qrup mərhələsinin oyunlarına sentyabrın 8-də start veriləcək.

"Səbail" - "Kəpəz" oyununda insident baş verib

"Səbail" - "Kəpəz" oyununda insident baş verib

Azərbaycan Premyer Liqasında IV turun "Səbail" - "Kəpəz" oyununda qalmaqal baş verib.

YAZTV-nin məlumatına görə, insident 71-ci dəqiqədə yaşanıb. Baş hakim Tural Qurbanov qonaq komandanın futbolçusu Rauf Əliyevi təhqirə yol verdiyi üçün birbaşa qırmızı vərəqə ilə meydandan qovub.

O, dördüncü hakimin xəbərdarlığından sonra bu addımı atıb. Qərarla razılaşmayan 33 yaşlı hücumçu referi ilə mübahisə edib. Əliyev onu söydüyünü iddia edən dördüncü hakim Namiq Bəkirova kənardan eşitdiyi təhqirə cavab verdiyini bildirib. Lakin baş hakimin qərarı dəyişməyib.

Futbolçu meydançanı tam tərk etməyərək, kənarda oyuna baxmağa başlayıb. Referi onu oradan da uzaqlaşdırıb.

Qeyd edək ki, hazırda "Səbail" "Kəpəz"ə qalib gəlir - 3:1.

Qurban Qurbanov: “İddialı bir qrupa düşmüşük”

Qurban Qurbanov: “İddialı bir qrupa düşmüşük”

“İddialı bir qrupa düşmüşük”.

YAZTV-nin məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının qrup mərhələsindəki püşkatmaya münasibət bildirərkən deyib.

50 yaşlı məşqçi bildirib ki, hər bir komandanın qrupdan çıxmaq üçün çox böyük şansı var: “Frayburq” və “Nant” ilk “5-lik” ölkələrinin komandalarıdır. “Olimpiakos” isə illərdir ki, avrokuboklarda mübarizə aparır və iddialıdır. Rəqiblərlə yaxın günlərdə yaxından tanış olacağıq. Hər bir rəqibə qarşı maksimum diqqətlə hazırlaşacağıq. Əgər hər bir rəqibə qalib gəlmək şansımız varsa, çalışacağıq ki, bundan maksimum istifadə edək. Qarşıda bizi maraqlı oyunlar gözləyir. Maraqlı oyun üslubları izləyəcəyik”.

Qeyd edək ki, “Qarabağ” UEFA Avropa Liqasının G qrupunda “Olimpiakos” (Yunanıstan), “Frayburq” (Almaniya) və “Nant”la (Fransa) qarşılaşacaq. Qrupda oyunlara sentyabrın 8-də start veriləcək.

Gəncədə Əməkdar məşqçi Ceyhun Bayramovun 50 illik yubileyi qeyd olunub - FOTOLAR

Gəncədə Əməkdar məşqçi Ceyhun Bayramovun 50 illik yubileyi qeyd olunub - FOTOLAR

Gəncə Şəhər İcra Hakimiyyətinin, Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin dəstəyi, Gəncə Şəhər İdman Liseyinin və 1 nömrəli UGİŞM-nin təşkilatçılığı ilə Azərbaycan Respublikasının əməkdar məşqçisi Ceyhun Bayramovun 50 illik yubileyi münasibətilə tədbir təşkil olunub. 

 İdman Liseyində təşkil olunan tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin, şəhər Gənclər və İdman Baş İdarəsinin, Gəncə İdman Klubunun  1və 2 nömrəli Uşaq Gənclər İdman Şahmat Məktəbinin nümayəndələri, ziyalılar, veteran idmançılar və gənclər iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Tədbirdə  çıxış edən qonaqlar Milli Olimpia Komitəsinin sədri, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən ölkədə idmanın inkişafı istiqamətində ciddi tədbirlərin həyata keçirildiyini və  bu sahənin dövlət siyasətinin pioritetləri sırasında mühüm yerlərdən birini tutduğunu qeyd ediblər. Daha sonra tədbir iştirakçıları  yubilyarı səmimi qəlbdən təbrik edərək, ona xoş ürək sözlərini çatdırıblar. Bildirilib ki, Ceyhun Bayramov karyerası ərzində özünü prinsipial, zəhmətkeş, peşəkar mütəxəssis kimi göstərib. Məhz bu xüsusiyyətlərinin nəticəsidir ki, bu gün onun yetirmələri müxtəlif beynəlxaq yarışlarda Dövlət Himnimizi səsləndirir və bayrağımızı yüksəldirlər.  

Ceyhun Bayramov çıxış edərək Azərbaycanda idmanın inkişafına göstərilən xüsusi diqqət və qayğıya görə ölkə rəhbərliyinə  öz dərin minnətdarlığını bildirib. 

Daha sonra Ceyhun Bayramova 50 illik yubileyi münasibətilə Gəncə şəhərinin ictimai həyatında və idman sahəsindəki səmərəli fəaliyyətinə görə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısının “Təşəkkürnamə”si təqdim olunub.  

Sonda idman ustasının idman fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.

Qeyd edək ki, Bayramov Ceyhun Vilayət oğlu  25 avqust 1972-ci ildə Gəncə  şəhərində anadan olub. 2005-ci ildə Azərbaycan Respublikası əməkdar məşqçisi adına layiq görülüb.  SSSR-i idman ustası, Sambo, Cüdo və Armrestlinq idman növləri üzrə Azərbaycan idman ustası, Azərbaycan Respublikası Fəxri Bədən Tərbiyə və İdman işçisi və Cüdo üzrə Azərbaycan Respublikasının Əməkdar məşqçisidir. Dəfələrlə müxtəlif mükafatlarla təltif olunub. Hazırda 1 nömrəli Uşaq Gənclər İdman Şahmat Məktəbində dərs hissə müdiri vəzifəsində çalışır.

Azərbaycan cüdoçuları dünya çempionatını 3 medalla başa vurub

Azərbaycan cüdoçuları dünya çempionatını 3 medalla başa vurub

Azərbaycan cüdoçuları Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən yeniyetmələr arasında dünya çempionatını üç medalla başa vurub.

YAZTV-nin məlumatına görə, yarışın sonuncu günündə iki idmançı mübarizəyə qoşulub.

90 kq-dan yuxarı çəki dərəcəsində çıxış edən Ramazan Əhmədov ilk görüşündə Con Messe Bessonqa (Kanada) uduzub.

Qadınların yarışında 70 kq-dan yuxarı çəkidəki Nigar Süleymanova Sevinc Turakulovanı (Özbəkistan) və Morqan De Paolini (İtaliya) mübarizədən kənarlaşdırsa da, Selia Kankanın (Fransa) müqavimətini qıra bilməyib. Təsəlliverici görüşdə Yovana Styepanoviçə (Serbiya) məğlub olan Süleymanova medalsız qalıb.

Qeyd edək ki, daha əvvəl Şahin Oruczadə (55 kq) gümüş, Nizami İmranov (66 kq) və Aydan Vəliyeva (48 kq) bürünc medala yiyələnib.

"Qarabağ"ın rəqibinin baş məşqçisi: "Dörd futbolçu transfer etmək istəyirik"

"Qarabağ"ın rəqibinin baş məşqçisi: "Dörd futbolçu transfer etmək istəyirik"

"Biz 4, hətta 5 oyunçu almaq istəyirik. Ancaq real götürsək, 4 transfer yaxşı olardı".

YAZTV-nin məlumatına görə, bunu "Qarabağ"ın UEFA Avropa Liqasının qrup mərhələsində rəqibi olan Fransanın "Nant" klubunun baş məşqçisi Antuan Kombuare deyib.

O bildirib ki, hazırda heyətdə olan futbolçuları komandada saxlamaq istəyir. Çünki "Nant"ın yarımmüdafiəçisi Lüdovik Blas "Lill"in maraq dairəsində olduğundan, bazar günü "Tuluza"ya qarşı çempionat matçında oynamaq istəmir. Bununla belə, Kombuare sentyabrın 1-dək daha 4 transfer etmək niyyətindədir. 58 yaşlı məşqçi bunun çətin olduğunu da vurğulayıb:

"Transfer pəncərəsinin son günlərində futbolçu almaq asan deyil. Səhv etməmək üçün ehtiyatlı olmaq lazımdır. Biz bir-birimizi aldatmamalıyıq. Kim ki mənə özü haqda məlumat göndərirsə, onu bloklayıram. Mən transfer gözləyirəm, ancaq həqiqi transfer. Profilə baxıb transfer etməyə biz heç vaxt razılaşmayacağıq.

Ona görə də heç kim bura gəlmir. Mənə oyunçular təklif edirlər, mən də buna əsasən hərəkət edirəm. Heç bir oyunçu mənim razılığım olmadan paltardəyişmə otağına daxil ola bilməz. Əks halda o yolun kənarında oynayacaq".

Mən idmançının rəisiyəm, yalnız idmançının. Gələnləri də, gedənləri də deyirəm. Bu belə olur. Mən qərar vermədiyim üçün bizə təqdim olunan futbolçular barədə yenilik yoxdur. Buna qərar vermədiyim gün burada olmayacağım gündür".

Azərbaycanın millisinin rəqibinin beş oyunçusu zəhərlənib

Azərbaycanın millisinin rəqibinin beş oyunçusu zəhərlənib

Azərbaycanın qadın voleybol millisinin AVRO-2023-ün təsnifat mərhələsindəki rəqiblərindən olan Avstriyanın əsas heyət üzvlərindən 5-i zəhərlənib.

YAZTV-nin məlumatına görə, bu barədə Avstriya Voleybol Assosiasiyasının rəsmi saytına yığmanın baş məşqçisi Roland Şvab açıqlama verib.

O, Qrats şəhərindəki seçmə oyunda Sloveniyaya 2:3 hesabı ilə uduzmalarını Dana Şmit, Nikolina Maroş, Aida Mehiç, Anna Oberhauzer və Tamina Huberin qarşılaşmadan əvvəl mədə-bağırsaq sistemində problemlər hiss etmələri ilə əlaqələndirib. Bu səbəbdən, Şvab görüşə çətin vəziyyətdə başladıqlarını bildirib:

"Toppaylayıcı Dana Şmit oyuna başlaya bilmədi, bu, komanda üçün ağır zərbə oldu. Lakin sonradan oyuna girdi. Onun üçün asan olmasa da, gözəl oyun nümayiş etdirdi. Dana kimi Nikolina Maros, Aida Mehiç, Anna Oberhauzer və Tamina Huber son 2 gün yataqda olub. Yenə də qələbə qazanmağa çox yaxın idik. Sloveniyaya qarşı ilk oyunla müqayisədə irəliləyiş vardı. 2 setdə onlara qalib gəldik, amma 3 set qalib gəlmək istəyirəm. Qazandığımız bir xal bizi yarışdan qopmamaq üçün saxlayır. Azərbaycanda bizə qələbə lazımır".

Avstriya millisinin liberosu Anna Oberhauzer də zəhərləndiklərindən, oyunun onlar üçün asan keçmədiyini qeyd edib: "Təəssüf ki, düzgün olmayan nə isə yemişdik və oyuna yaxşı formada çıxmamışdıq. Buna baxmayaraq, biz matçda mübarizə apardıq və hətta çox yaxşı voleybol nümayiş etdirdik. Təəssüf ki, 5-ci setdə oyunu qələbə ilə başa vura bilmədik. İndi biz bərpa olunub, Azərbaycanla səfərə başlayacağıq. Ümid edirik ki, bu top-komandaya qarşı xallar toplaya biləcəyik".

Kapitan Nikolina Maroş isə isə bildirib ki, əsas "6-lığ"ın bir çox oyunçusu xəstələndiyindən, oynamaq çətin olub: "Nə etmək olar? Hər hansı xəstəlik olmadan hazırlaşa bilsək, növbəti oyunlarda mütləq daha yaxşı çıxış edəcəyik".

Qeyd edək ki, Azərbaycan millisi həm Bakıda, həm də Tbilisidə Gürcüstana 3:0 hesabı ilə qalib gəlib. Avstriya isə həm Mariborda, həm də Qratsda Sloveniyaya müvafiq olaraq 0:3 və 2:3 hesabı ilə uduzub. Hazırda Azərbaycan 6 xalla D qrupunda 1-ci, Avstriya 1 xalla sonuncu yeri tutur.

Azərbaycan – Avstriya oyunu avqustun 28-də Bakıdakı Voleybol Mərkəzində keçiriləcək. Görüş saat 18:00-da başlayacaq. AVRO-2023 Belçika, İtaliya, Estoniya və Almaniyada təşkil olunacaq.

Çempionlar Liqasında qrup mərhələsinin təqvimi bəlli olub

Çempionlar Liqasında qrup mərhələsinin təqvimi bəlli olub

UEFA Çempionlar Liqasında 2022/2023 mövsümü üçün qrup mərhələsinin tam təqvimi açıqlanıb.

YAZTV-nin məlumatına görə, qruplarda I turun oyunları 6-7 sentyabrda keçiriləcək.

İlk 5 turun qarşılaşmaları Bakı vaxtı ilə saat 20:45 və 23:00-da, son turun matçları isə Bakı vaxtı ilə saat 21:45 və 00:00-da başlayacaq.

Çempionlar Liqasında qrup mərhələsinin təqvimi

I tur

6 sentyabr

E qrupu

20:45. "Dinamo" (Zaqreb, Xorvatiya) - "Çelsi" (İngiltərə)

23:00. "Zaltsburq" (Avstriya) - "Milan" (İtaliya)

F qrupu

23:00. "Leyptsiq" (Almaniya) - "Şaxtyor" (Donetsk, Ukrayna)

23:00. "Seltik" (Şotlandiya) - "Real Madrid" (İspaniya)

G qrupu

20:45. "Borussiya" (Dortmund, Almaniya) - "Kopenhagen" (Danimarka)

23:00. "Sevilya" (İspaniya) - "Mançester Siti" (İngiltərə)

H qrupu

23:00. PSJ (Fransa) - "Yuventus" (İtaliya)

23:00. "Benfika" (Portuqaliya) - "Makkabi" (Hayfa, İsrail)

7 sentyabr

A qrupu

20:45. "Ayaks" (Niderland) - "Reyncers" (Şotlandiya)

23:00. "Napoli" (İtaliya) - "Liverpul" (İngiltərə)

B qrupu

23:00. "Atletiko" (Madrid, İspaniya) - "Portu" (Portuqaliya)

23:00. "Brügge" (Belçika) - "Bayer" (Almaniya)

C qrupu

23:00. "Barselona" (İspaniya) - "Viktoriya" (Plzen, Çexiya)

23:00. "İnter" (İtaliya) - "Bavariya" (Almaniya)

D qrupu

20:45. "Ayntraxt" (Frankurt, Almaniya) - "Sportinq" (Portuqaliya)

23:00. "Tottenhem" (İngiltərə) - "Marsel" (Fransa)

II tur

13 sentyabr

A qrupu

23:00. "Liverpul" (İngiltərə) - "Ayaks" (Niderland)

23:00. "Reyncers" (Şotlandiya) - "Napoli" (İtaliya)

B qrupu

23:00. "Portu" (Portuqaliya) - "Brügge" (Belçika)

23:00. "Bayer" (Almaniya) - "Atletiko" (Madrid, İspaniya)

C qrupu

20:45. "Viktoriya" (Plzen, Çexiya) - "İnter" (İtaliya)

23:00. "Bavariya" (Almaniya) - "Barselona" (İspaniya)

D qrupu

20:45. "Sportinq" (Portuqaliya) - "Tottenhem" (İngiltərə)

23:00. "Marsel" (Fransa) - "Ayntraxt" (Frankurt, Almaniya)

14 sentyabr

E qrupu

23:00. "Çelsi" (İngiltərə) - "Zaltsburq" (Avstriya)

20:45. "Milan" (İtaliya) - "Dinamo" (Zaqreb, Xorvatiya)

F qrupu

20:45. "Şaxtyor" (Donetsk, Ukrayna) - "Seltik" (Şotlandiya)

23:00. "Real Madrid" (İspaniya) - "Leyptsiq" (Almaniya)

G qrupu

23:00. "Kopenhagen" (Danimarka) - "Sevilya" (İspaniya)

23:00. "Mançester Siti" (İngiltərə) - "Borussiya" (Dortmund, Almaniya)

H qrupu

23:00. "Yuventus" (İtaliya) - "Benfika" (Portuqaliya)

23:00. "Makkabi" (Hayfa, İsrail) - PSJ (Fransa)

III tur

4 oktyabr

A qrupu

23:00. "Liverpul" (İngiltərə) - "Reyncers" (Şotlandiya)

23:00. "Ayaks" (Niderland) - "Napoli" (İtaliya)

B qrupu

23:00. "Portu" (Portuqaliya) - "Bayer" (Almaniya)

23:00. "Brügge" (Belçika) - "Atletiko" (Madrid, İspaniya)

C qrupu

20:45. "Bavariya" (Almaniya) - "Viktoriya" (Plzen, Çexiya)

23:00. "İnter" (İtaliya) - "Barselona" (İspaniya)

D qrupu

20:45. "Marsel" (Fransa) - "Sportinq" (Portuqaliya)

23:00. "Ayntraxt" (Frankurt, Almaniya) - "Tottenhem" (İngiltərə)

5 oktyabr

E qrupu

20:45. "Zaltsburq" (Avstriya) - "Dinamo" (Zaqreb, Xorvatiya)

23:00. "Çelsi" (İngiltərə) - "Milan" (İtaliya)

F qrupu

20:45. "Leyptsiq" (Almaniya) - "Seltik" (Şotlandiya)

23:00. "Real Madrid" (İspaniya) - "Şaxtyor" (Donetsk, Ukrayna)

G qrupu

23:00. "Mançester Siti" (İngiltərə) - "Kopenhagen" (Danimarka)

23:00. "Sevilya" (İspaniya) - "Borussiya" (Dortmund, Almaniya)

H qrupu

23:00. "Yuventus" (İtaliya) - "Makkabi" (Hayfa, İsrail)

23:00. "Benfika" (Portuqaliya) - PSJ (Fransa)

IV tur

11 oktyabr

E qrupu

23:00. "Milan" (İtaliya) - "Çelsi" (İngiltərə)

23:00. "Dinamo" (Zaqreb, Xorvatiya) - "Zaltsburq" (Avstriya)

F qrupu

23:00. "Seltik" (Şotlandiya) - "Leyptsiq" (Almaniya)

23:00. "Şaxtyor" (Donetsk, Ukrayna) - "Real Madrid" (İspaniya)

G qrupu

20:45 "Kopenhagen" (Danimarka) - "Mançester Siti" (İngiltərə)

23:00. "Borussiya" (Dortmund, Almaniya) - "Sevilya" (İspaniya)

H qrupu

20:45. "Makkabi" (Hayfa, İsrail) - "Yuventus" (İtaliya)

23:00. PSJ (Fransa) - "Benfika" (Portuqaliya)

12 oktyabr

A qrupu

20:45. "Napoli" (İtaliya) - "Ayaks" (Niderland)

23:00. "Reyncers" (Şotlandiya) - "Liverpul" (İngiltərə)

B qrupu

20:45. "Atletiko" (Madrid, İspaniya) - "Brügge" (Belçika)

23:00. "Bayer" (Almaniya) - "Portu" (Portuqaliya)

C qrupu

23:00. "Viktoriya" (Plzen, Çexiya) - "Bavariya" (Almaniya)

23:00. "Barselona" (İspaniya) - "İnter" (İtaliya)

D qrupu

23:00. "Tottenhem" (İngiltərə) - "Ayntraxt" (Frankurt, Almaniya)

23:00. "Sportinq" (Portuqaliya) - "Marsel" (Fransa)

V tur

25 oktyabr

E qrupu

20:45. "Zaltsburq" (Avstriya) - "Çelsi" (İngiltərə)

23:00. "Dinamo" (Zaqreb, Xorvatiya) - "Milan" (İtaliya)

F qrupu

23:00. "Seltik" (Şotlandiya) - "Şaxtyor" (Donetsk, Ukrayna)

23:00. "Leyptsiq" (Almaniya) - "Real Madrid" (İspaniya)

G qrupu

20:45. "Sevilya" (İspaniya) - "Kopenhagen" (Danimarka)

23:00."Borussiya" (Dortmund, Almaniya) - "Mançester Siti" (İngiltərə)

H qrupu

23:00. PSJ (Fransa) - "Makkabi" (Hayfa, İsrail)

23:00. "Benfika" (Portuqaliya) - "Yuventus" (İtaliya)

26 oktyabr

A qrupu

23:00. "Napoli" (İtaliya) - "Reyncers" (Şotlandiya)

23:00. "Ayaks" (Niderland) - "Liverpul" (İngiltərə)

B qrupu

20:45. "Brügge" (Belçika) - "Portu" (Portuqaliya)

23:00. "Atletiko" (Madrid, İspaniya) - "Bayer" (Almaniya)

C qrupu

20:45. "İnter" (İtaliya) - "Viktoriya" (Plzen, Çexiya)

23:00. "Barselona" (İspaniya) - "Bavariya" (Almaniya)

D qrupu

23:00. "Tottenhem" (İngiltərə) - "Sportinq" (Portuqaliya)

23:00. "Ayntraxt" (Frankurt, Almaniya) - "Marsel" (Fransa)

VI tur

1 noyabr

A qrupu

00:00. "Liverpul" (İngiltərə) - "Napoli" (İtaliya)

00:00: "Reyncers" (Şotlandiya) - "Ayaks" (Niderland)

B qrupu

21:45. "Portu" (Portuqaliya) - "Atletiko" (Madrid, İspaniya)

21:45. "Bayer" (Almaniya) - "Brügge" (Belçika)

C qrupu

00:00. "Bavariya" (Almaniya) - "İnter" (İtaliya)

00:00. "Viktoriya" (Plzen, Çexiya) - "Barselona" (İspaniya)

D qrupu

00:00. "Sportinq" (Portuqaliya) - "Ayntraxt" (Frankurt, Almaniya)

00:00. "Marsel" (Fransa) - "Tottenhem" (İngiltərə)

2 noyabr

E qrupu

00:00. "Çelsi" (İngiltərə) - "Dinamo" (Zaqreb, Xorvatiya)

00:00. "Milan" (İtaliya) - "Zaltsburq" (Avstriya)

F qrupu

21:45. "Real Madrid" (İspaniya) - "Seltik" (Şotlandiya)

21:45. "Şaxtyor" (Donetsk, Ukrayna) - "Leyptsiq" (Almaniya)

G qrupu

00:00. "Kopenhagen" (Danimarka) - "Borussiya" (Dortmund, Almaniya)

00:00. "Mançester Siti" (İngilttərə) - "Sevilya" (İspaniya)

H qrupu

00:00. "Yuventus" (İtaliya) - PSJ (Fransa)

00:00. "Makkabi" (Hayfa, İsrail) - "Benfika" (Portuqaliya)

Azərbaycanın güləş milliləri dünya çempionatına hazırlaşır

Azərbaycanın güləş milliləri dünya çempionatına hazırlaşır

Güləş üzrə yığma komandalar sentyabrın 10-dan 18-dək Serbiyanın paytaxtı Belqradda keçiriləcək dünya çempionatına hazırlaşır.

YAZTV Azərbaycan Güləş Federasiyasına istinadən xəbər verir ki, sərbəst güləş üzrə milli avqustun 21-dən təlim-məşq toplanışına start verib. Əsasən taktiki-texniki çalışmaların yer aldığı hazırlıq prosesində Çin, Estoniya, Gürcüstan, İsveçrə, İtaliya və Albaniya yığma komandaları da iştirak edir. Qarşıdakı günlərdə isə Fransa millisi bu toplanışa qoşulacaq. Baş məşqçi Namiq Abdullayev, böyük məşqçi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında Olimpiya Güləş Mərkəzində keçirilən məşqlər sentyabrın 11-dək davam edəcək.

Yunan-Roma güləşi üzrə milli bu gündən təlim-məşq toplanışına start verib. Çinin müvafiq komandasıyla birgə baş tutan hazırlıq prosesi sentyabrın 7-də yekunlaşacaq. Bu yığma baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov, məşqçilər Həsən Əliyev və Akif Əliyevin rəhbərliyi altında DÇ-yə Olimpiya Güləş Mərkəzində hazırlaşır.

Qadınlardan ibarət milli bu gün paytaxtda son məşqini keçib. Belə ki, yığma komanda mundiala daha yaxşı hazırlaşmaq üçün Türkiyəyə yollanacaq. İstanbulun Sarıyer bölgəsində yerli komandayla birgə təşkil olunacaq təlim-məşq toplanışında baş məşqçi əvəzi Rövşən Umudovun rəhbərliyi altında Leyla Qurbanova (53 kq), Jalə Əliyeva (57 kq), Alyona Kolesnik (59 kq), Tatyana Omelçenko (62 kq) və Elis Manolova (65 kq) iştirak edəcək. 29 avqustda start götürəcək toplanış sentyabrın 10-dək davam edəcək. Komanda Belqrada İstanbuldan yollanacaq.

Dünya çempionatı: Azərbaycanın daha 3 cüdoçusu medal qazana bilər

Dünya çempionatı: Azərbaycanın daha 3 cüdoçusu medal qazana bilər

Azərbaycanın daha üç cüdoçusu Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda yeniyetmələr arasında keçirilən dünya çempionatında medal qazana bilər.

YAZTV-nin məlumatına görə, bunlar Nizami İmranov, Nicat Nağıyev və Aydan Vəliyevadır.

60 kq çəki dərəcəsində çıxış edən İmranov ardıcıl olaraq Matiya Yeremiç (Serbiya), Retsu Matsunaqa (Yaponiya) və Kristian Genova (Bolqarıstan) qalib gələrək yarımfinala adlayıb. Lakin o, finala gedən yolda Davit Kareliyə (Gürcüstan) uduzduğundan, bürünc medal uğrunda görüşdə Dayyan Bolulemtafeslə (Fransa) qarşılaşacaq.

66 kq-dakı Nağıyev Ernane Neves (Braziliya) və Nurlubek Argenbekdən (Qazaxıstan) güclü olub. Əbil Yusubov isə Məhəmməd Mboup (Seneqal) və Abdullah Turqutlunu (Türkiyə) məğlubiyyətə uğradıb. Nağıyev 1/4 finalda Yusubova qalib gəlsə də, yarımfinalda Şohjakhon Otaboyevin (Özbəkistan) müqavimətini qıra bilməyib. O, bürünc medal uğrunda Federiko Bosislə (İtaliya) görüşəcək. Yusubov isə təsəlliverici görüşdə Dimitrios Giannopoulosa (Yunanıstan) yenilib.

Qadınların yarışında 48 kq-dakı Vəliyeva Zarina Jamalova (Özbəkistan) və Aitana Hernandesi (İspaniya) mübarizədən kənarlaşdırsa da, İlaria Finestroneyə (İtaliya) uduzub. Təsəlliverici görüşdə Alussia Poulangeni (Fransa) üstələyən cüdoçu bürünc medal uğrunda Luka Veglə (Macarıstan) üz-üzə gələcək.

Qeyd edək ki, daha əvvəl 55 kq-da yer alan Şahin Oruczadə gümüş medala sahib çıxıb.