Monday, 11 Dekabr 2023 07:35
Yeni Azərbaycan Televiziyası
Bakı
İstanbul
Moskva
Elvar Osmanov: Ölkəmizdə idmanın inkişafına görə biz Ulu Öndərə borcluyuq

Elvar Osmanov: Ölkəmizdə idmanın inkişafına görə biz Ulu Öndərə borcluyuq

Ölkəmizdə hər il martın 5-i Bədən Tərbiyəsi və İdman Günü kimi qeyd edilir. Bu əlamətdar gün 1995-ci il martın 5-də Ulu Öndər Heydər Əliyevin Bakı İdman Sarayında dünya və Avropa çempionatlarının qalibləri və mükafatçıları ilə görüşü və İdman Fondunun təsis edilməsi ilə öz təsdiqini tapıb. Bununla da ölkəmizdə bədən tərbiyəsi və idmanın davamlı inkişafı ilə bağlı yeni strategiyanın əsası qoyuldu. Prezident İlham Əliyevin 2006-cı ildə imzaladığı Fərmanla Gənclər və İdman Nazirliyi yenidən təşkil edildi.

YAZTV AZƏRTAC-a istinadən xəbər verir ki, “Gəncə İdman Klubu” İctimai Birliyinin İdarə Heyətinin sədri Elvar Osmanov bildirib.

Qeyd edib ki, ötən müddət ərzində ölkəmizdə mükəmməl idman infrastrukturu yaradıldı: “Bakı Olimpiya Stadionu, Milli Gimnastika Arenası, Bakı Su İdmanı Sarayı və digər möhtəşəm idman obyektləri bunun göstəricisidir. Göründüyü kimi, bu möhtəşəm obyektlər neçə-neçə beynəlxalq yarışlara ev sahibliyi etdi, idmançılarımızın uğurları dünyaya səs saldı. Habelə Formula-1 Azərbaycan Qran-Prisi ölkəmizin dünyada daha da tanınmasına geniş imkanlar açdı”.

Elvar Osmanov bildirib ki, beynəlxalq idman təşkilatlarında həmvətənlərimizin rəhbər postlara çəkilməsi də bizləri çox fərəhləndirir. “Gənclər və idman naziri Fərid Qayıbovun Avropa Gimnastika Federasiyasına prezidenti seçilməyi ölkəmizin böyük uğurudur. İnanıram ki, Avropa qitəsində gimnastikanın inkişafına böyük töhfə verəcək.

Bütün bu uğurlar Azərbaycanın idman ölkəsi kimi tanınmasına geniş imkanlar açır. Ulu Öndər Heydər Əliyevin 100 illiyi ilə bağlı silsilə idman tədbirlərinin təşkil edilməsi bizlərə bu günü bəxş edən dahi rəhbərin xatirəsini ehtiramla yad etmək imkanı yaradır. Bu da hər birimizin mənəvi borcudur”, - deyə İctimai Birliyinin İdarə Heyətinin sədri vurğulayıb.

Elşən Abbasov: Ölkədə idmanın inkişaf etdirilməsi və onun kütləviliyinin artırılmasına xüsusi diqqət yetirilir

Elşən Abbasov: Ölkədə idmanın inkişaf etdirilməsi və onun kütləviliyinin artırılmasına xüsusi diqqət yetirilir

Hər il mart ayının 5-i Azərbaycanda Bədən Tərbiyəsi və İdman Günü kimi qeyd olunur. Bu günün məhz 5 Mart tarixində keiçilməsi isə heç də təsadüfi deyil. 1995-ci il martın 5-də ulu öndər Heydər Əliyev Bakı İdman Sarayında dünya və Avropa çempionatlarının qalibləri və mükafatçıları ilə görüşüb, İdman Fondunu təsis edib. Bununla da ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafında yeni strategiyanın təməli qoyulub. 2006-cı ildə Prezident İlham Əliyevin Fərmanı ilə Gənclər və İdman Nazirliyi yenidən təşkil olunub.

Bu fikirləri YAZTV -yə  İş adamı "Gəncə İdman Klubu" İctimai Birliyinin həmtəsisçisi Elşən Abbasov bildirib. O qeyd edib ki, idman sahəsində əsl yüksəliş dövrünü yaşayan Azərbaycanda mükəmməl idman infrastrukturu yaradılıb. Bakı Olimpiya Stadionu, Milli Gimnastika Arenası, Bakı Su İdmanı Sarayı və digər möhtəşəm idman obyektləri bunun göstəricisidir. Bütün bunlar ölkəmizi beynəlxalq yarışların, dünya çempionatlarının keçirilməsi üçün əlverişli məkana çevirib. Təsadüfi deyil ki, belə möhtəşəm idman qurğuları 2012-ci ildə futbol üzrə 17 yaşlı qızlar arasında dünya çempionatının, 2015-ci ildə birinci Avropa Oyunlarının, 2016-cı ildə futbol üzrə 17 yaşadək oğlanlar arasında Avropa çempionatının, 42-ci Ümumdünya Şahmat Olimpiadasının, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarının və qadınlar arasında voleybol üzrə Avropa çempionatının, ötən il bədii gimnastika üzrə dünya çempionatına, habelə Formula-1 Azərbaycan Qran-prilərinin yüksək səviyyədə təşkil olunmasına imkan verdi.

Azərbaycanın idmanının tarixində ən mühüm hadisələrdən biri də bu il futbol üzrə Avropa çempionatının final mərhələsinin qrup mərhələsinin üç, dörddəbir finalın isə bir oyunun Bakıda keçirilməsi olacaq. Bakı bu mötəbər idman yarışına ev sahibliyi edən 12 Avropa şəhərindən biri kimi tarixə düşəcək. Ölkəmizdə bu idman yarışına ciddi hazırlıq işləri görülür.

Daim Azərbaycan bayrağını qürurla dalğalandırmaq üçün bütün yarışlarda yüksək əzmkarlıqla mübarizə aparan idmançılarımızın Vətən müharibəsində də eyni amal – üçrəngli bayrağımızın əzəli torpaqlarımızda ucaldılması üçün cəbhəyə yolandılar. Vətən müharibəsində idman sahəsi üzrə 500 nəfər İkinci Qarabağ müharibəsində iştirak etdi. Onlardan 54 nəfəri şəhidlik zirvəsinə yüksəlib. Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərə 390 nəfər könüllü kimi qatılıb. Hərbi xidmətə çağırılanlar 33, hərbçi kimi iştirak edənlər isə 23 nəfər olub. Müharibə iştirakçılarından 67 nəfər yaralanıb. Bütün bunlar Azərbaycan idmançılarının doğma Vətəni canları qədər sevdiklərini, onların nümunəvi vətəndaş olduqlarını bir daha sübut edir.

Bütün bu uğurlar Azərbaycanda əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş idmana, gənclərimizin sağlamlığına yüksək diqqət və qayğı siyasətinin Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam və inkişaf etdirilməsi sayəsində əldə olunub. Bu sahədə həyata keçirilən ardıcıl tədbirlər, idmançılara göstərilən diqqət və qayğı, ölkəmizdə ən yüksək standartlara cavab verən mükəmməl idman infrastrukturu qarşıdakı illərdə daha böyük uğurların əldə olunacağına güclü zəmin yara

Elektron İdman Növləri Federasiyasının hesabat-seçki konfransı keçirilib.

Elektron İdman Növləri Federasiyasının hesabat-seçki konfransı keçirilib.

Fevralın 21-də Azərbaycan Elektron İdman Növləri Federasiyasının hesabat-seçki konfransı keçirilib. Gənclər və İdman Nazirliyinin inzibati binasında keçirilən tədbir Dövlət Himnimizin səsləndirilməsi ilə başlanıb. Yığıncaqda federasiyanın prezidenti Ramil Əliyevin hesabatından sonra seçki keçirilib.

Nazirlikdən YAZTV -ə verilən məlumat görə səsvermə nəticəsində Adil Mahmudov federasiyanın yeni prezidenti seçilib. A.Mahmudov çıxış edərək göstərilən etimada görə təşəkkür edib, qurumun bundan sonrakı fəaliyyəti və görüləcək işlər barədə danışıb. Yığıncaqda həmçinin Oqtay Qasımzadə və Ramil Əliyev federasiyanın vitse-prezidenti vəzifəsinə, Ənvər Hüseynov, İmamir Mirzoyeva və Məmməd Əlizadə idarə heyətinə üzv seçiliblər.

Formula 1: “Red Bull Racing” mövsümə qələbə dublu ilə start verib

Formula 1: “Red Bull Racing” mövsümə qələbə dublu ilə start verib

Formula 1 üzrə dünya çempionatının 2023-cü il mövsümünə start verilib.

YAZTV xəbər verir ki, mövsümün ilk yarışı Bəhreyndəki “Sahir” avtodromunda keçirilib.

Gərgin idman mübarizəsi şəraitində keçən yarışda "Red Bull Racing" komandasının pilotu Maks Ferstappen birinci olub. M.Ferstappenin komanda yoldaşı Serxio Peres Bəhreyn Qran-Prisini ikinci, “Aston Martin”in pilotu Fernando Alonso üçüncü pillədə başa vurub.

“Red Bull Racing” mövsümə qələbə dublu ilə start verib. M.Ferstappen karyerasında 36-cı dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. F.Alonsa isə 99-cu dəfə fəxri kürsüdə yer alıb.

Növbəti yarış martın 17-19-da Səudiyyə Ərəbistanında keçiriləcək.

Qeyd edək ki, bu mövsüm Azərbaycan Qran-Prisi aprelin 28-30-da Bakı şəhər halqasında keçiriləcək.

Bədii gimnastlarımız Almaniyada gümüş medal qazanıblar

Bədii gimnastlarımız Almaniyada gümüş medal qazanıblar

Azərbaycanın bədii gimnastika üzrə gənclərdən ibarət qrup hərəkətləri komandası Almaniyanın Fellbax-Şmiden şəhərində keçirilən beynəlxalq turnirdə uğurla çıxış ediblər.

YAZTV Azərbaycan Gimnastika Federasiyasına istinadla xəbər verir ki, Gövhər İbrahimova, Səkinəxanım İsmayılzadə, Mədinə Aslanova, İlahə Bahadırova, Ayan Sadıqova və Zəhra Cəfərovanın yer aldığı kollektiv fəxri kürsünün ikinci pilləsinə qalxıb.

U-21 gənclər arasında Azərbaycan birinciliyi keçiriləcək

U-21 gənclər arasında Azərbaycan birinciliyi keçiriləcək

22-24 fevral tarixlərində cüdo üzrə 21 yaşa qədər gənclər arasında Azərbaycan birinciliyi keçiriləcək. Yarışda 64 klub, cəmiyyət və idman təşkilatından 270-dən çox cüdoçu medallar uğrunda mübarizə aparacaq. Birinciliyin fərdi yarışları 22-23 fevralda, komanda yarışları isə 24 fevralda baş tutacaq.

Federasiyadan YAZTV -ə verilən məlumata görə yarış hər gün saat 09:00-da başlayacaq.

Yarışları izləmək üçün arenaya giriş sərbəstdir.

Məkan: Hövsan qəsəbəsi, Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Mərkəzi

5 Mart - Bədən Tərbiyəsi və İdman Günü Ümummilli Liderin əziz xatirəsi ehtiramla yad edilib

5 Mart - Bədən Tərbiyəsi və İdman Günü Ümummilli Liderin əziz xatirəsi ehtiramla yad edilib

5 Mart - Bədən Tərbiyəsi və İdman Günüdür. Bu münasibətlə Gənclər və İdman Nazirliyinin rəhbərliyi və kollektivi, eləcə də idman ictimaiyyətinin nümayəndələri və könüllülər bu gün Fəxri Xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər. Ümummilli Liderin əziz xatirəsi ehtiramla yad edilib, məzarı önünə gül dəstələri düzülüb.

 

Elvin Abbasov: “Ölkəmizdə idmanın inkişafı ildən-ilə daha geniş vüsət alır”

Elvin Abbasov: “Ölkəmizdə idmanın inkişafı ildən-ilə daha geniş vüsət alır”

5 mart ölkəmizdə Bədən Tərbiyəsi və İdman günüdür.  Bu tarix Prezident İlham Əliyevin Bədən Tərbiyəsi və İdman Gününün təsis edilməsi haqqında 2005-ci il 4 mart tarixli Sərəncamına əsasən qeyd edilir. Ölkəmizdə idmanın inkişafı ildən-ilə daha geniş vüsət alır. Azərbaycan indi dünyada güclü idman ölkəsi kimi tanınır.

Bu fikirləri YAZTV-ə AİKTSA-İdarə heyətinin sədri Gəncə İdman Klubunun prezidenti iş adamı Elvin Abbasov bildirib.

 Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə idmanın və bədən tərbiyəsinin inkişafı sahəsində ardıcıl olaraq görülən tədbirlər Azərbaycanı həm də idman dövləti kimi tanıdır.

Azərbaycanda bədən tərbiyəsi və idman gününün martın 5-i qeyd olunması təsadüfi deyil. Məhz 1995-ci il martın 5-də ulu öndər Heydər Əliyev Bakı İdman Sarayında dünya və avropa çempionatlarının qaliblərilə görüşüb. “İdmana qayğını öz üzərimə götürürəm və siz bu qayğını daim hiss edəcəksiniz” -  ulu öndərin bu tarixi sözləri söylədiyi  həmin tədbirdə bədən tərbiyəsi və idmanın inkişafında yeni strateji istiqamət müəyyənləşdirildi. Həmin tarixi görüşdən az sonra Azərbaycan Prezidenti Yanında İdman Fondu yaradıldı. Görüşün iştirakçılarından olan idman mütəxəssisləri  5 martın Azərbaycanın idman həyatında dönüş nöqtəsi olduğunu bildirir.

Elə həmin dövrdə  İlham Əliyev milli olimpiya komitəsinin prezidenti  seçiləndən sonra ölkəmizdə idmana diqqət daha da artdı. Maddi-texniki baza möhkəmləndirildi, idmançıların məşq şəraiti yaxşılaşdırıldı, onların yarışlara peşəkar səviyyədə hazırlaşması üçün lazımi tədbirlər görüldü. Bütün bunlar tezliklə mötəbər turnirlərdə nailiyyətlərində əksini tapdı. Sidney, Afina, Pekin, daha sonra London və Rio-de-Janeyro olimpiadalarında Azərbaycan idmançıları uğurla çıxış etdilər. 1996-cı ildən bəri ötən müddət ərzində atletlərimiz  dünya komandaları arasında liderlər qrupuna doğru  irəliləyərək ilk 20-liyə daxil olub, olimpiya hərəkatının ən fəal üzvləri kimi tanınıblar.

Respublikamız təkcə atletlərimizin uğurları ilə deyil, həm də beynəlxalq idman tədbirlərinin nümunəvi təşkilatçısı kimi də şöhrət qazanıb. Mütəxəssislər də etiraf edirlər ki, artıq Azərbaycan dünyanın idman mərkəzlərindən birinə çevrilib. Ölkə rəhbərinin idmanı sevməsi, idmançılara xüsusi həssaslıqla yanaşması, yeni idman bazalarının yaradılması haqqında qərarları buna əyani sübutdur. İndi təkcə Bakıda deyil, bütün bölgələrimizdə müasir olimpiya kompleksləri fəaliyyət göstərir. Onların nəzdində yaradılan bölmələrin yetirmələri ən müxtəlif turnirlərdə fərqlənirlər.

 

 

 

Qətərli milyarder “Mançester Yunayted” klubunu almaq istəyir.

Qətərli milyarder “Mançester Yunayted” klubunu almaq istəyir.

Qətərin ən böyük bankının sahibi olan Şeyx Cassim bin Həməd bin Cabir Al-Tani İngiltərə premyer-liqasının məşhur “Mançester Yunayted” klubunu almaq istəyir. Artıq rəsmi təklif də göndərən milyarder bildirib ki, onun məqsədi komandanın əvvəlki şöhrətini qaytarmaqdır.

“Daily Mail” qəzetinin yazdığına görə, Şeyx Cassim məktubunda ingilis klubunun səhmlərinin 100 faizini almaq istədiyini qeyd edib. Ötən həftə isə “Sportsmail” nəşri qətərli milyarderin niyyətini açıqlamışdı. Şeyx Cassim “Mançester Yunayted” ilə yanaşı, klubun stadionunu, habelə “Hayd Park”ın ətrafındakı mülk və otelləri də almaq istəyir. Onun bu təklifləri Londonda böyük rezonansa səbəb olub.

“Sky Sports News” xəbər verib ki, qətərli milyarderlə bərabər, Birləşmiş Ştatlar və Səudiyyə Ərəbistanından olan investorlar da “Mançester Yunayted” klubunu almaq istəyirlər. Amerikanın “Sir Jim Ratcliffe's INEOS” qrupu artıq rəsmi təklifini açıqlayıb.

Dünyanın ən varlı adamlarından biri olan İlon Mask isə hələ susqunluğunu qoruyub saxlayır və rəsmi təklif etməyib. Milyarder “Mançester Yunayted”i dəstəkləyir və özünün tvitter sosial media platformasında zarafatla yazıb ki, klub artıq ona məxsusdur.

Çin müdafiə xərclərini 7,2 dəfə artıracaq

Çin müdafiə xərclərini 7,2 dəfə artıracaq

Çin ötən illə müqayisədə 2023-cü ildə müdafiə xərclərini artıracaq.

YAZTV xəbər verir ki, ölkənin Baş naziri Li Kiqiang Çin Xalq Nümayəndələri Konqresinə (CNC) təqdim etdiyi büdcə layihəsində müdafiə xərclərinin 7,2 faiz artaraq, 1,55 trilyon yuana (təxminən 220 milyard dollar) çatacağını bildirib.

Çin 2022-ci ildə müdafiə xərclərini 7,1 faiz artıraraq 1,45 trilyon yuana çatdırmışdı.

Həmin ilin məzənnəsinə görə 1,45 trilyon yuan 230 milyard dollar olaraq hesablanıb. Bu il artıma baxmayaraq, keçən illə müqayisədə büdcədə təxminən 10 milyard dollar (mində 6) itki olduğu görünür.

Xatırladaq ki, Çin ABŞ-dan sonra müdafiəyə ən çox pul xərcləyən ölkədir.

Ötən ilin sonunda ABŞ Konqresi 2023-cü maliyyə ili üçün 800 milyard dollar müdafiə xərclərini təsdiqləyib.

Müdafiə büdcəsi əvvəlki illə müqayisədə 4,3 faiz artıb.

İdman mütəxəssisləri Ulu Öndər Heydər Əliyev ilə bağlı xatirələrini bölüşüblər

İdman mütəxəssisləri Ulu Öndər Heydər Əliyev ilə bağlı xatirələrini bölüşüblər

5 Mart - Bədən Tərbiyəsi və İdman Günü münasibətilə Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında tədbir keçirilib.

MOK-dan YAZTV-ə bildiriblər ki, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş tədbirdə MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, gənclər və idman naziri Fərid Qayıbov, Komitənin baş katibi Azər Əliyev, Olimpiya çempionları, tanınmış idman veteranları və mütəxəssisləri iştirak ediblər.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin Azərbaycan idmanının tarixindəki rolundan, fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.

Sonra tədbir iştirakçıları çıxış edərək Ümummilli Lider Heydər Əliyev ilə bağlı xatirələrini bölüşüblər.

1995-ci il martın 5-də Ümummilli Lider Heydər Əliyevin Sərəncamı ilə “Şöhrət” ordeni ilə təltif olunmuş Olimpiya çempionu Nazim Hüseynov həmin gündən danışıb. O, həmin gün bir qrup idman mütəxəssisinin orden və medallarla təltif edildiyini də xatırladıb.

MOK-un vitse-prezidenti Ç.Hüseynzadə bu tarixi gündən əsasını götürən və ölkəmizdə böyük uğurla davam etdirilən idmanın və Olimpiya Hərəkatının inkişaf mərhələlərinin şahidi və iştirakçısı olmağın bəxş etdiyi qürur və fərəh hissini bölüşərək deyib: “Ulu Öndər Heydər Əliyev Azərbaycan idmanının inkişafına çox böyük töhfələr verib, diqqət və qayğı göstərib. Ümummilli Liderin Azərbaycan idmanına göstərdiyi diqqət və qayğı ilə yanaşı, ən böyük töhfəsi İlham Əliyevə Milli Olimpiya Komitəsinə rəhbərliyi təklif etməsi olub”.

Vaxtilə Azərbaycanın idman şərəfini qoruyan, ölkəmizin hüdudlarından kənarda yaşayan həmyerlilərimizin xatirələri də tədbir iştirakçılarının diqqətinə çatdırılıb. Atıcılıq üzrə dünya çempionatının üçqat gümüş mükafatçısı, Avstraliyada yaşayan Valeri Timoxinin, Rusiyada yaşayan voleybol üzrə ikiqat Olimpiya, üçqat Avropa çempionu, həmyerlimiz İnna Rıskalın, ABŞ-də məşqçilik fəaliyyətini davam etdirən qılıncoynatma üzrə dünya çempionu, beşqat SSRİ çempionu Samir İbrahimovun Ulu Öndərlə bağlı xatirələrindən bəhs edən videomüsahibələri alqışlarla qarşılanıb.

MOK-un vitse-prezidenti, Olimpiya çempionu Zemfira Meftaxetdinova, Komitənin Ədalətli Oyunlar Komissiyasının sədri Xəzər İsayev, MOK-un İcraiyyə Komitəsinin üzvü Faiq Qarayev, Əməkdar məşqçi Asif Əsgərov, beynəlxalq dərəcəli hakim Vahid Nəzərov, SSRİ-nin Əməkdar məşqçisi Ağayar Axundzadə, Olimpiya Oyunlarının mükafatçısı Vüqar Ələkbərov, üçqat dünya çempionu Məhyəddin Allahverdiyev, beynəlxalq dərəcəli qrosmeyster Aynur Sofiyeva və başqaları Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda idmana və idmançılara göstərdiyi diqqət və qayğıdan danışıblar. Qeyd edilib ki, ölkəmizdə idman və Olimpiya Hərəkatı dövlətin, şəxsən Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin rəhbəri İlham Əliyevin daimi qayğısı ilə əhatə olunub. 5 Mart - Bədən Tərbiyəsi və İdman Gününün təsis edilməsi də bu qayğının parlaq təzahürüdür.

Tədbirdə 2022-ci ilin yekunları ilə bağlı 5 nominasiya üzrə “Ədalət prinsiplərinə sadiq” mükafatının qalibləri təltif olunub. Könül Mahmudova “Ədalətli Oyunlar prinsiplərinə sadiq təbliğatçısı”, Taleh Ziyadov “Ədalətli Oyunlar prinsiplərinə sadiq idman xadimi”, Asif Məlikov “Ədalətli Oyunlar prinsiplərinə sadiq idman hakimi”, Qurban Qurbanov “Ədalətli Oyunlar prinsiplərinə sadiq məşqçi”, Eldəniz Əzizli isə “Ədalətli Oyunlar prinsiplərinə sadiq idmançı” nominasiyaları üzrə mükafata layiq görülüblər.

Bundan başqa, stolüstü tennis üzrə SSRİ İdman ustası, beynəlxalq dərəcəli hakim Aleksandr Zudova Azərbaycan və Rusiya dövlətləri arasında Olimpiya hərəkatına, beynəlxalq əməkdaşlıq sahəsindəki töhfəyə görə Rusiya Milli Olimpiya Komitəsi tərəfindən təltif olunduğu xüsusi diplom verilib. Çimərlik güləşi üzrə yığma komandanın baş məşqçisi Oyan Nəzərianiyə isə 2019-cu ildə Dohada keçirilən çimərlik oyunlarının bürünc medalı təqdim edilib.

“Gent” komandası ilə matçda “Qarabağ” hesabı açıb

“Gent” komandası ilə matçda “Qarabağ” hesabı açıb

UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində keçirilən “Qarabağ” – “Gent” oyununda Ağdam təmsilçisi hesabı açıb.

YAZTV xəbər verir ki, matçın 78-ci dəqiqəsində Ağdam komandasının futbolçusu Leandro Andrade baxımlı qola imza atıb.

Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən matçı Məhəmməd Al-Hakimin başçılıq etdiyi isveçrəli hakimlər briqadası idarə edir.

Qeyd edək ki, cavab qarşılaşması fevralın 23-də Belçikada təşkil olunacaq.