Saturday, 24 İyul 2021 17:05
Yeni Azərbaycan Televiziyası
Bakı
İstanbul
Moskva
Millimiz dünya çempionatına bu idmançılarla yollanacaq

Millimiz dünya çempionatına bu idmançılarla yollanacaq

İyulun 19-dan 25-dək Macarıstanın paytaxtı Budapeştdə yeniyetmə güləşçilərin dünya çempionatı keçiriləcək.

YAZTV xəbər verir ki, mundialın ilk 3 günündə sərbəst güləş üzrə mübarizə baş tutacaq. Məsul yarışda ölkəmizi təmsil edəcək millimiz bu gün Budapeştə yollanıb. Heyətdə böyük məşqçi Əsgərxan Novruzovun, məşqçilər Vahid Məmmədovla Yaşar Əliyevin rəhbərliyi altında Yusif İsparov (45 kq), Hacı Kərimov (48 kq), Elman Məmmədov (51 kq), Cavid Cavadov (55 kq), Abdulrəhman İbrahimov (60 kq), Ağanəzər Novruzov (65 kq), İlkin Ağayev (71 kq), Səttərxan Allahverdili (80 kq), Yusif Dursunov (92 kq) və Azay İsmayılov (110 kq) yer alıb.

DÇ-də beynəlxalq dərəcəli hakim Natiq Hacıyev ədaləti qoruyacaq. (unikal org)

Olimpiya kəndində ilk COVID-19 yoluxma faktı qeydə alındı

Olimpiya kəndində ilk COVID-19 yoluxma faktı qeydə alındı

Tokionun Olimpiya kəndinin sakinləri arasında ilk COVID-19 yoluxması aşkar edilib.

YAZTV xəbər verir ki, bu barədə NHK telekanalı oyunların təşkilat komitəsinə istinadən məlumat verib.

Ölkələrin bütün idmançıları test veriblər.

Bildirilir ki, virusun tapıldığı şəxs idmançı deyil. (report az)

Konfrans Liqası: "Sumqayıt" sifariş ərizəsini açıqladı

Konfrans Liqası: "Sumqayıt" sifariş ərizəsini açıqladı

"Sumqayıt" Konfrans Liqasının 2-ci təsnifat mərhələsində Serbiyanın "Çukariçki" komandası ilə keçirəcəyi oyunlar üçün iştirak ərizəsini UEFA-ya təqdim edib.

YAZTV xəbər verir ki, baş məşqçi Ayxan Abbasov qarşıdakı görüşlərdə 21 futbolçunun xidmətindən yararlanacaq.

Qapıçılar: 1. Tərlan Əhmədli, 13. Aydin Bayramov, 71. Hüseynəli Quliyev

Müdafiəçilər: 2. Dmitri Nağıyev, 3. Vurğun Hüseynov, 4. Höccət Haqverdi, 5. Camaləddin Xocaniyazov, 7. Tellur Mütəllimov, 14. Elvin Bədəlov, 18. Süleyman Əhmədov, 33. Eltun Turabov, 73. Yusif Nəbiyev

Yarımmüdafiəçilər: 6. Vüqar Mustafayev, 8. Səbuhi Abdullazadə, 10. Rəhim Sadıxov, 11. Rüfət Abdullazadə, 17. Murad Xaçayev, 20. Roman Hüseynov, 60. Elvin Məmmədov

Hücumçular: 9. Əli Qurbani, 19. Xəzər Mahmudov

Qeyd edək ki, "Sumqayıt" ilk oyunu iyulun 21-də səfərdə, cavab görüşü isə 29-da evdə olacaq.

Tomas Bax olimpiadaya vəsiqə qazanan transgenderdən danışdı

Tomas Bax olimpiadaya vəsiqə qazanan transgenderdən danışdı

Beynəlxalq Olimpiya Komitəsinin (IOC) prezidenti Tomas yeni zelandiyalı transgender ağırlıqqaldıran Lorel Habbardın Tokio-2020 Yay Olimpiya Oyunlarında iştirakına münasibət bildirib.

YAZTV-nin məlumatına görə, almaniyalı funksioner IOC İcraiyyə Komitəsinin iclasından sonra keçirilən mətbuat konfransında deyib ki, idmançı bütün qəbul edilmiş qaydalara uyğun olaraq olimpiadaya vəsiqə qazandığı üçün yarışda iştirak etmək hüququna malikdir.

Onun sözlərinə görə, beynəlxalq federasiyaların təsnifatdan öncə qəbul etdiyi qərarları yarış zamanı dəyişdirmək olmaz: "Biz bu məsələni bütün maraqlı tərəflərlə araşdırdıq. Məsələnin tək həll yolu olmadığı üçün hər şey konkret idman növündən asılıdır. Əsas olan ədalətli rəqabət ruhunu qorumaq və insan hüquqlarına hörmət etməkdir".

Qeyd edək ki, Lorel Habbard olimpiadaya vəsiqə qazanan ilk transgender idmançı kimi tarixə düşüb. Tokio-2020 Yay Olimpiya Oyunları 23 iyul - 8 avqustda keçiriləcək.

Gökhan Gönülün yeni klubu

Gökhan Gönülün yeni klubu

"Fənərbaxça"dan ayrılan Gökhan Gönülün yeni klubu müəyyənləşib.

YAZTV xəbər verir ki, 36 yaşlı müdafiəçi "Çaykur Rizespor"la 2 illik müqavilə imzalayıb. Bu barədə Türkiyə Superliqası təmsilçisinin saytı məlumat yayıb.

Qeyd edək ki, G.Gönül "Fənərbaxça"dan müqaviləsinin müddəti başa çatdığı üçün bu ay ayrılmışdı. (qol az)
"Neftçi" fransalı futbolçu ilə müqavilə bağladı

"Neftçi" fransalı futbolçu ilə müqavilə bağladı

Neftçi” fransalı futbolçu Romen Baskı transfer edib.

YAZTV klubun rəsmi saytına istinadən xəbər verir ki, 26 yaşlı müdafiəçi ilə 2 il müddətinə müqavilə bağlanıb. O, yeni komandasının heyətində 14 nömrəli formanı geyinəcək.

Romen Bask Fransanın “Keviyi Ruan” (2014-2018) və “Havr” (2018-2021) klublarında çıxış edib. Son mövsümdə “Havr”ın heyətində 31 oyun keçirib, 3 qol vurub.

Qeyd edək ki, “Neftçi” bundan əvvəl yarımmüdafiəçilər - Sezar Meza Kolli, Harramiz Suareş və Xəyal Nəcəfovu transfer edib.(publika az)

Rəşad Sadıqovdan qələbə şərhi

Rəşad Sadıqovdan qələbə şərhi

"Təlim-məşq toplanışımızın ilk mərhələsini - Bakı hazırlığını başa vurduq. Bu müddətdə 3 yoxlama oyunu keçirdik. Əvəzedici komandamızla, "Sabah" və "Qəbələ" ilə qarşılaşdıq. Mövsüm öncəsi hazırlıqda qış toplanışından fərqli olaraq vaxt daha çox olur. Bu 3 həftədə əsasən fiziki cəhətdən və oyun planında komandanın hazırlığını daha da yaxşılaşdırmağa çalışdıq".

YAZTV xəbər verir ki, bu sözləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov "Qəbələ" ilə yoxlama matçından (3:0) sonra klubun saytına açıqlamasında deyib. O, görüş haqqında fikirlərini bölüşüb:

 "Bəzi gedişatlar üzərində işlədik, oyundan-oyuna futbolçularda da inkişaf hiss olunurdu. Həm fiziki baxımdan, həm də oyun planında bəzi kompanentləri yaxşılaşdırıdıq. İyulun 18-də Türkiyəyə yollanacağıq. Orada üç oyunumuz olacaq. Çatışmazlıqları aradan qaldırmaq baxımından hər oyun bizim üçün önəmlidir. İki həftəlik toplanışdan sonra Bakıda çempionat öncəsi daha bir yoxlama oyunu keçirəcəyik. İnşallah 14-15 avqusta lazımi formanı yığa biləcəyik". (qol az)
Yaponiyada Olimpiya oyunlarının iştirakçısı itkin düşüb

Yaponiyada Olimpiya oyunlarının iştirakçısı itkin düşüb

Yaponiyada yay Olimpiya oyunlarında iştirak edəcək Uqanda milli komandasının idmançısı itkin düşüb.

YAZTV-nin məlumatına görə, 20 yaşlı ağır atlet Culius Sekitoleko səhər saatlarında hoteli təkr edəndən sonra itib.

Qeyd olunur ki, idmançılar günorta saatlarında koronavirusa qarşı test verməli idilər.

Hazırda polis idmançının axtarışlarını davam etdirir. (trend az)

"Olimpiakos" - "Neftçi": Hakim təyinatları açıqlandı

"Olimpiakos" - "Neftçi": Hakim təyinatları açıqlandı

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin "Olimpiakos" və "Neftçi" arasında Yunanıstanda keçiriləcək ilk oyunu üçün hakim təyinatları açıqlanıb.

YAZTV-nin "ağ-qaralar"ın rəsmi saytına istinadən məlumatına görə, qarşılaşma Portuqaliyadan olan hakimlər briqadasına tapşırılıb. Silva Pineyru Joau Pedru baş hakim, Pereyra Kosta Tiaqu Joze və Ferreyra Ribeyru Pedru Rikardu yan xətt hakimləri, Fernandeş Korreyra Qustavo isə dördüncü hakim qismində yardımçı olacaq.

UEFA nümayəndəsi lüksemburqlu Klaue Kremer, hakim-inspektor isə sloveniyalı Darko Çeferindir.

Qeyd edək ki, bu komandalar arasında cavab matçı iyulun 28-də “Bakcell Arena”da baş tutacaq və saat 21:00-da start götürəcək. (report az)

“Neftçi” futbol klubu daha bir transfer reallaşdırıb

“Neftçi” futbol klubu daha bir transfer reallaşdırıb

Bakının "Neftçi” futbol klubu mərkəz müdafiəçisi transferini rəsmiləşdirib.

YAZTV klubun saytına istinadla xəbər verir ki, portuqaliyalı Huqo Basto ilə 2 il müddətinə müqavilə bağlanıb. 28 yaşlı futbolçu komanda heyətində 4 nömrəli formanı geyinəcək.

Huqo Basto Portuqaliyanın “Varzim” (2012-2013), “Sportinq Braqa B” (2013-2015), “Aroka” (2015-2018), “Çaves” (2018-2020) və “Eştoril” (2020-2021) klublarında çıxış edib. Son mövsüm 31 oyunda 4 qol vurduğu “Eştoril”lə Portuqaliya çempionatının 2-ci liqasının çempionu olub. O, Portuqaliyanın U-18 və U-23 milli komandalarının şərəfini qoruyub.

Qeyd edək ki, “Neftçi” bundan əvvəl yarımmüdafiəçilər – Sezar Meza Kolli, Harramiz Suares, Xəyal Nəcəfov və müdafiəçi Romen Baskı transfer edib.

Ronaldo “Yuventus”da qaldı

Ronaldo “Yuventus”da qaldı

“Yuventus”un hücumçusu Kriştiano Ronaldo növbəti mövsümdə də Turin klubunda qalacaq.

YAZTV xəbər verir ki, bu haqda “La Gazzetta dello Sport” nəşri məlumat yayıb. Bildirilib ki, portuqaliyalı futbolçu müqaviləsinin bitdiyi günə - 2022-ci ilin iyunun 30-na qədər bütün öhdəliyini yerinə yetirəcəyini vəd edib. O, bununla bağlı klub rəhbərliyinə məlumat verib.

 Qeyd edək ki, “Yuventus” rəsmilərindən Pavel Nedved də Ronaldonun başqa komandaya keçəcəyinə dair onlara heç nə söyləmədiyini deyib.

Xatırladaq ki,  xarici mediada Ronaldonun bu yay “Yuventus”un ayrılacağlına dair xəbərlər yayılmışdı. (qol az)

"Olimpiakos" - "Neftçi" matçının vaxtı müəyyənləşdi

"Olimpiakos" - "Neftçi" matçının vaxtı müəyyənləşdi

Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinin ilk oyunlarının təqvimi müəyyənləşib.

YAZTV UEFA-nın saytına istinadən xəbər verir ki, 1-ci mərhələdə Tbilisi "Dinamo"sunu mübarizədən kənarlaşdıran "Neftçi" "Olimpiakos"la ilk oyununu Yunanıstanda keçirəcək. Görüş iyulun 21-i, Bakı vaxtı ilə 23:00-da başlayacaq.

20 iyul

Çempionlar Liqası

 

2-ci təsnifat mərhələsinin ilk oyunları


20:00. "Linkoln" (Cəbəllütariq) - ÇFR (Rumıniya)

22:00. "Ferentsvaroş" (Macarıstan) - "Jalgiris" (Litva)

22:00. "Dinamo" (Zaqreb, Xorvatiya) - "Omoniya" (Kipr)

22:30. "Rapid" (Vyana, Avstriya) - "Sparta" (Praqa, Çexiya)

22:45. "Seltik" (Şotlandiya) - "Midtyullan" (Danimarka)

 

21 iyul

21:00. "Malmö" (İsveç) - HİK (Finlandiya)

22:00. "Mura" (Sloveniya) - "Ludoqorets" (Bolqarıstan)

22:30. "Slovan" (Bratislava, Slovakiya) - "Yanq Boyz" (İsveçrə)

23:00. PSV (Niderland) - "Qalatasaray" (Türkiyə)

23:00. "Olimpiakos" (Yunanıstan) - "Neftçi" (Azərbaycan)  (qol az)