Monday, 29 May 2023 09:19
Yeni Azərbaycan Televiziyası
Bakı
İstanbul
Moskva
Azərbaycanda MMA və kikboksinq gecəsi keçiriləcək

Azərbaycanda MMA və kikboksinq gecəsi keçiriləcək

24 dekabr 2022-ci il tarixdə Azərbaycan Boks Federasiyasının Arenasında “Zabit Samedov Fight Club” MMC tərəfindən Azərbaycanda ilk də New Generation Fighting (Yeni Nəsil Doyüşü) peşəkar MMA və kikboksinq gecəsi keçiriləcəkdir.

 

Tədbirin təntənəli açılış mərasimi saat 18:00-da təşkil ediləcəkdir. Tamaşaçı qismində peşəkar döyüşləri izləmək istəyən hərkəs məkana dəvətlidir (Arenaya giriş sərbəstdir).

Cüdo yığmamızın dünya çempionatı üçün heyəti açıqlandı

Cüdo yığmamızın dünya çempionatı üçün heyəti açıqlandı

Dünya çempionatı üçün heyət açıqlanıb

6-13 oktyabr 2022-ci ildə Özbəkistanın paytaxtı Daşkənd şəhərində böyüklər arasında Dünya çempionatı keçiriləcək. Beynəlxalq səviyyədə bu ilin cüdo üzrə ən mötəbər yarışı olan bu çempionatda Azərbaycanı 11 idmançı təmsil edəcək. Mundiala ümumilikdə 80-dən çox ölkədən 500-dən çox idmançı qatılacaq.

Cüdoçularımıza performans direktor Mark van der Ham, kişilərdən ibarət milli yığmanın baş məşqçisi Riçard Trautman, qadınlardan ibarət milli yığmanın baş məşqçisi Rəşad Məmmədov, böyük məşqçilər Mövlud Mirəliyev, Elçin İsmayılov və Mehman Əzizov, böyük performans analitik Zaur Babayev rəhbərlik edəcəklər. 

Dünya çempionatında fərdi yarışlar 6-12 oktyabr tarixlərində, komanda yarışları isə 13 oktyabrda Daşkənddə yerləşən “Humo Arena”-da keçiriləcək. Fərdi yarışlarda təmsil olunacaq Azərbaycan milli yığmasının heyəti aşağıdakı kimidir:

Qadınlar

-48 kq. 

Leyla Əliyeva 

-52 kq. 

Gültac Məmmədəliyeva

Kişilər

-60 kq. 

Kəramət Hüseynov

 

-66 kq. 

Orxan Səfərov 

Yaşar Nəcəfov 

-73 kq. 

Rüstəm Orucov 

Hidayət Heydərov 

-81 kq. 

Səid Mollayi 

-90 kq. 

Məmmədəli Mehdiyev 

-100 kq. 

Zelim Kotsoyev 

+100 kq. 

Uşanqi Kokauri

İdmançılarımıza uğurlar arzulayırıq!

 

““Viktoriya” “Qarabağ” üzərində haqsız qələbə qazandı” - “Frayburq”un baş məşqçisi

““Viktoriya” “Qarabağ” üzərində haqsız qələbə qazandı” - “Frayburq”un baş məşqçisi

Almaniyanın “Frayburq” komandasının baş məşqçisi Kristian Ştrayx “Qarabağ”ın UEFA Çempionlar Liqasının pley-off mərhələsində Çexiyanın “Viktoriya” (Plzen) klubuna qarşı keçirdiyi oyunlardan danışıb.

YAZTV” xəbər verir ki, o, çexiyalıların haqsız şəkildə ÇL-in qrup mərhələsində olduğunu bildirib:

Ştrayx qeyd edib ki, qitənin ən nüfuzlu klub yarışının qrupunda “Qarabağ” oynamalı idi: ““Qarabağ”ın Çempionlar Liqasının pley-off mərhələsində “Viktoriya”ya qarşı keçirdiyi son oyunu izləmişəm. Çexiyalılar iki hücum etdi və haqsız şəkildə 2:1 hesablı qələbə qazandı. Son oyun olmasaydı, “Qarabağ” Çempionlar Liqasının qrup mərhələsində çıxış edəcəkdi”. 

Prezident İlham Əliyev Gənclər və İdman Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında Sərəncam imzalayıb

Prezident İlham Əliyev Gənclər və İdman Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında Sərəncam imzalayıb

Sərəncama əsasən, Gənclər və İdman Nazirliyinin Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin, Binəqədi, Qaradağ, Xəzər, Səbail, Sabunçu, Suraxanı, Nərimanov, Nəsimi, Nizami, Pirallahı, Xətai, Yasamal rayon gənclər və idman idarələrinin əsasında Bakı Şəhər Gənclər və İdman İdarəsi yaradılacaq.

Eyni zamanda, nazirliyin tərkibində yeni regional idarələr yaradılır:

Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsi, Abşeron, Xızı rayon gənclər və idman idarələrinin əsasında Abşeron−Xızı Regional Gənclər və İdman İdarəsi;

Ağsu, İsmayıllı, Qobustan və Şamaxı rayon gənclər və idman idarələrinin əsasında Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsi;

Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsi, Naftalan şəhər, Daşkəsən, Göygöl, Goranboy və Samux rayon gənclər və idman idarələrinin əsasında Gəncə−Daşkəsən Regional Gənclər və İdman İdarəsi;

Xankəndi şəhər, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayon gənclər və idman idarələrinin əsasında Qarabağ Regional Gənclər və İdman İdarəsi;

Ağstafa, Qazax, Gədəbəy, Şəmkir və Tovuz rayon gənclər və idman idarələrinin əsasında Qazax−Tovuz Regional Gənclər və İdman İdarəsi;

Xaçmaz, Quba, Qusar, Siyəzən və Şabran rayon gənclər və idman idarələrinin əsasında Quba−Xaçmaz Regional Gənclər və İdman İdarəsi;

Astara, Lerik, Lənkəran, Masallı, Yardımlı və Cəlilabad rayon gənclər və idman idarələrinin əsasında Lənkəran−Astara Regional Gənclər və İdman İdarəsi;

Mingəçevir şəhər, Ağdaş, Göyçay, Kürdəmir, Ucar, Yevlax və Zərdab rayon gənclər və idman idarələrinin əsasında Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsi;

Beyləqan, İmişli, Saatlı və Sabirabad rayon gənclər və idman idarələrinin əsasında Mil−Muğan Regional Gənclər və İdman İdarəsi;

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz və Qəbələ rayon gənclər və idman idarələrinin əsasında Şəki−Zaqatala Regional Gənclər və İdman İdarəsi;

Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayon gənclər və idman idarələrinin əsasında Şərqi Zəngəzur Regional Gənclər və İdman İdarəsi;

Şirvan şəhər, Biləsuvar, Hacıqabul, Neftçala və Salyan rayon gənclər və idman idarələrinin əsasında Şirvan−Salyan Regional Gənclər və İdman İdarəsi.

Nazirlər Kabinetinə Gənclər və İdman Nazirliyinin Bakı Şəhər Gənclər və İdman İdarəsinin və regional idarələrinin fəaliyyətinin təşkili ilə bağlı zəruri maliyyə və maddi-texniki təminat məsələlərini həll etmək tapşırılıb.

Maliyyə Nazirliyi gənclər və idman sahəsinin 2023-cü il yanvarın 1-dən mərkəzləşdirilmiş maliyyələşməyə keçməsini təmin etməlidir.

Zabit Səmədovun Bakıda baş tutacaq  vida gecəsi üçün çəkiölçmə mərasimi keçirilib

Zabit Səmədovun Bakıda baş tutacaq vida gecəsi üçün çəkiölçmə mərasimi keçirilib

Azərbaycanın məşhur döyüşçüsü (K-1 növündə çıxış edən)Zabit Səmədovun Bakıda baş tutacaq vida gecəsi üçün çəkiölçmə mərasimi keçirilib.Yaztv saytı xəbər verir ki,mərasimdə idmançıların yarış öncə çəkiləri tərəzidə ölçülüb.Bundan sonra idmançılar "face-to-face" üz-uzə qəliblər.Gecənin əsas döyüşü "Mauqli" ləqəbli Zabit Səmədovla braziliyalı Antonio Silva arasında olacaq. Səmədov bu qarşılaşmanın qalibi olacağı halda, Beynəlxalq Karate və Kikboksinq İdmanı Assosiasiyasının (ISKA) kəmərini qazanacaq.Turnirda mübarizə aparan iştirakçıların siyahısı:

65 kq Nikita Kostermann (Niderland) – Kübra Aksoy (Türkiyə)

64,5 kq Nuri Kacar (Türkiyə) – Emil Xəlilov (Azərbaycan)

+100 kq Kirill Buler (Almaniya) – Buğra Ərdoğan (Türkiyə)

72,5 kq Kristian Baya (Niderland) – Seyfulla Xambaxadov (Rusiya)

4 nəfərlik təsnifat turniri. 72,5 kq Besmir Helşani (Almaniya) – Andrey Kedveş (Xorvatiya)

4 nəfərlik təsnifat turniri. 72,5 kq Dmitri Filonçik (Belarus) – Ruslan Nağıyev (Azərbaycan)

72,5 kq Alim Nəbiyev (Azərbaycan) – Andrey Ostrovyanu (Rumıniya)

+100 kq Zabit Səmədov (Azərbaycan) – Antonio Silva (Braziliya)

”Mix Fight Championship” liqası çərçivəsində keçirilən döyüşləri CBC TV 10 sentyabr Milli Gimnastika Arenasından Bakı vaxtı ilə saat 21:00-dan etibarən canlı yayımlanacaq.

Avropa Kuboku Göygöldə keçiriləcək

Avropa Kuboku Göygöldə keçiriləcək

Azərbaycan ilk dəfə cüdo idman növü üzrə yeniyetmələr arasında Avropa Kuboku turnirinə ev sahibliyi edəcək. “YAZTV” xəbər verir ki, Avropa Cüdo Birliyinin (EJU) rəsmi təqviminə daxil olan yarış 6-7 may 2023-cü ildə Göygöl Olimpiya İdman Kompleksində baş tutacaq. 

Azərbaycan Cüdo Federasiyasının baş katibi Rəşad Rəsullu bildirib ki, Azərbaycan cüdo idman növü üzrə Dünya Çempionatı, Böyük Dəbilqə, Qran Pri və s. kimi yarışlara dəfələrlə ev sahibliyi edib: “Növbəti belə yarışımız 4-6 noyabr 2022-ci ildə keçiriləcək Böyük Dəbilqə yarışı olacaq. Lakin, indiyə qədər Beynəlxalq Cüdo Federasiyası (IJF) və ACB-nin rəsmi təqviminə daxil olan və ölkəmizdə keçirilən beynəlxalq yarışlar adətən Bakıda təşkil edilib və bir qayda olaraq, böyüklər arasında keçirilib. Avropa Kuboku isə regionda təşkil edilən ilk rəsmi beynəxalq statuslu yarış olacaq və yeniyetmələr arasında keçiriləcək. Bu baxımdan, bu yarışın cüdo idman növünün ölkəmizin regionlarında kütləviləşdirilməsi, həmçinin uşaqlar və yeniyetmələr arasında populyarlaşdırılması baxımından mühüm rolu olacaqdır”.

O, həmçinin bu yarışın yeniyetmələrdən ibarət milli yığmanın üzvlərinin öz peşəkarlıqlarını artırmaları, həmçinin növbəti il yeniyetmələr arasında Avropa və dünya birinciliklərində iştirak edəcək heyətin müəyyən edilməsi baxımından mühüm rol oynayacağını da qeyd edib.

Qeyd edək ki, yarış bitdikdən sonra yarışda iştirak edəcək ölkələrin idmançılarının iştirakı ilə 8-10 may 2023-cü ildə beynəlxalq təlim-məşq toplanışı da təşkil ediləcək.

Bu idmançılara 70 min manat veriləcək - RƏSMİ

Bu idmançılara 70 min manat veriləcək - RƏSMİ

Türkiyənin Konya şəhərindəki V İslam Həmrəyliyi Oyunlarında ən yüksək nəticələr göstərmiş idmançılar, onların məşqçiləri və hazırlıq prosesində iştirak etmiş digər mütəxəssislərin mükafatlandırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, mükafatların ödənilməsinə başlanılıb.

YAZTV xəbər verir ki, Gənclər və İdman Nazirliyindən verilən məlumata görə, ümumilikdə, 188 idmançı, 94 məşqçi və idman mütəxəssisini əhatə edən mükafatlandırma qaydalarında bir sıra yeniliklər tətbiq edilir. Yeniliklər idmançıların motivasiyası və onların nəticələrinin qarşıdakı illərdə də yüksəldilməsinə xidmət edir. Buna görə də, əsas yenilik idmançıların hazırlığında rolu olan hər kəsin mükafat almasıdır. Təkcə məşqçilər deyil, eyni zamanda, idmançıların yarışlara hazırlığı prosesində əməyi olan digər mütəxəssislər (həkim, fizioterapevt, menecerlər) və eləcə də həmin yarışlarda ölkəmizi təmsil etmiş hakimlərə də mükafat müəyyən edilib. İdmançıların qazandığı medalın əyarından asılı olmayaraq, həmin mütəxəssislər 10 000 manat məbləğində mükafatlandırılacaqlar.

Digər yenilik odur ki, baş məşqçi, şəxsi məşqçi, köməkçi məşqçi və ya digər mütəxəssislər yalnız bir vəzifə üzrə mükafat alacaqlar. Milliləşdirilmiş idmançıların əldə etdiyi ən yüksək nəticələrə görə onların şəxsi məşqçiləri mükafatlandırılmır. Komanda yarışlarında ən yüksək nəticələrə görə baş məşqçi və köməkçi məşqçilər komandanın tutduğu yerdən asılı olaraq, fərdi idman növlərində baş məşqçi və köməkçi məşqçilərlə eyni məbləğdə mükafatlandırılırlar.

Daha bir yenilik idmançılara verilən mükafatların hissə-hissə ödənilməsidir. Əvvəlki illərin təcrübəsi göstərir ki, idmançıların böyük məbləğdə mükafatı bir dəfəyə alması bəzi hallarda onların idmançı karyerasını davam etdirməsinə marağı azaldır. Buna görə də onları sonrakı illərdə aktiv idman karyeralarını davam etdirməyə sövq etmək məqsədilə idmançılara verilən mükafatlar mərhələli şəkildə 3 il ərzində ödəniləcək Mükafat eyni zamanda idmançıların bundan sonrakı idman karyerasına dəstək üçün verilir. İdmançılar üçün nəzərdə tutulan mükafatın 40%-i 2022-ci ildə, 30%-i 2023-cü ilin 4-cü rübündə; qalan 30%-i 2024-cü ilin 4-cü rübündə ödəniləcək. İdmançıya antidopinq qayda pozuntusuna görə sanksiya tətbiq olunduğu halda mükafat ödənilməyəcək.

İdmançılar və məşqçilər üçün nəzərdə tutulan mükafatların ödənilməsi 2 kateqoriya üzrə tənzimlənir. Fərdi yarışlarda qazanılan nəticələrə görə, birinci yer üçün mükafat 70 000 manat, ikinci yer üçün 50 000 manat, üçüncü yer üçün 30 000 manat müəyyən edilib. Cütlük, üçlük və ya komanda hesabı proqramı üzrə medal qazanan idmançılar arasında mükafatın məbləği onların sayına uyğun olaraq, bərabər şəkildə bölünür.

Komanda idman növlərində verilən mükafat bir medala görə müəyyənləşdirilərək bölündüyü üçün və bu halda idmançılara düşən məbləğ nisbətən az olduğundan komanda üzvlərinə ayrılan mükafat fərqli yanaşma ilə nəzərə alınıb. Basketbol (3x3), bədii gimnastika (qrup hərəkətləri üzrə komanda) həndbol, futbol və voleybol idman növləri üzrə qazanılan medallara görə, komandanın hər bir üzvünə birinci yer üçün 40 000 manat, ikinci yer üçün 30 000 manat, üçüncü yer üçün isə 20 000 manat ödənilir.

Daha bir yenilik, bölgü zamanı əldə edilən uğurun çətinliyinin nəzərə alınmasıdır. Rəqabətin az olduğu çəki dərəcələrində medal qazanmış idmançılara verilən mükafat 5000 manat təşkil edir.

Bu gün Qərb derbisi var

Bu gün Qərb derbisi var

Bu gün Azərbaycan Premyer Liqasında VI tura start veriləcək.

YAZTV xəbər verir ki, turun ilk günündə bir matç baş tutacaq.

Günün yeganə oyunu Tovuzda təşkil olunacaq. Qərb derbisində “Turan Tovuz”la “Kəpəz” üz-üzə gələcək.

Qeyd edək ki, tura sentyabrın 11-də yekun vurulacaq.

Azərbaycan Premyer Liqası

VI tur

9 sentyabr (cümə)

16:30. “Turan Tovuz” – “Kəpəz”

Tovuz şəhər stadionu

Şəhər rəhbəri Niyazi Bayramov beynəlxalq yarışlarda mükafata layiq görülən idmançılarla görüşüb

Şəhər rəhbəri Niyazi Bayramov beynəlxalq yarışlarda mükafata layiq görülən idmançılarla görüşüb

Gəncədə 2022-ci ilin son 4 ayı ərzində Dünya, Avropa, İslam Həmrəylik Oyunları və Beynəlxalq qranpridə mükafata layiq görülmüş idmançılar və onların məşqçiləri ilə görüş keçirilib. Görüşdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, millət vəkili Müşfiq Cəfərov, Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov, “Şöhrət” ordenli, Əməkdar məşqçi Elçin Zeynalov, 1 nömrəli UGİŞM-nin direktoru Ramil Qasımov, 2 nömrəli UGİŞM-nin direktoru Asif Həsənov, şəhərin idman ictimaiyyətinin nümayəndələri, məşqçilər və idmançılar iştirak ediblər.

Niyazi Bayramov çıxışında bildirib ki, dövlətimiz tərəfindən idmançılarımıza göstərilən qayğı onlarda böyük ruh yüksəkliyi yaradır. O qeyd edib ki, Milli Olimpiya Komitəsinin sədri, Prezident İlham Əliyev idmanın inkişafına böyük təkan verməklə yanaşı, minlərlə yeniyetmə və gəncin sağlam ruhda tərbiyə edilməsi üçün bütün zəruri tədbirlərin görülməsinə şərait yaradıb. Bugün onun nəticəsidir ki, ölkəmizin hər bölgəsindən olduğu kimi, Gəncə şəhərinin idmançıları da beynəlxalq arenalarda müvəffəqiyyətlə Vətənə qayıdırlar. Niyazi Bayramov qazandıqları uğur münasibətilə idmançıları təbrik edərək onlara daha böyük qələbələr arzulayıb. 

Tədbirdə çıxış edən Baş İdarə rəisi Həmid Nəsirov 2022-ci ilin 8 ayı ərzində görülən işlər haqqında məlumat verib. Bildirib ki, bu aylar ərzində Gəncədə 5 mindən artıq idmançının iştirakı ilə 90-dan çox şəhər yarışları həyata keçirilib. Eyni zamanda, idmançılarımız 50-dən çox Respublika, 2 Zona, 7 Dünya, 14 Avropa, 12 Beynəlxalq yarışlarında iştirak edərək ümumilikdə 302 medal qazanıblar. Qarşıda böyük tədbirlərin və yarışların nəzərdə tutulduğunu bildirən Həmid Nəsirov, göstərilən diqqət və qayğıya görə dövlət başçımıza və şəhər rəhbərliyinə öz dərin təşəkkürünü bildirib. 

Millət vəkili Müşfiq Cəfərov idmançıları təbrik edib, onlara gələcək nailiyyətlərində uğurlar diləyib. O qeyd edib ki, beynəlxalq yarışlardan ölkəmizə gətirilən hər bir medalın arxasında böyük zəhmət və əzm dayanır. Bu uğurların əldə edilməsində dövlət başçımızın idmana göstərdiyi xüsusi diqqət və qayğının da rolu danılmazdır.  

Çıxış edənlər Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ölkədə idmanın inkişafına göstərdikləri qayğıdan söz açıblar və ölkə rəhbərinə idman sahəsində yaradılan yüksək şəraitə görə minnətdarlıqlarını ifadə ediblər. 

Sonda Dünya, Avropa, İslam Həmrəylik Oyunları və Beynəlxalq qranpridə mükafata layiq görülmüş idmançılara və onların məşqçilərinə hədiyyələr təqdim olunub, xatirə şəkli çəkdirilib.

"Qarabağ" və "Neftçi"nin start heyətləri bəlli oldu

"Qarabağ" və "Neftçi"nin start heyətləri bəlli oldu

Futbol üzrə Azərbaycan Premyer Liqasının VIII turunda üz-üzə gələcək "Qarabağ" və "Neftçi"nin start heyətləri açıqlanıb.

YAZTV  xəbər verir ki, komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar:

“Qarabağ”: 1. Şahruddin Məhəmmədəliyev 7. Riçard Almeyda 55. Bədavi Hüseynov 2. Qara Qarayev (k) 13. Bəhlul Mustafazadə 44. Elvin Cəfərquliyev 29. Marko Veşoviç 10. Abdullah Zubir 20. Kadi Borqes 11. Kvabena Ovusu 15. Leandro Andrade

Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili 89. Amin Ramazanov 5. Maksim Medvedev 19. Filip Ozobiç 30. Abbas Hüseynov 77. Ramil Şeydayev 18. İsmayıl İbrahimli 27. Toral Bayramov 22. Musa Qurbanlı 81. Kevin Medina 8. Marko Yankoviç 6. Julio Romao

Baş məşqçi: Qurban Qurbanov

“Neftçi”: 30. Aqil Məmmədov 8. Emin Mahmudov (k) 14. Eddi İsrafilov 26. Ömər Buludov 6. Voyislav Stankoviç 3. Mamadu Mbodj 5. Kenni Sayef 7. Azər Əliyev 23. Ataa Caber 11. Qodsvey Donyo 24. Yusuf Laval

Ehtiyat oyunçular: 1. İvan Brkiç 93. Rza Cəfərov 17. Rəhman Hacıyev 2. Mert Çelik 21. İsmayıl Zülfüqarlı 20. Vüsal Əsgərov 27. Fərid Yusifli 82. Rüfət Abbasov 78. Elcan Əbilov 4. Solomon Kverkveliya 77. Yeqor Boqomolski 16. Gilyerme Pato

Baş məşqçi: Laurentsiu Regekampf

Qeyd edək ki, bu gün "Azersun Arena"da keçiriləcək qarşılaşma saat 18:00-da başlayacaq.

“Çelsi” yeni baş məşqçisini açıqladı

“Çelsi” yeni baş məşqçisini açıqladı

Londonun “Çelsi” klubu “Brayton”un keçmiş baş məşqçisi Qrem Potterin baş məşqçi postuna təyin olunduğunu açıqlayıb.

YAZTV” xəbər verir ki, bu barədə klubun rəsmi saytında yazılıb. 

"Çelsi Futbol Klubu Qrem Potteri yeni baş məşqçimiz kimi qəbul etməkdən məmnundur. O, mütərəqqi futbolu və innovativ məşqçiliyini kluba gətirmək üçün bizə beş illik müqavilə ilə qoşulur".

Qeyd edək ki, Potter 2019-cu ildən "Brayton"dadır. Ötən mövsüm o, komandanı tarixində ən yaxşı nəticəyə gətirib çıxarıb.

Mahir Emrelinin komandası “Çelsi”ni məğlub etdi

Mahir Emrelinin komandası “Çelsi”ni məğlub etdi

Çempionlar Liqasında qrup mərhələsinin ilk turunun oyunları keçirilir.

YAZTV xəbər verir ki, E qrupunda Azərbaycan millisinin üzvü Mahir Emrelinin formasını geyindiyi Zaqreb "Dinamo"su "Çelsi"ni qəbul edib. Matç Xorvatiya klubunun 1:0 hesablı qələbəsiylə başa çatıb.

Mahir Emreli bu görüşün iştirakçısı olmayıb. 25 yaşlı forvard sonadək ehtiyat oyunçular skamyasında olub.

"Dinamo" (Zaqreb, Xorvatiya) - "Çelsi" (İngiltərə) 1:0

Qol: Mislav Orşiç, 13