
Bakıda keçirilən karate üzrə Premyer Liqa yarışında Azərbaycan ilk qızıl medalını qazanıb.
YAZTV-nin xəbərinə görə, 60 kq çəki dərəcəsində yarışan Əminağa Quliyev misirli Kərim Aboeitta ilə gərgin keçən döyüşdən qalib ayrılıb – 6:5. Bu, Quliyevin karyerasında qazandığı ilk Premyer Liqa yarışıdır.
Qeyd edək ki, bu gün İrina Zaretskaya (68 kq) və Asiman Qurbanlı (+84 kq) final döyüşlərinə çıxacaqlar.
Xatırladaq ki, səhər seansında Tural Ağalarzadə (67 kq), Turqut Həsənov (84 kq) və Murad Hacızadə (+84 kq) bürünc medal qazanıblar. Onlar müvafiq olaraq Hiroki Nakano (Yaponiya), Andrey Toroşanko (Ukrayna) və Qoqita Arkania (Gürcüstan) üstün olub.