Monday, 29 May 2023 10:10
Yeni Azərbaycan Televiziyası
Bakı
İstanbul
Moskva
Azərbaycan Premyer Liqasının dəyəri qalxıb, "Qarabağ"da azalıb

Azərbaycan Premyer Liqasının dəyəri qalxıb, "Qarabağ"da azalıb

Azərbaycan Premyer Liqasının dəyəri ötən ayla müqayisədə qalxıb.

YAZTV-nin məlumatına görə, bu "Transfermarkt" portalında öz əksini tapıb.

Avqustun 15-də çempionatın dəyəri 60,10 milyon avro təşkil edibsə, hazırda bu rəqəm 61,50 milyon avroya bərabərdir. Bu isə təxminən 2,3 faiz artım deməkdir.

Premyer Liqadakı 10 komandadan yalnız "Qarabağ"la "Zirə" dəyər itirib. İbrahima Vadjini Fransa "Sent-Etyen"inə satan "köhlən atlar"ın futbolçularının ümumi qiyməti 14,08 milyon avrodan 13,43 milyon avroyadək düşüb. Bu, 4,6 faizlik azalmadır. "Qartallar"ın dəyəri bir faiz enərək, 7,33 milyon avrodan 7,25 milyon avroya azalıb.

"Neftçi" (10,20 milyon avro), "Sabah" (8 milyon avro) və "Qəbələ"də (5,78 milyon avro) hər hansı dəyişiklik baş verməyib.

Əvəzində "Səbail" (4,83 - 5,33 milyon avro, 10,4 faiz), "Sumqayıt" (3,90 milyon avro - 4,3 milyon avro, 10,3 faiz), "Turan Tovuz" (2,88 milyon - 3,35 milyon avro, 16,5 faiz), "Şamaxı" (1,55 - 2,05 milyon avro 32,4 faiz) və "Kəpəz"də (1,58 - 1,83 milyon avro, 15,9 faiz) artım qeydə alınıb.

Azəbaycanlı idmançının Kiprdəki qalmaqala görə cəzasının müddəti başa çatıb

Azəbaycanlı idmançının Kiprdəki qalmaqala görə cəzasının müddəti başa çatıb

Azərbaycanın sambo millisinin üzvü Emil Həsənovun cəza müddəti başa çatıb.

Bu barədə  yığmanın baş məşqçisi Bəxtiyar Hacıyev məlumat verib.

O bildirib ki, titullu idmançı 15 - 18 sentyabrda Serbiyanın Novi Sad şəhərində keçiriləcək Avropa çempionatında iştirak edə biləcək.

Lakin Hacıyevin cəzası hələ daha 1 il, yeniyetmə və gənclərdən ibarət millinin baş məşqçisi Yaqub Abdullayevinki isə 3 il müddətinə qüvvədə qalacaq.

Qeyd edək ki, cəzalar 2021-ci ilin mayında Kiprin Limassol şəhərində yeniyetmə, gənclər və böyüklər arasında keçirilmiş Avropa çempionatında baş vermiş hadisə ilə əlaqədardır. Həmin vaxt 71 kq çəki dərəcəsi üzrə final görüşündə Emil Həsənovla Rusiya samboçusu Məhəmməd Hacıyev üz-üzə gəlib. Hakimlər ağrıdıcı fənd tətbiq etdiyini əsas gətirərək, qələbəni Rusiya idmançısına verib.

Bundan narazı olan Azərbaycan nümayəndə heyəti qərara sərt etiraz edib. Nəticədə bütün Azərbaycan millisi yarışdan diskvalifikasiya olunub. Ötən ilin avqustunda Emil Həsənov 1 il, Bəxtiyar Hacıyev 2 il, Yaqub Abdullayevə isə 4 il cəza alıb.

Cüdoçular dünya çempionatına birgə hazırlaşırlar

Cüdoçular dünya çempionatına birgə hazırlaşırlar

Azərbaycanın kişilərdən və gənc oğlanlardan ibarət milli yığma üzvləri ilə yanaşı Belçika, İsrail, Niderland, Polşa, Özbəkistan, Səudiyyə Ərəbistan və Tacikistanın aparıcı cüdoçuları 25 avqustdan etibarən Göygöl Olimpiya İdman Kompleksində birgə məşq edirlər. Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə keçirilən beynəlxalq təlim-məşq toplanışında 120-dən artıq idmançı iştirak edir.
 
Özbəkistan milli yığmasının baş məşqçisi, olimpiya və üçqat dünya çempionu İlias İliadis təlim-məşq toplanışının yüksək səviyyədə təşkilinə görə ACF-ə təşəkkürünü bildirib: “Azərbaycanın milli yığması dünyanın ən güclü yığmalarından biridir. Onlarla və digər ölkələrin idmançıları ilə birlikdə dünya çempionatına hazırlaşmağımız bizim idmançılar üçün çox faydalı olacaq. Komandamızı Azərbaycana dəvət etdiyi üçün ACF-ə dərin təşəkkürümü bildirirəm. Bizimlə öz təcrübələrini bölüşdüyü üçün millinizin məşqçilər korpusuna da minnətdaram.”.
 
Böyüklərdən ibarət Azərbaycan milli yığmasının baş məşqçisi Riçard Trautman bildirib ki, Göygöldə təşkil edilən təlim-məşq toplantısı Azərbaycan idmançılarının dünya çempionatına hazırlığı üçün əsas mərhələlərdən biridir: “Göygöl toplanışı bizim üçün dünya çempionatına hazırlıq baxımından çox böyük addımdır. Beynəlxalq təlim-məşq toplanışa bir çox ölkədən cüdoçular qatılıb. Özbəkistanın paytaxtı Daşkənddə keçiriləcək mundial öncəsi güclü komandalarla işləmək bizim üçün vacibdir. Bu həm belə bir böyük yarışa hazırlıq, həm də formaya düşmək baxımından önəmlidir.”.
 
6 idmançı ilə qatılan Polşanın cüdo millisinin baş məşqçisi həmyerlimiz Rəşad Həsənov təlim-məşq toplanışının yüksək səviyyədə təşkilinə görə ACF-ə təşəkkürünü bildirib: “Bizim üçün də çox xoşdur ki, Azərbaycan – Polşa əlaqələrini bu toplanış sayəsində möhkəmləndiririk. Biz də dünya çempionatına hazırlaşırıq. Təlim-məşqdə taktiki və texniki hazırlıqlara üstünlük verilir və Polşa millisinin nəticələrində də irəliləyiş hiss olunur.”.
 
İsrailin cüdo millisinin baş məşqçisi, olimpiya, üçqat dünya və ikiqat Avropa çempionu Oren Smadja Azərbaycanda olduğu üçün məmnun olduğunu bildirib: “Biz artıq ikinci dəfədir ki, Göygöldə təlim-məşqdə iştirak edirik. Burada bizim üçün bütün şərait yaradılıb. Azərbaycan dünyanın ən güclü cüdo ölkələrindən biridir. Belə yüksək səviyyədə təlim-məşq toplanışının təşkil oluduğu üçün ACF-ə və millinizin məşqçilər korpusuna da minnətdaram. ”.
 
Təlim-məşq toplanışı Azərbaycanın kişilərdən ibarət milli yığması üçün 6-12 oktyabrda Özbəkistanın Daşkənd şəhərində keçiriləcək Dünya çempionatına hazırlıq məqsədi daşıyır. Eyni zamanda, gənc oğlanlardan ibarət milli yığma 15-18 sentyabrda Çexiyanın paytaxtı Praqa şəhərində keçiriləcək gənclər arasında Avropa Çempionatı üçün hazırlaşırlar.
Qeyd edək ki, təlim-məşq toplanışı sentyabrın 3-nə qədər davam edəcək.
 
Azərbaycan Premyer Liqasının V turuna təyinatlar açıqlanıb

Azərbaycan Premyer Liqasının V turuna təyinatlar açıqlanıb

Futbol üzrə Azərbaycan Premyer Liqasında V turun təyinatları açıqlanıb.

YAZTV Peşəkar Futbol Liqasının saytına istinadən xəbər verir ki, “Kəpəz” – “Qarabağ” matçına Əliyar Ağayev, “Neftçi” – “Sumqayıt” oyununa Kamal Umudlu baş hakim təyin olunub.

1 sentyabr

19:00 “Kəpəz” – “Qarabağ”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Elşad Abdullayev, Fərid Hacıyev
VAR: Rəvan Həmzəzadə
AVAR: Eyyub İbrahimov
Hakim-inspektor: Ömər Paşayev
Qəbələ şəhər stadionu

3 sentyabr

16:00 “Şamaxı” – “Turan Tovuz”
Hakimlər: Rauf Allahverdiyev, Namiq Hüseynov, Cəmil Quliyev, Elvin Bayramov
Hakim-inspektor: Ramil Diniyev
Şamaxı şəhər stadionu

20:30 “Neftçi” – “Sumqayıt”
Hakimlər: Kamal Umudlu, Rəhman İmami, Vüsal Məmmədov, Tural Qurbanov
Hakim-inspektor: Babək Quliyev
“Bakcell Arena”

4 sentyabr

18:00 “Sabah” – “Səbail”
Hakimlər: Nicat İsmayıllı, Pərvin Talıbov, Kamran Bayramov, Cavid Cəlilov
Hakim-inspektor: Orxan Məmmədov
“Bank Respublika Arena”

20:30 “Zirə” – “Qəbələ”
Hakimlər: Rauf Cabarov, Cavanşir Yusifov, Müslüm Əliyev, Kamranbəy Rəhimov
Hakim-inspektor: Anar Salmanov
Zirə İdman Kompleksinin stadionu

Azəbaycanlı idmançının Kiprdəki qalmaqala görə cəzasının müddəti başa çatıb

Azəbaycanlı idmançının Kiprdəki qalmaqala görə cəzasının müddəti başa çatıb

Azərbaycanın sambo millisinin üzvü Emil Həsənovun cəza müddəti başa çatıb.

Bu barədə  yığmanın baş məşqçisi Bəxtiyar Hacıyev məlumat verib.

O bildirib ki, titullu idmançı 15 - 18 sentyabrda Serbiyanın Novi Sad şəhərində keçiriləcək Avropa çempionatında iştirak edə biləcək.

Lakin Hacıyevin cəzası hələ daha 1 il, yeniyetmə və gənclərdən ibarət millinin baş məşqçisi Yaqub Abdullayevinki isə 3 il müddətinə qüvvədə qalacaq.

Qeyd edək ki, cəzalar 2021-ci ilin mayında Kiprin Limassol şəhərində yeniyetmə, gənclər və böyüklər arasında keçirilmiş Avropa çempionatında baş vermiş hadisə ilə əlaqədardır. Həmin vaxt 71 kq çəki dərəcəsi üzrə final görüşündə Emil Həsənovla Rusiya samboçusu Məhəmməd Hacıyev üz-üzə gəlib. Hakimlər ağrıdıcı fənd tətbiq etdiyini əsas gətirərək, qələbəni Rusiya idmançısına verib.

Bundan narazı olan Azərbaycan nümayəndə heyəti qərara sərt etiraz edib. Nəticədə bütün Azərbaycan millisi yarışdan diskvalifikasiya olunub. Ötən ilin avqustunda Emil Həsənov 1 il, Bəxtiyar Hacıyev 2 il, Yaqub Abdullayevə isə 4 il cəza alıb.

Konfederasiyalar üzrə klub yarışlarının bombardirləri bəlli olub

Konfederasiyalar üzrə klub yarışlarının bombardirləri bəlli olub

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 6 konfederasiyanın klub yarışlarında indiyədək ən çox qol vurmuş futbolçuları açıqlayıb.

YAZTV IFFHS-in rəsmi saytına istinadən xəbər verir ki, hazırda İngiltərənin "Mançester Yunayted" klubunda çıxış edən Kriştianu Ronaldu UEFA turnirlərində 143 qola imza atıb.

37 yaşlı portuqaliyalı hücumçu digər konfederasiyalardakı rekordçulardan xeyli irəlidədir.

Cənubi Amerika Futbol Konfederasiyasından (CONMEBOL) ekvadorlu Alberto Spenser klub turnirlərində 58 dəfə fərqlənməyə müvəffəq olub. 2006-cı ildə 68 yaşında ikən vəfat etmiş keşmiş oyunçunun rekordu 50 ildir əlçatmaz qalıb.

Afrika Futbol Konfederasiyasında (CAF) Konqo Demokratik Respublikasından olan Trezor Mputu 56, Asiya Futbol Konfederasiyasında (AFC) monteneqrolu Deyan Damyanoviç 43 qol, Okeaniya Futbol Konfederasiyasında Solomon adalarından olan Benjamin Totori 28, Şimali və Mərkəzi Amerika Karib hövzəsi zonasında (CONCACAF) meksikalı Xavyer Orosko 24 qolla rekordçudur.

Dünya çempionatlarında çıxış edəcək Azərbaycanın çimərlik güləşçiləri bəlli olub

Dünya çempionatlarında çıxış edəcək Azərbaycanın çimərlik güləşçiləri bəlli olub

Bu həftə Rumıniyanın Konstantsa şəhərində çimərlik güləşi üzrə ilin ən önəmli yarışları keçiriləcək.

YAZTV Azərbaycan Güləş Federasiyasının saytına istinadən xəbər verir ki, sabah U-17, növbəti gün isə U-20 dünya çempionatı baş tutacaq.

Baş məşqçi Oyan Nəzəriani və məşqçi Ağahüseyn Mustafayevin rəhbərliyi altında 8 idmançı mundialda Azərbaycanı təmsil edəcək. Yeniyetmələrin yarışında Hüseyn Sevdimov (50 kq), Ziya Göyüşov (60 kq), Vüsal Əliyev (70 kq) və Anar Cəfərli (80 kq), gənclərin mübarizəsində isə Rübail İbrahimli (70 kq), Fərid Yusifov (80 kq), Fərid Cabbarov (90 kq) və Zəfər Əliyev (+90 kq) uğur qazanmağa çalışacaq.

Sentyabrın 3-4-də isə Dünya Seriyasının final mərhələsi keçiriləcək. Başqa sözlə, çimərlik güləşində böyüklər arasında dünya çempionları müəyyənləşəcək. Həlledici yarışda Ramiz Həsənov (70 kq), Omid Kamaliaqdam (80 kq) və İbrahim Yusubov (90 kq) çıxış edəcək.

Qeyd edək ki, bu yarışlarda I-S kateqoriyalı Sədi Quliyev hakimlik edəcək.

Fərid Qayıbov: "Azərbaycanın İslamiadada 4-cü olması böyük nailiyyətdir"

Fərid Qayıbov: "Azərbaycanın İslamiadada 4-cü olması böyük nailiyyətdir"

"Azərbaycanın İslamiadada 55 ölkə arasında ilk "5-liy"ə düşərək, 4-cü olması böyük nailiyyətdir".

YAZTV-nin məlumatına görə, bunu gənclər və idman naziri Fərid Qayıbov son bir aydakı nailiyyətlər barədə qeydində yazıb.

O, Türkiyənin Konya şəhərində keçirilmiş V İslam Həmrəylik Oyunlarını xüsusi fərqləndirib: "Avqust ayı fəaliyyət baxımından xeyli əlamətdar, bir o qədər də uğurlu oldu. Olimpiya və qeyri-olimpiya növlərində 120-dən çox medal qazanıldı. Şübhəsiz, bu medalların böyük əksəriyyəti – 99-u İslamiadada əldə edildi. Burada ev sahibi, qardaş ölkədən sonra ən böyük nümayəndə heyəti ilə təmsil olunmaq qürurverici məqam idi".

Nazir bu uğurların dövlət başçısının diqqəti sayəsində mümkün olduğunu vurğulayıb: "İdmançılarımıza dəstəyini əsirgəməyən Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Konyaya gəldikləri gün Atletlər Kəndində idmançılarla görüşləri və Oyunların açılış mərasimində iştirakları, eləcə də böyük bayrağımız dalğalanarkən, 42 minlik stadionla birlikdə ayaq üstə alqışları komandamızın sonrakı uğurları üçün də əla motivasiya oldu".

F. Qayıbov dövlət başçısının, Vətənə qayıtdan dərhal sonra da idmançılarla görüşdüyünü xatırladıb: "Prezident və Birinci vitse-prezidentin görüşə məhz komandamızın idman geyimində gəlmələri və idmançılarımızın nəticələrinin yüksək qiymətləndirilməsi çox xoş oldu. Elə həmin gün də qalib idmançılarımızın mükafatlandırılması üçün dövlət başçımız Sərəncam imzaladı. Bütün bunlar idmançılarımız üçün böyük dəstək, əlavə stimuldur. Daim Azərbaycan idmançılarının yanında olduqları üçün cənab Prezidentə və Birinci vitse-prezidentə minnətdarıq".

Nazir idmançıların uğurlu çıxışlarında əməyi olan hər kəsə - idman federasiyalarının rəhbərlərinə, məşqçilərə, nazirliyin əməkdaşlarına və digər idman mütəxəssislərinə təşəkkür edib: "Səfər çərçivəsində türkiyəli həmkarım Mehmet Kasapoğlu, Konya Texniki Universitetinin rektoru Babur Özçelik və digər şəxslərlə görüşlər zamanı idman uğurları, təcrübə mübadiləsi və gələcək əməkdaşlıq məsələlərini müzakirə etdim, yerli mediaya müsahibələr verdim".

"Beşiktaş"ın sabiq baş məşqçisi Qurban Qurbanovla görüşüb

"Beşiktaş"ın sabiq baş məşqçisi Qurban Qurbanovla görüşüb

Bakıda səfərdə olan türkiyəli mütəxəssis Önder Karaveli "Qarabağ"ı və klubun akademiyasını ziyarət edib.

YAZTV "köhlən atlar"ın rəsmi saytına istinadən xəbər verir ki, klubun bazasına gələn 48 yaşlı mütəxəssis komandanın baş məşqçisi Qurban Qurbanov ilə görüşüb və ona növbəti oyunlarda uğurlar arzulayıb.

Qurban Qurbanov ziyarətə görə Önder Karaveliyə təşəkkür edib.

Qeyd edək ki, daha əvvəl "Qarabağ" akademiyasında koordinator işləmiş Karaveli hazırda Türkiyənin “Beşiktaş” klubunda futbol inkişaf direktoru (Futbol gelişim direktörü) olaraq çalışır. O, 2021-ci ilin sonundan 2022-ci ilin əvvəlinədək İstanbul təmsilçisinin baş məşqçisi də olub.

"Qəbələ"nin prezidenti: "Çətin rəqiblə düşmüşük"

"Qəbələ"nin prezidenti: "Çətin rəqiblə düşmüşük"

"Çətin rəqiblə düşmüşük".

Bunu "Qəbələ" klubunun prezidenti Fariz Nəcəfov U-19 komandasının UEFA Gənclər Liqasının I mərhələsində Xorvatiya "Hayduk"una rəqib olmaları barədə danışarkən deyib.

Bununla belə, 44 yaşlı funksioner gənclərə inamlarının böyük olduğunu bildirib: "Əsas məqsəd gənclərin lazımi təcrübə qazanmalarıdır. Turnirdə layiqli çıxış etmək üçün komandanın hazırlığına şərait yaradılacaq".

"Qırmızı-qaralar" "Hayduk"la ilk matçını sentyabrın 14-də səfərdə, cavab görüşünü isə oktyabrın 5-də Qəbələdə keçirəcək. "Qəbələ" mərhələ adlayacağı təqdirdə II mərhələdə "Astana" (Qazaxıstan) - "Apolonia" (Albaniya) cütünün qalibi ilə görüşəcək. İlk görüş oktyabrın 26-da səfərdə, cavab qarşılaşması isə noyabrın 2-də evdə gerçəkləşəcək.

Fariz Nəcəfovun müsahibəsinin tam versiyasını buradan oxuya bilərsiniz.

Çexiyalı qapıçı: "Qarabağ"la qarşılaşmaq istəmirdim"

Çexiyalı qapıçı: "Qarabağ"la qarşılaşmaq istəmirdim"

"Qarabağ"ın UEFA Çempionlar Liqasının pley-offunda "Viktoriya" (Plzen) komandası ilə oyununu izləmişəm. Bu rəqiblə qarşılaşmaq istəmirdim".

YAZTV-nin məlumatına görə, bunu Azərbaycan təmsilçisinin UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Yunanıstan "Olimpiakos"unun qapıçısı Tomaş Vatslik şəxsi feysbuk hesabında yazıb.

33 yaşlı qolkiper ilk vaxtlar bu turniri arzulamadıqlarını bildirib: "Amma oynadığımız matçlardan sonra buna sevinməliyik. "Olimpiakos"un ambisiyaları hər zaman yüksəkdir".

Qeyd edək ki, "Qarabağ" "Olimpiakos"a qarşı ilk matçını oktyabrın 6-da səfərdə, növbəti görüşünü isə bundan bir həftə sonra Bakıda keçirəcək.

Belarusun qalmaqallı idmançısı Polşa vətəndaşlığını alıb

Belarusun qalmaqallı idmançısı Polşa vətəndaşlığını alıb

Belarus atleti Kristina Timanovskaya Polşa vətəndaşlığı alıb.

YAZTV-nin məlumatına görə, 26 yaşlı idmançı bu barədə sosial şəbəkə hesabında bildirib.

Sprinter "Artıq rəsmi olaraq polyakdır" yazıb.

Qeyd edək ki, Kristina Timanovskaya 2021-ci ilin yayında Yaponiyanın paytaxtı Tokioda keçirilmiş Yay Olimpiya Oyunlarında qalmaqallı olayın iştirakçısı olub. Atlet 100 metr və 200 metr məsafələrdə yarışmalı olsa da, 4x400 metr məsafəyə estafet qaçışı üzrə yığmanın heyətinə daxil edilib. İdmançı bu məsafədə ixtisaslaşmadığı üçün sosial şəbəkədə qərara etirazını bildirib. Nəticədə onu olimpiadanın iştirak ərizəsindən çıxararaq Belarusa qaytarmağa çalışıblar.

Beynəlxalq Olimpiya Komitəsi vəziyyəti nəzarətə götürüb. Hadisədən sonra Timanovskaya Polşaya humanitar viza alıb.