Monday, 29 May 2023 10:45
Yeni Azərbaycan Televiziyası
Bakı
İstanbul
Moskva
Asiman Qurbanlı Azərbaycan karatesinin dünyada məşhurluğunun səbəbini açıqlayıb

Asiman Qurbanlı Azərbaycan karatesinin dünyada məşhurluğunun səbəbini açıqlayıb

“Bakıda keçiriləcək Premyer Liqa turniri Azərbaycan karatesi üçün böyük addım və gələcək nəsillər üçün böyük motivasiyadır".

YAZTV-nin məlumatına görə, bunu Azərbaycan karateçisi Asiman Qurbanlı Ümumdünya Karate Federasiyasının rəsmi saytına açıqlamasında deyib.

30 yaşlı idmançı bildirib ki, gələn ay Bakıda ilk dəfə keçiriləcək turnirdə əsas məqsədi mümkün olan ən yaxşı nəticəni qazanmaqdan ibarət olacaq: "Azərbaycan çox yüksək səviyyəli yarışlar təşkil etməyə qadir ölkədir. Buna misal olaraq I Avropa Oyunları və IV İslam Həmrəyliyi Oyunlarını göstərmək olar ki, hər ikisində karate yarışları yer alıb. İnanıram ki, Bakıda keçiriləcək Premyer Liqa turniri buradakı digər beynəlxalq yarışlar kimi yüksək səviyyədə keçiriləcək".

II Avropa Oyunlarının qalibi, ikiqat dünya, beşqat Avropa və ikiqat İslamiada mükafatçısı olmuş Qurbanlı 7 dəfə də Premyer Liqada medal qazanıb. O, Azərbaycan karatesinin məşhurluğunun səbəbini açıqlayıb: “Xalqımız əzmkar və mübarizdir. Azərbaycan karatesi tarixində beşqat dünya çempionu Rafael Ağayev və bir çox titulları olan digər məşhur idmançılarımız var. Ümid edirik ki, bu ənənəni davam etdirəcək və onu gələcək karateçi nəslə ötürəcəyik”.

Qeyd edək ki, Bakıda Premyer Liqa turniri 2 - 4 sentyabrda keçiriləcək. Bu yarışda Azərbaycanı 16 karateçi təmsil edəcək.

"Frayburq"un baş məşqçisi: "Avropa Liqasında özümüzü sübut etmək istəyirik"

"Frayburq"un baş məşqçisi: "Avropa Liqasında özümüzü sübut etmək istəyirik"

"Bu turnirdə ölkəmizi təmsil edirik. Orada özümüzü sübut etmək istəyirik".

YAZTV "Dpa" nəşrinə istinadən xəbər verir ki, bunu "Qarabağ"ın UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən Almaniyanın "Frayburq" komandasının baş məşqçisi Kristian Ştrayx deyib.

57 yaşlı mütəxəssis noyabradək sıx təqvimlə üz-üzə olacaqlarını bildirib: "Hazırda bu barədə düşünürəm. 4 oyunda 9 xal qazanmışıq və bu, bizə çox kömək edir. Bundesliqada mövsümə yaxşı start vermişik. Ümid edirəm ki, avrokubokda da eyni nəticələri təkrarlayacağıq".

Qeyd edək ki, "Frayburq" Avropa Liqasında ilk görüşünü sentyabrın 8-də "Europa Park" stadionunda "Qarabağ"a qarşı keçirəcək. Matç Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.

Çempionlar Liqası: "Araz-Naxçıvan"ın sonuncu rəqibi bəlli olub

Çempionlar Liqası: "Araz-Naxçıvan"ın sonuncu rəqibi bəlli olub

UEFA Çempionlar Liqasında Azərbaycanı təmsil edəcək “Araz-Naxçıvan”ın əsas mərhələdəki sonuncu rəqibi müəyyənləşib.

YAZTV-nin məlumatına görə, ilkin mərhələnin D qrupunda keçirilən “Minerva” (İsveçrə) – “Loznika Qrad” (Serbiya) matçında qalib gələn nominal qonaqlar maksimum xalla birinci yeri tutub və növbəti mərhələdə iştirak etmək hüququ qazanıb.

Beləliklə 25 - 30 oktyabrda keçiriləcək əsas mərhələnin 5-ci qrupunda “Araz-Naxçıvan” “Mostar” (Bosniya və Herseqovina), “Orebro” (İsveç) və “Loznika Qrad” (Serbiya) komandaları ilə qarşılaşacaq. Oyunlar Bosniya və Herseqovinada keçiriləcək.

Avropa çempionatı: Azərbaycan şahmatçısı erməniyə qalib gəlib

Avropa çempionatı: Azərbaycan şahmatçısı erməniyə qalib gəlib

Azərbaycan şahmatçısı Günay Məmmədzadə Çexiyanın paytaxtı Praqada qadın şahmatçılar arasında keçirilən Avropa çempionatında növbəti qələbəsini qazanıb.

YAZTV-nin xəbərinə görə, Məmmədzadə IX turda Ermənistan təmsilçisi Mariya Gevorqyanı məğlub edib.

Azərbaycanın digər şahmatçılarından Gülnar Məmmədova İnna Qaponenko (Ukrayna), Xanım Balacayeva Anna Uşenina (Ukrayna) və Gövhər Beydullayeva Nurgül Səlimova (Bolqarıstan) ilə heç-heçə edib. Ləman Hacıyeva isə Anna Sarqsyana (Ermənistan) uduzub.

Hazırda Ülviyyə Fətəliyevanın Monika Soçko (Polşa) və Səbinə İbrahimovanın Noqa Orian (İsrail) ilə görüşü davam edir.

Qeyd edək ki, Avropa çempionatına avqustun 31-də yekun vurulacaq.

Dünya çempionatında zədələnən Azərbaycan cüdoçusu mükafatlandırılıb

Dünya çempionatında zədələnən Azərbaycan cüdoçusu mükafatlandırılıb

Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda yeniyetmələr arasında dünya çempionatında zədələnmiş Azərbaycan cüdoçusu Fidan Əlizadənin durumuna aydınlıq gəlib.

Azərbaycan Cüdo Federasiyasından (ACF) verilən məlumatına görə, 63 kq çəki dərəcəsində çıxış edən idmançının durumu ciddi deyil. Cüdoçu bu gün yığma ilə birlikdə Bakıya qayıdacaq.

Milli komandanın heyətində Ukrayna ilə yarımfinal görüşündə ayağından zədələnmiş Əlizadə tatamini xərəkdə tərk edib və xəstəxanaya aparılıb. Təltifetmə mərasiminə də qatıla bilməyən cüdoçuya gümüş medalı ACF-nin vitse-prezidenti, olimpiya çempionu Elnur Məmmədli təqdim edib.

Qeyd edək ki, Azərbaycan yığması finalda Fransaya məhz Fidan Əlizadə zədə üzündən görüşə çıxa bilmədiyi üçün qızıl xal bölümündə uduzaraq gümüş medalla

Dünya çempionatı: Azərbaycanın cüdo millisi finala yüksəlib

Dünya çempionatı: Azərbaycanın cüdo millisi finala yüksəlib

Bosniya və Herseqovinanın paytaxtı Sarayevo şəhərində keçirilən cüdo üzrə yeniyetmələr arasında dünya çempionatında Azərbaycan milli komandası finala yüksəlib.

YAZTV xəbər verir ki, ilk qarşılaşmada rəqib meydan sahibləri olub. 4:1 hesablı qələbə qazanan Azərbaycan millisi 1/4 finalda Kanadanı da üstələməyi bacarıb - 4:2.

Ukrayna ilə yarımfinal görüşündə əsas hissə 3:3 hesablı heç-heçə ilə nəticələnib. Ona görə də qarşılaşmanın taleyi qızıl xal bölümündə həll olunub. Bu zaman komanda adından tatamiyə çıxan Nizami İmranov (60 kq) rəqibini ipponla məğlub edərək, Azərbaycan millisini finala daşıyıb.

Həlledici qarşılaşmada rəqib Tunis - Fransa yarımfinalının qalibi olacaq. Azərbaycan yığması görüşə itki ilə çıxacaq. Komanda üzvü Fidan Əlizadə (63 kq) yarımfinal görüşündə zədələndiyi üçün həkim müayinəsindən sonra xəstəxanaya aparılıb.

Qeyd edək ki, komanda yarışında Azərbaycan 8 idmançı ilə təmsil olunur. Qızlar arasında Aydan Vəliyeva (48 kq), Fidan Əlizadə (63 kq) və Nigar Süleymanova (+63 kq), oğlanların yarışında isə Nizami İmranov və Şahin Oruczadə (60 kq), Camal Bağışov və Əli Hacızadə (81 kq), həmçinin Ramazan Əhmədov (+81 kq) gücünü sınayacaq.

Ronaldo "Napoli"yə keçməyə razılıq verdi

Ronaldo "Napoli"yə keçməyə razılıq verdi

Mançester Yunayted" in hücumçusu Kristiano Ronaldo "Napoli"yə keçməyə razılıq verib.

"YAZTV" xəbər verir ki, bu barədə İtaliyanın "La Gazzeta dello Sport" nəşri məlumat dərc edib. 

Mənbənin sözlərinə görə, portuqaliyalı hücumçunun transferi ilə bağlı sövdələşmə yaxın saatlarda tamamlana bilər.

 ""Napoli" Ronaldonu icarəyə götürəcək, "Mançester Yunayted" isə portuqaliyalı hücumçunun maaşını tam ödəyəcək. Öz növbəsində hücumçu Viktor Osimhen "Napoli"dən Mançesterə yollanacaq. "Mançester Yunayted" onun üçün 100 milyon avro ödəyəcək", - nəşr qeyd edib. 

Harri Keyn İngiltərə çempionatlarında yubiley qolunu vurub

Harri Keyn İngiltərə çempionatlarında yubiley qolunu vurub

"Tottenhem"in futbolçusu Harri Keyn İngiltərə çempionatlarıı tarixində 200-cü qolunu vurub.

YAZTV "Opta Sport"a istinadən xəbər verir ki, 29 yaşl forvard yubiley qoluna hazırda səfərdə "Nottingem Forest"ə qarşı keçirdikləri Premyer Liqanın IV tur matçında imza atıb.

5-ci dəqiqədə fərqlənən ingiltərəli oyunçu hələlik görüşdə yeganə topun müəllifidir.

Qeyd edək ki, 200 qoldan 186-sı Premyer Liqada, 9-u Çempionşipdə, 5-i isə I Liqada qeydə alınıb.

Ronaldo bu kluba keçir - Yeni iddia

Ronaldo bu kluba keçir - Yeni iddia

“Mançester Yunayted”in hücumçusu Kriştiano Ronaldo “Napoli”yə keçməyə razılıq verib.

YAZTV xəbər verir ki, bu barədə “La Gazzeta dello Sport” məlumat yayıb.

Bildirilib ki, portuqaliyalı hücumçunun transferi ilə bağlı müqavilə yaxın vaxtlarda tamamlana bilər. “Napoli” Ronaldonu icarəyə götürəcək, “Mançester Yunayted” isə portuqaliyalı hücumçunun maaşını tam ödəyəcək. “Napoli”nin hücumçu Viktor Osimhen isə İngiltərə klubuna transfer olunacaq. “Mançester Yunayted” onun üçün 100 milyon avro ödəyəcək.

Qeyd edək ki, Ronaldo Çempionlar Liqasında oynamaq istədiyinə görə onun klubunda ayrılmaq istədiyi barədə xəbərlər yayılıb.

Gəncədə İdman hamı üçün layihəsi çərçivəsində "Üzgüçülük hamı üçün"  İdman tədbiri kecirilib

Gəncədə İdman hamı üçün layihəsi çərçivəsində "Üzgüçülük hamı üçün" İdman tədbiri kecirilib

28.08.2022-ci il tarixdə Gəncə Olimpiya İdman Kompleksində 2022-ci ilin "Şuşa ili" elan olunması ilə əlaqədar və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən elan edilmiş ‘İdman hamı üçün’ layihəsi çərçivəsində Gəncə Olimpiya İdman Kompleksində Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı və Gəncə Olimpiya İdman Kompleksinin dəstəyi ilə "Üzgüçülük hamı üçün" adlı idman tədbiri həyata keçirilmişdir. Tədbirin açılış mərasimində Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin idman sektorunun aparıcı məsləhətçisi Elza Hümbətova və Gəncə Olimpiya İdman Kompleksinin direktoru İntiqam Hüseynov çıxış edərək, iştirakçılara uğurlar arzu etmişlər. Tədbirdə krol, brass, arxası üstə üzmə, batterflay üsulları üzrə 25 metr, 50 metr, 100 metr, 200 metr məsafələrdə qızlar və oğlanlar arasında yarışlar təşkil edilmiş və Baş İdarə tərəfindən yarışda qalib gəlmiş idmançılar təltif edilmişdir. Tədbirdə ümumilikdə 40 nəfər üzgüçü iştirak etmişdir.

Qeyd edək ki, əyləncəli idman tədbirinin təşkilində məqsəd bədən tərbiyəsinin kütləviliyinin və idmana marağın artırılması,üzgüçülüyün əhali arasında daha geniş vüsət alması, sağlam həyat tərzinə çağırış və asudə vaxtın səmərəli təşkilidir.

 

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi 

AVRO-2023: voleybol yığmamız yenə qələbə qazandı

AVRO-2023: voleybol yığmamız yenə qələbə qazandı

Voleybolçu qadınlardan ibarət Azərbaycan milli komandası 2023-cü il Avropa çempionatının seçmə mərhələsində növbəti görüşünü keçirib.

YAZTV xəbər verir ki, D qrupunda yer alan yığma Avstriyanı qəbul edib. Bakıdakı Voleybol Mərkəzində təşkil olunan qarşılaşma Eldar Yusubovun baş məşqçi olduğu kollektivin inamlı qələbəsi ilə başa çatıb - 3:0 (25:19, 25:19, 25:13)

AVRO-2023, seçmə mərhələ

D qrupu (qadınlar)

28 avqust

 

18:00. Azərbaycan - Avstriya - 3:0 (25:19, 25:19, 25:13)

Hakimlər: Meryem Tekol Pelenk (Türkiyə), Deyan Rogiç (Serbiya)

Bakı, Voleybol Mərkəzi

İlk 3 turdan sonra Azərbaycanın 9 xalı var. Əvvəlki iki görüşdə Gürcüstan həm evdə, həm də səfərdə eyni hesabla məğlub edilib - 3:0. Əvvəlki matçlarıda Sloveniyaya səfərdə 0:3, evdə 2:3 hesabı ilə yenilən Avstriyanın isə 1 xalı var.

Qeyd edək ki, qruplarda ilk 2 yerin sahibləri AVRO-2023-ə vəsiqə qazanacaq.

"Frayburq"un yeni transferi "Qarabağ"ı "əla rəqib" adlandırıb

"Frayburq"un yeni transferi "Qarabağ"ı "əla rəqib" adlandırıb

"Bizə 3 əla rəqib düşüb və 3 əla səfərimiz olacaq".

YAZTV-nin məlumatına görə, bunu Almaniya "Frayburq"unun futbolçusu Mixael Qreqoriç Avropa Liqasının qrup mərhələsindəki rəqiblərini dəyərləndirərkən deyib.

28 yaşlı yarımmüdafiəçi G qrupunda "Qarabağ", Fransanın "Nant" və Yunanıstanın "Olimpiakos" komandaları ilə keçirəcəkləri oyunları səbirsizliklə gözlədiyini bildirib.

Əsas istəklərinin daha da inkişaf etməkdən ibarət olduğunu deyən avstriyalı yeni transfer "Şturm"la eyni qrupa düşə bilməmələrinə təəssüflənib: "Bu komanda ilə rəqib kimi doğma ölkəmdə oynasaydıq, daha xoşbəxt olardım. Lakin təəssüf ki, püşk zamanı "Şturm"un 4-cü səbətdən adı "Nant"dan daha erkən çıxdı".

Qeyd edək ki, "Frayburq" Avropa Liqasında ilk görüşünü sentyabrın 8-də "Europa Park" stadionunda "Qarabağ"a qarşı keçirəcək. Matç Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.