Gəncədə " Cümhuriyyətim bu gün" adlı tədbir keçirilib

Previous Next

Gəncə Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 103-cü ildönümünə həsr olunan "Cümhuriyyətim bu gün" adlı ədəbi-bədii, musiqili tədbir keçirilib.h

Məhsəti Gəncəvi Mərkəzində baş tutan tədbirdə Gəncə Regional Mədəniyyət idarəsinin rəisi Vasif Cənnətov, Gəncə Dövlət Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi Əli Qasımov və şəhər ziyalıları iştirak ediblər. Tədbir mövcud karantin şərtlərinə uyğun olaraq gerçəkləşib.

Vasif Cənnətov çıxışında Cümhuriyyətin yaranmasının 103-cü ildönümü münasibətilə qonaqları təbrik edib. O bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətinin ən önəmli mərhələsi məhz Gəncədən başlaması bir daha bu şəhərin əzmində xəbər verir. Cümhuriyyətin Gəncə dövrü bir sıra mühüm hadusələrlə zəngin olub. İlk müstəqil dövlət 3 ay ərzində burada xalqın taleyi ilə bağlı yüzə yaxın qanun və qərar qəbul edib. Məhz Gəncədə Azərbaycan dili dövlət dili elan olunub. İlk dəfə al qırmızı ay-ulduzlu bayrağımız ucaldılıb.

Gəncə Dövlət Dram Teatrının direktoru Əli Qasımov qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsi tariximizin ən şanlı səhifələrindən biridir. Cəmi 23 ay yaşamasına baxmayaraq qısa müddət ərzində çoxlu sayda qərarlar qəbul edildiyini söyləyən teatr rəhbəri, tədbir iştirakçılarını bu gün münasibətilə təbrik edib.

 

Daha sonra Gəncə Dövlət Dram Teatrının aktyorları, Xalq artisti Pərvanə Qurbanova,Əməkdar artistlər Elxan Yunis, Kəmalə Məmmədova və Ramiz Vəyevin ifasında ədəbi-bədii kompozisiya nümayiş etdirilib.