F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının üzvləri Nizami Gəncəvi Məqbərəsini ziyarət ediblər

F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının üzvləri Nizami Gəncəvi Məqbərəsini ziyarət ediblər

Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının üzvləri Nizami Gəncəvi Məqbərəsini ziyarət ediblər. Qonaqlara məlumat verilib ki, Nizami Gəncəvinin qəbri üzərində ilk türbə 14-cü əsrdə tikilib. Bu vaxta qədər şairin məzarı üzərində müxtəlif əsrlərdə 4 dəfə türbə tikilsə də onların heç biri bu qədər möhtəşəm və əzəmətli olmayıb. Ümumi hündürlüyü 24 metr olan hazırki türbənin inşasında ən qiymətli tikinti materiallarından olan qırmızı qranitdən istifadə olunub.

Daha sonra ansamblının solistləri Taleh Yahyayev, Rəvanə Əmiraslanova və Kazım Nicat Fəxri dahi bəstəkar Üzeyir Hacıbəylinin Nizami Gəncəvi sözlərinə yazdığı "Sənsiz" və "Sevgili canan" romanslarını Nizami Gəncəvinin ruhuna hörmət əlaməti olaraq şairin məqbərəsi önündə ifa ediblər.

Qeyd edək ki,cari ilin sentyabr ayının 22-də Heydər Əliyev Fondu, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqı və Bakı Musiqi Akademiyasının təşkilatçılığı ilə XIII Üzeyir Hacıbəyli adına Beynəlxalq Musiqi Festivalının növbəti tədbiri Gəncə şəhərində baş tutub.