Tuesday, 27 İyul 2021 16:38
Yeni Azərbaycan Televiziyası
Bakı
İstanbul
Moskva
Xalq artisti dünyasını dəyişdi

Xalq artisti dünyasını dəyişdi

Xalq artisti Ramiz Məmmədov vəfat edib. 

YAZTV xəbər verir ki, bu barədə sosial şəbəkələrdə onun sənət dostları məlumat yayıb. Tanınmış aktyorun uzun müddətdir xərçəng xəstəliyindən əziyyət çəkdiyi bildirilib.

Qeyd edək ki, Azərbaycan Dövlət Akademik Musiqili Teatrının aktyoru olan R. Məmmədov 2013-cü ildə Azərbaycanın xalq artisti fəxri adına layiq görülmüşdü. 

Allah rəhmət eləsin!

30 kiloqram arıqlayan Zöhrə Abdullayeva - Fotolar

30 kiloqram arıqlayan Zöhrə Abdullayeva - Fotolar

Xalq artisti Brilliant Dadaşova və aparıcı Hacı Nuran Hüseynov səhhətində problem olan Əməkdar artist Zöhrə Abdullayevanı ziyarət ediblər.

YAZTV xəbər verir ki, onlar müğənni ilə çəkdirdikləri fotonu İnstaqramda paylaşıblar. 30 kiloqram arıqlayan Z.Abdullayevanın son halı görənləri təəccübləndirib.

Qeyd edək ki, revmatizmadan əziyyət çəkən ifaçının son günlər səhhəti daha da pisləşib. Müğənni yanlış müalicənin nəticəsində bu hala qaldığını deyib. O bildirib ki, qəbul etdiyi dərmanlardan sonra yemək yeməməyə başlayıb.

(axşam az)

Öz torpaqlarından didərgin düşmüş teatrlar fəaliyyətlərini bərpa edəcək - Nazir

Öz torpaqlarından didərgin düşmüş teatrlar fəaliyyətlərini bərpa edəcək - Nazir

Ermənistan Azərbaycan torpaqlarını işğal etdikdən sonra, ölkənin aparıcı teatrları İrəvan Dövlət Dram Teatrı, Şuşa Dövlət Dram Teatrı və digər teatrlar öz dogma öz doğma yerlərindən didərgin düşərək Bakıda fəaliyyətlərini davam ediblər.

YAZTV-nin məlumatına görə, bunu Mədəniyyət naziri Anar Kərimov deyib. Onun sözlərinə görə, bu qədər haqsızlıqlara baxmayaraq bu teatrlar fəaliyyətlərini davam etdirib, Azərbaycan tamaşaçılarını sevindiriblər:

“1980-ci illərin sonlarında başlayan azadlıq hərəkatı, 1990-cı illərin əvvəlində baş verəb 20 Yanvar faciəsi, bundan sonra Ermənistanın Azərbaycana təcavüzi, işğalçılıq siyasəti, Xocalı soyqrımı və torpaqlarımızın 20 faizinin erməni işğalçıları tərəfindən zəbt edilməsi təbii teratr prosesinə təsirsiz ötüşmədi.

Ötən il Azərbaycan respublikasının Prezidenti Ali Baş Komandanın siyasi iradəsi və qətiyyətli mövqeyi ilə şanlı ordumuz 44 günlük Vətən müharibəsindən sonra torpaqlarımız işğaldan azad etdi. Bizim hazırki məqsədlərimizdən biri də odur ki, həmin o məkanlarından didərgin düşmüş teatrlarımızı öz dogma yurdlarına qaytaraq. Azərbaycan dövləti bunun üzərində işlər aparır və mütləq bu teatrlar öz dogma torpaqlarında fəaliyyətlərini bərpa edəcəklər”.

Məşhur opera müğənnisi koronavirusdan öldü

Məşhur opera müğənnisi koronavirusdan öldü

Məşhur opera müğənnisi, SSRİ-nin Xalq artisti Yevgeni Nesterenko vəfat edib.

Bununla bağlı Rusiya KİV məlumat yayıb.

Bildirilibki, mədəniyyət xadimi Vyanada koronavirusdan dünyasını dəyişib.

83 yaşlı müğənni bir müddət əvvəl ağır vəziyyətdə xəstəxanaya yerləşdirilmişdi.

Qeyd edək ki, 1938-ci ildə Moskvada anadan olmuş Nesterenko ömrünün son illərini Rusiya ilə yanaşı Vyanada yaşayıb.

O, Rusiyada dəfn olunacaq. (oxu az)

 

 

Azərbaycan mədəniyyətinə AĞIR İTKİ

Azərbaycan mədəniyyətinə AĞIR İTKİ

Bakı Dövlət Sirkinin keçmiş direktoru, Əməkdar mədəniyyət işçisi Vaqif Bağırzadə vəfat edib.

O, 67 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Vaqif Mahmud oğlu Bağırzadə 1954-cü il iyunun 24-də Bakı şəhərində anadan olub. 1976-cı ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunu (indiki Mədəniyyət və İncəsənət Universiteti) bitirib. Müxtəlif illərdə “Azərbaycanfilm” kinostudiyasında, A.Lunaçarski adına Moskva Dövlət Teatr Sənəti İnstitutunda, Moskva Dövlət Eksperimental Kinostudiyasında, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki Mərkəzində və nazirliyin İncəsənət şöbəsində çalışıb.

 

 O, 2003–2020-ci illərdə Bakı Dövlət Sirkinin direktoru vəzifəsində işləyib.

Mədəniyyət sahəsində uzunillik səmərəli fəaliyyətinə görə 2014-cü ildə “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülüb.

Allah rəhmət eləsin! (report az)

Firuzə İbadovaya ağır itki üz verdi

Firuzə İbadovaya ağır itki üz verdi

Əməkdar artist Firuzə İbadovaya ağır itki üz verib.

Müğənni  bildirib ki, anası Hökümə xanım gecə saatlarında dünyasını dəyişib.

Qeyd edək ki, mərhumun 96 yaşı var idi. O, uzun müddətdir xəstəlikdən əziyyət çəkirdi.

Rus Dram Teatrının əməkdaşları təltif edildi - SİYAHI

Rus Dram Teatrının əməkdaşları təltif edildi - SİYAHI

Prezident İlham Əliyev Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrı əməkdaşlarının təltif edilməsi haqqında sərəncam imzalayıb.

YAZTV xəbər verir ki, sərəncama əsasən Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının 100 illiyi münasibətilə Azərbaycanda teatr sənətinin inkişafında xidmətlərinə görə Teatrın aşağıdakı əməkdaşları təltif ediliblər:

3-cü dərəcəli “Əmək” ordeni ilə

Baliyeva Natalya Gennadyevna

Əmirbəyova Rita Cəmil qızı

 

“Tərəqqi” medalı ilə

Lerman Viktoriya Anatolyevna

Rudıçev Nikolay Nikolayeviç

Saprıkina Lyudmila Qennadiyevna.

Rusiyanın Xalq artisti vəfat etdi

Rusiyanın Xalq artisti vəfat etdi

Rusiyanın Xalq artisti Staxan Rəhimov vəfat edib.

YAZTV xəbər verir ki, sənətçi ötən gün 83 yaşında dünyasını dəyişib.

Məlumata görə, ifaçının həyat yoldaşı Alla Yoşpe də 30 yanvar tarixində həyatını itirib. (qafqazinfo az)
Heydər Əliyev Sarayına yeni mətbuat katibi təyin olunub

Heydər Əliyev Sarayına yeni mətbuat katibi təyin olunub

Heydər Əliyev Sarayının Mətbuat xidmətində struktur dəyişikliyi və kadr islahatları aparılıb.

YAZTV xəbər verir ki, Heydər Əliyev Sarayının direktoru Ramil Qasımovun əmri ilə Mətbuat xidmətində mətbuat katibi vəzifəsinə Aytac Zaur qızı Bağırlı təyin olunub.

Qeyd edək ki, Aytac Bağırlı “Baku-Oxford-School” məktəbində təhsil alıb. 2016-2020-ci illərdə ADA Universitetində beynəlxalq münasibətlər üzrə bakalavr pilləsini, 2020-ci ildə “Yale” Universitetində, Harvard Universitetində, Kaliforniya Universitetində və London Universitetində bir sıra kurslar bitirib. İngilis, fransız və rus dillərini bilir.

Xalq artistinin nəvəsi gənc yaşda vəfat etdi

Xalq artistinin nəvəsi gənc yaşda vəfat etdi

Xalq artisti Vaqif Əsədovun nəvəsi Emil dünyasını dəyişib.

YAZTV xəbər verir ki, mərhumun heç bir xəstəliyi olmayıb. Gənc Tamaşaçılar Teatrının mətbuat xidmətindən verilən məlumata görə, Emil qəfildən vəfat edib.

Mərhum Ukraynada təhsil alırmış.

Qeyd edək ki, ötən ilin oktyabrında Vaqif Əsədovun oğlu Oqtay dünyasını dəyişib. (axşam az)

Zöhrə Abdullayevanın səhhəti pisləşdi

Zöhrə Abdullayevanın səhhəti pisləşdi

Əməkdar artist Zöhrə Abdullayevanın vəziyyəti ağırlaşıb.

YAZTV xəbər verir ki, sənətçi bu haqda “Elgizlə izlə” verilişinə telefonla zəng edərək deyib. Bir müddət əvvəl ayaqları tutulan və müalicə alan müğənni 30 kiloqram çəki atdığını söyləyib:

“Oynaqlarımın fəaliyyəti dayanıb. Diz, bilək nahiyələrim işləksiz qalıb, hərəkət edə bilmirəm”.

Qeyd edək ki, Z.Abdullayeva bir müddət əvvəl Axşam.az-a açıqlamasında revmatizmadan əziyyət çəkdiyini və uzun müddət xəstəxanada qaldığını demişdi.

(axşam az)

Azərbaycanın tanınmış memarı vəfat edib

Azərbaycanın tanınmış memarı vəfat edib

Azərbaycan Memarlar İttifaqının üzvü, əməkdar arxitektor, memar və rəssam Əlibəy Novruzi vəfat edib.

YAZTV xəbər verir ki, o, 78 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Əlibəy Nəzərli oğlu Novruzi 1942-ci ilin noyabrın 8-də Bakı şəhərində anadan olub.

1965-ci ildə Moskva Memarlıq İnstitutunu bitirib. Memarın əsas fəaliyyəti elə gənc yaşlarından, təhsilini bitirdiyi illərdən - 1967-69–cu illərdən başlayır və bu yaş üçün qeyri-adi olan yeniliklərə imza ataraq ölkədə və ölkə hüdudlarından kənarda tanınmağa başlayır.

Əlibəy Novruzi 3 il dalbadal SSRİ-nin “İlin Ən Yaxşı Memarlıq Layihəsi” müsabiqəsinin qalibi olub.

600-dən artıq memarlıq layihəsinin, 400-ə yaxın rəsm əsərinin və 3 kitabın müəllifidir. Memarlıq sahəsində 2 ixtirası olub.

O, Sumqayıtın baş memarı olub.

Allah rəhmət eləsin!

YAZTV (report az)