Wednesday, 05 Oktyabr 2022 12:32
Yeni Azərbaycan Televiziyası
Bakı
İstanbul
Moskva
AMEA-nın üç qurumu Mədəniyyət Nazirliyinin tabeliyinə verilib

AMEA-nın üç qurumu Mədəniyyət Nazirliyinin tabeliyinə verilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Milli Azərbaycan Tarixi Muzeyi, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi və Hüseyn Cavidin Ev Muzeyi əmlakları ilə birlikdə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin tabeliyinə verilib.

YAZTV xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı fərmanda yer alıb.

Mehriban Əliyeva Vaqif Poeziya Günləri ilə bağlı paylaşım edib

Mehriban Əliyeva Vaqif Poeziya Günləri ilə bağlı paylaşım edib

Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Şuşada keçirilən Vaqif Poeziya Günləri ilə bağlı paylaşım edib.

YAZTV-nin məlumatına görə, paylaşımda deyilir:

"Vaqif Poeziya Günləri. Şuşa. 2022".

1930-cu illərdə Şuşada toxunan xalça Milli Xalça Muzeyinə hədiyyə olunub

1930-cu illərdə Şuşada toxunan xalça Milli Xalça Muzeyinə hədiyyə olunub

İyulun 6-da, saat 17:00-da Azərbaycan Milli Xalça Muzeyində Ağsaqqallar Şurasının sədr müavini, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, ölkəmizin ilk ombudsmanı, professor Elmira Süleymanovanın muzeyin Şuşa filialına hədiyyə etdiyi “Ləmpə” xalçasının təqdimatı keçiriləcək.

Azərbaycan Milli Xalça Muzeyindən  verilən məlumata görə, bu sənət nümunəsi 1930-cu illərdə Şuşada toxunub.

Belə xalçaların ilk nümunələri XIX əsrin əvvəllərindən Şuşa şəhərində toxunmağa başlanılıb. “Şuşa” adı ilə də tanınan bu cür xalçalar imarət və sarayların bəzənməsində istifadə olunurdu. “Ləmpə” xalçası sonralar Qarabağda dəst xalı-gəbə kimi geniş yayılıb. Bu xalça dəstləri iki yan (kənarə) və bir orta xalıdan ibarətdir. Təqdim olunan xalça isə dəst xalı-gəbənin kənarəsidir.

“Ləmpə” xalçasını bəzəyən stilizə olunmuş gül-çiçək, xarıbülbül, yarpaq naxışları Qarabağın təbiətinə xas olan ecazkar gözəlliklərlə yanaşı, burada yaşayan insanların estetik zövqünü də ifadə edir. Dünya muzeylərində və müxtəlif kolleksiyalarda qorunan bu cür unikal xalçalar indiyədək öz şöhrətini qoruyub saxlayır.

Qeyd edək ki, “Azərbaycan Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı” çərçivəsində son illərdə muzeyimizə müxtəlif təşkilatlar, o cümlədən, Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, azərbaycanlı və xarici xeyriyyəçilər, kolleksionerlər tərəfindən tarixi və bədii əhəmiyyətli xalçalar hədiyyə edilib. Hazırda təqdim edilən “Ləmpə” xalçası da dəyərli hədiyyə kimi, Şuşa filialının kolleksiyasını zənginləşdirən daha bir sənət əsəridir.

Azərbaycan və Türkiyə Vətən müharibəsi ilə bağlı birgə serial çəkir

Azərbaycan və Türkiyə Vətən müharibəsi ilə bağlı birgə serial çəkir

Azərbaycan və Türkiyə Vətən müharibəsi ilə bağlı birgə serial çəkir.

Bunu  mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev deyib.

O bildirib ki, Vətən müharibəsi ilə bağlı serialın çəkilişləri Türkiyənin məşhur "Bozdağ film" studiyası ilə birgə həyata keçirilir: "Serialın ilkin olaraq səkkiz bölümdən ibarət olması nəzərdə tutulub. İşlər tamamlanmaq üzrədir. Hadisələri qabaqlamaq istəmirəm, amma onu deyim ki, birinci seriyanın bu il təqdimatı gözlənilir".

E.Əliyev qeyd edib ki, artıq ekran əsərinin işçi adı da məlumdur: "Amma serialın adını açıqlamaq hələ tezdir. Çünki dəqiq deyil. Serial Türkiyə və Azərbaycanın birgə əməkdaşlığının nəticəsidir. Ekran əsərində türkiyəli və azərbaycanlı aktyorlar rol alacaq. Çalışacağıq ki, bu, əməkdaşlığımızın simvolu olsun".

"Report"un əldə etdiyi məlumata görə, serialın ilk bölümü bu il noyabrın 8-də - Zəfər Günündə yayımlanacaq.

Qeyd edək ki, "Bozdağ film" studiyası Türkiyənin "Kuruluş Osman", "Destan", "Mehmetçik" və s. bir sıra məşhur seriallarının istehsalçısıdır.

Avrasiya Teatrlar Birliyinin növbəti toplantısı keçirilib

Avrasiya Teatrlar Birliyinin növbəti toplantısı keçirilib

12 iyul 2022-ci il tarixində Gürcüstanın Özurgeti Dövlət Dram Teatrında, Avrasiya Teatrlar Birliyinin xətti ilə keçirilən Nodar Dumbadze Beynəlxalq Teatr festivalında Birliyin növbəti toplantısı baş tutub. Toplantıda əsasən birliyin qurucu ölkə təmsilçiləri iştirak edir.
 
Xəbər verdiyimiz kimi Birlikdə Azərbaycanı Gəncə Dövlət Dram Teatrının aktyoru Yusif Cəfərov təmsil edir. Birliyin ilk toplantısında müzakirə olunacaq məsələlər diqqətə çatdırılaraq, yeni sədrin seçilməsi, növbəti iki il ərzində birlik çərçivəsində görüləcək işlər və qarşıda duran məsələlər müzakirə olunub. Birliyin işi festivalın son günü 15 iyul tarixində yekunlaşacaq.
 
Qeyd edək ki, adıçəkilən festivalın Beynəlxalq münsiflər heyətində Azərbaycanı Gəncə Dövlət Dram Teatrının direktoru Aqil Bəhramlı təmsil edir. Toplantıda Azərbaycan, Gürcüstan, Qazaxıstan, Portuqaliya, Türkiyə, Şimali Kipr, Ukrayna təmsilçiləri də iştirak edir. 2020-ci ildən Birliyin sədri Ukrayna təmsilçisi, Xerson Akademik Teatrının direktoru, Ukraynanın Xalq artisti Aleksandr Knigadır.
 
Mədəniyyət Nazirliyi yoxlama və xidməti araşdırmaların nəticələrini açıqlayıb

Mədəniyyət Nazirliyi yoxlama və xidməti araşdırmaların nəticələrini açıqlayıb

Hazırda Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən mədəniyyət müəssisələrinin fəaliyyətinin təkmilləşdirilməsi, səmərəliliyinin artırılması və xidmət səviyyəsinin yüksəldilməsi məqsədilə kompleks islahatlar aparılmaqdadır.

YAZTV Nazirliyə istinadən xəbər verir kİ, qeyd olunan islahatlar çərçivəsində mədəniyyət müəssisələrində yoxlama, monitorinq və xidməti araşdırmalar zamanı aşkar olunan nöqsanların aradan qaldırılması, əmək və icra intizamının pozulması hallarına yol vermiş şəxslər barəsində müvafiq tədbirlərin görülməsi istiqamətində işlər aparılıb. Əlavə olaraq idarə və müəssisələrin vəzifəli şəxlərinin qanunsuz əməlləri ilə bağlı aşkarlanmış cinayət əlamətləri olan məlumatlar aidiyyəti üzrə hüquq mühafizə orqanlarına göndərilib. Hazırda Nazirliyin strukturunda və strukturuna daxil olmayan tabeliyindəki qurumlarda baş verə biləcək pozuntu hallarının qarşısının alınması, belə hallara yol vermiş şəxslər barəsində zəruri tədbirlərin görülməsi istiqamətində yoxlama, xidməti araşdırmalar və digər tədbirlər davam etdirilir.

Son bir il ərzində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən Ağstafa, İsmayıllı, Şəki, Bərdə, Masallı, Ağdaş, Sumqayıt, Gəncə və Lənkəran Regional Mədəniyyət İdarələrində və tabe müəssisələrdə aparılmış yoxlama və xidməti araşdırmaların nəticələrinə əsasən aşağıdakı sayda tədbirlər görülub:

Hüquq mühafizə orqanlarına göndərilmiş müraciətlər - 11

Dövlət qulluğuna və əmək fəaliyyətinə xitam verilmiş işçilər – 8

İşdən azad edilmiş tabe müəssisələrin işçiləri – 17

Sonuncu xəbərdarlıqla “Şiddətli töhmət” intizam tənbehi verilmiş işçilər - 2

“Töhmət” intizam tənbehi verilmiş işçilər - 18

“Xəbərdarlıq” elan edilmiş işçilər – 10

Fəaliyyəti ilə bağlı cinayət əlamətləri olan məlumatlar Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilmiş müəssisələr:

6 təhsil müəssisəsi

3 Regional Mədəniyyət İdarəsi

1 Mədəniyyət Mərkəzi

1 Konsert müəssisəsi

Dövlət qulluğuna və əmək fəaliyyətinə xitam verilmiş Regional Mədəniyyət İdarəsi işçiləri:

2 Regional Mədəniyyət İdarəsinin rəisi

3 baş məsləhətçi

1 baş mühasib

1 məsləhətçi

1 mühasib

İşdən azad edilmiş tabe müəssisələrin işçiləri:

2 Uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərinin direktoru

2 Mədəniyyət Mərkəzinin direktoru

1 dövlət teatrının direktoru və baş rejissoru

1 Tarix-Diyarşünaslıq muzeyinin direktoru və həmin muzeyin filialının müdiri

1 Konsert müəssisəsinin baş mühasibi

1 Rəsm Qalereyasının direktor müavini

Təhsil müəssisəsinin 7 əməkdaşı

Sonuncu xəbərdarlıqla “Şiddətli töhmət” intizam tənbehi verilmiş işçilər:

1 Tarix-Diyarşünaslıq Muzeyinin direktoruna

1 dövlət teatrının baş mühasibinə

“Töhmət” intizam tənbehi verilmiş işçilər:

1 Regional Mədəniyyət İdarəsinin rəisinə və baş məsləhətçisinə

4 Uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərinin müdirlərinə

1 Dövlət Dram Teatrının direktoruna

4 Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoruna

1 Rəsm Qalereyasının direktoruna

1 Konsert müəssisəsinin direktoruna

1 Heydər Əliyev Mərkəzinin direktoruna və təsərrüfat müdirinə

2 Mədəniyyət Mərkəzinin direktoruna

Təhsil müəssisəsinin 1 əməkdaşına

“Xəbərdarlıq” elan edilmiş işçilər:

1 Regional Mədəniyyət İdarəsinin mühasibinə

1 Mədəniyyət Sarayının direktoruna

1 Heydər Əliyev Mərkəzinin bədii rəhbər-rejissoruna və həmin mərkəzin müşayiətçisinə

4 Uşaq musiqi, incəsənət və rəssamlıq məktəbinin direktoruna

1 Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoruna

Təhsil müəssisəsinin 1 əməkdaşına

Mahir Məmmədov: "Biz hər hansı şantaja və ya ultimatuma getməyəcəyik"

Mahir Məmmədov: "Biz hər hansı şantaja və ya ultimatuma getməyəcəyik"

İspaniyanın paytaxtı Madriddəki İddiaçılar Turniri vaxtı Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Arkadi Dvorkoviç Maqnus Karlsenlə görüşərək, danışıqlar aparıb.

Bu barədə  Azərbaycan Şahmat Federasiyasının (AŞF) prezidenti və FIDE-nin vitse-prezidenti Mahir Məmmədov məlumat verib.

O, hazırkı dünya çempionu Maqnus Karlsenin şahmat tacı uğrunda qarşılaşmada İddiaçılar Turnirinin rusiyalı qalibi Yan Nepomnyaşi ilə qarşılaşmaq istəməməsinə münasibət bildirib.

Funksioner 32 yaşlı qrossmeysterin yarışın formatının dəyişdirilməsini tələb etdiyini xatırladıb: "Karlsen bildirib ki, yalnız Fransanı təmsil edən Alireza Firuzca ilə oynamaq üçün motivasiyası var. Şahmat tarixində belə hallar olub. Mövcud dünya çempionları FIDE-yə öz ideyalarını yeritmək istəyiblər və qurumu razı salmağa çalışıblar. Ancaq hər halda FIDE öz prinsiplərinin üzərində dayanıb. 1974-1975-ci illərdə ABŞ şahmatçısı Robert Fişer rusiyalı Anatoli Karpovla şahmat tacı uğrunda oynamaq üçün çoxlu tələb irəli sürmüşdü. Onun tələblərinin bəziləri yerinə yetirildi. Sonadək istəkləri yerinə yetirilmədiyi üçün Fişer şahmat tacıdan məhrum edildi və Karpov dünya çempionu oldu".

AŞF prezidenti 1993-cü ildə Harri Kasparovun şahmat tacı uğrunda qarşılaşmaya FIDE adı altında çıxmaqdan imtina etdiyini də xatırladıb: "Bu məsələ də Kasparovun xeyrinə bitmədi. Çünki Karpovla niderlandlı Yan Timman arasında yeni görüş oldu. Karpov qalib gəldi və rəsmən çempion elan edildi. Mən də FIDE-nin rəhbərliyində təmsil olunuram. Biz hər hansı şantaja və ya ultimatuma getməyəcəyik".

FIDE rəsmisi Karlsenin tələb etdiyi formatın qeyri-adi olduğunu sözlərinə əlavə edib: "Bu, onun öz yarışlarında tətbiq etdiyi formatdır. Bu heç vaxt dünya şahmat tacı uğrunda qarşılaşmada istifadə edilməyib. Karlsen istəyir ki, mübarizə 3 hissədən ibarət olsun. Hər hissədə klassik, rapid və blits oynanılsın. Təsəvvür edin, futbol üzrə dünya çempionunu müəyyən etmək istəyirsiniz. Ancaq deyirsiniz ki, bunlar əvvəl böyük meydançada klassik futbol oynasınlar, sonra mini futbolda, ardınca isə çimərlik futbolunda bacarıqlarını göstərsinlər. Bu, düzgün deyil. Yəqin ki, bunu qəbul etməyəcəyik. Əlbəttə, biz də istəyirik ki, Maqnus Karlsen şahmat tacı uğrunda qarşılaşmadan imtina etməsin və yarışa qatılsın. O, çox ləyaqətli və güclü şahmatçıdır. Karlsen dünya şahmat tarixinin ən güclülərindən hesab edilir. Mübarizliyinə görə bəlkə də dünyanın ən güclüsüdür".

Məmmədov Karlsenin fikirlərində həqiqətin olmadığını da diqqətə çatdırıb: "O, öz şahmat nəslindəki qrossmeysterlərin hamısına şahmat tacı uğrunda oyunda tam üstünlüklə qalib gəlməyib. Hazırkı dünya çempionudur və klassik, rapid, blits üzrə ən güclü şahmatçıdır. Ancaq Karlsen şahmat tacı uğrunda rusiyalı Sergey Karyakinlə heç-heçə etmişdi. Karyakin müəyyən vaxtda üstünlüyə də malik idi, oyunu öz xeyrinə dəyişə də bilərdi. Karlsen rəqibinə yalnız tay-breykdə qalib gələ bilmişdi. Sonra ABŞ şahmatçısı Fabiano Karuananı da tay-breykdə üstələyə bilmişdi. O, son olaraq Nepomnyaşi ilə qarşılaşmada böyük üstünlük əldə etmişdi. Bu isə matçın ikinci yarısında rusiyalı şahmatçı yorulandan sonra gerçəkləşmişdi. 6-cı partiyada çox gediş olmuşdu. Bu, dünya şahmat tacı uğrunda qarşılaşmalar üçün rekord göstərici idi. Partiyanın sonunda Karlsen qalib gəldi. Bundan sonra Nepomnyaşi istədiyi kimi çıxış edə bilmədi və onun oyunu alınmadı".

FIDE-nin vitse-prezidenti Maqnus Karlsenin şahmat tacı uğrunda görüşlərdə rəqiblərinə qarşı tam dominantlıq etmədiyini vurğulayıb: "Bundan əvvəl hindistanlı Vişvanatan Anandla olan analoji qarşılaşmada tam dominantlıq yox idi".

Məmmədovun sözlərinə görə, Karlsen görüşdən imtina etsə, FIDE-nin başqa yolu qalmayacaq. Belə olacağı təqdirdə, İddiaçılar Turnirində ilk iki yeri tutan şahmatçılar Yan Nepomnyaşi və çinli Dinq Liren şahmat tacı uğrunda mübarizə aparacaqlar. Azərbaycan təmsilçisi Teymur Rəcəbov yarışı ikinci sırada başa vursaydı, onun da şahmat tacı uğrunda yarışmaq üçün şansı yaranardı".

Qeyd edək ki, dünya şahmat tacı uğrunda qarşılaşma 2023-cü ildə keçirilməlidir. Azərbaycan təmsilçisi Teymur Rəcəbov İddiaçılar turnirini 7,5 xalla üçüncü sırada başa vurub.

İrəvandakı Təpəbaşı məhəlləsindəki soyqırımla bağlı UNESCO-ya müraciət ünvanlanıb

İrəvandakı Təpəbaşı məhəlləsindəki soyqırımla bağlı UNESCO-ya müraciət ünvanlanıb

Azərbaycanın elm və ictimaiyyət xadimləri Ermənistanın paytaxtı İrəvan şəhərində yerləşən Təpəbaşı məhəlləsi ərazisində Azərbaycan xalqının irsinə qarşı həyata keçirilən mədəni soyqırımı ilə bağlı UNESCO-nun Baş direktoru Odre Azuleyə müraciət ünvanlayıblar.

YAZTV xəbər verir ki, müraciəti 102 nəfər tanınmış elm və ictimai xadim imzalayıb.

Müraciətdə deyilir:

“Hörmətli Baş direktor.

UNESCO bütün dünyada bəşəriyyət üçün müstəsna dəyər hesab olunan mədəni və təbii irsin müəyyən edilməsini, qorunmasını və mühafizəsini təşviq etməyə çalışır. Bu, UNESCO tərəfindən qəbul edilmiş müxtəlif konvensiyalarda öz əksini tapıb. Ümumdünya irsinə aid olan obyektlər yerləşdikləri ərazidən asılı olmayaraq, bütün dünya xalqlarına məxsusdur.

Tarixi şəhərlər və bu şəhərlərin əraziləri cəmiyyətin təkamülünü və onun mədəni kimliyini təsvir edən məkan formasiyalarıdır. Onlar böyük təbii, yaxud süni mühitin bir hissəsidir və bir-birindən ayrıla bilməz. Tarixi şəhərlər onları formalaşdıran keçmişin canlı sübutudur.

Hazırda Ermənistanın paytaxtı İrəvan şəhərində yerləşən maddi-mədəni irs nümunələrinin yaşı heç 200 ilə də çatmır. Bunun səbəbləri tarixşünaslıqda bəlli olsa da, dünya ictimaiyyəti bundan xəbərsizdir. Bəs nə üçün bu şəhərdə yaşı 200 ilə yaxın və daha çox olan heç bir maddi mədəniyyət nümunələri yoxdur və ya qalmayıb? Sualın cavabı çox sadədir. Bu abidələr Azərbaycan xalqına məxsus maddi-mədəni irs nümunələri olduğundan, ermənilər tərəfindən məhv edilmiş və günümüzə qədər gəlib çatmamışdır.

Bu gün Ermənistanın paytaxtı İrəvan şəhərində Azərbaycan xalqına məxsus sonuncu maddi-mədəni irs nümunələri də məhv edilmək üzrədir. Bu müraciət Sizin rəhbəri olduğunuz mötəbər təşkilatı Azərbaycan xalqının bütün dünya xalqlarına məxsus olan sonuncu maddi-mədəni irsini xilas etmək üçün səfərbər olmağa dəvət edən həyəcan siqnalıdır.

İrəvan şəhəri qala istisna olmaqla Şəhər, Dəmirbulaq və Təpəbaşı hissələrinə bölünürdü. İrəvanın bu hissələrinin hər birində şəhər yaranandan XX əsrin əvvəllərinə qədər azərbaycanlılar yaşayıblar.

Azərbaycan xalqı XIX-XX əsrlər ərzində indiki Ermənistanın ərazisində azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə nəticəsində böyük milli faciə yaşayıb. Bu milli faciə mərhələli şəkildə həyata keçirilib və nəticədə indi Ermənistan adlanan dövlətin ərazisində heç bir azərbaycanlı qalmayıb. Min illər boyu öz torpağına bağlı olan azərbaycanlılar doğma tarixi-etnik torpaqlarından didərgin salınaraq kütləvi qətl və qırğınlara məruz qalıb, Azərbaycan xalqına məxsus minlərlə tarixi-mədəni abidə və yaşayış məskənləri dağıdılaraq viran edilib. Zaman-zaman Azərbaycan xalqına qarşı aparılan qeyri-insani siyasət Ermənistan tərəfindən Azərbaycan abidələrinə qarşı da davam etdirilib. Nəticə etibarilə, Azərbaycan xalqının İrəvan şəhərində mövcud olmuş İrəvan qalası, Xan sarayı, Abbas Mirzə məscidi, Zal xan məscidi, Dəmirbulaq məscidi, Sərtip xan məscidi, Hacı Novruzəli bəy məscidi, Hacı Cəfər məscidi, Qantar (bazarı) karvansarası, Hacı bəyim hamamı, Hacı Əli hamamı, Axund Şeyxülislam hamamı və bu kimi bir çox digər dini və tarixi abidələri məhv edilib. Hazırda İrəvanda mövcud olan iki məscidi – Hacı İmamverdi məscidi və Göy məscidi isə Ermənistan fars məscidi adlandıraraq taleyin hökmünə buraxıb. Bu gün XVII əsrə aid olan Hacı İmamverdi məscidi tamamilə yox olmaq üzrədir.

2006-cı ildə Ermənistanda təsdiq edilən İrəvan şəhərinin baş planında fars memarlığı kimi təqdim olunan azərbaycanlılara məxsus memarlıq nümunələrinin yerləşdiyi altı ərazi göstərilmişdir. 2006-cı ildə həmin ərazilərin ümumi ölçüsü 29 hektar idi. Onlardan bu gün yalnız Təpəbaşı hissəsi (16 hektar) qalmaqdadır. Cəmi 16 il ərzində Ermənistanda Azərbaycan xalqına məxsus memarlıq üslubunda tarixi şəhər sayıla biləcək 13 hektar sahə tamamilə məhv edilərək yerində müxtəlif infrastrukturlar inşa olunub.

Tarixi İrəvan şəhəri XX əsrdə ən böyük dağıntılara məruz qalan şəhərlərdən biridir. Onun XX əsrdə dağıdılması siyasi məqsədlər daşımış və müasir İrəvan şəhərinin indiki simasının qurulmasına xidmət etmişdir. Tədqiqatlar bu şəhərin dərin qatlarında hələ də Azərbaycan şəhərinə aid məlumatların qaldığını söyləməyə imkan verir. Lakin Ermənistan üzərində yaşadığı bu tarixi məkanın torpaq altında qalan mədəni irsini qəbul etmədiyi üçün dağıntıları bu qatlarda da davam etdirir. Buna sübut kimi 2003-cü ildə İrəvan şəhərinin Respublika meydanında aparılan qazıntı işlərini də göstərmək olar. Belə ki, Ermənistan rəhbərliyi qazıntı nəticəsində torpaq altında qalmış azərbaycanlı-müsəlman memarlığının nümunələri aşkar olunan zaman qəfildən abidənin üzərini yenidən torpaqla örtmək tapşırığı verib. Ermənistan hökuməti bütün beynəlxalq normaları və qanunvericiliyi pozaraq bu aktı törədib.

Hörmətli Baş direktor.

İrəvan şəhərinin tarixini bu gün özündə əks etdirən və azərbaycanlıların mədəni irsinin yeganə sübutu olaraq qalan məkan Təpəbaşı məhəlləsidir. Təpəbaşı (ermənilər Kond adlandırırlar) İrəvan şəhərinin günümüzə qədər gəlib çatmış yeganə tarixi nümunəsidir. Bu hissə öz yaddaşında İrəvanın XVII əsrdən müasir dövrümüzə qədər olan tarixi kodunu daşımaqdadır. Tarixən azərbaycanlıların yaşadığı və hazırda 16 hektara qədər kiçildilən Təpəbaşı məhəlləsi günümüzdə məhv olmaq və Yer üzündən silinmək təhlükəsi ilə üz-üzədir. Ermənistanda azərbaycanlıların yaratdıqları maddi-mədəni irs haqqında məlumatlar gizlədilir və hissə-hissə dağıdılır. Ermənistan rəhbərliyi artıq bir müddətdir ki, Təpəbaşı hissəsini tamamilə dağıdaraq yerində müasir yaşayış binaları inşa etməyi planlaşdırır. Onlar bu yolla bir zamanlar İrəvanın əsas sakinləri olan azərbaycanlıların sonuncu nişanəsini – tarixi kodunu məhv etmək istəyirlər.

Təpəbaşı Azərbaycan mədəniyyəti, o cümlədən bəşər mədəniyyəti üçün son dərəcə önəmli əhəmiyyət kəsb edir. Tarixi İrəvan şəhərinin özəyi sayılan bu hissə vahid tarixi-şəhərsalma mühitini özündə əks etdirir.

Şəhərin Təpəbaşı hissəsinə ermənilərin köçürülməsi Çar Rusiyasının 1828-ci ildən sonra qonşu dövlətlərdən ermənilərin kütləvi şəkildə Cənubi Qafqaza köçürülməsi siyasəti ilə başlayıb. Təkcə bu köçürmə nəticəsində cəmi 374 nəfər İrandan, 18 nəfər isə Türkiyədən gələn erməni İrəvan şəhərinin Təpəbaşı hissəsində azərbaycanlı ailələrin evlərinə müvəqqəti olaraq yerləşdirilib. Köçüb gələn ermənilər sonradan Təpəbaşıda yerləşən Xan bağı adı ilə tanınan yerdə onlara ayrılmış torpaq sahələrində məskunlaşdırılıblar. Göründüyü kimi, 190 il öncə baş vermiş bu ilk etnik təmas Təpəbaşı hissəsinin etnik tərkibini dəyişə bilməyib və əzəldən bəri orada yaşayan azərbaycanlılar yenə də daimi sakinlər olublar.

XIX əsrin I yarısında Təpəbaşı hissəsində yerləşən küçə və məhəllələrin adları Azərbaycan adları idi. Məsələn, Dərəkənd, Axund, Xan bağları, eləcə də Əsəd bəy, Adalyar, Təpəbaşı, İmarət və Daşlı küçələrini sadalamaq olar. Hazırda Ermənistan milli arxivində saxlanılan kameral təsvirlər həmin küçə və məhəllələrin 190 il öncə inventarlaşdırılmasını və etnik tərkibini göstərən sübutlardır. Təpəbaşı öz memarlığı və tarixi ilə Azərbaycan tarixinin bir hissəsini təşkil edirdi.

Bunu İrəvan şəhərinin sonrakı dövrlərə aid planlarında da görmək mümkündür. Belə ki, 1831-1832-ci illərə aid kameral təsvirlər göstərir ki, şəhərin Təpəbaşı hissəsindəki məhəllə və küçələr sonrakı dövrlərdə də eyni adla və eyni etnik tərkiblə qalmışdır. İstər 1880-ci illərə aid şəhər planı, istərsə də B.Mehrabovun 1906-1911-ci illərə aid İrəvan şəhərinin planı deyilənləri bir daha sübut edir. Təpəbaşı hissəsində mövcud olan küçə adları XX əsrin əvvəllərində də Azərbaycan dilində adlandırılırdı. Bütün bunları dövrün arxiv sənədləri də təsdiqləyir. XIX əsr boyunca ermənilərin tarixi Azərbaycan torpaqlarına köçürülməsinə baxmayaraq, İrəvan şəhərinin əhalisinin etnik tərkibində yenə də azərbaycanlıların üstünlük təşkil etdiyi aydın görünür.

Vaxtilə azərbaycanlılardan ibarət olan bu məhəllənin etnik tərkibi tarixin üç mərhələsində (1918-1920-ci, 1948-1953-ci, 1988-ci il illər) süni şəkildə dəyişdirilib və bu gün ermənilərdən ibarət monoetnik məhəlləyə çevrilib. Burada yaşayan insanlar özlərini yerli irəvanlı adlandırsalar da, onların çox kiçik bir qismi daha öncədən bu ərazidə yaşadığına dair sübutlar gətirə bilir. Lakin burada yaşayanların böyük hissəsi 1920-ci illərdə hələ İrəvan adlandırılan şəhərə qonşu dövlətlərdən köçürülən ermənilərdən ibarətdir. Həm Ermənistan, həm də Azərbaycan arxivlərində bunu sübut edən minlərlə sənəd saxlanılmaqdadır.

Ermənistan dövləti Təpəbaşıda yerləşən Hacı İmamverdi (Təpəbaşı) məscidinin tarixini saxtalaşdıraraq fars məscidi kimi dövlət qeydiyyatına alsa da, abidənin qorunması ilə bağlı heç bir tədbir görülmür və onun uçulub dağılmasına şərait yaradılır.

Uzun illərdir ki, Təpəbaşı hissəsinin taleyi ilə bağlı erməni ictimaiyyəti ilə Ermənistan dövləti arasında müzakirələr getməkdədir. Lakin bütün bu müzakirələrdə Azərbaycan xalqının maddi-mədəni irsi məhvə məhkum edilir.

2022-ci il 4 fevral tarixində Azərbaycan, Fransa, Ermənistan liderlərinin və Avropa İttifaqı Şurasının rəhbərinin videoformatda görüşünün nəticəsi olaraq həm də UNESCO-nun Ermənistana və Azərbaycana missiyalarının həyata keçirilməsi planlaşdırılıb. Azərbaycan cəmiyyəti uzun zamandır bu xəbəri gözləyirdi.

Biz UNESCO-ya müraciət edərək xahiş edirik ki, səfər zamanı öz üzərinə öhdəlik götürən Ermənistanın paytaxtı İrəvanda yerləşən tarixi Təpəbaşı məhəlləsi də missiyanın gedəcəyi ünvanlardan biri olsun. Ümid edirik ki, UNESCO-nun missiyasının fəaliyyətinə Ermənistanda maneə törədilməyəcəkdir.

Bu səbəbdən hələ də Azərbaycan xalqının İrəvan şəhərində tamamilə Yer üzündən silinməmiş yeganə memarlıq kompleksində Ermənistanın və Azərbaycanın səlahiyyətli idarələri ilə əməkdaşlıq edərək tarix və mədəniyyət abidələrinin hazırkı vəziyyətini qeydə almağa və gələcək monitorinqi, onun nəticələrinin dərcini təmin etməyə təcili ehtiyac var.

İnanırıq ki, Siz öz nüfuzunuz və səylərinizlə beynəlxalq konvensiyalarda müəyyən edilmiş prinsiplərə uyğun olaraq İrəvan şəhərində Azərbaycan abidələrinin bütöv və təhlükəsiz mühafizəsi, bərpası, konservasiyası və s. üzrə məsuliyyəti Ermənistanın öz üzərinə götürməsinə töhfə verəcəksiniz. Belə olduğu təqdirdə bəşəriyyətin maddi-mədəni irsinin tərkib hissəsi olan İrəvan şəhərinin tarixi Təpəbaşı məhəlləsi növbəti vandalizmdən xilas edilmiş olacaq.

Biz - aşağıda imza edənlər Sizdən xahiş edirik ki, İrəvan şəhərinin Təpəbaşı hissəsində tarixən azərbaycanlılara məxsus olmuş məhəllə sisteminin və bu məhəllələrdə mövcud olan abidələrin dağılmasının qarşısının alınmasında və onların xüsusi qorunma altına alınmasına kömək edəsiniz.

Müraciəti aşağıdakı şəxslər imzalayıb:

1. Arif Həşimov Texnika üzrə elmlər doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi üzvü, AMEA-nın vitse-prezidenti, AMEA-nın prezidenti vəzifəsini icra edən

2. Gövhər Baxşəliyeva Filologiya üzrə elmlər doktoru, professor, AMEA-nın həqiqi üzvü, AMEA-nın vitse-prezidenti

3. İsa Həbibbəyli Filologiya üzrə elmlər doktoru, professor, AMEA-nın həqiqi üzvü, AMEA-nın vitse-prezidenti

4. Yaqub Mahmudov Tarix üzrə elmlər doktoru, professor, AMEA-nın həqiqi üzvü

5. Şahin Mustafayev Tarix üzrə elmlər doktoru, professor, AMEA-nın həqiqi üzvü, AMEA-nın Şərqşünaslıq İnstitutu

6. Nərgiz Axundova Tarix üzrə elmlər doktoru, professor, AMEA-nın həqiqi üzvü, AMEA-nın Tarix İnstitutu

7. Nailə Vəlixanlı Tarix üzrə elmlər doktoru, professor, AMEA-nın həqiqi üzvü, AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyi

8. Anar İsgəndərov Tarix üzrə elmlər doktoru, professor,Millət vəkili

9. Əziz Ələkbərli Filologiya üzrə fəlsəfə doktoru, dosent, Millət vəkili

10. Kərim Şükürov Tarix üzrə elmlər doktoru, professor, AMEA-nın Tarix İnstitutu, baş direktor

11. Cəbi Bəhramov Tarix üzrə fəlsəfə doktoru, AMEA-nın Tarix İnstitutu, icraçı direktor

12. İlqar Niftəliyev Tarix üzrə fəlsəfə doktoru, AMEA-nın Tarix İnstitutu, şöbə müdiri

13. Tofiq Nəcəfli Tarix üzrə elmlər doktoru, dosent,AMEA-nın Tarix İnstitutu

14. Rəşad Mustafa Tarix üzrə elmlər doktoru, AMEA-nın Tarix İnstitutu

15. İradə Bağırova Tarix üzrə elmlər doktoru, AMEA-nın Tarix İnstitutu

16. Güntəkin Nəcəfli Tarix üzrə fəlsəfə doktoru, AMEA-nın Tarix İnstitutu

17. Allahverdi Əlimirzəyev Tarix üzrə fəlsəfə doktoru, AMEA-nın Tarix İnstitutu

18. İradə Məmmədova Tarix üzrə fəlsəfə doktoru, AMEA-nın Tarix İnstitutu

19. Hacı Həsənov Tarix üzrə fəlsəfə doktoru, AMEA-nın Tarix İnstitutu

20. Kamran İsmayılov Tarix üzrə fəlsəfə doktoru, AMEA-nın Tarix İnstitutu

21. Elçin Qarayev Tarix üzrə fəlsəfə doktoru, AMEA-nın Tarix İnstitutu

22. Vasif Qafarov Tarix üzrə fəlsəfə doktoru, aparıcı elmi işçi AMEA-nın Tarix İnstitutu

23. Ramin Əlizadə Böyük elmi işçi,AMEA-nın Tarix İnstitutu

24. Abbas Seyidov Tarix üzrə elmlər doktoru, professor, AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş direktoru

25. Musa Qasımlı Tarix üzrə elmlər doktoru, professor, AMEA-nın müxbir üzvü, AMEA-nın Qafqazşünaslıq İnstitutu, baş direktor

26. Elnur Kəlbizadə Tarix üzrə fəlsəfə doktoru, dosent,AMEA-nın Qafqazşünaslıq İnstitutu

27. Ramilə Dadaşova Siyasi elmlər doktoru, AMEA-nın Qafqaz Tarixi İnstitutu

28. Qasım Hacıyev Tarix üzrə elmlər doktoru, dosent,AMEA-nın Qafqaz Tarixi İnstitutu

29. Zakir Eminov Coğrafiya üzrə elmlər doktoru, dosent, AMEA-nın H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, baş direktor

30. İsmayıl Kazımov Filologiya üzrə elmlər doktoru, professor, baş elmi işçi, AMEA-nın Dilçilik İnstitutu

31. Kifayət İmamquluyeva Filologiya üzrə fəlsəfə doktoru,AMEA Dilçilik İnstitutu, şöbə müdiri

32. Məryəm Seyidbəyli Tarix üzrə elmlər doktoru,AMEA-nın Elm Tarixi İnstitutu

33. Zaur Əliyev Siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent, AMEA-nın Elm Tarixi institutu

34. Ziyad Əmrahov Tarix üzrə fəlsəfə doktoru, dosent,AMEA-nın Elm Tarixi İnstitutu

35. Cəfər Qiyasi Memarlıq üzrə elmlər doktoru, professor, AMEA-nın müxbir üzvü,Abidələrin Bərpası Elmi-Tədqiqat İnstitutu

36. Ərtigin Salamzadə Sənətşünaslıq üzrə elmlər doktoru, professor, AMEA-nın müxbir üzvü,AMEA-nın Memarlıq və İncəsənət İnstitutu

37. İradə Köçərli Sənətşünaslıq üzrə elmlər doktoru, professor, AMEA Memarlıq və incəsənət İnstitutu, şöbə müdiri

38. Rizvan Qarabağlı Memarlıq üzrə fəlsəfə doktoru, dosent,AMEA Memarlıq və incəsənət İnstitutu, aparıcı elmi işçi

39. Rahibə Zeynalova Memarlıq üzrə fəlsəfə doktoru,AMEA-nın Memarlıq və İncəsənət İnstitutu

40. Xəzər Zeynalov AMEA-nın Memarlıq və incəsənət İnstitutu

41. Fərhad Cabbarov Tarix üzrə fəlsəfə doktoru, AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyi

42. İbrahim Kazımbəyli Tarix üzrə elmlər doktoru, dosent, Azərbaycan Dillər Universitetinin Beynəlxalq əlaqələr fakültəsi, dekan

43. Firdövsiyyə Əhmədova Tarix üzrə elmlər doktoru, dosent, Dövlət İdarəçilik Akademiyası, tarix kafedrası

44. Gülçöhrə Məmmədova Memarlıq üzrə elmlər doktoru, professor, Azərbaycan Memarlıq və İnşaat Universiteti, rektor

45. Elbay Qasımzadə Memarlıq üzrə elmlər doktoru, professor, Azərbaycan Memarlıq və İnşaat Universiteti

46. Səbinə Hacıyeva Memarlıq üzrə elmlər doktoru, professor, Azərbaycan Memarlıq və İnşaat Universiteti

47. Elşən Aslanov Tarix üzrə fəlsəfə doktoru, Bakı Dövlət Universitetinin Tarix fakültəsi

48. Nazim Mustafa Tarix üzrə fəlsəfə doktoru, Prezident kitabxanası, şöbə müdiri

49. Nazir Əhmədli Kimya üzrə fəlsəfə doktoru, Azərbaycanda Atatürk Mərkəzi

50. Tahir Əmiraslanov Tarix elmləri üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi, "Kulina" jurnalı, baş redaktor

51. Telman Qasımov Elmi Araşdırmalar İctimai Birliyinin sədri

52. Faiq İsmayılov Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı" İctimai Birliyinin sədri

53. Fariz Xəlili “Miras” mədəni irsin öyrənilməsinə kömək İctimai Birliyinin sədri

54. Rauf Zeyni Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti

55. Azər Əliyev Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri

56. Səməd Hətəmov “Doğma yurda qayıdış" İctimai Birliyinin sədri

57. Bəyimxanım Verdiyeva “Xan Şuşinski” Fondunun prezidenti

58. Günel Səfərova Vətəndaş Tədqiqat və İnkişaf İctimai Birliyinin sədri

59. Umud Rəhimoğlu Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti

60. Fazil Abbasov “İslam Əməkdaşlığı Təşkilatına Üzv Dövlətləri Jurnalistlərinin Assosiasiyası” İctimai Birliyinin sədri

61. Şəlalə Həsənova “İctimaiyyətlə Əlaqələrin İnkişafına Kömək” İctimai Birliyinin sədri

62. İlqar Orucov Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyəti" İctimai Birliyinin sədri

63. Şəhla Nağıyeva “Sönməz Məşəl" Mədəni Əlaqələr İctimai Birliyinin sədri

64. Şəmistan Əlizamanlı “Vətənpərvərliyin Təbliğinə Dəstək" İctimai Birliyinin sədri

65. Nurəddin Mehdiyev “Bizim Nəsil" Gənclərin Regional İnkişaf Assosiasiyası İctimai Birliyinin sədri

66. Bahar Qasımova “Azərbaycan Qadınları Respublika Cəmiyyəti” İctimai Birliyinin sədri

67. Davud Rəhimli Əlil Təşkilatları İttifaqının prezidenti

68. Fəxrəddin Həsənzadə “Gənclər üçün Təhsil Mərkəzi" İctimai Birliyinin icraçı direktoru

69. Fuad Məmmədov “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyası İctimai Birliyinin sədri

70. Mehri Xanbabayeva “Azərbaycan Tarixçiləri" İctimai Birliyinin sədri

71. Hacı Abdulla "Zəngəzur" cəmiyyətləri İctimai Birliyinin sədri

72. Nəsiman Yaqublu “Tarix və Mətbuat Araşdırmalarına Dəstək” İctimai Birliyinin sədri

73. Rəna Mirzəzadə Gender və İnsan Hüququ Araşdırma Birliyinin sədri

74. Mehriban Zeylanova “Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri

75. Novella Cəfərova “D.Əliyeva adina Azərbaycan Qadınlarının Hüquqlarının Müdafiə Cəmiyyəti" İctimai Birliyinin sədri

76. Səadət Bənənyarlı “Beynəlxalq İnsan Hüquqları Cəmiyyəti Azərbaycan Milli Bölməsi" İctimai Birliyinin sədri

77. Səltənət Qocamanlı “İnsan Hüquqlarının və Qanunçuluğun Müdafiəsi" İctimai Birliyinin sədri

78. Yusif Ağayev "Dostluq" gənclərin əlaqələndirmə mərkəzi İctimai Birliyinin sədri

79. Xatirə Vəliyeva “Xankəndi” məcburi köçkünlərə dəstək İctimai Birliyinin sədri

80. Səbuhi Abdullayev "ELM" Gənclərin Sosial-İntellektual İnkişafına Dəstək İctimai Birliyinin sədri

81. Büllur Məmmədova "Mədəniyyətin və Milli Ənənələrin Təbliği" İctimai Birliyinin sədri

82. İsrayıl İsgəndərov "Ümid" Sosial İnkişafa Dəstək İctimai Birliyinin sədri

83. Zaur İbrahimli "Prioritet" Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri

84. Ayşən Hüseynova "Soyqırım Həqiqətlərinin Tanıdılması" İctimai Birliyinin sədrinin müavini

85. Azər Allahverənov Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyinin sədri

86. Araz Şamilov "Tariximizə Sahib Çıxaq" tarixi araşdırmalar və maarifləndirmə İctimai Birliyinin sədri

87. Şamil Ələkbərli Xocalı Soyqırımını Tanıtma İctimai Birliyinin sədri

88. Əkrəm Bəydəmirli "Sosial Rifah və Tədqiqatlar" İctimai Birliyinin sədri

89. İradə Rzazadə "Vətəndaşların Sosial Rifahı Naminə" İctimai Birliyinin sədri

90. Təhmasib Novruzov "Azadlıq Hərəkatçıları" İctimai Birliyinin sədri

91. Çingiz Bayramov "Dialoq və İnkişaf Naminə" İctimai Birliyinin sədri

92. Rüfət Əsədzadə “Azərbaycan gənc müəllimlər assosiasiyası” İctimai Birliyinin sədri

93. Şahin Qədirov “Zirvə” mədəniyyət və incəsənət İctimai Birliyinin sədri

94. Qafar Çaxmaxlı “Müstəqil Araşdırmaçı Jurnalistlər Liqası" İctimai Birliyinin sədri

95. Dəyanət Bayramov "Türk Dünyası İnfo" İctimai Birliyinin sədri

96. İntiqam Yaşar "Dünya Gənc Türk Yazarlar" İctimai Birliyinin sədri

97. Elvin Talışınski "Elin Səsi" milli-mənəvi dəyərlərimizin qorunması İctimai Birliyinin sədri

98. Nigar Ələsgərova "Odlar Yurdu" Gənclər İctimai Birliyinin sədri

99. Elçin Mirzəbəyli "Bakı Natiqlik Məktəbi" İctimai Birliyinin sədri

100. Akif Nağı "Qarabağ Azadlıq Təşkilatı" İctimai Birliyi

101. Vüqar Əhmədov "Azərbaycan-Amerika Gəncləri" İctimai Birliyinin sədri

102. Səbuhi Hüseynov AMEA-nın Tarix İnstitutunun baş mütəxəssisi”.

"Çeburaşka"nın yaradıcısı vəfat edib

"Çeburaşka"nın yaradıcısı vəfat edib

Keçmiş SSRİ-nin klassik animatoru Leonid Şvartsman 101 yaşında vəfat edib.

YAXTV” xəbər verir ki, bu barədə “Soyuzmultfilm”in şef-redaktoru Sergey Vladimiroviç Kapkov bildirib.

Qeyd edək ki, Leonid (əsl adı İzrail) Aronoviç Şvartsman 1920-ci il avqustun 30-da Belarusda anadan olub. O, 2002-ci ildə Rusiyanın Xalq rəssamı fəxri adına, 2017-ci ildə isə Rusiya Prezidentinin Mükafatı laureatına layiq görülüb. O, 70 cizgi filminin rejissoru, rəssamı və ssenaristidir. “Çeburaşka”, “Timsah gena” (“Krokodil Gena”), “38 tutuquşu”, “Balina, səni gözləyirəm” və s. onun məş

Azərbaycanın Xalq artisti vəfat etdi

Azərbaycanın Xalq artisti vəfat etdi

Tanınmış bəstəkar, Azərbaycanın Xalq artisti, professor Sevda İbrahimova bu gün 83 yaşında vəfat edib.

Bu barədə "Unikal"a musiqişünaslar məlumat verib. 

S.İbrahimova 1939-cu il noyabrın 28-də Bakıda anadan olub.

S.İbrahimovanın milli və klassik musiqimizin inkişafında böyük xidmətləri olub. Bülbül adına Musiqi Məktəbini fərqlənmə diplomu ilə bitirən Sevda İbrahimova iki ali musiqi təhsili alıb. O, Azərbaycan Dövlət Konservatoriyasının fortepiano və bəstəkarlıq fakültəsini bitirib. Onun müəllimləri görkəmli musiqiçilər Mayor Brenner və Qara Qarayev olub.

O, əfsanəvi tarzən, Xalq artisti Qurban Primovun nəvəsi və görkəmli dramaturq, xalq yazıçısı Mirzə İbrahimovun və pianoçu Sara Primovanın qızıdır.

Qeyd edək ki, S.İbrahimova iki operanın, beş fortepiano konsertinin, orqan, tar və orkestr üçün konsertlərin, kantataların, kamera-instrumental və vokal kompozisiyalarının, fortepiano solo üçün çoxsaylı silsilələrin, uşaqlar üçün müxtəlif janrlı əsərlərin, filmlər və tamaşalar üçün musiqilərin müəllifidir. Bəstəkarın əsərləri təkcə ölkəmizdə deyil, ABŞ, Fransa, İsveç, Almaniya və dünyanın digər ölkələrinin konsert salonlarında səslənir.

Builki Vaqif Poeziya Günlərinin dəqiq tarixi məlum olub

Builki Vaqif Poeziya Günlərinin dəqiq tarixi məlum olub

Builki Vaqif Poeziya Günlərinin dəqiq tarixi məlum olub.

YAZTV-nin əldə etdiyi məlumata görə, ədəbiyyat tədbiri iyulun 13-dən 15-dək Şuşa şəhərində keçiriləcək.

Tədbir çərçivəsində Molla Pənah Vaqifin Məqbərəsinin önündə və Azərbaycanın mədəniyyət paytaxtının digər tarixi yerlərində poeziya nümunələri səsləndiriləcək. Azərbaycan Yazıçılar Birliyi poeziya günlərinə hazırlıq işlərini yekunlaşdırıb.

Qeyd edək ki, Vaqif Poeziya Günlərinin əsası 1982-ci ildə qoyulub. Şuşa ermənilərin işğalı altında olduğu dövrdə bu tədbir keçirilməyib. Ötən il Vaqif Poeziya Günləri bərpa edilib. Mərasim Molla Pənah Vaqifin Muzey-Məqbərə Kompleksinin önündə keçirilib.

Gəncə Dövlət Dram Teatrın yeni binasında məşqlər başlayıb

Gəncə Dövlət Dram Teatrın yeni binasında məşqlər başlayıb

Gəncə Dövlət Dram Teatrının yeni binasında Con Patrikin "Qəribə missis Sevic" adlı pyesi tamaşaya qoyulur.  Hazırda teatrın yeni binasında məşqlər gedir. Tamaşanın quruluşçu rejissoru Elşad Əhmədov, rəssamı Mirzə Mehdi Hüseyn, musiqi tərtibatı Sevda Əliyevanındır.

 Tamaşanın süjet xəttinə gəldikdə isə əsərin baş qəhrəmanı milyoncu dul qadın Etel Sevic insanların qəribə arzularının yerinə yetirilməsinə köməklik göstərməsi üçün fond yaradır. Ögey övladları onun bu hərəkətini öyrəndikdən sonra missis Sevici “Sakit məkan” adlı psixiatrik klinikaya yerləşdirərək onu qəyyumluğa götürürlər. Hadisələr də məhz bundan sonra başlayır.

 Missis Sevic rolunda Xalq artisti Pərvanə Qurbanova, rollarda Əməkdar artistlər Rahilə Məmmədova, Sevda Orucova, Ramiz Vəliyev, Kəmalə Məmmədova , aktyorlar - Ruslan Hüseynov, Elmir Məmmədov, Samir Abbasov, Sevinc Hüseynova, Rauf Hüseynov çıxış edəcəklər. Tərcümə Əsəd Cahangirə məxsusdur.

 Qeyd edək ki, tamaşa Gəncə Dövlət Dram Teatrının daxili vəsaiti hesabına hazırlanır. Səhnə əsəri yaxın zamanlarda tamaşaçıların ixtiyarına veriləcəkdir.