Thursday, 23 Sentyabr 2021 18:56
Yeni Azərbaycan Televiziyası
Bakı
İstanbul
Moskva
 Xalça Muzeyi “Tripadvisor Travellers’ Choise” sertifikatına layiq görülüb

Xalça Muzeyi “Tripadvisor Travellers’ Choise” sertifikatına layiq görülüb

Azərbaycan Milli Xalça Muzeyi dördüncü dəfə “Tripadvisor Travellers’ Choise” (Tripadvisor səyahətçilərin seçimi) sertifikatına layiq görülüb.

YAZTV xəbər verir ki, bütün dünya üçün mövcud çətin dövrdə belə muzeyin peşəkar fəaliyyətini yüksək səviyyədə davam etdirməsi tamaşaçılar, izləyicilər tərəfindən layiqincə dəyərləndirilib və obyektiv qiymətini alıb.

Qeyd edək ki, dünyanın məşhur turizm saytı “Tripadvisor”ın 2010-cu ildə təsis olunan bu sertifikatına əsasən yüksək səviyyədə xidmət göstərən məkanlar, turizm müəssisələri layiq görülür. Qalib milyonlarla insanın, turistlərin saytda il ərzində qeyd etdiyi rəylər əsasında müəyyənləşir.

“Tripadvisor Travellers’ Choise” sertifikatını beş dəfə alan müəssisələrin saytın “Şöhrət zalı” fəxri siyahısına daxil olduğunu nəzərə alsaq, Azərbaycan Milli Xalça Muzeyi bu uğurun da bir addımlığındadır.

Xoşbulaq yaylağında 3 min il əvvələ aid dini ibadətgah yeri aşkarlanıb

Xoşbulaq yaylağında 3 min il əvvələ aid dini ibadətgah yeri aşkarlanıb

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Daşkəsən arxeoloji ekspedisiyası rayon ərazisində dəniz səviyyəsindən 2000 metr yüksəklikdə - Xoşbulaq yaylağında arxeoloji qazıntı işləri aparıb.

İnstitutdan YAZTV-ə bildirilib ki, ekspedisiya müddətində bölgədə qeydə alınmış kurqan tipli arxeoloji abidə tədqiq edilib. Kurqanın üst örtüyünün perimetri boyunca iri qaya daşlarından ibarət kromlexi (kromlex - sakral xarakterli dairəvi daş düzümü) olub. Kurqanın qəbir kamerası daş qutu tipindədir. Kamera iri sal qaya daşlarından dördkünc formada hazırlanmaqla üzəri sal daşlarla örtülüb. Qəbir kamerasından aşkar edilən insan skeletinin qalıqları və maddi mədəniyyət nümunələri əsasında kurqanın bir qadına məxsus olduğu müəyyən edilib. İnsan üzü şərqə doğru olmaqla sağ tərəfi üstə bükülü vəziyyətdə dəfn olunub. Kurqan kamerasından aşkar edilən artefaktlar əsasən metal və mineral daşlardan hazırlanmış bəzək əşyaları ilə təmsil olunur. Abidədən aşkar edilmiş maddi mədəniyyət nümunələrinin müqayisəli təhlili onun Son Tunc - İlk Dəmir dövrü ilə tarixlənərək Xocalı-Gədəbəy arxeoloji mədəniyyəti daşıyıcılarına məxsus olduğunu göstərir.

Bununla yanaşı, ekspedisiya müddətində ərazidə tədqiq olunmuş, biri digərindən 20 metr aralı olan iki kurqan arasında aparılan qazıntılar zamanı mütəxəssislərin xüsusi marağına səbəb olmuş tikili qalığı aşkarlanıb. İlkin nəticələrə əsasən, qaya daşlarından dördkünc formada inşa edilmiş bu tikilinin ibadətgah və ya hər hansı dini ritual məkan olduğu təxmin edilir. Tikili qalığının içərisindən aşkar edilmiş maddi mədəniyyət nümunələri onun kurqanlarla eyni dövrə aid olduğunu göstərir. Dini ritual tikili qalığının içərisindən ocaq izləri və daşdan hörülmüş xüsusi hücrələr aşkar edilib. Tikilinin salamat qalmış divarlarının hündürlüyü bir metrə yaxındır. Tikili qalığından aşkarlanmış dəlillər və arxeoloji nümunələr üzərində tədqiqatlar davam etdirilir.

Arxeoloji ekspedisiya zamanı Xoşbulaq kəndinin kənarında, Xoşbulaq çayının sağ sahilində bir ədəd daş qutu qazılaraq tədqiq olunub. Qaya daşlarından hazırlanmış qəbir kamerasının üzəri iki ədəd sal qaya ilə örtülüb. Daş qutudan 6 ədəd saxsı qab nümunəsi, bir ədəd tunc kəmər, bir ədəd dəmirdən hazırlanmış xəncər və bir insan skeletinin qalıqları aşkar edilib.

Arxeoloji abidələrdən tapılmış nümunələr laborator şəraitdə tədqiq edilmək üçün Arxeologiya və Etnoqrafiya İnstitutuna gətirilib. Mütəxəssislər ərazidə aparılan arxeoloji qazıntıların və elmi nəticələrin Xocalı-Gədəbəy mədəniyyəti tayfalarının dini dünyagörüşləri, dəfn adətləri və ümumilikdə həmin dövrün tarixinin öyrənilməsində böyük əhəmiyyət kəsb etdiyini düşünürlər.

Mədəniyyət Nazirliyi tərəfindən incəsənət xadimləri ilə videogörüş təşkil edilib

Mədəniyyət Nazirliyi tərəfindən incəsənət xadimləri ilə videogörüş təşkil edilib

Azərbaycan Respublikası Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimovun ölkəmizin bir qrup mədəniyyət və incəsənət xadimləri ilə videokonfrans formatında görüşü keçirildi.

YAZTV xəbər verir ki, görüşdə çıxış edən Anar Kərimov əvvəlcə ona göstərilən yüksək etimada görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığını bildirdi. Qeyd etdi ki, ölkə rəhbərliyinin mədəniyyət sahəsinin inkişaf etdirilməsi, idarə olunması, mədəniyyətimizin təbliği ilə bağlı müvafiq tapşırıq və tövsiyələri olub. Mədəniyyət və incəsənət xadimləri ilə görüşün əsas məqsədi də Mədəniyyət Nazirliyinin gələcək fəaliyyəti, mövcud problemlərin həlli ilə bağlı bu sahədə çalışan insanların fikir və mülahizələrini öyrənməkdir.

Ölkəmizin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu deyən Anar Kərimov bütün sahələrdə, o cümlədən mədəniyyət sahəsində çox ciddi islahatlara start verildiyini bildirdi.

Videokonfrans iştirakçıları ilə mədəniyyət sahəsində görüləcək işlər və gələcək planlarla bağlı səmimi fikir mübadiləsi aparıldı.

Görüş iştirakçıları ölkə rəhbərliyi tərəfindən mədəniyyət sahəsinə və incəsənət xadimlərinə göstərilən diqqət və qayğını yüksək dəyərləndirdilər. Mövcud problemlər və onların həll yolları, həyata keçirilməsi nəzərdə tutulan layihələr müzakirə edildi. Mədəniyyət və incəsənət xadimləri mədəni irsin qorunması, təbliği və təşviqinin genişləndirilməsi ilə bağlı təkliflər səsləndirdilər.

Anar Kərimov gələcəkdə Mədəniyyət Nazirliyi tərəfindən reallaşdırılacaq layihələr və bu sahədə aparılan islahatlarda mədəniyyət və incəsənət xadimlərinin daha fəal iştirakının vacibliyini qeyd etdi. O, Mədəniyyət Nazirliyinin yaradıcı insanlarla, incəsənət xadimləri ilə ünsiyyətə, fikir mübadiləsinə daim önəm verəcəyini, hər zaman onların yanında olacağını bildirərək videokonfrans iştirakçılarına fəaliyyətlərində uğurlar arzuladı.

Vurğulandı ki, bundan sonra da görüləcək işlərlə bağlı mədəniyyət və incəsənət xadimlərinin fikir və təkliflərinin öyrənilməsi və birgə addımların atılması səmərəli olacaq.

İştirakçılar belə görüşlərin əhəmiyyətini vurğulayaraq, müzakirələr üçün seçilən formatın qarşıda duran məsələlərin səmərəli həlli üçün zəruri olduğunu qeyd etdilər və görüşün təşkil olunmasına görə təşəkkürlərini bildirdilər.

Mehmanxanalara növbəti mediatur təşkil olunub

Mehmanxanalara növbəti mediatur təşkil olunub

Dövlət Turizm Agentliyi, Qida Təhlükəsizliyi Agentliyi, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Səhiyyə Nazirliyi tərəfindən mehmanxanalarda növbəti monitorinq keçirilib.

Monitorinq prosesinin ictimaiyyətə çatdırılması məqsədilə “Landmark” və “Stalybridge Suites Baku” hotellərinə mediatur təşkil edilib. Dövlət Turizm Agentliyinin tabeliyində olan Bakı Turizm İnformasiya Mərkəzinin direktoru Rüfət Bağırov jurnalistlərin suallarını cavablandırıb. Bildirib ki, bütün dünyada tüğyan edən COVID 19 pandemiyası Azərbaycandan da yan keçməyib və bununla da turizm sektoruna böyük zərbə vurmuş olub. Buna baxmayaraq təsdiq olunmuş qaydalara əsasən ölkəmizdəki mehmanxanalar fəaliyyətini bərpa edərək qonaqları qəbul etməyə hazırdılar. Burada əsas məqamlar mehmanxanalarda sosial məsafənin gözlənilməsi, dizinfeksiya maddələrindən istifadə edilməsi, qəbul etdikləri qonaqların hərarətinin ölçülməsindən ibarətdir. “Bakıda yalnız 65, ümumilikdə isə ölkə üzrə 229 mehmanxanada monitorinqlər keçirilib. Onların 80 faizində qaydalara tam riayət edilir.

Bəzi hotellər ilk həftələrdə qəbul edilən standartlara cavab verməsə də, aparılan maarifləndirmə işlərindən sona nəticənin müsbətə doğru dəyişdiyini söyləyə bilərik”, - deyə Rüfət Bağırov əlavə edib. Bildirilib ki, monitorinq çərçivəsində işçi heyətin və qonaqların təhlükəsizliyinin təmin edilməsi üçün tələb olunan gigiyena və sanitariya tədbirlərinin tətbiq edilməsi səviyyəsi yoxlanılır və tələblərə cavab verən mehmanxanalar Dövlət Turizm Agentliyi tərəfindən “SAHMAN” – sanitariya və gigiyena nişanı ilə təmin edilir. Vurğulanıb ki, virusun turizmə vurduğu zərbəni minimuma endirmək və deyilən obyektlərə yardımçı olmaq məqsədilə dövlət sosial paketlər hazırlayır. Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional bölməsinin rəisi Zaur Kərimov deyib: “Monitorinqlər zamanı mehmanxanaların qida blokunda normalara və metodik göstərişlərin tələblərinə riayət edilməsi agentliyin əməkdaşları tərəfindən qiymətləndirilib. Bu zaman işçilərin xüsusi geyimlərlə təmin olunmasına, mətbəxdə və qida qəbulu zallarında təmizlik işləri apararkən müvafiq dizinfeksiyaedici maddələrdən istifadə edilməsinə diqqət yetirilib. Mətbəxlərlə bağlı müəyyənləşdirilən tələblərə əsasən qida məhsullarının səthi örtülü saxlanmalı və istifadə olunmuş qida yeniləri ilə qarışdırılmamalıdır.

Qidanın saxlanılmasında müvafiq xüsusiyyətlər də nəzərə alınmalıdır”. Qeyd edək ki, monitorinqlər Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 8 avqust 2020-ci il tarixli 287 nömrəli “Koronavirus (COVID-19) pandemiyası dövründə Azərbaycan Respublikasında mehmanxanaların fəaliyyətinin təşkili Qaydaları”nın təsdiq edilməsi barədə qərarına əsasən bu qaydaların tələblərinə riayət olunmasına nəzarətin həyata keçirilməsi məqsədilə keçirilir. (Azərtac)

Bu gün Bəhram Bağırzadənin doğum günüdür

Bu gün Bəhram Bağırzadənin doğum günüdür

Bu gün aktyor, “Bakılı oğlanlar” komandasının üzvü Bəhram Bağırzadənin ad günüdür.

YAZTV xəbər verir ki, Bəhram Arif oğlu Bağırzadə 1972-ci il sentyabrın 4-də Bakıda, ziyalı ailəsində anadan olub. 1979-1989-cu illərdə Bakı şəhəri 189 saylı məktəbdə oxuyub. 1989-cu ildə İncəsənət İnstitutuna qəbul olub və 1994-cü ildə həmin təhsil ocağını bitirib. İxtisası teatr rejissorudur.

1991-ci ildən “Bakılı oğlanlar” ŞHK komandasının üzvüdür. 1992-ci ildə ŞHK çempionu, 1995-ci ildə ŞHK Yay Kubokunun sahibi və 2000-ci il ŞHK “Əsrin Çempionu” olub. MDB ŞHK yığmasının üzvüdür. 1992-ci ildən karikatura çəkib və “Kirpi” satirik jurnalında çap olunub.

Respublikada keçirilən bir çox sərgilərin iştirakçısıdır. Bakıda fərdi sərgisi açılıb. 2004-cü ildən “Qalereya” jurnalının naşiridir. Bağırzadənin tanınmasında müstəsna rolu Şən və Hazırcavablar Klubunda yarışlarında “Bakılı Oğlanlar” komandasında çıxışları olub.

Onun iştirak etdiyi bu komanda 1992, 1993-cü illərdə çempion, 1995-ci ildə keçirilən yay kubokunun və iyirminci əsrin ən yaxşı komandaları sırasında birinci olub.

2006-cı ildən Azərbaycan “Karikaturaçı Rəssamlar Birliyi”nin üzvüdür. FECO (Beynəlxalq Karikaturaçılar Təşkilatları Federasiyası) Azərbaycan qrupunun üzvüdür. 2006-cı ildən “Planet Parni iz Baku” KVN Teatrının aktyorudur. “Qorod” jurnalının naşiridir.

Bəhram Bağırzadə 2012-ci il aprelin 26-da Kitab nominasıyasında “Humay” milli mükafatına layiq görülüb.

Xalq şairəsi Mirvarid Dilbazinin doğum günüdür

Xalq şairəsi Mirvarid Dilbazinin doğum günüdür

Azərbaycanın ilk qadın Xalq şairəsi, “İstiqlal” ordenli Mirvarid Dilbazinin doğum günüdür.

YAZTV-nin məlumatına görə, Mirvarid Dilbazi 1912-ci ildə Qazax rayonunun Musaköy (indiki Xanlıqlar) kəndində anadan olub. APİ-nin dil və Ədəbiyyat-İctimaiyyət fakültəsində təhsil alıb və Quba Partiya Məktəbinə ədəbiyyat müəllimi təyin olunub. İki ildən sonra Bakıya qayıdan şairə Azərbaycan EA-nın Əlyazmaları fondunda, Azərbaycan Dövlət Nəşriyyatında işləyib.

"Qadınların hürriyyəti" adlı ilk şeiri 1927-ci ildə "Oktyabr alovları" adlı məcmuədə dərc edilib. Böyük Vətən müharibəsi illərində vətəni müdafiə mövzusu onun yaradıcılığında əsas yer tutub. Həmin illərdə yeddi kitabı çap olunub ki, bunların altısı Vətən müharibəsinə həsr edilib.

M.Dilbazinin "Məhsəti" poemasının süjeti məşhur rübai ustası M.Gəncəvinin həyatı, ədəbi və ictimai fəaliyyətindən bəhs edir. "Əlcəzairli qız" əsəri real faktlar əsasında yazılıb.

Onun 70-80-cı illərdə "Bənövşələr üşüyəndə", "Ana qanadı", "Dağ çiçəyi", "Yasəmən fəsil", "Seçilmiş şeirlər" nəzm kitabları və 3 cilddə "Seçilmiş əsərləri" çap olunub.

Bəstəkarlardan Süleyman Ələsgərov, Tofiq Quliyev, Fikrət Əmirov, Şəfiqə Axundova, Ağabacı Rzayeva və başqaları şairənin sözlərinə mahnılar, romans və oratoriyalar bəstələyiblər.

Şairə Nizami Gəncəvi, Xaqani Şirvani, Əlişir Nəvai, Aleksandr Puşkin, Taras Şevçenko, N.Tixonov, Samuil Marşak, Sergey Mixalkov və başqa şairlərin əsərlərini, Evripidin "İppolit" faciəsini Azərbaycan dilinə tərcümə edib. Həmçinin onun əsərləri xarici dillərə tərcümə olunub.

Xalq şairəsi 2001-ci il iyulun 12-də dünyasını dəyişib.

“Repressiya” layihəsinin ilk sənədli filmi Mikayıl Müşfiqə həsr olunub

“Repressiya” layihəsinin ilk sənədli filmi Mikayıl Müşfiqə həsr olunub

Azərbaycan Televiziyasında bu gün saat 21:30-da “Repressiya” adlı yeni layihənin təqdimatı olacaq.

YAZTV xəbər verir ki, “Repressiya” yeni mövsümdən ayda iki dəfə efirə gedəcək sənədli filmlər silsiləsidir.

İlk sənədli film 1937-ci il repressiya qurbanı Mikayıl Müşfiqə həsr olunub. Ekran əsərində Müşfiqə qarşı təzyiqlər, atılan böhtanlar və yazıçının həbsi obrazlı şəkildə əks olunub. Bundan başqa, şairin həyat yoldaşı Dilbər Axundzadə ilə görüşü və iki müstəntiqə ifadəsi də filmdə improvizə olunub. Sonda isə şairin güllələnmə səhnəsi yer alıb.

“Repressiya”da Mikayıl Müşfiq obrazını Toğrul Rza, Dilbər Axundzadəni isə Kəbirə Həşimi canlandırıb.

Sənədli filmin rejissoru və operatoru Elmir Süleymanov, ssenari müəllifi Kəmalə Mirzəyevadır. Montaj isə Mahir Rəhimova məxsusdur.

Mədəniyyət Nazirliyində daha bir təyinat

Mədəniyyət Nazirliyində daha bir təyinat

Mədəniyyət Nazirliyində yeni kadr təyinatı olub.

YAZTV xəbər verir ki, bununla bağlı Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Hüseynbəyli Zemfira Qüdrət qızı Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

Z.Hüseynbəyli 1990-cı ildə Bakı şəhərində anadan olub. 2011-ci ildə Bakı Dövlət Universitetinin “Beynəlxalq münasibətlər” ixtisası üzrə bakalavr (fərqlənmə), 2012-ci ildə Birləşmiş Krallığın Kingston London Universitetinin “Beynəlxalq biznesin idarə edilməsi” ixtisası üzrə magistr (fərqlənmə) dərəcələrini alıb.

Əmək fəaliyyətinə 2012-ci ildə Bakı Nobel İrsi Fondunda ictimaiyyətlə əlaqələr üzrə nümayəndə vəzifəsində başlayıb. 2014-2018-ci illər ərzində BP neft şirkətinin subkontraktoru olan “Titan D” şirkətində insan resursları üzrə baş mütəxəssis vəzifəsində çalışıb, Azərbaycan Dövlət Neft şirkətində insan resursları üzrə aparıcı mütəxəssis işləyib. 2019-cu ildə SOCAR Azneft İstehsalat Birliyinin (İB) İnsan Resursları Departamentinin rəis müavini vəzifəsinə (2019) təyin edilib. Azneft İB-də “İnsan resurslarının transformasiyası” layihəsinin icraçısı, təlim və inkişaf proqramlarının rəhbəri olub.

Müslüm Maqomayevin xatirəsi Rusiyada anıldı

Müslüm Maqomayevin xatirəsi Rusiyada anıldı

Moskva şəhərində görkəmli müğənni, bəstəkar Müslüm Maqomayevin xatirəsinə həsr olunmuş tədbir keçirilib.

YAZTV xəbər verir ki, ənənəyə uyğun olaraq böyük ifaçının pərəstişkarları, yaxınları, dostları, habelə həyat yoldaşı Tamara Sinyavskaya, Müslüm Maqomayev Mədəni-Musiqi İrsi Fondunun təsisçisi Araz Ağalarov görkəmli musiqi xadiminin vaxtilə yaşadığı ünvanda toplaşıblar.

Xatırladaq ki, 1942-ci il avqustun 17-də anadan olan dünya şöhrətli sənətkarımız Müslüm Maqomayevin repertuarında 600-dən artıq musiqi əsəri olub.

Xalq artisti UNESCO-nun dəstəyi ilə keçiriləcək festivalın qonağı olacaq

Xalq artisti UNESCO-nun dəstəyi ilə keçiriləcək festivalın qonağı olacaq

Xalq artisti, Beynəlxalq Muğam Mərkəzinin direktoru, tanınmış pianoçu Murad Hüseynov 16 -18 oktyabr tarixlərində Gürcüstanın Batumi şəhərində UNESCO-nun dəstəyi ilə keçiriləcək festivalda dünyanın tanınmış musiqiçiləri ilə birgə eyni səhnəni bölüşəcək.

YAZTV xəbər verir ki, Xalq artistinin çıxış edəcəyi festival gününün konsertini Baku Media Mərkəzi lentə alacaq. Festivalın partnyorları sırasında, həmçinin Bakı Media Mərkəzi və Azərbaycanın İctimai Televiziyası da yer alır.

Pianoçu festivalın formatına uyğun olaraq, klassik əsərlərdən ibarət rəngarəng proqramla çıxış edəcək. Festivalın tərəfdaşları sırasında Gürcüstanın Pos TV telekanalı, İtaliyanın Gürcüstandakı Səfirliyi, “Michel Sogny” “SOS Talents” fondu , Gürcüstan Fransa İnstitutu və digər beynəlxalq təşkilatlar da var.

Azərbaycanda muzey və sərgi zallarının fəaliyyəti bərpa olunub

Azərbaycanda muzey və sərgi zallarının fəaliyyəti bərpa olunub

Bu gündən muzey və sərgi zallarının fəaliyyətinə icazə verilir.

YAZTV-nin məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, avqustun 31-dən etibarən ölkə üzrə muzeylərin və sərgi zallarının fəaliyyəti ilə bağlı məhdudiyyətlər aradan qaldırılır

Kino xadimlərinə pul mükafatları təqdim edilib

Kino xadimlərinə pul mükafatları təqdim edilib

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının İdarə Heyəti 2 Avqust Milli Kino Günü ilə bağlı bir sıra kino xadimlərinə pul mükafatları təqdim edib.

Kinematoqrafçılar İttifaqının Mətbuat Xidmətindən YAZTV-ə bildirib ki, bu il 60 yaşları tamam olan əməkdar incəsənət xadimi Ayaz Salayev və kinorejissor Şamil Əliyevə yubileyləri münasibətiylə Milli Kino Günündə pul mükafatları təqdim edilib.

Bununla yanaşı ittifaqın rəsmisi bildirib ki, Milli Kino Günü ilə bağlı kino veteranları olan əməkdar incəsənət xadimi Leyla Səfərova, əməkdar mədəniyyət işçisi Rəfiqə Budaqlı, əməkdar mədəniyyət işçisi Şahin Qalabəyov, əməkdar mədəniyyət işçisi Akif Rüstəmov, kinorejissor Zamin Məmmədov və veteran Ədalət Yunusova da pul mükafatları təqdim edilib.

Respublikası Kinematoqrafçılar İttifaqın İdarə Heyətinin hər il təqdim etdiyi “Milli Kino” mükafatı isə pandemiya ilə bağlı olaraq sentyabr ayında açıqlanacaq.