Saturday, 24 İyul 2021 17:37
Yeni Azərbaycan Televiziyası
Bakı
İstanbul
Moskva
Ramiz Əzizbəyli xəstəxanaya yerləşdirilib

Ramiz Əzizbəyli xəstəxanaya yerləşdirilib

Xalq artisti, kinorejissor Ramiz Əzizbəyli koronavirusa (COVID-19) yoluxub.

 YAZTV xəbər verir ki, 72 yaşlı Xalq artisti Zığ qəsəbəsində yerləşən koronaviruslu xəstələrin müalicə aldığı modul tipli hospitala yerləşdirilib.

Xalq artistinin xanımı Zümrüd Əzizbəyli bildirib ki, R.Əzizbəyli artıq 5-6 gündür xəstəxanada müalicə alır:

“Güclü soyuqdəyməsi vardı, zəifləmişdi. Böyük qızım da COVID-19-dur, o da atası ilə birgə xəstəxanada yatır. Ramiz elə xəstədir ki, onu tək buraxmaq olmaz. Həkimlər vəziyyətinin artıq yaxşı olduğunu deyir. Reanimasiyada deyil, palatada müalicə alır”. (report az)

Gəncədə  "Nizami Gəncəvi - 880" ili çərçivəsində yeniyetmə və gənclər arasında rəsm müsabiqəsi təşkil olunub

Gəncədə "Nizami Gəncəvi - 880" ili çərçivəsində yeniyetmə və gənclər arasında rəsm müsabiqəsi təşkil olunub

Gəncə şəhər Gənclər və İdman Baş İdarəsi və Gəncə Gənclər Evinin təşkilatçılığı ilə yeniyetmə və gənclər arasında “Nizami Gəncəvi rəssamların gözü ilə” adlı rəsm müsabiqəsi təşkil olunib.
 
YAZTV bildirir ki, müsabiqənin əsas məqsədi Azərbaycanın böyük şairi və mütəfəkkiri Nizami Gəncəvinin irsinin yeniyetmə və gənclər arasında öyrənilməsi və təbliğ edilməsi, həmçinin istedadlı gənclərin üzrə çıxarılmasıdır.
 
Xan bağında açıq hava şəraitində baş tutan tədbirdə 21 nəfər istedadlı gənc iştirak edib.
 
 
Azərbaycan “Eurovision 2021”in finalında

Azərbaycan “Eurovision 2021”in finalında

Xəbər verdiyimiz kimi, Niderlandın Rotterdam şəhərindəki “Ahoy Arena”da “Eurovision” mahnı müsabiqəsinin birinci yarımfinalı keçirilir.

YAZTV xəbər verir ki, Azərbaycanı müsabiqədə təmsil edən Samirə Əfəndi səhnəyə 14-cü çıxaraq “Mata Hari” adlı mahnısını ifa edib.

Sonda səsvermə nəticəsində Azərbaycan təmsilçisi Samirə Əfəndi müsabiqənin finalına çıxıb.   

Finala vəsiqə qazanan ölkələr arasında Norveç, İsrail, Rusiya, Malta, Litva, Kipr, İsveç, Belçika və Ukrayna kimi ölkələr də var.

Qeyd edək ki, müsabiqənin ikinci yarımfinalı mayın 20-də, final yarışması isə mayın 22-də keçiriləcək.

Təranə Muradovanın həyat yoldaşı vəfat etdi

Təranə Muradovanın həyat yoldaşı vəfat etdi

Xalq artisti, Bakı Xoreoqrafiya Akademiyasının prorektoru Təranə Muradovaya ağır itki üz verib.

 YAZTV-nin məlumatına görə, Xalq artistinin həyat yoldaşı Ramiz Cəlilov bu gün səhər saatlarında 82 yaşında vəfat edib.

 Allah rəhmət eləsin!

Bakıda Tofiq Quliyevin abidəsi ucaldılacaq - SƏRƏNCAM

Bakıda Tofiq Quliyevin abidəsi ucaldılacaq - SƏRƏNCAM

Prezident İlham Əliyev Xalq artisti, Dövlət Mükafatı laureatı Tofiq Ələkbər oğlu Quliyevin abidəsinin ucaldılması haqqında sərəncam imzalayıb.

YAZTV-nin məlumatına görə, sərəncamda deyilir:

- Bakı şəhərində görkəmli Azərbaycan bəstəkarı Tofiq Quliyevin abidəsi ucaldılsın.

- Bakı Şəhər İcra Hakimiyyəti Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə birlikdə Tofiq Quliyevin abidəsinin ucaldılması ilə bağlı tədbirlərin həyata keçirilməsini təmin etsin.

- Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

Prezident Oljas Süleymenova “Şərəf” ordeni verdi

Prezident Oljas Süleymenova “Şərəf” ordeni verdi

Azərbaycan Prezidenti İlham Əliyev Oljas Süleymenovu təltif edib.

YAZTV xəbər verir ki, dövlət başçısının sərəncamına əsasən, Azərbaycan və Qazaxıstan arasında mədəni əlaqələrin inkişafına verdiyi töhfələrə görə Oljas Süleymenov “Şərəf” ordeni ilə təltif edilib. 

 Qeyd edək ki, Qazaxıstanın məşhur yazıçısı O. Süleymenovun bu gün 85 yaşı tamam olur. 
Tahir Salahovun cənazəsi Bakıya gətirildi

Tahir Salahovun cənazəsi Bakıya gətirildi

Almaniyada vəfat edən Xalq rəssamı Tahir Salahovun cənazəsi Bakıya gətirilib.

YAZTV xəbər verir ki, bunu Trend-ə Xalq rəssamının bacısı Zərif Salahova deyib.

Qeyd edək ki, 93 yaşlı rəssam Almaniyada müalicə aldığı klinikada vəfat edib.

Alim Abuzər Ələkbərov vəfat etdi

Alim Abuzər Ələkbərov vəfat etdi

AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun “Azərbaycanda arxeoloji abidələrin toplusu” sektorunun rəhbəri Abuzər İbrahim oğlu Ələkbərov uzun sürən xəstəlikdən sonra 68 yaşında vəfat edib.

YAZTV xəbər verir ki, bu barədə İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb. 

Tarix üzrə fəlsəfə doktoru olan A. Ələkbərov bir monoqrafiya, əllidən artıq elmi məqalənin müəllifidir. Fransanın Sen-Jermen Milli Arxeoloji Muzeyində Azərbaycandan olan tapıntıların monitorinq qrupunda çalışıb. 

O, 20 ildən artıq Arxeologiya və Etnoqrafiya İnstitutu Həmkarlar Təşkilatının sədri olub.

Azərbaycan Həmkarlar Hərəkatının inkişafında xidmətlərinə görə, 2015-ci ildə Prezident İlham Əliyevin Sərəncamı ilə Abuzər Ələkbərov “Tərəqqi” medalı ilə təltif edilib.

Franko Battiato vəfat etdi

Franko Battiato vəfat etdi

İtalyan bəstəkar, müğənni Franko Battiato vəfat edib. YAZTV-nin məlumatına görə, bu barədə “La Repubblica” qəzeti rejissorun ailəsinə istinadən xəbər yayıb.

Qeyd olunub ki, musiqiçi 76 yaşında uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

Müğənni Siciliyadakı evində ölü tapılıb.

Xatırladaq ki, F. Battiato 1984-cü ildə müğənni Aliçe ilə birlikdə İtaliyanı “Avroviziya” mahnı müsabiqəsində təmsil edib və beşinci yeri tutub.

O, 2000-ci illərdə üç film çəkib, daha sonra rəssamlığa başlayıb.

Bu gün “Avroviziya”nın qalibi seçiləcək

Bu gün “Avroviziya”nın qalibi seçiləcək

Bu gün “Avroviziya” mahnı müsabiqəsinin böyük finalı baş tutacaq.

YAZTV xəbər verir ki, yarışma Niderlandın Rotterdam şəhərindəki “Ahoy Arena”da keçiriləcək. Beynəlxalq müsabiqə saat 23:00-da İctimai Televiziyada canlı yayımlanacaq.

Birincilik uğrunda bu ölkələr mübarizə aparacaq: Azərbaycan, Norveç, İsrail, Rusiya, Malta, Litva, Kipr, İsveç, Belçika, Ukrayna, Albaniya, Serbiya, Bolqarıstan, Moldova, Portuqaliya, İslandiya, San-Marino, İsveçrə, Yunanıstan, Finlandiya, Fransa, Almaniya, İtaliya, İspaniya, Böyük Britaniya, Niderland. 

Təmsilçimiz Samirə Əfəndi “Mata Hari” mahnısı ilə 21-ci nömrə altında çıxış edəcək.

Bu gün ikinci yarımfinaldır

Bu gün ikinci yarımfinaldır

Bu gün "Eurovision 2021" mahnı müsabiqəsinin ikinci yarımfinalı keçiriləcək.

YAZTV xəbər verir ki, 17 ölkənin təmsilçisi Rotterdamda öz şousunu nümayiş etdirəcək. Onlar arasında San -Marino, Estoniya, Çexiya, Yunanıstan, Avstrya, Polşa, Moldova, İslandiya, Serbiya, Gürcüstan, Albaniya, Portuqaliya, Bolqarıstan, Finlandiya, Latviya, İsveçrə və Danimarka yer alıb.

 İslandiya təmsilçisi “Daði og Gagnamagnið” qrupu canlı çıxış etməyəcək. Buna səbəb qrup üzvlərinin koronavirusa yoluxmasıdır. Yarışmada ölkəsini "Think about things" mahnısı ilə təmsil edən qrupun ikinci yarımfinalda məşq görüntüləri yayımlanacaq.

Yarışma İTV-də canlı yayımlanacaq.

Qeyd edək ki, Azərbaycanı "Mata Hari" mahnısı ilə təmsil edən Samirə əfəndi birinci yarımfinalda çıxış edib. O, finala vəsiqə qazanan ölkələr sırasında yer alıb. (axşam az)

Bir əsrlik tarixə malik olan qədim teatr - Gəncə Dövlət Dram Teatrı

Bir əsrlik tarixə malik olan qədim teatr - Gəncə Dövlət Dram Teatrı

Bu gün 18 may 2021-ci ildə 126 illik tarixi yol keçmiş sənət ocağının Dövlət Statuslu Teatr kimi fəaliyyətə başlamağınıň 100 ili tamam olur.

1895-ci ildə Gəncədə həvəskar teatr truppaları fəaliyyət göstərməyə başlayırlar. 1899-cu ildə burada "Teatr" adlanan bina həvəskar aktyorların ixtiyarına verilmişdir. 1906-cı ildə isə həvəskarlardan ibarət "Gəncə müsəlman dram məclisi" teatr truppası yaradılmışdır. Sonradan 1915-ci ildə ilk dəfə olaraq Gəncədə "Qız məktəb"-i tələbələrinin ilk dram truppası da yaradılır. Bu truppada gələcəkdə teatr tarixində vacib rol oynayacaq Adil İsgəndərov, Barat Şəkinskaya, Mir İbrahim Həmzəyev və digərləri fəaliyyət göstərmişlər.

Gəncə Dövlət Dram Teatrı 1921-ci ildə aktyor Hacıağa Abbasovun təşəbbüsü və rəhbərliyi ilə Bakıda yaranmışdır. Elə həmin ilin may ayının 18-də Bakı Xalq Komissarlar sovetinin qərarı ilə dövlət statusu almışdır. Əvvəlcə "Tənqid-təbliğ" teatrı adı ilə, daha sonra isə "Bakı-işçi-kəndli" adı altında fəaliyyətə başlayan teatr, 1932-ci ilin dekabr ayında Gəncəyə, alman sahibkarı Xristofor Förer tərəfindən inşa edilən binaya köçürülmüşdür.

Teatr Gəncəyə köçdükdə Abbas Mirzə Şərifzadə, Ağasadıq Gəraybəyli, Fatma Qədiri, İsmayıl Talıblı, Əhməd Salahlı, İsmayıl Əfəndiyev, Atamoğlan Rzayev kimi sənət fədailəri də Gəncəyə köçür və öz fəaliyyətlərini burada davam etdirirlər.

1990-cı ildən teatr Gəncə Dövlət Dram Teatrı adı ilə fəaliyyətə başlamışdır. Sonradan Gəncə Dövlət Nizami Poeziya Teatrı ilə birləşdirilmişdir.

Qeyd edək ki, 24 iyul 2014-cü ildə Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Gəncə Dövlət Dram Teatrı üçün yeni binanın tikintisinə başlanıb. Yeni bina üçün Gəncə çayının sağ sahilində 2 hektar torpaq sahəsi ayrılıb. Hazırda binanın inşası yekunlaşmaq üzrədir.

Bildirək ki, qədim teatrın fəaliyyəti bu gündə göz önündədir. Mövcud pandemiya şəraitində belə teatr bir gün də olsun tamaşaçılarını tək buraxmamışdır. Gəncə Dövlət Dram Teatrı hər həftə repertuarına uyğun olaraq onlayn tamaşalar nümayiş etdirir, hətta festivallara belə qatılmışdır. Bu isə ölkəmizdə qədim sənət ocağına olan sonsuz məhəbbətin bariz nümunəsidir.

YAZTV  adından 1 əsrlik tarixə malik olan doğma teatrın rəhbərliyini və kollektvini səmimi qəlbdən təbrik edir və bol-bol tamaşaçı alqışı arzulayırıq.