"Dərs vaxtı"nın 3 fevral cədvəli AÇIQLANDI

"Dərs vaxtı"nın 3 fevral cədvəli AÇIQLANDI

"Mədəniyyət" və "ARB Günəş" telekanallarında yayımlanan “Dərs vaxtı” proqramının fevralın 3-ü üçün nəzərdə tutulan cədvəli açıqlanıb.

Bu barədə YAZTV-yə Təhsil Nazirliyindən məlumat verilib.

"Təhsil Nazirliyi dərs cədvəlinə diqqət etməyi, dərsi “Dərs vaxtı”nda öyrənməyi tövsiyə edir. Teledərslər ən yaxşılardan öyrənmək üçün əlavə və unikal imkandır", - deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, “Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər keçirilmiş dərsləri Təhsil Nazirliyinin rəsmi "Youtube" kanalı ilə yanaşı, "Facebook" səhifəsindən (https://www.facebook.com/tehsil.gov.az) eyni zamanda videodərslər portalından (https://video.edu.az/) izləmək imkanı əldə edə bilərlər.

YAZTV