Bəzi dərsliklərdə nöqsanlar aşkarlandı - RƏSMİ

Bəzi dərsliklərdə nöqsanlar aşkarlandı - RƏSMİ

Dövlət İmtahan Mərkəzində respublikanın ümumtəhsil müəssisələrində qüvvədə olan 5-11-ci sinif “Русский язык”, “Литература” və “Fizika” dərsliklərinin elmi-metodiki monitorinqi aparılıb.

DİM-dən verilən məlumata görə, martın 10-da fənlər üzrə işçi qrupları tərəfindən dərsliklər məzmun, dil və yazı üslubu, dizayn və bədii tərtibat, tapşırıqların məzmuna uyğunluğu baxımından müzakirə edilib.

Müzakirələr nəticəsində dərsliklərlə bağlı qeyd və təkliflər bildirilib. 

Fənlər üzrə işçi qrupları tərəfindən dərsliklərdəki mübahisəli məqamlar, üst-üstə düşməyən faktlar, səhvlər və uyğunsuzluqlar barədə tövsiyələrin hazırlanması, onların test bankının təkmilləşdirilməsində və yeni tapşırıqların tərtibində nəzərə alınması haqqında qərar qəbul edilib.