"Dərs vaxtı"nın 11 mart cədvəli AÇIQLANDI

"Dərs vaxtı"nın 11 mart cədvəli AÇIQLANDI

"Mədəniyyət" və "ARB Günəş" telekanallarında yayımlanan “Dərs vaxtı” proqramının martın 11-i üçün nəzərdə tutulan cədvəli açıqlanıb.

Bu barədə YAZTV Təhsil Nazirliyindən məlumat verilib.

"Təhsil Nazirliyi dərs cədvəlinə diqqət etməyi, dərsi “Dərs vaxtı”nda öyrənməyi tövsiyə edir. Teledərslər ən yaxşılardan öyrənmək üçün əlavə və unikal imkandır", - deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, “Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər keçirilmiş dərsləri Təhsil Nazirliyinin rəsmi "Youtube" kanalı ilə yanaşı, "Facebook" səhifəsindən (https://www.facebook.com/tehsil.gov.az), eyni zamanda videodərslər portalından (https://video.edu.az/) izləmək imkanı əldə edə bilərlər.