Saturday, 18 Sentyabr 2021 23:46
Yeni Azərbaycan Televiziyası
Bakı
İstanbul
Moskva
I sinfə şagird qəbulu müvəqqəti dayandırılır

I sinfə şagird qəbulu müvəqqəti dayandırılır

Birinci sinfə şagird qəbulu üzrə elektron portal (www.mektebeqebul.edu.az) bayram günlərində fəaliyyətini müvəqqəti dayandıracaq.

Təhsil Nazirliyindən  verilən məlumata görə, portal 8 may 18:00-dan 16 may saat 09:00-dək aktiv olmayacaq.

 Qeyd edək ki, aprelin 27-dən 2021-2022-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna start verilib. Şagirdlərin qəbulu prosesi www.mektebeqebul.edu.az elektron portalı vasitəsilə aparılır.
Təhsil naziri bu direktorları işdən çıxardı

Təhsil naziri bu direktorları işdən çıxardı

Təhsil Nazirliyi bir neçə təhsil işçisi barədə intizam tənbeh tədbirinin görülməsi ilə bağlı məlumat yayıb.

Nazirlikdən  verilən məlumata görə, təhsil nazirinin müvafiq əmrinə əsasən, 13 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzində  araşdırma aparılıb. Araşdırma zamanı bir sıra ciddi nöqsanlar aşkar edilib, yol verdiyi nöqsanlara görə 13 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin rəisi Məhərrəmov Raqub Ərşad oğlu işdən azad edilib, Salyan Rayon Təhsil Şöbəsinin müdiri Piriyev Xudaverdi Əliyusif oğluna əmək funksiyalarını keyfiyyətsiz yerinə yetirdiyinə, əmək müqaviləsi ilə müəyyənləşdirilmiş vəzifələrin icrasına səhlənkar yanaşdığına və rayonun ümumi təhsil müəssisələrinin işinə zəif nəzarət etdiyinə görə töhmət verilib.

Həmçinin, rəhbərlik və nəzarətdə ciddi nöqsanlara yol verdiyinə, vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə, əmək müqaviləsi üzrə öhdəlikləri və vəzifə funksiyalarını yerinə yetirmədiyinə görə Salyan rayonu Qarabağlı kənd 2 nömrəli tam orta məktəbin direktoru Bayramov Emin Knyaz oğlu, Yeni Uluxanlı kənd tam orta məktəbinin direktor səlahiyyətlərini icra edən Qəmbərov Lətif İsbəndiyar oğlu işdən azad edilib.

 

Məlumatda həmçinin bildirilib ki, əmək funksiyalarını keyfiyyətsiz yerinə yetirdiklərinə, əmək müqavilələri ilə müəyyənləşdirilmiş vəzifələrin icrasına səhlənkar yanaşdıqlarına görə Salyan rayonu Çuxanlı kənd tam orta məktəbinin direktoru Heybətov Firdovsi Əlihüseyn oğluna, I Varlı kənd tam orta məktəbinin direktor əvəzi Nəzərov Bəylər Möhtəbər oğluna və Cəbrayıl rayonu Əmirvarlı kənd tam orta məktəbinin direktoru Məmmədova Lətafət Aşir qızına sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.

Eyni zamanda, əmək funksiyalarını keyfiyyətsiz yerinə yetirmiş, əmək müqavilələri ilə müəyyənləşdirilmiş vəzifələrin icrasına səhlənkar yanaşmış 13 saylı ƏMHM-nin məsul əməkdaşları barəsində intizam tənbehi tətbiq edilib.

Həmçinin, Masallı Rayon Təhsil Şöbəsi tərəfindən aparılmış yoxlamaların nəticəsinə əsasən, Təhsil Nazirliyinin müvafiq əmri ilə işlərində yol verdiyi nöqsanlara görə Masallı şəhər 1 nömrəli tam orta məktəbin direktoru Hüseynova Mirxanım Mirhəbib qızı və Masallı şəhər 6 nömrəli tam orta məktəbin direktoru Nəzərov Elman Eldar oğlu tutduqları vəzifədən azad edilib.

Hazırda aidiyyəti struktur bölmələr tərəfindən araşdırmalar davam etdirilir və müvafiq tədbirlər görülür.

"Dərs vaxtı"nın 3 may cədvəli AÇIQLANDI

"Dərs vaxtı"nın 3 may cədvəli AÇIQLANDI

“Mədəniyyət” və “ARB Günəş” telekanallarında yayımlanan “Dərs vaxtı” proqramının mayın 3-nə nəzərdə tutulan cədvəli açıqlanıb.

Bu barədə YAZTV-yə Təhsil Nazirliyindən məlumat verilib.

Təhsil Nazirliyi dərs cədvəlinə diqqət etməyi, mövzuları “Dərs vaxtı”nda öyrənməyi tövsiyə edir. Çünki teledərslər şagirdlərə ən yaxşılardan öyrənmək üçün yaradılan əlavə və unikal imkandır.

Qeyd edək ki, “Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər keçirilmiş dərsləri Təhsil Nazirliyinin rəsmi yutub kanalı ilə yanaşı, “Dərs vaxtı”nın feysbuk səhifəsindən, eyni zamanda, videodərslər portalından (https://video.edu.az/) izləyə bilərlər.

Gəncə və Şəkidə dərslər həftədə 5 dəfə keçiriləcək

Gəncə və Şəkidə dərslər həftədə 5 dəfə keçiriləcək

Gəncə və Şəki şəhərlərində yerləşən, layihə tutumu və şagird sıxlığı təhsilalanlar arasında ən azı 1.5 metr məsafəni gözləməyə imkan verən məktəblərin icma əsaslı təlim qrupları və məktəbəhazırlıq mərhələsində tədris həftədə 4 dəfə, ümumi orta təhsil səviyyəsində (I-IX siniflərdə) həftədə 5 dəfə əyani şəkildə təşkil olunacaq.

YAZTV xəbər verir ki, bu barədə Təhsil Nazirliyi Kollegiyasının müvafiq qərarındə öz əksini tapıb.

Qeyd olunan şəhərlərdə layihə tutumu və şagird sıxlığı təhsilalanlar arasında ən azı 1.5 metr məsafəni gözləməyə imkan verməyən məktəblərin icma əsaslı təlim qrupları və məktəbəhazırlıq mərhələsində isə həftədə 2 dəfə, ümumi orta əhsil səviyyəsində (I-IX siniflərdə) həftədə 3 dəfə olmaqla əyani aparılacaq.

Qeyd edək ki, mövcud qərara əsasən, Bakı, Sumqayıt, Gəncə və Şəki şəhərlərinin, Abşeron rayonunun ərazisində yerləşən ümumi və məktəbdənkənar təhsil müəssisələrində mayın 17-dən əyani tədris forması qismən bərpa ediləcək.

"Dərs vaxtı"nın 6 may cədvəli AÇIQLANDI

"Dərs vaxtı"nın 6 may cədvəli AÇIQLANDI

“Mədəniyyət” və “ARB Günəş” telekanallarında yayımlanan “Dərs vaxtı” proqramının mayın 6-na nəzərdə tutulan cədvəli açıqlanıb.

Bu barədə  Təhsil Nazirliyindən məlumat verilib.

Təhsil Nazirliyi dərs cədvəlinə diqqət etməyi, mövzuları “Dərs vaxtı”nda öyrənməyi tövsiyə edir. Çünki teledərslər şagirdlərə ən yaxşılardan öyrənmək üçün yaradılan əlavə və unikal imkandır.

Qeyd edək ki, “Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər keçirilmiş dərsləri Təhsil Nazirliyinin rəsmi yutub kanalı ilə yanaşı, “Dərs vaxtı”nın feysbuk səhifəsindən, eyni zamanda, videodərslər portalından (https://video.edu.az/) izləyə bilərlər.

Bu gündən I sinfə qəbulla bağlı məktəb seçiminə başlanılır

Bu gündən I sinfə qəbulla bağlı məktəb seçiminə başlanılır

Bu gündən 2021-2022-ci tədris ili üzrə I sinfə qəbulla bağlı məktəb seçimi prosesinə başlanılır.

Təhsil Nazirliyindən YAZTV-yə verilən məlumata görə, bu gündən eyni zamanda, Azərbaycan bölməsi üzrə sorğuların yerləşdirilməsi və dövlət ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan birinci siniflərinə qəbulla bağlı məktəbəhazırlıq qruplarına cəlb olunmuş və cəlb olunmamış uşaqların həmin dil üzrə şifahi nitq bacarıqlarının yoxlanılması məqsədilə təşkil olunan müsahibəyə yazılmaq üçün qeydiyyat prosesinə də start veriləcək. Dövlət ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan birinci siniflərinə qəbulla bağlı müsahibəyə yazılma mərhələsi iyunun 8-də başa çatacaq.

Dövlət ümumi təhsil müəssisələrində tədris digər dillərdə aparılan birinci siniflərə qəbulla bağlı müsahibələrin 4 may - 14 iyun 2021-ci il tarixlərində onlayn həyata keçirilməsi nəzərdə tutulur.

Birinci sinfə qəbulla bağlı elektron qeydiyyat prosesi 14 sentyabr 2021-ci il tarixində başa çatacaq.

Qeyd edək ki, aprelin 27-dən 2021-2022-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna start verilib.

Ümumi təhsil müəssisələrinin I siniflərinə qəbul prosesi www.mektebeqebul.edu.az elektron portalı vasitəsilə aparılır.

Bakı, Sumqayıt, Gəncə, Şəki və Abşeronda məktəblər açılır

Bakı, Sumqayıt, Gəncə, Şəki və Abşeronda məktəblər açılır

Bakı, Sumqayıt, Gəncə, Şəki və Abşeronda məktəblər açılır
Təhsil Nazirliyi Kollegiyasının müvafiq qərarına əsasən, Bakı, Sumqayıt, Gəncə və Şəki şəhərlərinin, Abşeron rayonunun ərazisində yerləşən ümumi və məktəbdənkənar təhsil müəssisələrində mayın 17-dən əyani tədris forması qismən bərpa ediləcək.

Nazirlikdən verilən məlumata görə, həmin tarixdən etibarən Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda yerləşən ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq mərhələsində və ümumi orta təhsil səviyyəsində (V-IX siniflərdə) tədris həftədə 2 dəfə, ibtidai təhsil səviyyəsində isə (I-IV siniflərdə) həftədə 3 dəfə olmaqla əyani formada təşkil ediləcək.

Gəncə və Şəki şəhərlərində yerləşən, layihə tutumu və şagird sıxlığı təhsilalanlar arasında ən azı 1.5 metr məsafəni gözləməyə imkan verən məktəblərin icma əsaslı təlim qrupları və məktəbəhazırlıq mərhələsində tədris həftədə 4 dəfə, ümumi orta təhsil səviyyəsində (I-IX siniflərdə) həftədə 5 dəfə əyani şəkildə təşkil olunacaq. Qeyd olunan şəhərlərdə layihə tutumu və şagird sıxlığı təhsilalanlar arasında ən azı 1.5 metr məsafəni gözləməyə imkan verməyən məktəblərin icma əsaslı təlim qrupları və məktəbəhazırlıq mərhələsində isə həftədə 2 dəfə, ümumi orta əhsil səviyyəsində (I-IX siniflərdə) həftədə 3 dəfə olmaqla əyani aparılacaq.

Kollegiyanın qərarına əsasən, Bakı, Sumqayıt, Şəki və Gəncə şəhərlərinin, Abşeron rayonunun ərazisində yerləşən xüsusi məktəblər, xüsusi internat məktəbləri və inteqrasiya təlimli internat tipli təhsil müəssisələrinin xüsusi siniflərində (I-IX siniflərdə) həftədə 5 dəfə olmaqla dərslər əyani bərpa ediləcək.

Həmçinin Bakı, Sumqayıt, Şəki və Gəncə şəhərlərinin, Abşeron rayonunun ərazisində yerləşən məktəbdənkənar təhsil müəssisələrində aşağı və orta yaş qruplarında (I-IX siniflər) dərnək məşğələləri həftədə 2 dəfə olmaqla əyani aparılacaq.

Azərbaycanda xarici diplomların tanınması qaydaları dəyişdirilir

Azərbaycanda xarici diplomların tanınması qaydaları dəyişdirilir

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin əsas fəaliyyətlərindən biri xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının, yəni xarici diplomların tanınması olaraq müəyyənləşdirilib. Onun fəaliyyəti xaricdə keyfiyyətli təhsil almış şəxslərin Azərbaycanda təhsillərinə davam etməsinə və əmək bazarına daxil olmasına daha da rahat imkan yaradır.

YAZTV Agentlikdən bildirilib ki, bu məsuliyyətli fəaliyyətin vaxtında və keyfiyyətlə icrasının təmin edilməsi üçün dövr ərzində bir çox texnoloji, innovativ işlər görülüb, hüquqi baza təkmilləşdirilib.

Belə ki, beynəlxalq təcrübə də nəzərə alınmaqla tanınma prosesinin təkmilləşdirilməsi və sənədləşmə tələblərinin sadələşdirilməsi məqsədi ilə xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydalarının yeni layihəsi hazırlanıb.

Elektron Ərizə Sistemi yenidən təşkil olunaraq, “Sıfır Təmas” prinsipi tətbiq edilib. Vətəndaşların rahatlıqla kabinetlərindən əldə edə biləcəkləri elektron arayışlar istifadəyə verilib. Ərizəçilərin diplomlarının tanınması barədə yekun qərarın daha da sürətli verilməsi üçün digər qurumlar ilə real vaxt rejimində inteqrasiyalar aparılıb. Təsadüfi deyil ki, artıq 2021-ci il ərzində ərizələrin orta icra müddəti 20 gündən də az müddətə tamamlanıb.

Paralel olaraq tanınma haqqında şəhadətnamələrin tamamilə elektron qaydada verilməsi üçün texniki işlər tamamlanaraq, sənədlərin həqiqiliyinin təsdiqi üçün həm də QR yoxlama mexanizmi hazırlanıb. Sözügedən işlər tanınma prosesində vətəndaş-məmur təmasını sıfıra endirilməsilə yanaşı bütün proseslərin daha da şəffaf və sürətli təşkil edilməsinə dəstək olub.

Qeyd edək ki, Nazirlər Kabinetinin 24 dekabr 2020-ci il tarixli, 507 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması xidmətləri ilə əlaqədar digər xidmətlərin siyahısı və göstərilən xidmətlərə görə ödəniləcək haqların məbləği”nə əsasən xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması üzrə sənədlərin qəbulu və ekspertizasının keçirilməsinə görə 250 manat məbləğində xidmət haqqı təsdiq edilib.

"Sonda, bir daha vətəndaşlarımıza Təhsildə Keyfiyyət Təminatı Agentliyi xaricdə təhsil sahəsində, o cümlədən xarici diplomların tanınması ilə bağlı heç bir şirkət və fiziki şəxslə əməkdaşlıq etmədiyini, eləcə də, bu şəxslərin və şirkətlərin fəaliyyətinə görə məsuliyyət daşımadığını bildiririk. Vətəndaşlarımızdan bu kimi hallarla rasltaşdıqları halda This email address is being protected from spambots. You need JavaScript enabled to view it. elektron poçt ünvanına müraciət etmələrini xahiş edirik", - məlumatda bildirilib.

Xatırladaq ki, Azərbaycan Prezidentinin 2019-cu il 29 dekabr tarixli fərmanına əsasən, Təhsil Nazirliyinin tabeliyində olan Akkreditasiya və Nostrifikasiya İdarəsi çevrilmə yolu ilə yenidən təşkil edilib və publik hüquqi şəxs statusu olan Təhsildə Keyfiyyət Təminatı Agentliyi yaradılıb. (publika az)

Məktəblərdə 5 GÜNLÜK TƏTİL elan olundu

Məktəblərdə 5 GÜNLÜK TƏTİL elan olundu

Ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq və ibtidai siniflərində 1–5 may tarixləri tətil günləridir.

YAZTV xəbər verir ki, bu məsələ Nazirlər Kabinetinin qərarında əks olunub.

Cari tədris ilində də 1–5 may tarixləri məktəbəhazırlıq və ibtidai siniflər üçün tətil günləri hesab olunur. Həmin günlərdə məktəbəhazırlıq və ibtidai siniflərdə tədris və təlim prosesi (əyani və ya distant) dayandırılır.

Buraxılış imtahanlarının nəticələri AÇIQLANIB

Buraxılış imtahanlarının nəticələri AÇIQLANIB

Tam (11 illik) orta təhsil səviyyəsi üzrə 15-16 aprel 2021-ci il tarixlərində keçirilmiş buraxılış imtahanlarının nəticələri elan olunub.

Dövlət İmtahan Mərkəzindən YAZTV-yə bildirilib ki, imtahanda iştirak edən 11-ci sinif şagirdləri verilmiş keçidə (https://eservices.dim.gov.az/2021/netorta/) daxil olaraq iş nömrəsi və şəxsiyyəti təsdiq edən sənədin nömrəsindən (və ya FİN kodundan) istifadə etməklə öz imtahan nəticələri, cavab vərəqinin qrafik təsviri, qapalı tipli tapşırıqların doğru cavabları, həmçinin hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları (tapşırığın ehtimal olunan doğru cavabları, həlli və qiymətləndirmə şkalası) ilə tanış ola bilərlər. İmtahan iştirakçıları iş nömrələrini buradan öyrənə bilərlər.

Şagirdlər imtahan nəticələri haqqında məlumatı (hər fənn üzrə ümumi balı), həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

Yazı işlərinin (açıq tipli tapşırıqların cavabları) yoxlanılması prosesi respublikada keçirilən sosial izolyasiya tədbirlərinə uyğun olaraq onlayn şəkildə həyata keçirilib. Belə ki, hər marker yoxlama prosesinə öz evindən qoşularaq proqramın onun kompüterinə təsadüfi göndərdiyi işləri yoxlayıb. Qeyd edək ki, onlayn (evdən) yoxlama prosesində üztanıma texnologiyası tətbiq edilib və yoxlama prosesinin bütün tələblərinə (meyarların təkmilləşdirilməsi, işlərin şifrələnməsi, markerlərin hər tapşırıq üzrə yoxlamadan əvvəl kalibrləmədə iştirak etməsi, yoxlama ərzində "seeding" prosesinin (markerlərə sayıqlığı itirməmək üçün əvvəlcədən hazırlanan və kalibrə edilən sualların mütəmadi olaraq göndərilməsi) tətbiqi, işlərin markerlərə proqram tərəfindən təsadüfi göndərilməsi, imtahan protokollarının araşdırılması və s.) əməl olunub.

Yazı işlərinin onlayn (evdən) yoxlanılması üçün proqram təminatı Dövlət İmtahan Mərkəzinin mütəxəssisləri tərəfindən hazırlanıb.

Qeyd edək ki, buraxılış imtahanında şagirdlərə ana dili fənnindən 4 açıq və 26 qapalı, riyaziyyat fənnindən 4 açıq, 8 kodlaşdırılan açıq, 13 qapalı, xarici dil fənnindən 4 açıq və 26 qapalı tipli tapşırıq olmaqla ümumilikdə 85 tapşırıq təqdim olunur. Bu mərhələdə fənlərinin hər biri üzrə toplanıla biləcək maksimal bal 100 olmaqla, ümumilikdə 300 baldır. Balların hesablanması qaydası ilə buradan tanış ola bilərsiniz.

Bu imtahanlarda iştirakı nəzərdə tutulan 26491 nəfərdən 376 nəfər imtahana gəlməyib. Tələb olunan imtahan qaydalarını pozduğu üçün 7 nəfərin nəticəsi ləğv olunub.

İmtahan iştirakçıları arasında 1 nəfər – Sumqayıt şəhəri, Texniki və təbiət elmləri liseyinin məzunu maksimal olan 300 bal toplayıb. Həmin şagird 2 il əvvəl 9-cu sinif səviyyəsi üzrə buraxılış imtahanında da 296 bal toplamaqla yüksək nəticə göstərib.

İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM tərəfindən bütün istiqamətlər üzrə nəticələr elan olunduqdan sonra onlayn ("Zoom" proqramı və ya telefon əlaqəsi vasitəsilə) apelyasiya prosesi təşkil ediləcək. Apelyasiya komissiyasına müraciət etməmişdən əvvəl şagirdlər DİM-in saytında, imtahan nəticələri ilə bağlı səhifədə öz nəticələri, cavab vərəqinin qrafik təsviri, hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə tanış olmalıdırlar. Ötən il imtahanların təcrübəsi göstərir ki, apelyasiya üçün ərizə yazanların təqribən 20-25%-i ümumiyyətlə tapşırığa cavab verməyib və ya öz cavabı ilə mümkün doğru cavabları, qiymətləndirmə şkalasını müqayisə edib tanış olmadan komissiyaya müraciət ediblər. Abituriyentlərin nəzərinə çatdırırıq ki, bu tip müraciətlərə baxılmayacaq.

Apelyasiya komissiyasına müraciət etmək istəyənlər 16-19 may tarixlərində DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apelyasiya üçün müraciət edə bilməyəcəklər. Elektron ərizədə müraciətin məzmunu qeyd olunmadığı halda ərizə qəbul edilmir, həmin müraciət araşdırılmır və onun üçün apelyasiya təşkil olunmur. Apelyasiya müzakirəsində şagirdin iştirakı vacibdir. Şagird ilə yanaşı valideynlərindən biri müzakirədə iştirak edə bilər. Bir şagirdin ərizəsi (müraciəti) üzrə ən çox 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır.

22-23 aprel 2021-ci il tarixlərində keçirilmiş buraxılış imtahanlarının nəticələrinin bayramdan sonrakı həftə ərzində elan olunması nəzərdə tutulur.

Bu gündən müəllimlərin yerdəyişməsinə başlanılır

Bu gündən müəllimlərin yerdəyişməsinə başlanılır

Bu gündən Təhsil Nazirliyi sisteminə daxil olan dövlət ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinə start verilib.

YAZTV xəbər verir ki, müsabiqədə iştirak üçün elektron sənəd qəbulu mayın 16-dək davam edəcək.

Müsabiqəyə qatılmaq istəyən müəllimlər www.miq.edu.az/yerdeyishme linkinə daxil olaraq müraciət edə bilərlər. Eyni zamanda, namizədlər müəllimlərin işə qəbulu üzrə müsabiqədə və ya diaqnostik qiymətləndirilmədə iki və ya daha çox sayda iştirak ediblərsə, onların üstünlük verdikləri balla müsabiqəyə qatılmaq hüququ var.

Qeyd edək ki, müsabiqə zamanı "Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi qaydaları"nda qeyd olunan sosial amillər nəzərə alınaraq namizədlərin topladıqları bal artım əmsalına vurulacaq.

Bu gündən birinci siniflərə şagird qəbulu BAŞLAYIR

Bu gündən birinci siniflərə şagird qəbulu BAŞLAYIR

Bu gündən birinci siniflərə şagird qəbulu BAŞLAYIR [Edit]

Bu gündən 2021-2022-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna başlanılır.

YAZTV xəbər verir ki, qəbul prosesi www.mektebeqebul.edu.az elektron portalı vasitəsilə aparılacaq.

Birinci sinfə şagird qəbulu üçün valideynlərin (digər qanuni nümayəndələrin) ərizələrinin onlayn qeydiyyatına aprelin 27-dən, məktəb seçimi prosesinə isə aprelin 29-dan başlanılacaq.

Aprelin 29-dan Azərbaycan bölməsi üzrə sorğuların yerləşdirilməsi və dövlət ümumi təhsil müəssisələrinin tədrisin digər dillərdə aparıldığı birinci siniflərinə qəbulla bağlı məktəbəhazırlıq qruplarına cəlb olunmuş və cəlb olunmamış uşaqların həmin dil üzrə şifahi nitq bacarıqlarının yoxlanılması məqsədilə təşkil olunan müsahibəyə yazılmaq üçün qeydiyyat prosesinə də start veriləcək.

Dövlət ümumi təhsil müəssisələrinin tədrisin digər dillərdə aparıldığı birinci siniflərinə qəbulla bağlı müsahibəyə yazılma mərhələsi iyunun 8-də başa çatacaq. Müsahibələrin 4 may - 14 iyun tarixlərində onlayn həyata keçirilməsi nəzərdə tutulur. Birinci sinfə qəbulla bağlı elektron qeydiyyat prosesi sentyabrın 14-də başa çatacaq.