Tuesday, 27 İyul 2021 15:38
Yeni Azərbaycan Televiziyası
Bakı
İstanbul
Moskva
Təhsil Nazirliyi valideynlərə çağırış edib

Təhsil Nazirliyi valideynlərə çağırış edib

Təhsil Nazirliyi valideynləri rus bölməsi üzrə I sinfə qəbul olmaq istəyən şagirdlərin müsahibələrinə müdaxilə etməməyə çağırıb.

YAZTV xəbər verir ki, nazirliyin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdir müavini Orxan Abbasov validenylərin müsahibələr zamanı uşaqlara kömək etməməsini məsləhət görüb.

“Onlar bununla övladını çaşdırır və psixoloji təzyiq edirlər. Valideynlər onlayn müsahibələrə qoşulmağa yardım edə bilərlər. Hər bir valideynin müdaxiləsi bizim işçilər tərəfindən bilinir. Bu, uşaqların nəticəsinin qənaətbəxş sayılmamasına səbəb ola bilər”, - o deyib. (report az)

Teledərslərin bu günə olan cədvəli

Teledərslərin bu günə olan cədvəli

“Mədəniyyət” və “ARB Günəş” telekanallarında yayımlanan “Dərs vaxtı” proqramının aprelin 22-i üçün nəzərdə tutulan cədvəli açıqlanıb.

Bu barədə YAZTV-yə Təhsil Nazirliyindən məlumat verilib.

Təhsil Nazirliyi dərs cədvəlinə diqqət etməyi, mövzuları “Dərs vaxtı”nda öyrənməyi tövsiyə edir. Çünki teledərslər şagirdlərə ən yaxşılardan öyrənmək üçün yaradılan əlavə və unikal imkandır.

Qeyd edək ki, “Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər keçirilmiş dərsləri Təhsil Nazirliyinin rəsmi “YouTube” kanalı ilə yanaşı, “Dərs vaxtı”nın “Facebook” səhifəsindən, eyni zamanda, videodərslər portalından (https://video.edu.az/) izləyə bilərlər.

Tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçirilir

Tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçirilir

Dövlət İmtahan Mərkəzi bu gün növbəti tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçirəcək.

Mərkəzdən YAZTV-yə verilən məlumata görə, imtahanlar saat 11:00-da başlayacaq.

İmtahanların başlanmasına 15 dəqiqə qalmış – saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.

Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə olunur. İştirakçılar imtahana tibbi maska ilə gəlməli və onlardan düzgün (burun, ağız və çənə nahiyəsini tam örtməklə) istifadə etməlidirlər. Maskanı çıxarmaq qadağandır və bütün proses (buraxılış rejimi, imtahan müddəti, imtahan binasının tərk edilməsi) boyu istifadə olunmalıdır.

Şagirdlər imtahana imtahana buraxılış vərəqəsini, sağlamlıq haqqında bəyannaməni (buraxılış vərəqi ilə birlikdə çap edirsiniz və imzalayırsınız. İmtahana buraxılış vərəqəsi şagirdin özündə saxlanıldığı, sağlamlıq haqqında bəyannamə isə imtahan nəzarətçisinə təhvil verildiyi üçün hər iki sənəd ayrıca vərəqdə çap olunmalıdır), şəxsiyyəti təsdiq edən sənədin əslini (Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini), şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir) gətirməlidirlər.

İmtahanda iştirak edəcək şagirdlər “İmtahana buraxılış vərəqəsi”ni internet vasitəsilə DİM-in saytından aprelin 5-dən etibarən çap edib götürə biliblər. İmtahanlarda 18 367 şagirdin iştirakı nəzərdə tutulur.

Hazırda imtahanlarda iştirak edəcək nəzarətçilər, imtahan rəhbərləri, mühafizə əməkdaşları ilə onlayn şəkildə təlim-seminarlar keçirilir. Bütün imtahan binalarına baxış keçirilib, imtahan zallarında abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün zəruri şərait yaradılıb.

Bundan əlavə, Mərkəz tərəfindən pandemiya şəraitinin tələblərinə uyğun olaraq imtahan binalarında bir sıra profilaktik tədbirlər - binaların və otaqların dezinfeksiyası, hər bir otağa düşən iştirakçı sayının sosial məsafə prinsipinə uyğun şəkildə tənzimlənməsi, imtahan heyətinin müvafiq qoruyucu vasitələrlə (əlcək, tibbi maska) təmin olunması həyata keçirilib.

Təhlükəsizliyin təmin edilməsi məqsədilə imtahan mərkəzlərinə təkrar baxış da keçirilir və imtahan zalları, giriş-çıxış qapıları, binalar möhürlənməklə Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşlarının mühafizəsinə verilir.

Ehtiyat tədbirləri çərçivəsində imtahan binasına daxil olan iştirakçılarının məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılacaq, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunacaq. İmtahana bədən hərarəti 37°C-dən aşağı olan şəxslər buraxılır.

İmtahan iştirakçıları imtahan binasına daxil olmaq üçün yoxlamadan keçərkən sosial məsafəni saxlamaqla şəxsiyyətini təsdiq edən sənədin üz tərəfini DİM əməkdaşının görəcəyi şəkildə ona tərəf uzatmalı və müvəqqəti olaraq maskasını aşağı salaraq üzünü göstərməlidir.

"Dərs vaxtı"nın 26 aprel cədvəli AÇIQLANDI

"Dərs vaxtı"nın 26 aprel cədvəli AÇIQLANDI

“Mədəniyyət” və “ARB Günəş” telekanallarında yayımlanan “Dərs vaxtı” proqramının aprelin 26-sı üçün nəzərdə tutulan cədvəli açıqlanıb.

Bu barədə YAZTV Təhsil Nazirliyindən məlumat verilib.

Təhsil Nazirliyi dərs cədvəlinə diqqət etməyi, mövzuları “Dərs vaxtı”nda öyrənməyi tövsiyə edir. Çünki teledərslər şagirdlərə ən yaxşılardan öyrənmək üçün yaradılan əlavə və unikal imkandır.

Qeyd edək ki, “Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər keçirilmiş dərsləri Təhsil Nazirliyinin rəsmi “YouTube” kanalı ilə yanaşı, “Dərs vaxtı”nın “Facebook” səhifəsindən, eyni zamanda, videodərslər portalından (https://video.edu.az/) izləyə bilərlər.

"Dərs vaxtı"nın 20 aprel cədvəli AÇIQLANDI

"Dərs vaxtı"nın 20 aprel cədvəli AÇIQLANDI

“Mədəniyyət” və “ARB Günəş” telekanallarında yayımlanan “Dərs vaxtı” proqramının aprelin 20-si üçün nəzərdə tutulan cədvəli açıqlanıb.

Bu barədə YAZTV-yə Təhsil Nazirliyindən məlumat verilib.

 

Təhsil Nazirliyi dərs cədvəlinə diqqət etməyi, mövzuları “Dərs vaxtı”nda öyrənməyi tövsiyə edir. Çünki teledərslər şagirdlərə ən yaxşılardan öyrənmək üçün yaradılan əlavə və unikal imkandır.

Qeyd edək ki, “Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər keçirilmiş dərsləri Təhsil Nazirliyinin rəsmi “YouTube” kanalı ilə yanaşı, “Dərs vaxtı”nın “Facebook” səhifəsindən, eyni zamanda, videodərslər portalından (https://video.edu.az/) izləyə bilərlər.

Buraxılış imtahanlarının nəticələri bu tarixdə məlum olacaq

Buraxılış imtahanlarının nəticələri bu tarixdə məlum olacaq

Dövlət İmtahan Mərkəzi tərəfindən aprelin 15-də keçirilən tam (11 illik) buraxılış imtahanlarının nəticələrinin elan olunacağı vaxt bilinib.

DİM-dən verilən məlumata görə, aprelin 16-dan etibarən DİM-də imtahan protokollarının və cavab vərəqlərinin emalına başlanılacaq.

İmtahanlarda istifadə olunan yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin 3 həftə ərzində elan olunması nəzərdə tutulur.
Bu tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin verilməsi müddəti uzadılıb

Bu tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin verilməsi müddəti uzadılıb

Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin verilməsi müddəti uzadılıb.

YAZTV xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına əlavələrin ödənilməsinin müddəti 2021-ci il martın 31-dən iyunun 1-dək uzadılıb. (trend az)
“Ali təhsil haqqında” qanun layihəsi hazırlanıb

“Ali təhsil haqqında” qanun layihəsi hazırlanıb

Azərbaycanda “Ali təhsil haqqında” qanun layihəsi hazırlanıb.

YAZTV xəbər verir ki, qanun layihəsi 10 fəsil və 77 maddədən ibarətdir.

Qanun layihəsində təhsil müəssisələrinin ictimai qurumları qismində Rektorlar Şurası və ali təhsil müəssisələri tələbələrinin ictimai birliyinin yaradılması əksini tapıb.

Qanun layihəsində "Ali təhsilin iqtisadiyyatı" fəslində təhsil kreditlərinə dair ayrıca maddə (65-ci maddə) yer alıb. (unikal org)

Bu gün 8 124 şagird imtahan verəcək

Bu gün 8 124 şagird imtahan verəcək

Dövlət İmtahan Mərkəzi tərəfindən bu gün tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçiriləcək.

DİM-dən YAZTV-yə daxil olan xəbərə görə, imtahanlar saat 11:00-da başlanır. İmtahanların başlanmasına 15 dəqiqə qalmış – saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.

Bu gün keçiriləcək buraxılış imtahanında 8124 şagirdin iştirak edəcəyi gözlənilir. Bu gün tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçiriləcək şəhər və rayonlar bunlardır: Gəncə şəhərinin Kəpəz rayonu, Ağdam, Hacıqabul, İsmayıllı, Qax, Qazax, Siyəzən, Tərtər, Xızı rayonları, Lənkəran və Şirvan şəhərləri.

Bu gün 17 mindən çox şagird buraxılış imtahanı verəcək

Bu gün 17 mindən çox şagird buraxılış imtahanı verəcək

Aprelin 23-də Bakı şəhərinin Nərimanov, Qaradağ, Xəzər, Yasamal rayonlarında, Abşeron, Ağsu, Balakən, Füzuli, Masallı, Neftçala, Quba, Zərdab rayonlarında və Mingəçevir şəhərində Dövlət İmtahan Mərkəzi tərəfindən tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçirilir.

DİM-dən YAZTV-yə bildirilib ki, aprelin 23-də keçiriləcək imtahanlarda 17679 nəfərin iştirakı gözlənilir.

İmtahanlar saat 11:00-da başlanır. Saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.

Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə olunur.

İştirakçılar imtahana tibbi maska ilə gəlməli və onlardan düzgün (burun, ağız və çənə nahiyəsini tam örtməklə) istifadə etməlidirlər. Maskanı çıxarmaq qadağandır və bütün prosesboyu (buraxılış rejimi, imtahan müddəti, imtahan binasının tərk edilməsi) istifadə olunmalıdır.

Şagirdlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

-İmtahana buraxılış vərəqəsi;

-Sağlamlıq haqqında bəyannamə (buraxılış vərəqi ilə birlikdə çap edilir və imzalanır. İmtahana buraxılış vərəqəsi şagirdin özündə saxlanıldığı, sağlamlıq haqqında bəyannamə isə imtahan nəzarətçisinə təhvil verildiyi üçün hər iki sənəd ayrıca vərəqdə çap olunmalıdır);

-Şəxsiyyəti təsdiq edən sənədin əsli:

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

-Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

Xatırladaq ki, şagirdlər imtahana buraxılış vərəqəsini DİM-in saytından aprelin 12-dən etibarən çap edib götürə bilirlər.

Təhsil kreditləri BU QAYDADA veriləcək

Təhsil kreditləri BU QAYDADA veriləcək

Təhsil kreditləri Azərbaycan Respublikasının ali təhsil müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatlara təhsil haqqını və təhsil aldığı müddətdə təhsillə əlaqədar xərclərin tam ödənilməsi (yaşayış yerinin kirayəsi, yemək, tədris materialları, nəqliyyat xərcləri və s) üçün veriləcək.

YAZTV-nin məlumatına görə, bu barədə məlumat “Ali təhsil haqqında” qanun layihəsinin ilkin versiyasında öz əksini tapıb.

Yeni layihəyə görə, təhsil kreditlərinin verilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir. Təhsil kreditinin məbləği və verilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən hər tədris ili üçün illik təhsil haqqı və təhsillə əlaqədar xərclərin tam ödənilməsi (yaşayış yerinin kirayəsi, yemək, tədris materialları, nəqliyyat xərcləri və s.) məqsədi ilə də verilə bilər.

Təhsilalanların təhsillə əlaqədar xərclərinin tam ödənilməsi üçün təhsil kreditinin orta aylıq məbləği hər tədris ilinə görə inflyasiya və indeksasiya nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

Tədris ilinin başlamasından 5 iş günündən gec olmayaraq təhsil krediti verilməsi üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qurum tərəfindən müsabiqə elan edilir. Təhsil krediti almaq üçün təhsialanların müraciəti 5 iş günündən gec olmayaraq qanunvericiliklə müəyyən edilmiş tələblər və qiymətləndirmə meyarları əsasında təhlil edilərək ekspertizadan keçirilir. Kreditin verilib-verilməməsi barədə qərar və müvəkkil bankların siyahısı yazılı formada müraciət etmiş təhsilalana bildirilir, həmçinin qərar rəsmi saytda yerləşdirilir.

Təhsilalanlar təhsil kreditinin istifadəsi və qaytarılması ilə bağlı hüquq və vəzifələri tənzimləyən təhsil krediti müqaviləsi bağlanılır. Təhsialan təhsil krediti üzrə hesablanan faizi təhsil krediti müqaviləsində göstərilmiş faizlə ödəyir. Kreditin qaytarılma müddəti kreditin istifadə müddətinin iki dəfəsindən az və 20 ildən çox ola bilməz. Təhsialan təhsil kreditini müəyyən edilmiş müddətdən əvvəl də qaytara bilər və bu halda krediti qaytardığı gündən sonrakı dövrə hesablanmış faizləri ödəməkdən azaddır.

Təhsil krediti təhsilalanla bağlanmış müqavilə əsasında onun təhsil aldığı müəssisə vasitəsilə ödənilir. Təhsilini başa vuran və 6 ay müddətindən gec olmayaraq işə başlamaq üçün əmək müqaviləsi bağlayan məzuna onun müraciəti əsasında təhsil kreditinin qaytarılması üçün əlavə müddət və güzəşt tətbiq edilə bilər.

Təhsil krediti almış təhsilalan həqiqi hərbi xidmətdə, analıq məzuniyyətində olduğu və müvəqqəti əmək qabiliyyətini itirdiyi (ağır xəstə olduğu) müddətdə ona kreditin ödənilməsində əlavə möhlət verilir.

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydalara uyğun olaraq bir dəfə təhsil krediti almaq hüququndan istifadə etmiş təhsilalanların ikinci dəfə təhsil krediti almaq hüququ olmayacaq.

Təhsilalan ali təhsil müəssisəsində təhsil müddəti bitdikdən sonra əmək fəaliyyətinə başlamışdırsa, qanunvericiliklə müəyyən edilmiş müddətdən başlayaraq və ya 2 ildən gec olmayaraq kredit borcunu ödəməyə başlamalıdır.

Təhsil krediti üzrə faizlər təhsil müddəti və təhsili başa vurduqdan sonrakı 2 il üçün hesablanmır. Bu faizlər büdcə vəsaitləri hesabına ödənilir. Təhsil krediti üzrə faizlər hər ay ümumi təhsil krediti məbləğinin qalığından (ödənilməmiş məbləğindən) hesablanır.

Təhsil müddətində əlaçı olmuş, təhsildə bir il itirməyən təhsilalan müvafiq icra hakimiyyəti orqanının qərarı ilə istifadə etdiyi təhsil kreditini və ya onun bir hissəsini ödəmək öhdəliyindən azad edilir.

Beynəlxalq olimpiada, müsabiqə (incəsənətə aid ixtisaslar üzrə təhsil aldıqda) və yarışlarda (idman sahəsində təhsil aldıqda) ilk üç yerdən birini qazanan, təhsil müddətində davamlı olaraq əla, ümumi uğur qazanmış, bu qanunla müəyyən edilmiş şərtlər daxilində son dərəcə istedadlı təhsilalanlara təhsil kreditləri əvəzsiz verilir.

Təhsil krediti təhsilalana ali təhsilin bütün səviyyələrində təhsilini davam etdirmək üçün ardıcıl surətdə verilə bilər.

Təhsilalan təhsil krediti müqaviləsinin qüvvədə olduğu müddətdə təhsil müəssisəsindən xaric edildikdə, aldığı kreditin və kreditə hesablanmış faizlərin təhsil krediti müqaviləsində nəzərdə tutulmuş müddətdən əvvəl qaytarılması ondan tələb edilə bilər.

Layihəyə əsasən, təhsil kreditlərinin qeydiyyatı məqsədi ilə Təhsil Krediti Reyestri yaradılır və “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”nə qoşulur. 

"Dərs vaxtı"nın 15 aprel cədvəli AÇIQLANDI

"Dərs vaxtı"nın 15 aprel cədvəli AÇIQLANDI

“Mədəniyyət” və “ARB Günəş” telekanallarında yayımlanan “Dərs vaxtı” proqramının aprelin 15-i üçün nəzərdə tutulan cədvəli açıqlanıb.

Bu barədə YAZTV-yə Təhsil Nazirliyindən məlumat verilib.

Təhsil Nazirliyi dərs cədvəlinə diqqət etməyi, mövzuları “Dərs vaxtı”nda öyrənməyi tövsiyə edir. Çünki teledərslər şagirdlərə ən yaxşılardan öyrənmək üçün yaradılan əlavə və unikal imkandır.

Qeyd edək ki, “Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər keçirilmiş dərsləri Təhsil Nazirliyinin rəsmi “YouTube” kanalı ilə yanaşı, “Dərs vaxtı”nın “Facebook” səhifəsindən, eyni zamanda, videodərslər portalından (https://video.edu.az/) izləyə bilərlər.