Tuesday, 27 İyul 2021 16:53
Yeni Azərbaycan Televiziyası
Bakı
İstanbul
Moskva
Teledərslərin aprelin 13-nə olan CƏDVƏLİ

Teledərslərin aprelin 13-nə olan CƏDVƏLİ

“Mədəniyyət” və “ARB Günəş” telekanallarında yayımlanan “Dərs vaxtı” proqramının aprelin 13-ü üçün nəzərdə tutulan cədvəli açıqlanıb.

YAZTV xəbər verir ki, bu barədə Təhsil Nazirliyindən məlumat verilib.

 

Təhsil Nazirliyi dərs cədvəlinə diqqət etməyi, mövzuları “Dərs vaxtı”nda öyrənməyi tövsiyə edir. Çünki teledərslər şagirdlərə ən yaxşılardan öyrənmək üçün yaradılan əlavə və unikal imkandır.

Qeyd edək ki, “Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər keçirilmiş dərsləri Təhsil Nazirliyinin rəsmi “YouTube” kanalı ilə yanaşı, “Dərs vaxtı”nın “Facebook” səhifəsindən, eyni zamanda, videodərslər portalından (https://video.edu.az/) izləyə bilərlər.

Daha bir məktəbin fəaliyyəti dayandırıldı

Daha bir məktəbin fəaliyyəti dayandırıldı

Oğuz şəhər 3 saylı məktəb-lisey bağlanıb.

YAZTV xəbər verir ki, buna səbəb tədris ocağının 5 müəllim və 2 texniki işçisində koronavirus aşkarlanmasıdır.

Oğuz Rayon Təhsil Şöbəsinin müdiri Anar Məcidov "Report"un yerli bürosuna bildirib ki, məktəb iki həftə bağlı qalacaq.

Hazırda məktəbdə dərslər onlayn qaydada keçirilir. (report az)

Bu rayon və şəhərlərdə məktəblər bağlanır

Bu rayon və şəhərlərdə məktəblər bağlanır

Mövcud pandemiya şəraiti ilə əlaqədar olaraq, növbəti həftədən etibarən tədrisin təşkili ilə bağlı yeni normaların tətbiqi planlaşdırılır.

Təhsil Nazirliyindən  verilən məlumata görə, aprelin 5-dən Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeron rayonunun ümumi təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin distant (məsafədən) formada təşkili nəzərdə tutulur.

Digər şəhər və rayonlarda isə tədris sanitar-gigiyenik tələblərə əməl edilməklə qismən əyani formada davam etdiriləcək.

Məlumat üçün bildiririk ki, distant tədris zamanı dərslər "Virtual məktəb", eləcə də digər onlayn platformalar üzərindən keçirilə bilər. Həmçinin şagirdlərə “Dərs vaxtı” teledərslərini izləmək tövsiyə olunur.

Qeyd edək ki, ümumi təhsil müəssisələrinin yaşı 50-dən yuxarı olan müəllim və texniki heyətinin martın ilk həftəsindən vaksinasiya prosesinə başlanılıb. Bu günədək proses çərçivəsində 55 faizdən çox müəllim və texniki heyət “COVID-19” əleyhinə peyvənd olunub. Təhsil prosesinin səmərəli təşkili üçün müəllim, o cümlədən texniki heyətin vaksinasiya prosesində iştirakı zəruridir.

Təhsil Nazirliyi ictimaiyyətə sanitar-gigiyenik qaydalara əməl etməyi, maska taxmaqla və sosial məsafəni gözləməklə “COVID-19” virusundan qorunmağı bir daha tövsiyə edir.

Bilidyimiz kimi, Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı əlavə tədbirlər barədə” qərarına və Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən, fevralın 1-dən ölkə üzrə ümumi təhsil müəssisələrində karantin rejiminin qaydalarına əməl edilməklə ənənəvi tədris mərhələli şəkildə qismən bərpa edilib.

101.az

DİM buraxılış imtahanı verəcək şagirdlərə müraciət etdi

DİM buraxılış imtahanı verəcək şagirdlərə müraciət etdi

Aprelin 22-də Ağdaş, Beyləqan, Cəlilabad, Goranboy, Qobustan, Salyan, Ucar, Xaçmaz, Zaqatala rayonlarında və Naftalan şəhərində, aprelin 23-də isə Bakı şəhərinin Nərimanov, Qaradağ, Xəzər, Yasamal rayonlarında, Abşeron, Ağsu, Balakən, Füzuli, Masallı, Neftçala, Quba, Zərdab rayonlarında və Mingəçevir şəhərində Dövlət İmtahan Mərkəzi tərəfindən tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçiriləcək.

Dövlət İmtahan Mərkəzindən YAZTV-yə  bildirilib ki, buraxılış imtahanında iştirak edəcək şagirdlər https://www.e-gov.az/az/services/read/2516/0?tqdk_xdm=46 linkindən istifadə etməklə özlərinin imtahana buraxılış vərəqəsini, təhsil müəssisələri isə bütün şagirdlərin imtahana buraxılış vərəqələrini çap edə bilərlər. Şagirdlər iş nömrəsini təhsil aldıqları məktəbdən öyrənə bilərlər.

Şagirdlər buraxılış vərəqəsi ilə bir yerdə “İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə”ni də çap edirlər. Bəyannamə ayrıca vərəqdə çap edilməli və imtahan günü şagird tərəfindən imzalanmaqla imtahan nəzarətçisinə təqdim edilməlidir.

Buraxılış vərəqəsini çap etmək üçün kompüterə “Adobe Reader” proqramı quraşdırılmalı və brauzerin “Pop-up blocked” sahəsindən qeyd işarəsi götürülməlidir. Şəxsiyyəti təsdiq edən sənəddə şəkli olmayan şagirdlər buraxılış imtahanı üçün təhsil müəssisəsi tərəfindən verilməli olan arayışı DİM-in saytından yükləyə bilərlər.

Qeydlər:

- Digər şəhər və rayonlar üzrə imtahanlar 29, 30 aprel tarixlərində keçiriləcək. Təqvim DİM-in saytında verilib.

- Şagirdlər bitirdikləri məktəbin yerləşdiyi yerə uyğun rayonda (şəhərdə) imtahan verirlər.

- Məcburi köçkün rayonlarının məktəblərində təhsil alan şagirdlər bitirdikləri təhsil müəssisəsinin yerləşdiyi şəhər və rayonların imtahan gününə uyğun tarixdə imtahan verirlər.

- Tədrisi gürcü dilində olan məktəblərin şagirdləri aprelin 23-də imtahan verirlər.

- Ölkə üzrə tədrisi ingilis, fransız dilində olan məktəblər, Çilov adasında yerləşən məktəb, internat məktəbləri, cəzaçəkmə müəssisələrində yerləşən məktəblərin şagirdləri aprelin 29-da imtahan verirlər. 

"Dərs vaxtı"nın 8 aprel cədvəli AÇIQLANDI

"Dərs vaxtı"nın 8 aprel cədvəli AÇIQLANDI

“Mədəniyyət” və “ARB Günəş” telekanallarında yayımlanan “Dərs vaxtı” proqramının aprelin 8-i üçün nəzərdə tutulan cədvəli açıqlanıb.

Bu barədə YAZTV-yə Təhsil Nazirliyindən məlumat verilib.

Təhsil Nazirliyi dərs cədvəlinə diqqət etməyi, mövzuları “Dərs vaxtı”nda öyrənməyi tövsiyə edir. Çünki teledərslər şagirdlərə ən yaxşılardan öyrənmək üçün yaradılan əlavə və unikal imkandır.

Qeyd edək ki, “Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər keçirilmiş dərsləri Təhsil Nazirliyinin rəsmi “YouTube” kanalı ilə yanaşı, “Dərs vaxtı”nın “Facebook” səhifəsindən, eyni zamanda, videodərslər portalından (https://video.edu.az/) izləyə bilərlər.

“Dərs vaxtı”nın bu günə olan cədvəli - FOTO

“Dərs vaxtı”nın bu günə olan cədvəli - FOTO

“Mədəniyyət” və “ARB Günəş” telekanallarında yayımlanan “Dərs vaxtı” proqramının martın 31-i üçün nəzərdə tutulan cədvəli açıqlanıb.

Bu barədə Təhsil Nazirliyindən məlumat verilib.

Təhsil Nazirliyi dərs cədvəlinə diqqət etməyi, mövzuları “Dərs vaxtı”nda öyrənməyi tövsiyə edir. Çünki teledərslər şagirdlərə ən yaxşılardan öyrənmək üçün yaradılan əlavə və unikal imkandır.
 
Dövlət qulluğuna test imtahanı başa çatdı

Dövlət qulluğuna test imtahanı başa çatdı

Aprelin 11-də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən dövlət qulluğunda inzibati icraçı (B növü) vəzifələrə aid olan vəzifə qrupları üzrə test imtahanı keçirilib.

Bu barədə YAZTV-yə DİM-dən məlumat verilib.

Bildirilib ki, imtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahanın keçirildiyi binalarla əlaqə saxlanılıb və imtahan prosesinin gedişi nəzarətdə olub.

COVİD-19 infeksiya ilə əlaqədar ehtiyat tədbirləri çərçivəsində görülən işlərə uyğun olaraq imtahan binasına yalnız tibbi maska ilə daxil olmağa icazə verilib və namizədlərin məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub. İmtahan zalında namizədlərin bir-birindən lazımi uzaq məsafədə əyləşdirilməsi təmin olunub.

İmtahan Bakı və Gəncə şəhərlərində keçirilib. İmtahanının keçirilməsi üçün 6 ümumi imtahan rəhbəri, 17 imtahan rəhbəri, 130 nəzarətçi müəllim, 12 buraxılış rejimi əməkdaşı ayrılıb.

İmtahan materiallarının daşınması və emalı ilə əlaqədar nəticələrin aprelin 12-də elan olunması nəzərdə tutulur.

“Dərs vaxtı”nda cədvələ uyğun mövzular təqdim olunub

“Dərs vaxtı”nda cədvələ uyğun mövzular təqdim olunub

“Mədəniyyət”, “ARB Günəş” telekanallarında yayımlanan “Dərs vaxtı” proqramı aprelin 7-si üçün nəzərdə tutulan cədvələ uyğun təqdim olunub.

Təhsil Nazirliyindən YAZTV-yə bildirilib ki, proqramda Azərbaycan və rus bölmələri üzrə dərslər izlənilib. Nazirlik dərs cədvəlinə diqqət etməyi, mövzuları “Dərs vaxtı”nda öyrənməyi tövsiyə edir. Çünki teledərslər şagirdlərə ən yaxşılardan öyrənmək üçün əlavə və unikal imkan yaradır.

Qeyd edək ki, “Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər keçirilmiş mövzuları Təhsil Nazirliyinin rəsmi “YouTube” kanalı ilə yanaşı, “Dərs vaxtı”nın “Facebook” səhifəsindən, eyni zamanda, videodərslər portalından (https://video.edu.az/) izləyə bilərlər.
"Dərs vaxtı"nın 30 mart cədvəli AÇIQLANDI

"Dərs vaxtı"nın 30 mart cədvəli AÇIQLANDI

"Mədəniyyət" və "ARB Günəş" telekanallarında yayımlanan “Dərs vaxtı” proqramının martın 30-u üçün nəzərdə tutulan cədvəli açıqlanıb.

Bu barədə YAZTV-yə Təhsil Nazirliyindən məlumat verilib.

"Təhsil Nazirliyi dərs cədvəlinə diqqət etməyi, dərsi “Dərs vaxtı”nda öyrənməyi tövsiyə edir. Teledərslər ən yaxşılardan öyrənmək üçün əlavə və unikal imkandır", - deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, “Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər və ya yenidən izləmək istəyənlər keçirilmiş dərsləri "Dərs vaxtı"nın "Facebook" səhifəsindən (https://www.facebook.com/dersvaxti.edu.az/), eyni zamanda videodərslər portalından (https://video.edu.az/) izləyə bilərlər.

 

Teledərslərin bu günə olan cədvəli

Teledərslərin bu günə olan cədvəli

“Mədəniyyət” və “ARB Günəş” telekanallarında yayımlanan “Dərs vaxtı” proqramının aprelin 9-u üçün nəzərdə tutulan cədvəli açıqlanıb.

Bu barədə YAZTV-yə Təhsil Nazirliyindən məlumat verilib.

Təhsil Nazirliyi dərs cədvəlinə diqqət etməyi, mövzuları “Dərs vaxtı”nda öyrənməyi tövsiyə edir. Çünki teledərslər şagirdlərə ən yaxşılardan öyrənmək üçün yaradılan əlavə və unikal imkandır.

Qeyd edək ki, “Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər keçirilmiş dərsləri Təhsil Nazirliyinin rəsmi “YouTube” kanalı ilə yanaşı, “Dərs vaxtı”nın “Facebook” səhifəsindən, eyni zamanda, videodərslər portalından (https://video.edu.az/) izləyə bilərlər.

Bu gündən dörd şəhər, bir rayonda MƏKTƏBLƏR BAĞLANIR

Bu gündən dörd şəhər, bir rayonda MƏKTƏBLƏR BAĞLANIR

Bu gündən Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeron rayonunun ümumi təhsil müəssisələrində əyani tədris dayandırılıb.

YAZTV xəbər verir ki, bununla bağlı Təhsil Nazirliyi tərəfindən mövcud pandemiya şəraiti ilə əlaqədar olaraq qərar verilib.

Belə ki, aprelin 5-dən qeyd olunan ərazilərdə yerləşən ümumi təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin distant (məsafədən) formada təşkili başlayır.

Distant tədris zamanı dərslərin "Virtual məktəb", eləcə də digər onlayn platformalar üzərindən keçirilməsi nəzərdə tutulub. Nazirlik şagirdlərə “Dərs vaxtı” teledərslərini izləməyi tövsiyə edib.

Digər şəhər və rayonlarda isə tədris sanitar-gigiyenik tələblərə əməl edilməklə qismən əyani formada davam etdiriləcək.

Niyazi Bayramov tədris ili dövründə öz bilik və bacarığı ilə fərqlənən şagirdlərli mükafatlandırıb

Niyazi Bayramov tədris ili dövründə öz bilik və bacarığı ilə fərqlənən şagirdlərli mükafatlandırıb

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov tədris ili dövründə öz bilik və bacarığı ilə fərqlənən şagirdlərlə görüşüb. Gəncə şəhər İ.Məmmədov adına 27 nömrəli tam orta məktəbin XI sinif şagirdi Rəsul Əliyev və M.Əzizbəyov adına 15 nömrəli tam orta məktəbin XI sinif şagirdi Əziz Hüseynov şəhər rəhbəri tərəfindən mükafatlandırılıblar.

YAZTV bildirir ki, Niyazi Bayramov sagirdlərlə söhbət edərək, onları qazandıqları nailiyyətlərə görə təbrik edib. O bildirib ki, Azərbaycanın gələcəyi məhz belə istedadlı, bilikli gənclərin əllərindədir. Şəhər rəhbəri gənclərlə iştirak etdikləri yerli və beynəlxalq fənn olimpiadaları, müxtəlif müsabiqələrlə bağlı söhbət edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Görüşün sonunda şagirdlərə planşet hədiyyə olunub və xatirə şəkli çəkdirilib.

Şagirdlər öz növbələrində onlara göstərilən diqqətə görə təşəkkürlərini bildiriblər.
Qeyd edək ki, Rəsul Əliyev 2017-ci ildə keçirilən Məktəblərarası I Robot Olimpiadasında III yerə layiq görülüb. 2018-ci ildə “Sabahın Alimləri” VII Respublika Müsabiqəsinin finalçısı olub, Məktəblərarası II Robot Olimpiadasında “Line follower” və “Lego sumo” kateqoriyaları üzrə II yerə, II Dünya Robot Olimpiadasının Seçim Turunda isə VII yerə layiq görülüb. O, həmçinin 2019-cu ildə ABŞ-da keçirilən “Genius Olympiad”da IV yerə layiq görülüb. 2020-ci ildə “Hach the Northeast”, “Def Hacks Virtual” və “OSU SF Bay Area Hackathon” müsabiqələrində final mərhələsinə yüksəlib. Rəsul Əliyev uzaqdan idarə edilə bilən “Hashimov” robotunun ixtiraçısıdır.
Əziz Hüseynov isə 2016-2017-ci, 2017-2018-ci və 2018-2019-cu tədris illərində Respublika fənn olimpiadalarında informatika fənnindən qızıl medala layiq görülüb. 2018-ci ildə ABŞ-da keçirilən "Genius olympiad" robot yarışında qızıl medala, 2019-cu ildə “EJOİ Avropa yeniyetmələrin informatika üzrə olimpiada”sında gümüş medala, həmin ildə “İATİ” - Bolqarıstanda keçirilən olimpiadada gümüş medal qazanıb. O, 2020-ci ildə “XVI Beynəlxalq Jautikov Olimpiadası”nda (İZhO)” bürünc medala, “Beynəlxalq Asiya Pasifik İnformatika”da (APİO) bürünc medala, “Beynəlxalq İnformatika Olimpiadasında” (İOİ) bürünc medala, İnformatika fənni üzrə “XII Payız Turniri”ndə (İATİ) bürünc medala layiq görülüb. 2021-ci ildə isə Əziz Hüseynov “XVII Beynəlxalq Jautikov Olimpiadası”nda bürünc medala sahib olub. Əziz hazırda, informatika fənni üzrə Respublika fənn olimpiadasının final mərhələsinin iştirakçısıdır.