Wednesday, 05 Oktyabr 2022 12:55
Yeni Azərbaycan Televiziyası
Bakı
İstanbul
Moskva
Elm və təhsil naziri: "İnstitutlarda çalışan alimlərin ixtisarından söhbət getmir"

Elm və təhsil naziri: "İnstitutlarda çalışan alimlərin ixtisarından söhbət getmir"

“İnstitutlarda çalışan alimlərin ixtisarından söhbət getmir. Çünki məqsəd ixtisar etmək və yaxud kimisə işdən çıxarmaq deyil”.

YAZTV xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “AzTV” telekanalının “Hədəf” verilişinə müsahibəsində deyib.

O bildirib ki, uzunmüddətli inkişaf elmsiz mümkün deyil, bu səbəbdən ixtisarlar baş verməyəcək.

E.Əmrullayev qeyd edib ki, nazirliyin daxilində koordinasiya qurumları ola bilər:

"Nazirliyin Kollegiyasında da elm tərəfindən olan insanların təmsilçiliyi olduqca vacibdir”.

Elm və Təhsil Nazirliyinin tabeliyinə verilən elmi müəssisə və təşkilatların siyahısı təsdiqlənib

Elm və Təhsil Nazirliyinin tabeliyinə verilən elmi müəssisə və təşkilatların siyahısı təsdiqlənib

Elm və Təhsil Nazirliyinin tabeliyinə verilən elmi müəssisə və təşkilatların siyahısı təsdiqlənib.

YAZTV xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fərman imzalayıb.

Fərmana əsasən, Azərbaycan Milli Elmlər Akademiyasının büdcədən maliyyələşdirilən elmi müəssisələri Elm və Təhsil Nazirliyinin tabeliyinə verilib:

1.1. Fizika İnstitutu;

1.2. Riyaziyyat və Mexanika İnstitutu;

1.3. İdarəetmə Sistemləri İnstitutu;

1.4. Radiasiya Problemləri İnstitutu;

1.5. İnformasiya Texnologiyaları İnstitutu;

1.6. Biofizika İnstitutu

1.7. Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası;

1.8. Akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutu;

1.9. Akademik Murtuza Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutu;

1.10. Akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutu;

1.11. Polimer Materialları İnstitutu;

1.12. Geologiya və Geofizika İnstitutu;

1.13. Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutu;

1.14. Təbiət Tarixi Muzeyi;

1.15. Neft və Qaz İnstitutu;

1.16. Botanika İnstitutu;

1.17. Zoologiya İnstitutu;

1.18. Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutu;

1.19. Mikrobiologiya İnstitutu;

1.20. Dendrologiya İnstitutu;

1.21. Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu;

1.22. Genetik Ehtiyatlar İnstitutu;

1.23. Torpaqşünaslıq və Aqrokimya İnstitutu;

1.24. İqtisadiyyat İnstitutu.

2. Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan bölməsinin tabeliyində olan elmi müəssisələr:

2.1. Təbii Ehtiyatlar İnstitutu;

2.2. Bioresurslar İnstitutu;

2.3. Batabat Astrofizika Rəsədxanası.

3. Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə bölməsinin tabeliyində olan elmi müəssisələr:

3.1. Ekologiya və Təbii Ehtiyatlar İnstitutu;

3.2. Bioresurslar İnstitutu;

3.3. Aqrar Problemlər İnstitutu;

3.4. Nəbatat Bağı.

4. Azərbaycan Milli Elmlər Akademiyasının təsərrüfat-hesablı elmi xidmət müəssisələri:

4.1. Təcrübə-Sənaye Zavodu;

4.2. “Kibernetika” Elmi İstehsalat Birliyi;

4.3. “Nafta” Elmi İstehsalat Birliyi;

4.4. “Aşqar” Elmi İstehsalat Birliyi;

4.5. “Kompozit” Elmi İstehsalat Birliyi.

5. Azərbaycan Milli Elmlər Akademiyasının tabeliyində “AMEA Yüksək Texnologiyalar Parkı” Məhdud Məsuliyyətli Cəmiyyəti.

Hərbi liseylərə qəbul imtahanı keçiriləcək

Hərbi liseylərə qəbul imtahanı keçiriləcək

Dövlət İmtahan Mərkəzi (DİM) iyulun 31-də Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi liseylərinə qəbul imtahanı keçirəcək

DİM-dən  bildirilib ki, imtahan Bakı və Naxçıvan şəhərlərində ümumilikdə 7 binada təşkil olunacaq.

İmtahanda 1735 abituriyentin (Bakı şəhərində 1345 nəfər, Naxçıvan şəhərində 390 nəfər) iştirakı nəzərdə tutulur.

İmtahanın idarə olunmasına 7 ümumi imtahan rəhbəri, 19 imtahan rəhbəri, 157 nəzarətçi-müəllim və 14 buraxılış rejimi əməkdaşı (mühafizə) cəlb edilib.

İmtahan bütün binalarda eyni vaxtda - saat 10:00-da başlanır və 2 saat davam edəcək.

İmtahanın başlanmasına 15 dəqiqə qalmış – saat 09:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar.

İmtahanda iştirak etmək üçün ərizə vermiş abituriyentlər DİM-in internet saytına daxil olaraq "İmtahana buraxılış vərəqəsi"ni çap edirlər. Buraxılış vərəqəsi ilə yanaşı onlara "Yaddaş kitabçası"ndan çıxarış da təqdim olunur. Burada abituriyentlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.

Abituriyentlər imtahana özləri ilə aşağıdakı sənədləri gətirməlidirlər:

  • şəxsiyyəti təsdiq edən sənədin əslini;
  • "İmtahana buraxılış vərəqəsi"ni.

Qeyd: Şəxsiyyət vəsiqəsində şəkli olmayan abituriyentlər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa abituriyentin 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir)

Göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda abituriyent imtahana buraxılmayacaq.

İmtahan binasına giriş zamanı üzərində mobil telefon, konspekt və digər yardımçı vasitələr aşkar olunan abituriyentlər barədə akt tərtib olunacaq və imtahan binasına buraxılmayacaqlar.

Magistraturaya sənəd verən bakalavrların sayı açıqlanıb

Magistraturaya sənəd verən bakalavrların sayı açıqlanıb

Ali təhsilin magistratura səviyyəsinə ümumilikdə 10 957 nəfər portal.edu.az vasitəsilə elektron qaydada müraciət edib, 10 832 nəfər isə qəbul olduqları ali təhsil müəssisələri tərəfindən təsdiq edilib.

Bu barədə YAZTV-yə Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, ali təhsilin magistratura səviyyəsi üzrə elektron qaydada sənəd qəbulu 26 iyul 2022-ci il tarixində başa çatıb.

Ali təhsil müəssisələrinə elektron qeydiyyat prosesilə tələbələr təhsil haqlarını nağdsız formada portal.edu.az, gpp.az, "eManat" ödəniş terminalları, həmçinin poçtlar, banklar və bankların mobil tətbiqləri vasitəsilə ödəyə bilərlər.

Dövlət sifarişi ilə qəbul olan tələbələr əgər valideyn himayəsindən məhrum və ya onlar arasından olanlardırsa, müəyyən edilmiş təqaüdün minimum iki misilindən az olmayaraq təqaüdün alınması, ödənişli əsaslarla qəbul olanlar isə təhsil haqqından azad olunmaq və ya təhsil haqqı güzəşti əldə etmək üçün müraciət imkanına malikdirlər. Eyni zamanda Təhsil Tələbə Krediti üçün müraciət etmək istəyən şəxslər portal.edu.az-dan qeydiyyatdan keçərkən hansı növ təhsil krediti almaq istədiyi barədə təhsil müəssisəsini məlumatlandıra bilərlər.

Elm və Təhsil Nazirliyi yanında iki agentlik yaradılıb

Elm və Təhsil Nazirliyi yanında iki agentlik yaradılıb

Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında iki agentlik yaradılıb.

YAZTV xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fərman imzalayıb.

Fərmana əsasən, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi yaradılıb.

Təhsil naziri koronavirusa yoluxmanın artmasının yeni tədris ilinə təsirinə aydınlıq gətirib

Təhsil naziri koronavirusa yoluxmanın artmasının yeni tədris ilinə təsirinə aydınlıq gətirib

Təhsil naziri Emin Əmrullayev Azərbaycanda koronavirusa yoluxma sayının artmasının yeni tədris ilinə təsirinə aydınlıq gətirib.

YAZTV xəbərinə görə, o, 2021-2022-ci tədris ilində dərslərin dayandırılmadığını xatırladıb.

“Əgər koronavirusa yoluxma artarsa oxşar model yeni tədris ilində də tətbiq edilə bilər. Təbii ki, bu məsələdə Təhsil Nazirliyi Nazirlər Kabineti yanında Operativ Qərargahın və aidiyyəti dövlət qurumlarının qərarlarına uyğun addım atır. Bugünkü artım sayları əvvəlki dövrlərlə nisbətdə aşağıdır. Hesab edirəm ki, payız mövsümündə yoluxma sayının artmasının məktəblərin bağlanmasına səbəb olması ehtimalı azdır. Ola bilsin, bəzi siniflər distant tədrisə keçə bilər. Bu da həmin vaxtın göstəricilərindən asılıdır”, - nazir vurğulayıb.

Müəllimlərin işə qəbulu üzrə imtahanın nəticələri açıqlanıb

Müəllimlərin işə qəbulu üzrə imtahanın nəticələri açıqlanıb

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsinin nəticələri açıqlanıb.

İnsan Resursları Mərkəzindən  verilən məlumata görə, 14-22 iyul tarixlərində keçirilən test imtahanlarının nəticələri namizədlərin şəxsi səhifələrinə göndərilib.

Qeyd edək ki, ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin bütün fənlər üzrə minimum tələbi 40 bal müəyyən olunub.

Təhsil Nazirliyinin adı dəyişdirilib

Təhsil Nazirliyinin adı dəyişdirilib

Prezident İlham Əliyev Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı fərman imzalayıb.

YAZTV xəbər verir ki, fərmanla Təhsil Nazirliyi Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi adlandırılıb.

Sənədə əsasən, elm sahəsində dövlət siyasətinin və tənzimlənmənin həyata keçirilməsi, elmi müəssisə və təşkilatların elmi fəaliyyətinin əlaqələndirilməsi və istiqamətləndirilməsi ilə bağlı səlahiyyətlər Nazirliyə həvalə edilib.

Nazirliyin yanında aşağıdakı Agentliklər yaradılıb:

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi;

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi.

Sənədlə Azərbaycan Milli Elmlər Akademiyasının Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin tabeliyinə verilən elmi müəssisə və təşkilatlarının, habelə digər qurumlarının siyahısı təsdiq edilib.

Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyi, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi və Hüseyn Cavidin Ev Muzeyi əmlakları ilə birlikdə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin tabeliyinə verilib..

Təhsil naziri jurnalistlərlə bağlı tapşırıq verib

Təhsil naziri jurnalistlərlə bağlı tapşırıq verib

Təhsil naziri Emin Əmrullayev keçirdiyi mətbuat konfranslarında media nümayəndələrinə ayrılan yerin dəyişdirilməsi ilə bağlı təklifi dəstəkləyib.

YAZTV-nin məlumatına görə, nazir media təmsilçilərinin ön sıralarda əyləşməsini məqbul sayıb.

“Həmkarlarımızı hər gün görürük və yaxın ünsiyyətimiz olur. Ona görə də onların ilk sırada deyil, ikinci və üçüncü sırada oturmasında heç bir problem yoxdur”, - nazir söyləyib.

E.Əmrullayev məsələ ilə bağlı nazirlik rəsmisinə tapşırıq veib.

Qeyd edək ki, nazirin bugünkü brifinqində ön sırada Təhsil Nazirliyinin əməkdaşları oturub. Tədbirdə iştirak edən jurnalistlərin biri media nümayəndələrinin ön sırada əyləşməsini təklif edib.

Elm və Təhsil Nazirliyinin səlahiyyətləri artırılıb

Elm və Təhsil Nazirliyinin səlahiyyətləri artırılıb

Elm və Təhsil Nazirliyinin səlahiyyətləri artırılıb.

YAZTV  xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı fərmanda yer alıb.

Fərmana əsasən, elm sahəsində dövlət siyasətinin və tənzimlənmənin həyata keçirilməsi, elmi müəssisə və təşkilatların elmi fəaliyyətinin əlaqələndirilməsi və istiqamətləndirilməsi ilə bağlı səlahiyyətlər Nazirliyə həvalə edilib.

Jurnalistikaya qabiliyyət imtahanının vaxt açıqlanıb

Jurnalistikaya qabiliyyət imtahanının vaxt açıqlanıb

Dövlət İmtahan Mərkəzi iyulun 31-də ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün qabiliyyət imtahanı keçirəcək.

DİM-dən  verilən məlumata görə, bu imtahanda jurnalistika ixtisasına qəbul olmaq üçün internet vasitəsilə anket dolduraraq qeydiyyatdan keçmiş və III ixtisas qrupu üzrə test imtahanı verərək müsabiqə şərtini ödəyən abituriyentlər iştirak edə biləcəklər.

İmtahanda 703 abituriyentin iştirakı nəzərdə tutulur.

İmtahan Bakı şəhərində və DİM-in regional bölmələrinin yerləşdiyi Naxçıvan, Gəncə, Lənkəran, Şəki, Bərdə, Göyçay, Şirvan, Xaçmaz şəhərlərində təşkil olunacaq.

İmtahanda iştirak edəcək abituriyentlər “İmtahana buraxılış vərəqəsi”ni DİM-in internet saytından çap edirlər. Buraxılış vərəqəsində imtahanın keçiriləcəyi şəhər (rayon), bina, zal, başlanma vaxtı və abituriyentin imtahan binasına gəlmə vaxtı qeyd olunub. Buraxılış vərəqəsi ilə yanaşı, abituriyentlərə “Yaddaş kitabçası”ndan çıxarış da təqdim olunur. Burada abituriyentlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.

İmtahan saat 10:00-da başlanır və 2 saat 30 dəqiqə davam edəcək.

İmtahanların başlanmasına 15 dəqiqə qalmış – saat 09:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.

Kütləviliyin qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə olunur.

Abituriyentlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

- İmtahana buraxılış vərəqəsi;

- Şəxsiyyəti təsdiq edən sənədin əsli:

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

- Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

İmtahanın məzmunu haqqında məlumat:

Qabiliyyət imtahanında mövzular imtahanın başlanmasından bir neçə dəqiqə əvvəl Mətbuat Şurasının və KİV nümayəndələrinin iştirakı ilə seçiləcək və videobağlantı vasitəsilə imtahan mərkəzlərinə çatdırılacaq. Abituriyentlər təqdim olunmuş mövzulardan biri üzrə inşa (esse) yazacaqlar. Yazı işi abituriyentin imtahan verdiyi bölmədən asılı olaraq Azərbaycan və ya rus dilində yerinə yetirilməlidir.

İnşa (esse) abituriyentin seçmiş mövzu üzrə öz nöqteyi-nəzərini əsaslandırılmış şəkildə ifadə etdiyi müstəqil, yaradıcı yazı işidir. Abituriyentlərə ictimai-siyasi, iqtisadi, mədəni həyat sahələrinə aid, həmçinin respublikamız, görkəmli şəxsiyyətlər, təhsil, ətraf mühit, mənəviyyat və eləcə də bütün bəşəriyyəti düşündürən qlobal problemlər haqqında müstəqil mühakimə yürütmək və əsaslandırmaq bacarığını nümayiş etdirməyə imkan verən sərbəst mövzular təklif olunur.

İnşanı (esseni) yazarkən abituriyent:

səliqəli, oxunaqlı və aydın xətlə yazmalı;
öz fikirlərini aydın və savadlı şəkildə ifadə etməli;
mövzunun mahiyyətini açmalı və dolğun əhatə etməli;
yazının tərkib hissələri (giriş, əsas hissə və nəticə) arasında məntiqi rabitə yaratmalı, abzaslarla fərqləndirməli və fikirlərini məntiqi ardıcıllıqla ifadə etməli;
ictimai-siyasi problemlərə yaxşı bələd olduğunu nümayiş etdirməli;
ictimai-siyasi problemləri təhliletmə, ümumiləşdirmə və məntiqi nəticəçıxarma qabiliyyətini nümayiş etdirməli;
fikir və düşüncələrini anlaşıqlı, məntiqli, rabitəli və aydın surətdə, ədəbi dilin normalarına, o cümlədən, qrammatika, orfoqrafiya, durğu işarələrinin işlənməsi qaydalarına uyğun olaraq ifadə etməli, öz fikir və mühakimələrini əsaslandırmaq üçün bir neçə (3 və daha çox) müvafiq sitat, iqtibas, nümunə və faktlardan (tarixi hadisə, bədii parçalar, həyat hadisələri və s.) istifadə etməlidir.
Yazı işinin qiymətləndirilməsi zamanı inşanın məzmununu, yazı savadı və aşağıdakı meyarlar nəzərə alınır:

İnşa yazı (esse) 2–4 səhifə (ən azı 2 səhifə və ya 420 söz) həcmində olmalıdır.
verilmiş mövzunun başa düşülməsi, mövzu üzrə material, əsas fakt və hadisələr haqqında məlumata malik olunması;
abituriyentin mövzuya orijinal yanaşması, öz nöqteyi-nəzərini əsaslandırılmış şəkildə ifadə etmək bacarığı, mövzunun əhatə olunma səviyyəsi, fikirlərin aydın və anlaşıqlı ifadə olunması;
çıxarılan nəticələrin məntiqli və əsaslandırılmış olması;
yazı üslubunun orijinallığı, dilin zənginliyi, obrazlılığı və səlisliyi, savadlılıq səviyyəsi;
yazı işinin ədəbi dilin fonetik (orfoqrafiya və durğu işarələri), qrammatik və leksik normalarına tam riayət edilməklə yazılması.
Yazı işi yuxarıdakı meyarlar nəzərə alınmaqla “məqbul” və ya “qeyri-məqbul”la qiymətləndirilir.

“Qeyri-məqbul” qiyməti mövzunun zəif əhatə olunduğu və ya heç əhatə olunmadığı, abituriyentin mövzunu səthi bildiyini və ya heç bilmədiyini aşkara çıxaran, başqa mövzuda yazılmış, mətnin hissələri arasında məntiqi əlaqənin pozulduğu, abituriyentin özü haqqında hər hansı məlumat yazdığı və ya özünü tanıtmaq məqsədi ilə hər hansı bir işarə vurduğu, 8 və daha çox fonetik, qramatik və leksik səhvi olan yazılara verilir.

Yazı işində abituriyentlərin özləri haqqında hər hansı məlumat (ad, soyad, ata adı, baba adı, məktəb adı, müəllim adı, yaşayış yeri və s.) yazması və ya özlərini tanıtmaqla bağlı hər hansısa işarə vurması qadağandır. Belə hala yol vermiş abituriyentlərin yazı işləri “sıfır” balla qiymətləndirilir. Seçdiyi movzudan fərqli movzuda, həmçinin 1 səhifədən (190 sözdən) az həcmdə yazılmış inşalar da “sıfır” balla qiymətləndirilir.

Qeyd edək ki, inşa mövzularına aid nümunələr DİM-in internet saytında (Bakalavriat > Faydalı) yerləşdirilib.

Nazir: “Müəllimlərin əksəriyyətinin problemi metodika ilə bağlıdır”

Nazir: “Müəllimlərin əksəriyyətinin problemi metodika ilə bağlıdır”

“Məktəblərdə hər şeyi eyni vaxtda yaxşı etmək heç də asan deyil. Maddi-texniki bazanın zəif olması qəbulediləndir. Lakin son zamanlar bu istiqamətdə çoxlu tədbirlər görülür”.

YAZTV xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə deyib.

Nazirin sözlərinə görə, növbəti ilin əvvəlinə 75 %-dən artıq şagirdin təhsil aldığı məktəb internetə qoşulacaq: “Bu rəqəm əvvəl 10 % idi. Məktəbdə ağıllı lövhələrin olması da bacaran müəllim üçün əlavə alətdir, müsbətdir. Bu lövhə olmadan da müxtəlif fənlərdən yüksək nəticə əldə etmək olar. Müəllimlərin əksəriyyətinin problemi metodika ilə bağlıdır”.