Wednesday, 30 Noyabr 2022 12:14
Yeni Azərbaycan Televiziyası
Bakı
İstanbul
Moskva
NASA 63 illik binasını sökdü

NASA 63 illik binasını sökdü

Amerika Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA), 63 ildir qərargah olaraq istifadə etdiyi binanı partlayıcılarla dağıdıb.

 

YAZTV xəbər verir ki, NASA ABŞ-ın Alabama ştatında istifadə olunmayan binanı partlayıcılarla məhv edib. Nəzarət partlaması nəticəsində bina saniyələr ərzində dağılıb. Bina 63 il NASA tərəfindən qərargah kimi istifadə edilib. Lakin köhnə olduğundan və təmiri baha başa gəldiyindən onun sökülməsinə qərar verilib. Aya ilk insan səyahətini həyata keçirən Saturn 5 raketləri və digər buraxılış qurğuları dağılmış binada layihələndirilib.

Putin Kadırova general-polkovnik rütbəsi verdi

Putin Kadırova general-polkovnik rütbəsi verdi

Rusiya Prezidenti Vladimir Putin Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırova general-polkovnik rütbəsi verib.

YAZTV xəbər verir ki, bu barədə məlumatı Kadırov öz rəsmi teleqram kanalında paylaşıb.

“Sizinlə daha bir xoş xəbəri bölüşmək istəyirəm. Rusiya Prezidenti mənə general-polkovnik rütbəsi verdi. Vladimir Vladimiroviç bu barədə mənə şəxsən məlumat verdi və məni təbrik etdi”, - deyə Kadırov qeyd edib. 

Səfərbərlikdən sonra Rusiyanı tərk edənlərin sayı açıqlandı

Səfərbərlikdən sonra Rusiyanı tərk edənlərin sayı açıqlandı

Rusiyada qismən səfərbərlik elan olunandan sonra ölkəni 261 min kişi vətəndaş tərk edib. 

YAZTV xəbər verir ki, bu barədə məlumatı “Novaya Qazeta. Evropa” nəşri yayıb. 

Bildirilir ki, Rusiyanı tərk edən kişilərin sayı açıqlandıqca Kreml daxilində çağırış yaşına uyğun gələn şəxslər üçün sərhədlərin bağlanması müzakirə olunur. 

Xatırladaq ki, Rusiyada sentyabrın 21-i elan olunan qismən səfərbərlikdən sonra ölkədən çıxmağa çalışanların sayı artıb. Ölkənin hava limanlarında son günlər üçün biletlər başa çatıb və Rusiyanın qonşu ölkələrlə quru sərhədlərində tıxaclar yaranıb.

“Rusiya taxıl müqaviləsindən çıxmayıb” - Rusiya XİN

“Rusiya taxıl müqaviləsindən çıxmayıb” - Rusiya XİN

Rusiya taxil müqaviləsi ilə əlaqədar yaxın günlərdə Türkiyə və BMT nümayəndələri ilə danışıqlar aparacaq".

YAZTV Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko məlumat verib.

Onun sözlərinə görə, ölkəsi taxıl müqaviləsinin iştirakçıları kimi Türkiyə və BMT nümayəndələri ilə əlaqə yaradacaq. İlk növbədə, Ukraynadan Rusiyanın Qara dəniz Donanmasına hücumun detallarının araşdırılmasının vacibliyini vurğulayan nazir müavini rəsmi Moskvanın BMT Təhlükəsizlik Şurasının iclasını çağırdığını və orada taxıl müqaviləsinə dair məsələlərin də müzakirə olunacağını deyib.

A.Rudenko qeyd edib ki, Rusiya taxıl müqaviləsindən çıxmayıb, yalnız bu sövdələşmədə iştirakını dayandırıb.

Qazaxıstanda fövqəladə vəziyyət elan edildi

Qazaxıstanda fövqəladə vəziyyət elan edildi

Qazaxıstanın şimalındakı Kostanay vilayətinin hakimiyyət orqanları meşə yanğınları ilə əlaqədar bölgədə fövqəladə vəziyyət elan edib.

 Bu barədə bazar günü vilayət administrasiyasının mətbuat xidməti məlumat yayıb.

Səlahiyyətlilərin məlumatına görə, bölgədən 1800 nəfər təxliyə edilib. "Məktəblərdə 200-ə yaxın insan yaşayır. Bir çoxları təhlükəsiz olduqlarından əmin olaraq evlərinə qayıdıblar, qalanları qohumlarının yanına gedib. 108 binaya ziyan dəyib, onlardan 98-i tamamilə yanıb”, - mətbuat xidmətindən bildirilib.

Fövqəladə Hallar Nazirliyinin son məlumatına görə, tüğyan edən təbii fəlakət nəticəsində bir nəfər ölüb, on nəfər xəsarət alıb. Yanğının əhatə etdiyi ərazi 43 min hektardan çoxdur.

Rusiyada qismən səfərbərlik elan olunub

Rusiyada qismən səfərbərlik elan olunub

Rusiya Prezidenti Vladimir Putin ölkədə qismən səfərbərlik elan edib.

YAXTV xəbər verir ki, bu barədə “Mash” teleqram kanalı məlumat yayıb. 

Vladimir Putin Rusiyanın Turizm Agentliyini ləğv edib

Vladimir Putin Rusiyanın Turizm Agentliyini ləğv edib

Rusiya Prezidenti Vladimir Putin Federal Turizm Agentliyinin (“Rosturizm”) ləğv edilməsinə dair sərəncam imzalayıb.

YAZTV xəbər verir ki, məlumatı TASS yayıb.

Qeyd edək ki, Rusiyanın Turizm Agentliyi 2004-cü ilin noyabrın 18-də yaradılıb. Agentlik bundan əvvəl Rusiya Federasiyası Bədən tərbiyəsi, idman və turizm üzrə dövlət komitəsi adlanırdı.

“Rosturizm”in 67 əməkdaşı olub.

Rusiyalı komandan vəzifəsindən kənarlaşdırıldı

Rusiyalı komandan vəzifəsindən kənarlaşdırıldı

Rusiya Ordusunun Qərb Hərbi Dairəsinin komandanı Aleksandr Juravlyov tutduğu vəzifədən uzaqlaşdırılıb.

YAZTV xəbər verir ki, bu barədə məlumat Rusiyanın vergi ödəyicisinin eyniləşdirmə nömrəsi reyestrində yer alıb.

Reyestrdə kadr rotasiyasının sentyabrın 28-də həyata keçirildiyi əks olunub.

Qərb Hərbi Dairəsinin yeni komandanı isə general-leytenant Roman Berdnikov olub. O, vaxtilə Suriyada Rusiya hərbçiləri qrupuna rəhbərlik edib.

Müdafiə Nazirliyinin saytında Juravlyov hələ də Qərb Hərbi Dairəsinin başçısı kimi qeyd olunur.

Bununla belə, nə A.Juravlyovun vəzifəsindən kənarlaşdırılması, nə də R.Berdnikovun təyinatı ilə bağlı heç bir sərəncam dərc olunmayıb.

Qeyd edək ki, Qərb dairəsinin qoşunları Xarkov vilayətində gedən döyüşlərdə iştirak edirdi. Rusiya hərbi teleqram kanalları isə onları dözümsüzlükdə və mövqelərdən geri çəkilməkdə ittiham edirdilər ki, bu da Rusiya qoşunlarının bölgədəki işğal olunmuş ərazilərin əksəriyyətini itirməsinə səbəb olub.

Xatırladaq ki, Rusiyada hərbi uğursuzluqlara görə məsuliyyət daşıyanların cəzalandırılması çağırışları var. Məsələn, ötən gün Çeçenistanın lideri Ramzan Kadırov Mərkəzi Hərbi Dairənin komandiri general Lapini (Xarkov və Luqansk vilayətlərinin şimalında qoşunlara komandanlıq edir) sərt şəkildə tənqid edib.

Qırğızıstan-Tacikistan sərhədində gərginlik davam edir

Qırğızıstan-Tacikistan sərhədində gərginlik davam edir

Qırğızıstan və Tacikistan arasında sərhəddə vəziyyət gərginləşib.

YAZTV xarici mediaya istinadən xəbər verir ki, hazırda iki ölkə arasında bütün sərhəd boyu döyüşlər gedir.

Qırğızıstanın Sərhəd Xidmətinin məlumatına görə, iki ölkə sərhədçiləri arasında qarşıdurma, hətta əvvəllər vəziyyətin sakit olduğu yerlərdə də qeydə alınıb.

Hadisənin detalları açıqlanmasa da, atışmaların miqyasının böyük olduğu bildirilir.

Bununla yanaşı, 4 qırğız hərbi qulluqçunun yaralandığı da iddia olunur.

Həmçinin Qırğızıstan tərəfi Tacikistanı sərhəddəki münaqişə zamanı tank və digər zirehli texnikadan istifadə etməkdə ittiham edib.

Tacikistanın Sərhəd Xidməti isə öz növbəsində Qırğızıstan tərəfinin hücum etdiyini iddia edir.

Rusiya daha 20 hərbçini Ukrayna əsirliyindən geri qaytardı

Rusiya daha 20 hərbçini Ukrayna əsirliyindən geri qaytardı

Rusiya Ukrayna əsirliyində olan daha 20 hərbi qulluqçunu geri qaytarıb.

YAZTV “TASS”a istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiyanın Müdafiə Nazirliyi yayıb. 

“Bu gün danışıqlar prosesinin nəticəsində Kiyev rejiminin nəzarətində olan ərazilərdən 20 rusiyalı hərbçi geri qaytarılıb”, - deyə məlumatda qeyd olunub.

Ərdoğanla Putin Ukrayna müharibəsini müzakirə ediblər

Ərdoğanla Putin Ukrayna müharibəsini müzakirə ediblər

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub. Telefon danışığında Rusiya-Ukrayna müharibəsi ilə bağlı son hadisələr müzakirə edilib.

Bu barədə Türkiyə mətbuatına istinadən xəbər verir.

Noyabrda başa çatacaq gübrə və taxıl ixracı mexanizminin uzadılmasının ortaq maraq olduğunu bildirən Türkiyə Prezidenti Rusiya gübrəsinin və taxıl məhsullarının fasiləsiz ixracı üzərində işlərin davam etdirildiyini bildirib.

Ərdoğan daha müsbət irəliləyişlərə yol açmaq üçün gərginliyin azaldılması istiqamətində addımların atılmasının lazım olduğunu, Rusiyadan bu prosesi asanlaşdıracaq addımlar atmasının gözlənildiyini bildirib.

Rusiya Prezidentindən danışıqlara şans verilməsini istəyən Ərdoğan bu prosesdə yardımçı rol oynamağa hazır olduqlarını qeyd edib.

Britaniya himninin sözləri dəyişəcək

Britaniya himninin sözləri dəyişəcək

Britaniyanın dövlət himninin sözləri “God Save the Queen”dən “God Save the King”ə dəyişəcək.

YAZTV” xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb. 

Həmçinin yeni sikkələr və əskinaslarda yeni kralın başı əks olunacaq. Köhnə sikkələr və əskinaslar tədricən dəyişdirilənə qədər dövriyyədə qalacaq.

Bundan əvvəl Böyük Britaniyanın Baş naziri Liz Trass anasının ölümündən sonra şahzadə Çarlzın Kral III Çarlz adını aldığını açıqlamışdı.