“Sülh çeşməsi” əməliyyatı keçirilən rayonda Türkiyə hərbçilərinə hücum edən terrorçular zərərsizləşdirilib

“Sülh çeşməsi” əməliyyatı keçirilən rayonda Türkiyə hərbçilərinə hücum edən terrorçular zərərsizləşdirilib

Türkiyə Silahlı Qüvvələri Suriya ərazisində terrorçulara növbəti dəfə ağır zərbə vurub.

YAZTV xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata qeyd olunub ki, Suriya ərazisində “Sülh çeşməsi” antiterror əməliyyatı keçirən birləşmələrə hücum edən PKK/YPG terrorçu dəstəsinin yeddi üzvü zərərsizləşdirilib. (AZƏRTAC)