Ukrayna və Rusiya arasında növbəti əsir mübadiləsi olub

Ukrayna və Rusiya arasında növbəti əsir mübadiləsi olub

Aprelin 1-də Ukraynanın Zaporojye vilayətində Rusiya ilə əsirlərin mübadiləsi aparılıb.

YAZTV UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Ofisinin rəhbər müavini Kirilo Timoşenko bildirib.

Onun sözlərinə görə, 15-i qadın olmaqla, 86 Ukrayna hərbçisi əsirlikdən azad edilib. Timoşenko həmçinin qeyd edib ki, azad edilmiş hərbçilər artıq təhlükəsiz yerdədirlər və hazırda onların həyatına heç bir təhlükə yoxdur.

Əsirlərin dəyişdirilməsinin təfərrüatı açıqlanmır.