ABŞ Prezidenti dünya müsəlmanlarını təbrik edib

ABŞ Prezidenti dünya müsəlmanlarını təbrik edib

ABŞ Prezidenti Cozef Bayden dünya müsəlmanlarını Ramazan ayının başlanması münasibətilə təbrik edib.

Bu barədə YAZTV dövlət başçısının tviter hesabına istinadən xəbər verir.

“Jil və mən Ramazan ayının əvvəli ilə əlaqədar Birləşmiş Ştatlarda və bütün dünyada yaşayan müsəlman icmalarına ən xoş arzularımızı çatdırırıq. Xalq Evindən öz evlərinizə, Sizə və yaxınlarınıza bərəkətli və tərəqqili bir ay arzulayırıq. Ramazan ayınız mübarək!”, - dövlət başçısı sosial şəbəkə hesabında yazıb.