Nigeriyada yol qəzasında 13 nəfər ölüb

Nigeriyada yol qəzasında 13 nəfər ölüb

Nigeriyanın şimal-qərbində baş vermiş yol qəzasında 13 nəfər həlak olub.

YAZTV-nin məlumatına görə, Ciqava ştatında sərnişin aparan yük maşını qəzaya uğrayıb.

Hadisə nəticəsində həmçinin 32 nəfər xəsarət alıb. 

Qeyd olunur ki, qəza sürücünün idarəetməni itirməsi nəticəsində baş verib. Hadisə ilə bağlı araşdırma aparılır.