ABŞ Senatı Ukraynaya milyard dollarlıq yardım paketini təsdiqləyib
Sənübər Qocayeva

ABŞ Senatı Ukraynaya ümumilikdə təxminən 40 milyard dollarlıq dəstəyi nəzərdə tutan genişmiqyaslı yardım paketini təsdiqləyib.
YAZTV xəbər verir ki, Senatın iclasını C-SPAN telekanalı yayımlayıb.
Layihə lazımi səs çoxluğunu toplayıb.
Sənəd imzalanması üçün ABŞ Prezidenti Cozef Baydenə göndəriləcək.
“Washington Post” yazır ki, Ukrayna İsrail və Misiri qabaqlayaraq, ABŞ-dan ən çox hərbi yardım alan ölkədir.