Zelenski: “Yeni güclü müdafiə yardımı gözləyirik"
Sənübər Qocayeva

“Ukraynanın dətəklənməsinə əlavə yardım haqqında qanunu imzaladığı üçün ABŞ Prezidenti Cozef Baydenə təşəkkür edirəm”.
YAZTV UNIAN-a istinadən xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski bu barədə tviter səhifəsində ABŞ Prezidenti Cozef Baydenin 40 milyard dollarlıq yardımla bağlı layihəni imzaladığı üçün ünvanladığı təşəkkürdə bildirib.
O qeyd edib ki, Rusiyaya qarşı mübarizədə ABŞ-ın liderliyi, Prezident Bayden və Amerkia xalqının Ukraynanı dəstəkləməsi çox vacibdir:
“Yeni güclü müdafiə yardımı gözləyirik. Bu gün o, heç vaxt olmadığı qədər lazımdır”.
Xatırladaq ki, mayın 21-də ABŞ Prezidenti Cozef Bayden Ukraynaya 40 milyard dollar yardım haqqında qanun layihəsini imzalayıb.