Ərdoğan finlandiyalı həmkarı ilə NATO-ya üzvlük məsələsini müzakirə edib

Ərdoğan finlandiyalı həmkarı ilə NATO-ya üzvlük məsələsini müzakirə edib

Türkiyə və Finlandiya prezidentləri Rəcəb Tayyib Ərdoğanla Sauli Niinistö arasında telefon danışığı olub.

YAZTV xəbər verir ki, bu barədə NTV telekanalı məlumat yayıb.

Liderlər Skandinaviya ölkəsinin NATO-ya üzvlüyü ilə bağlı fikir mübadiləsi aparıb.

Ərdoğan Niinistöyə deyib ki, terror təşkilatlarının təhlükəsinə məhəl qoymamaq NATO-nun ruhuna uyğun deyil.

Bundan əvvəl Ərdoğan İsveçin baş naziri Maqdalena Anderssonla telefonla danışıb və ölkəni terror təşkilatlarına dəstəyi dayandırmağa çağırıb.