Polşa Prezidenti Ukraynaya səfər edib

Polşa Prezidenti Ukraynaya səfər edib

Polşa Prezidenti Anjey Duda Ukraynaya səfər edib.

YAZTV xəbər verir ki, bu barədə respublika Prezidentinin rəsmi saytında məlumat verilib.

Bəyanatda qeyd olunur ki, Duda bazar günü, mayın 22-də Ali Radada çıxış etmək üçün Kiyevə gəlib.

Polşa Prezidentinin mətbuat xidməti əlavə edib ki, Duda müharibə başlayandan bu günə kimi Ukrayna parlamentində çıxış edən ilk xarici ölkə başçısı olacaq.