Türkiyə öz vətəndaşını BKS-ə göndərməyə hazırlaşır
Sənübər Qocayeva

Türkiyə vətəndaşını Beynəlxalq Kosmik Stansiyaya (BKS) göndərmək üçün hazırlıqlara başlayır.
YAZTV-nin məlumatına görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra bildirib.
“Türkiyə rəsmən milli kosmik proqram çərçivəsində vətəndaşımızın Beynəlxalq Kosmik Stansiyaya göndərilməsi prosesinə başlayır”, - dövlət başçısı vurğulayıb.