Fransada tarixinin ən böyük yanğınlarından biri davam edir

Fransada tarixinin ən böyük yanğınlarından biri davam edir

Fransanın Jironde bölgəsində iyulun 12-də başlayan və 14 min hektar meşə sahəsini əhatə edən yanğın hələ də nəzarət altına alınmayıb.

YAZTV xəbər verir ki, məlumatı “Le Parisien” yayıb.

Bildirilib ki, Fransanın cənub-qərbində yerləşən Hostens qəsəbəsi ətrafında şam meşəsində yanğın baş verib.

6 min hektar meşənin söndürülməsinə 500-dək yanğınsöndürən cəlb edilib.

Hadisə ilə əlaqədar 3 800 nəfər təxliyə edilib.