Thursday, 30 Mart 2023 10:01
Yeni Azərbaycan Televiziyası
Bakı
İstanbul
Moskva
Qırğızıstanda MDB ölkələrinin DİN rəhbərlərinin iclası keçiriləcək

Qırğızıstanda MDB ölkələrinin DİN rəhbərlərinin iclası keçiriləcək

Senyabrın 8-də Qırğız Respublikasının Çolpon-Ata şəhərində MDB ölkələrinin Daxili İşlər Nazirliyinin rəhbərlərinin iclası keçiriləcək.

YAZTV xarici KİV-ə istinadən xəbər verir ki, iclasda Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya, Tacikistan və Özbəkistanın daxili işlər nazirləri iştirak edəcək.

Onlar Birlik ölkələrində cinayətkarlıqla mübarizə üzrə birgə tədbirləri müzakirə edəcəklər.

Tədbirdə Azərbaycanı DİN başçısı Vilayət Eyvazovun təmsil edəcəyi gözlənilir.

Əfqanıstanda partlayış baş verib

Əfqanıstanda partlayış baş verib

Əfqanıstanın paytaxtı Kabilin şimalında yerləşən Kotali Hairhon bölgəsində partlayış baş verib.

YAZTV xəbər verir ki, bu barədə “Aamaj News” məlumat yayıb.

Qeyd edilib ki, hələlik zərərçəkənlər barədə məlumat yoxdur.

Partlayış ABŞ qoşunlarının və onların müttəfiqlərinin Əfqanıstandan tamamilə çıxarılmasının ildönümünün qeyd olunması fonunda baş verib.

Rusiya XİN ikitərəfli komissiyanın görüşü ilə bağlı məlumat yaydı

Rusiya XİN ikitərəfli komissiyanın görüşü ilə bağlı məlumat yaydı

Moskvada Rusiyanın məşvərətçi yardımı ilə Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası və onun sonradan demarkasiyası üzrə ikitərəfli komissiyanın iclası keçirilib.

YAZTV xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) yaydığı məlumatda deyilir.

Bildirilib ki, görüşdə Azərbaycan baş nazirinin müavini Şahin Mustafayev, Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan və Rusiya baş nazirinin müavini Aleksey Overçuk iştirak ediblər.

“Görüşdən əvvəl Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə dövlət komissiyası və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi üzrə Komissiya yaradılıb. Eləcə də bu il mayın 24-də iki ölkənin sərhədində Azərbaycan və Ermənistan nümayəndə heyətlərinin ilk görüşü keçirilib.

Rusiya nümayəndə heyəti Azərbaycan və Ermənistan nümayəndə heyətləri arasında iki ölkə arasında dövlət sərhədinin delimitasiyası, sərhəd zonasında sabitlik və təhlükəsizliyin səviyyəsinin artırılması ilə bağlı aparılan danışıqlarda bundan sonra da məsləhət və texniki yardım göstərməyə hazır olduğunu bildirib. Yeni görüşün tarixləri diplomatik kanallar vasitəsilə əlavə olaraq razılaşdırılacaq”, - deyə Rusiya XİN-in yaydığı bəyanatda qeyd olunub.

Almaniyanın müdafiə naziri: “Ukraynaya silah yardımı daha mümkün deyil”

Almaniyanın müdafiə naziri: “Ukraynaya silah yardımı daha mümkün deyil”

"Müdafiə naziri kimi etiraf etməliyəm ki, Almaniya Silahlı Qüvvələri (Bundesver) Ukraynanı silahla təmin edə bilməmək həddinə çatıb".

YAZTV xəbər verir ki, bunu Almaniyanın müdafiə naziri Kristin Lambrext deyib.

Lambrext bununla yanaşı vurğulayıb ki, milli müdafiəni təhlükəyə atmadan Ukraynaya gələcəkdə silah yardımı etmək mümkün olmayacaq.

Nazirin sözlərinə görə, Almaniya Silahlı Qüvvələrinin ehtiyatlarından Ukraynaya Rusiyaya qarşı müdafiə üçün silah yardımı edilir. Lakin Lambrext yardımların davam edəcəyi təqdirdə “Almaniya Silahlı Qüvvələrinin milli və müttəfiqlik müdafiəsinə zəmanət verməkdə problemlər ola biləcəyini” diqqətə çatdırıb.

Ukrayna Baş Qərargahı Rusiyanın itkilərini açıqlayıb

Ukrayna Baş Qərargahı Rusiyanın itkilərini açıqlayıb

“Ötən sutka ərzində Ukraynada Rusiya ordusunun daha 350 hərbçisi məhv edilib”.

YAZTV xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, bununla da müharibə başlayandan bəri Rusiyanın canlı qüvvə itkilərinin sayı 47 900-ə çatıb.

Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 1 974 tank, 4 312 zirehli döyüş maşını, 1091 artilleriya sistemi, 285 reaktiv yaylım atəşi sistemi, 152 hava hücumundan müdafiə sistemi, 234 təyyarə, 204 helikopter, 849 PUA, 196 qanadlı raket, 15 gəmi, 3 236 avtomobil texnikası və avtosistern, 103 xüsusi texnikadan ibarətdir.

Erməni general Qarabağdan İrəvana gedərkən saxlanıldı

Erməni general Qarabağdan İrəvana gedərkən saxlanıldı

Qarabağdakı separatçı rejimin keçmiş “rəhbəri” Arayik Arutyunyanın “baş müşavir”i vəzifəsini icra etmş Mikael Arzumanyan saxlanılıb.

YAZTV “Politik.am” saytına istinadən xəbər verir ki, qondarma rejimin sabiq “komandan”ı olan Arzumanyan Ermənistan İstintaq Komitəsinin Hərbi İdarəsinin göstərişi əsasında Qarabağdan İrəvana gedərkən saxlanılıb.

M. Arzumanyanın saxlanılmasının səbəbi hələ ki açıqlanmayıb.

Qazaxıstanda zavodda qaz partlayışı baş verdi

Qazaxıstanda zavodda qaz partlayışı baş verdi

Qazaxıstanın Almatı şəhəri yaxınlığında istilik izolyasiya lövhələri istehsalı zavodunda qaz partlayışı baş verib. Hadisə nəticəsində bir nəfər ölüb, beş nəfər xəstəxanaya yerləşdirilib.

YAZTV xəbər verir ki, bu barədə Qazaxıstanın Almatı vilayətinin Fövqəladə Hallar Departamentinin mətbuat xidməti bildirib.

 Məlumata əsasən, partlayış nəticəsində zavodun örtüyü yanıb, dam örtüyü və divarı uçub.

"Hadisə nəticəsində 1 nəfər ölüb, 5 nəfər isə orta dərəcəli bədən xəsarətləri alıb. Yanğın saat 10:35-də lokallaşdırılıb, saat 10:50-də söndürülüb", - deyə qeyd olunub.

Çe Qevaranın oğlu vəfat etdi

Çe Qevaranın oğlu vəfat etdi

Kuba inqilabının liderlərindən olan Çe Qevaranın oğlu Kamilo Qevara dünyasını dəyişib.

YAZTV xarici KİV-ə istinadən xəbər verir ki, 60 yaşlı Kamilo Qevaranın ölüm xəbərini Kuba Prezidenti Migel Diaz-Kanel açıqlayıb.

Bildirilib ki, Kamilo Qevara Venesuelaya səfəri zamanı təyyarədə ürək tutmasından dünyasını dəyişib.

Bayraqdar "Texnofest Qaradəniz"in açılış mərasimində

Bayraqdar "Texnofest Qaradəniz"in açılış mərasimində

Bu gün Türkiyənin Samsun şəhərində işə başlamış və sentyabrın 4-nə qədər davam edəcək "Texnofest Qaradəniz" Aerokosmik və Texnologiya Festivalının rəsmi açılış mərasimi keçirilib.

YAZTV xəbər verir ki, mərasimdə “TEXNOFEST” İdarə Heyətinin və T3 Fondu Qəyyumlar Şurasının sədri Səlcuq Bayraqdar çıxış edib.

 

O, tədbir təşkil edilməsinə dəstək verən şəxslərə təşəkkür edib. Daha sonra söz Samsunun bələdiyyə sədrinə və valisinə verilib.

Xatırladaq ki, "Texnofest Qaradəniz"də Azərbaycan da iştirak edir.

Türkiyənin səhiyyə naziri koronavirusa yoluxub

Türkiyənin səhiyyə naziri koronavirusa yoluxub

Türkiyənin səhiyyə naziri Fahrettin Koca koronavirusa yoluxub.

YAZTV xəbər verir ki, bunu Fahrettin Koca tviter səhifəsində bildirib.

"Beş gün əvvəl COVID-19 testim müsbət çıxdı. Epidemiya ilə mübarizə qədər vacib hesab etdiyim işi onlayn görüşlərlə davam etdirirəm. Tezliklə dostlarım arasında olacağam", - nazir qeyd edib.

Bu ölkədə meymunçiçəyindən ilk ölüm hadisəsi qeydə alındı

Bu ölkədə meymunçiçəyindən ilk ölüm hadisəsi qeydə alındı

ABŞ-ın Texas ştatının rəhbərliyi meymunçiçəyi xəstəliyindən əziyyət çəkən bir nəfərin ilk ölüm faktı barədə məlumat yayıb.

YAZTV-nin məlumatına görə, ölən şəxs Harris qraflığının immun çatışmazlığı olan qoca sakinidir.

"İş meymun çiçəyinin ölümdə hansı rol oynadığını müəyyən etmək üçün araşdırılır", - idarənin açıqlamasında deyilir.

Qeyd edək ki, bu, ABŞ-da meymunçiçəyindən ilk ölüm hadisəsidir. 

Bayraqdar "Texnofest Qaradəniz"in açılış mərasimində

Bayraqdar "Texnofest Qaradəniz"in açılış mərasimində

Bu gün Türkiyənin Samsun şəhərində işə başlamış və sentyabrın 4-nə qədər davam edəcək "Texnofest Qaradəniz" Aerokosmik və Texnologiya Festivalının rəsmi açılış mərasimi keçirilib.

YAZTV xəbər verir ki, mərasimdə “TEXNOFEST” İdarə Heyətinin və T3 Fondu Qəyyumlar Şurasının sədri Səlcuq Bayraqdar çıxış edib.

 

O, tədbir təşkil edilməsinə dəstək verən şəxslərə təşəkkür edib. Daha sonra söz Samsunun bələdiyyə sədrinə və valisinə verilib.

Xatırladaq ki, "Texnofest Qaradəniz"də Azərbaycan da iştirak edir.