Thursday, 30 Mart 2023 09:01
Yeni Azərbaycan Televiziyası
Bakı
İstanbul
Moskva
Türkiyədə avtobus aşıb, 30 nəfər xəsarət alıb

Türkiyədə ağır yol qəzası olub.

YAZTV “TRT Haber” saytına istinadla xəbər verir ki, Ankaradan Sinop istiqamətində hərəkət edən sərnişin avtobusu Kastamonuda sürücünün idarəetməni itirməsi nəticəsində qarşı zolağa keçərək aşıb. Hadisə nəticəsində 30 nəfər yaralanıb.

Malatyada 4,9 bal gücündə zəlzələ baş verib

Malatyanın Yeşilyurt rayonunda 4,9 bal gücündə zəlzələ baş verib.

YAZTV xəbər verir ki, bu barədə Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Bildirilib ki, Malatyanın Yeşilyurt rayonunda yerli vaxtla saat 19:29-da 4,9 bal gücündə zəlzələ baş verib. Zəlzələnin 7 kilometr dərinlikdə baş verdiyi müəyyən edilib.

Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub. Həmçinin Türkiyədə bir həftəlik matəm elan edilib.

Türkiyədə zəlzələ: 5434 nəfər həlak olub, 31 mindən çox insan yaralanıb

Türkiyədə zəlzələ qurbanlarının sayı 5434 nəfərə çatıb, 31 min 777 nəfər xəsarət alıb.

YAZTV xəbər verir ki, bu barədə məlumat Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) tərəfindən yayılıb.

20:53

Türkiyədə zəlzələ qurbanlarının sayı 4544 nəfərə çatıb, 26 min 721 nəfər xəsarət alıb.

Qeyd edək ki, 8 mindən çox insan dağıntılar altından xilas edilib.

20:04

Türkiyədə zəlzələ qurbanlarının sayı 3703 nəfərə çatıb, 22 min 286 nəfər xəsarət alıb.

YAZTV Anadolu agentliyinə istinadla xəbər verir ki, bu barədə məlumat Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) tərəfindən yayılıb.

Qeyd edək ki, fevralın 6-da baş vermiş dağıdıcı zəlzələ Türkiyənin 10 vilayətində 13,5 milyon insana təsir göstərib. Zəlzələ bölgəsinə 65 ölkədən yardımlar göndərilib. İlk kömək əlini uzadan Azərbaycan olub.

16:07

Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 3549 nəfərə, yaralananların sayı 22 min 168 nəfərə çatıb.

YAZTV TRT telekanalına istinadla xəbər verir ki, zəlzələnin fəsadları barədə son məlumatı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlayıb.

On vilayətdə üç aylıq fövqəladə vəziyyət elan olunub

Dövlət başçısı bildirib ki, zəlzələnin təsirinə məruz qalmış 10 vilayətdə üç aylıq fövqəladə vəziyyət rejimi elan olunub. Axtarış-xilasetmə işlərinə 53 min 317 xilasedici, polis əməkdaşı və hərbçi, minə yaxın təcili yardım maşını, 5 min tibb işçisi cəlb edilib. Zəlzələ bölgəsində dərslərə fevralın 20-dək ara verilib.

Rəcəb Tayyib Ərdoğan Türkiyənin dünyada bənzəri olmayan zəlzələ ilə üz-üzə qaldığını vurğulayıb və vətəndaşları AFAD hesablarına ianə etməyə çağırıb.

13:00

Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 3419 nəfərə, yaralananların sayı 20 min 534 nəfərə çatıb, 5 min 775 bina çöküb.

YAZTV xəbər verir ki, bu rəqəmləri Türkiyə prezidentinin köməkçisi Fuat Oktay TRT telekanalında açıqlayıb. Onun sözlərinə görə, hazırda zəlzələdən zərər çəkən 10 vilayətdə 12 min 181 xilasedici fəaliyyət göstərir. Digər ölkələrdən 3 min 294 xilasedici gəlib. İndiyə qədər dağıntılar altından 8 mindən çox insan sağ çıxarılıb.

Zəlzələ bölgəsində axtarış-xilasetmə işləri tam gücü ilə davam edir.

10:56

Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 3381 nəfərə, yaralananların sayı 20 min 426 nəfərə çatıb.

YAZTV TRT telekanalına istinadla xəbər verir ki, yeni rəqəmləri Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) nümayəndəsi Orhan Tatar açıqlayıb. Onun sözlərinə görə, 10 vilayətdə ümumilikdə 5 min 775 bina çöküb.

Qeyd edək ki, fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Fevralın 7-də Adıyaman şəhərinin Gölbaşı rayonunda 5,3 bal gücündə daha bir zəlzələ olub.

ABŞ səfirliyi Rusiyada terror təhlükəsi barədə xəbərdarlıq edib

ABŞ səfirliyi Rusiyada terror təhlükəsi barədə xəbərdarlıq edib.

YAZTV TASS informasiya agentliyinə istinadla xəbər verir ki, ABŞ-ın Rusiyadakı səfirliyi amerikalıları ölkəni dərhal tərk etməyə çağırıb.

Xəbərdarlığın mətnində qeyd edilir ki, ABŞ vətəndaşları Ukraynadakı münaqişənin “gözlənilməz nəticələrinə görə” Rusiyaya səfərlərdən çəkinməlidirlər. Rusiya Federasiyasında yaşayan və ya səyahət edən amerikalılar isə “saxlanma riski” səbəbindən dərhal ölkəni tərk etməlidirlər”.

Səfirlik bildirir ki, Rusiya tərəfi “ABŞ vətəndaşlarının ikili vətəndaşlığın tanınmasını inkar edə, onları konsulluq yardımından məhrum edə, səfərbər edə, ölkəni tərk etmələrinin qarşısını ala və/və ya hərbi xidmətə çağıra bilər”.

Ötən il sentyabrın 28-də də ABŞ səfirliyi analoji xəbərdarlıqla öz vətəndaşlarını Rusiyanı tərk etməyə çağırmışdı.

Türkiyədə dağıdıcı zəlzələ nəticəsində ölənlərin sayı 29 min 605-ə çatıb

Türkiyədə baş verən dağıdıcı zəlzələ nəticəsində ölənlərin sayı 29 min 605-ə çatıb. Bölgədə olan 147 min 934 nəfər təxliyə edilib.

YAZTV xəbər verir ki, bu barədə Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Bildirilib ki, fevralın 6-da baş verən dəhşətli zəlzələlərdən sonra indiyədək, ümumilikdə, 2412 yeraltı təkan qeydə alınıb.

Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub. Həmçinin Türkiyədə bir həftəlik matəm elan edilib.

Türkiyədə zəlzələ: 4544 nəfər həlak olub, 26 mindən çox insan yaralanıb

Türkiyədə zəlzələ: 4544 nəfər həlak olub, 26 mindən çox insan yaralanıb

Türkiyədə zəlzələ qurbanlarının sayı 4544 nəfərə çatıb, 26 min 721 nəfər xəsarət alıb.

YAZTV xəbər verir ki, bu barədə məlumat Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) tərəfindən yayılıb.

Qeyd edək ki, 8 mindən çox insan dağıntılar altından xilas edilib.

20:04

Türkiyədə zəlzələ qurbanlarının sayı 3703 nəfərə çatıb, 22 min 286 nəfər xəsarət alıb.

YAZTV Anadolu agentliyinə istinadla xəbər verir ki, bu barədə məlumat Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) tərəfindən yayılıb.

Qeyd edək ki, fevralın 6-da baş vermiş dağıdıcı zəlzələ Türkiyənin 10 vilayətində 13,5 milyon insana təsir göstərib. Zəlzələ bölgəsinə 65 ölkədən yardımlar göndərilib. İlk kömək əlini uzadan Azərbaycan olub.

16:07

Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 3549 nəfərə, yaralananların sayı 22 min 168 nəfərə çatıb.

YAZTV TRT telekanalına istinadla xəbər verir ki, zəlzələnin fəsadları barədə son məlumatı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlayıb.

On vilayətdə üç aylıq fövqəladə vəziyyət elan olunub

Dövlət başçısı bildirib ki, zəlzələnin təsirinə məruz qalmış 10 vilayətdə üç aylıq fövqəladə vəziyyət rejimi elan olunub. Axtarış-xilasetmə işlərinə 53 min 317 xilasedici, polis əməkdaşı və hərbçi, minə yaxın təcili yardım maşını, 5 min tibb işçisi cəlb edilib. Zəlzələ bölgəsində dərslərə fevralın 20-dək ara verilib.

Rəcəb Tayyib Ərdoğan Türkiyənin dünyada bənzəri olmayan zəlzələ ilə üz-üzə qaldığını vurğulayıb və vətəndaşları AFAD hesablarına ianə etməyə çağırıb.

13:00

Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 3419 nəfərə, yaralananların sayı 20 min 534 nəfərə çatıb, 5 min 775 bina çöküb.

YAZTV xəbər verir ki, bu rəqəmləri Türkiyə prezidentinin köməkçisi Fuat Oktay TRT telekanalında açıqlayıb. Onun sözlərinə görə, hazırda zəlzələdən zərər çəkən 10 vilayətdə 12 min 181 xilasedici fəaliyyət göstərir. Digər ölkələrdən 3 min 294 xilasedici gəlib. İndiyə qədər dağıntılar altından 8 mindən çox insan sağ çıxarılıb.

Zəlzələ bölgəsində axtarış-xilasetmə işləri tam gücü ilə davam edir.

10:56

Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 3381 nəfərə, yaralananların sayı 20 min 426 nəfərə çatıb.

YAZTV  TRT telekanalına istinadla xəbər verir ki, yeni rəqəmləri Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) nümayəndəsi Orhan Tatar açıqlayıb. Onun sözlərinə görə, 10 vilayətdə ümumilikdə 5 min 775 bina çöküb.

Qeyd edək ki, fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Fevralın 7-də Adıyaman şəhərinin Gölbaşı rayonunda 5,3 bal gücündə daha bir zəlzələ olub.

Suriyada zəlzələ nəticəsində ölənlərin sayı 8500-ə çatıb

Suriyada zəlzələ nəticəsində ölənlərin sayı 8 min 500-ə çatıb.

YAZTV xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının Şərqi Aralıq dənizi regionunda fövqəladə hallar üzrə direktoru Rik Brennan məlumat verib.

“Hələlik dəqiq rəqəm söyləmək çətindir, çünki say hər gün artmaqdadır və biz dəqiq məlumat gözləyirik. Bizdə olan məlumata əsasən, Suriya hökumətinin nəzarətində olan ərazidə 4 minə yaxın insan həlak olub, 25 min nəfər yaralanıb. Suriyanın şimal-qərbində isə 4500 ölü, 7500 yaralı qeydə alınıb”, - deyə Brennan bildirib.

Çinin hava məkanında naməlum uçan obyekt aşkarlanıb

Çinin Jiçjao şəhərinin (Şandun əyaləti) suları yaxınlığında hava məkanında naməlum uçan obyekt aşkar edilib. Bu barədə Qingdao Dəniz İşləri Departamenti məlumat yayıb.

YAZTV “Global Times”a istinadla xəbər verir ki, “Jiçjao sularında naməlum uçan obyekt aşkar edilib və onun endirilməsinə hazırlıq gedir”.

Ərazidə olan balıqçı qayıqlarına müvafiq xəbərdarlıq edilərək, diqqətli olmaları tapşırılıb. Hadisənin digər təfərrüatları barədə hələ ki, məlumat verilmir.

Rusiya xilasediciləri Türkiyə və Suriyaya yola düşüblər

Rusiya Türkiyə və Suriyanın zəlzələndən əziyyət çəkən bölgələrinə yardım məqsədilə xilasedicilər qrupu göndərib.

YAZTV “interfax.ru”ya istinadla xəbər verir ki, göyərtəsində xilasedicilərin olduğu Rusiya Fövqəladə Hallar Nazirliyinə məxsus təyyarə bu məqsədlə “Jukovski” hava limanından Türkiyə və Suriyaya uçub.

“İnterfaks”ın müxbirinin verdiyi məlumata görə, üç təyyarə Türkiyəyə (Adana), biri isə Suriyaya gedib.

İsrail hərbçiləri Misir sərhədində 14,2 milyon dollar dəyərində narkotik ələ keçirib

İsrail hərbçiləri Misirdən böyük narkotik qaçaqmalçılığı cəhdinin qarşısını alıblar.

YAZTV xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, fevralın 5-də hərbçilər Yoav regional briqadasının məsuliyyət zonasında Misirdən İsrail ərazisinə narkotik keçirməyə cəhd edən üç şübhəli şəxsi aşkarlayıblar. Hadisə yerinə gələn hərbçilər polislə birlikdə qaçaqmalçılıq cəhdinin qarşısını alıb, şübhəliləri saxlayıb və təqribən 50 milyon şekel (təxminən 14,2 milyon dollar) dəyərində 120 kiloqram narkotik vasitə müsadirə ediblər.

Türkiyədə zəlzələ qurbanlarının sayı 5894 nəfərə çatıb

Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 5894 nəfərə, yaralananların sayı isə 34 min 810 nəfərə çatıb.

YAZTV xəbər verir ki, bu barədə Türkiyənin Vitse-prezident Fuad Oktay canlı yayımda bildirib.

Xatırladaq ki, Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Fevralın 7-də Adıyaman şəhərinin Gölbaşı rayonunda 5,3 bal gücündə daha bir zəlzələ olub.

Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub.

Türkiyədə yeddigünlük milli matəm elan edilib

Türkiyədə güclü zəlzələlər nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar yeddigünlük milli matəm elan olunub.

YAZTV xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tviter hesabında etdiyi paylaşımda məlumat verib.

“Fevralın 6-da ölkəmizdə baş vermiş zəlzələlərlə əlaqədar yeddigünlük milli matəm elan edilib. Bayrağımız fevralın 12-də gün batana qədər ölkəmizin bütün ərazisində və xaricdəki nümayəndəliklərimizdə yarıya qədər endiriləcək”, - deyə Türkiyə Prezidenti qeyd edib.