Tuesday, 05 İyul 2022 10:48
Yeni Azərbaycan Televiziyası
Bakı
İstanbul
Moskva
Gürcüstan XİN başçısı Türkiyə səfiri ilə vida görüşü keçirib

Gürcüstan XİN başçısı Türkiyə səfiri ilə vida görüşü keçirib

Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili Türkiyənin bu ölkədəki səfiri Fatma Ceren Yazqanla vida görüşü keçirib.

YAZTV xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.

Tərəflər iki ölkə arasında strateji tərəfdaşlığı qeyd edərək həm ikitərəfli, həm də çoxtərəfli formatlarda uğurla inkişaf edən mövcud münasibətlərin artan dinamikasından məmnunluq ifadə ediblər.

Görüşdə ikitərəfli gündəlikdə duran aktual məsələlər və münasibətlərin gələcək inkişaf perspektivləri müzakirə olunub. Sahələrarası əməkdaşlığın bundan sonra da dərinləşdirilməsi və yüksək səviyyədə qarşılıqlı səfərlərin mübadiləsinin əhəmiyyəti də vurğulanıb.

Regiondakı vəziyyəti də nəzərdən keçirən tərəflər bölgənin gələcək inkişafı üçün sülh və sabitliyin önəmini qeyd ediblər.

XİN başçısı səfirə Gürcüstan-Türkiyə münasibətlərinin inkişafına verdiyi əhəmiyyətli töhfəyə görə təşəkkür edərək ona gələcək fəaliyyətində uğurlar diləyib.

Qeyd edək ki, F.C.Yazqan 2017-ci ildən Türkiyənin Gürcüstandakı səfiri olub. Onun yerinə bu ilin aprelində Ali Kaan Orbay təyinat alıb.

Britaniya patriarx Kirilli sanksiya siyahısına daxil etdi

Britaniya patriarx Kirilli sanksiya siyahısına daxil etdi

Böyük Britaniya Moskvanın və bütün Rusiyanın patriarxı Kirilli sanksiya siyahısına daxil edib.

YAZTV” Rusiya mediasına istinadən xəbər verir ki, patriarx Kirill Rusiya-Ukrayna münaqişəsinə dair öz mövqeyinə görə sanksiya siyahısına daxil edilib.

Bolqarıstanda inflyasiya rekord həddə çatıb

Bolqarıstanda inflyasiya rekord həddə çatıb

Bolqarıstanda son 24 ilin rekord inflyasiyası qeydə alınıb.

YAZTV” xəbər verir ki, bu barədə ölkənin Milli Statistika İnstitutu məlumat yayıb.

Bildirilib ki, may ayında bu göstərici illik müqayisədə 15,6 % təşkil edib ki, bu da inflyasiyanın 18 % olduğu 1998-ci ildən bəri baş verməyib.

Qeyd olunub ki, may ayında ən çox qiymət artımı - 3,2% nəqliyyatın payına düşüb. Restoran və hotellər qiymətləri 2 % qaldırıb. Ev üçün mallar 1,6 % bahalaşıb.

Ərzaq məhsulları arasında ən çox bahalaşan kartofun qiymətidir - 14 %. Çörək və balığın qiyməti isə müvafiq olaraq 9,4 %və 8,2 % bahalaşıb. Benzinin qiyməti 7,4 %, dizel yanacağının qiyməti isə 5,1 % artıb.

Eyni zamanda xiyar (25,5%), pomidor (9,7%) və bibər (18,8%) ucuzlaşıb.

Makron: "Ukraynaya Aİ üzvlüyünə namizəd statusunun verilməsini dəstəkləyirik"

Makron: "Ukraynaya Aİ üzvlüyünə namizəd statusunun verilməsini dəstəkləyirik"

Fransa, Almaniya, Rumıniya və İtaliya Ukraynaya Avropa İttifaqı (Aİ) üzvlüyünə namizəd statusunun verilməsini dəstəkləyir.

YAZTV UNİAN-a istinadən xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron Ukrayna Prezidenti Volodimir Zelenski, İtaliyanın Baş naziri Mario Draqi, Rumıniya Prezidenti Klaus İohannis və Almaniya kansleri Olaf Şoltsun iştirakı ilə keçirilən birgə brifinqdə deyib.

“Biz Ukraynanın Avropa ailəsinin bir hissəsi olduğunu təsdiqləmək istəyirik”, - Makron bildirib.

Onun sözlərinə görə, iyunun 23-24-də Avropa Şurası Ukraynanın statusu ilə bağlı qərar verəcək.

Makron əlavə edib ki, Aİ-yə üzvlük prosesi bir qədər vaxt aparacaq, lakin bu gün konkret fəaliyyətə ehtiyac var.

“Koçaryan və Sarkisyan Qarabağı Azərbaycan ərazisi kimi tanıyıb”

“Koçaryan və Sarkisyan Qarabağı Azərbaycan ərazisi kimi tanıyıb”

“Ermənistanın keçmiş Prezidentləri Robert Koçaryan və Serj Sarkisyan Qarabağı Azərbaycanın ərazisi kimi tanıyıb”.

YAZTV “Armenpress”ə istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, 1998-ci il noyabrın 25-i Ermənistanın o dövrdəki rəhbərliyi ATƏT-in Minsk Qrupunun “vahid dövlət” adlandırılan təklifi əsasında danışıqlar aparmağa razılıq verib.

Sözügedən sənəddə isə, Qarabağın Azərbaycanla birlikdə onun beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində vahid dövlət təşkil etdiyi qeyd olunub. 

Ağ Ev Ukrayna üçün 1 milyard dollarlıq yeni silah paketini elan edəcək

Ağ Ev Ukrayna üçün 1 milyard dollarlıq yeni silah paketini elan edəcək

Ağ Ev Ukraynaya təxminən 1 milyard dollarlıq yeni silah yardımı elan edəcək.

YAZTV xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Yeni paketə gəmi əleyhinə raket sistemləri, MLRS üçün əlavə raketlər və M777 haubitsaları üçün mərmilər daxil olacaq.

UNİAN-ın daha əvvəl xəbər verdiyi kimi, Ukraynanın müdafiə naziri Aleksiy Reznikov bu gün NATO-ya üzv ölkələrin müdafiə nazirləri qarşısında çıxış edəcək və Brüsseldə Reznikov Ukraynanın lazımi silahların alınması ilə bağlı təcili ehtiyaclarını səsləndirəcək.

Nazir, həmçinin Ukrayna üzrə Əlaqələrə Dəstək Qrupunun (“Ramşteyn-3” adlanan) iclasında iştirak edəcək.

Fransa Ukraynaya daha altı özüyeriyən artilleriya qurğusu verəcək

Fransa Ukraynaya daha altı özüyeriyən artilleriya qurğusu verəcək

Fransa Ukraynaya daha altı özüyeriyən artilleriya qurğusu verəcək.

YAZTV “RBC-Ukraina”ya istinadən xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron ukraynalı həmkarı Volodimir Zelenski ilə görüşündən sonra bildirib.

"Artıq təhvil verilmiş 12 "Sezar"dan əlavə, daha altı belə qurğu təqdim etmək qərarına gəldim", - Makron deyib.

“Azərbaycanda pandemiya ən aşağı səviyyəyə enib”

“Azərbaycanda pandemiya ən aşağı səviyyəyə enib”

"Azərbaycanda pandemiya ən aşağı səviyyəyə enib və yoluxma halları da çox azdır”.

YAZTV” xəbər verir ki, bu sözləri Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus “Qlobal dünya nizamına təhdidlər” mövzusunda Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında bildirib.

Bütün ölkələri səhiyyə sistemlərini yenidən qurmağa çağıran ÜST-nin rəhbəri deyib: “Biz təbii şəkildə ortaya çıxan xəstəliklərə daim hazır olmalıyıq. Prezident İlham Əliyevin sözlərinə dəstək olaraq, beynəlxalq müqavimət üzərində işləmək lazımdır”.

Bolqarıstanın sabiq prezidenti: “Azərbaycanın inkişafı ilə bağlı planlar heyranlıq doğurur”

Bolqarıstanın sabiq prezidenti: “Azərbaycanın inkişafı ilə bağlı planlar heyranlıq doğurur”

“Azərbaycanın bir neçə illik inkişaf planları var və bu planlar heyranlıq doğurur”.

YAZTV xəbər verir ki, bunu Bolqarıstanın sabiq prezidenti Rosen Plevneliyev IX Qlobal Bakı Forumunun başlanmasına həsr olunmuş mətbuat konfransında deyib.

"İrəliləmək üçün müəyyən inkişaf planına malik olmaq lazımdır və Azərbaycanın belə bir planı var. Bu plana bərpa olunan enerji mənbələrindən istifadə də daxildir", - o deyib.

Onun sözlərinə görə, Azərbaycan Avropaya tədarükün artırılması imkanları ilə bağlı digər ölkələrlə inteqrasiya edir.

Plevneliyev Ukraynadakı vəziyyətə də toxunaraq bildirib ki, bu müharibəyə son qoymağın yalnız 1 yolu var və bu yol dayanıqlı sülh müqaviləsinin imzalanmasıdır. O qeyd edib ki, forum çərçivəsində bir araya gələnlər bu prosesə necə töhfə verə biləcəklərini müzakirə edəcəklər.

Paşinyan Ermənistan millisinin qarşısına gülünc vəzifə qoyub

Paşinyan Ermənistan millisinin qarşısına gülünc vəzifə qoyub

Ermənistanın baş naziri Nikol Paşinyan futbol üzrə milli komandanın qarşısına gülünc vəzifə qoyub.

YAZTV xəbər verir ki, o, yığmadan 2050-ci ilədək dünya və ya Avropa çempionu olmasını tələb edib.

Paşinyan bu fikri UEFA prezidenti Aleksander Çeferin və FIFA rəhbəri Canni İnfantino ilə görüşündə səsləndirib.

Qeyd edək ki, Ermənistan millisi hazırda FIFA reytinqində 92-ci sırada qərarlaşıb.

Ermənistan İranla birgə kulinariya festivalı keçirəcək

Ermənistan İranla birgə kulinariya festivalı keçirəcək

Ermənistan və İran ilk birgə kulinariya festivalının keçirilməsi barədə razılığa gəlib.

YAZTV “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə məlumatı festivalın təşkilatçılarından biri olan Sedrak Mamulyan açıqlayıb.

Onun sözlərinə görə, tədbir bu il avqustun 10-11-i Zəngəzur vilayətinin Sisian şəhərində keçiriləcək.

Bildirilir ki, belə bir festivalın keçirilməsi ideyası Ermənistan tərəfinə məxsusdur.

Gürcüstanda meymunçiçəyinə ilk yoluxma qeydə alınıb

Gürcüstanda meymunçiçəyinə ilk yoluxma qeydə alınıb

Gürcüstanda meymunçiçəyi virusuna ilk yoluxma halı təsdiqlənib.

YAZTV xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.

Qeyd olunub ki, yoluxan şəxs virusu yüngül formada keçirib və müvafiq müalicədən sonra evə yazılıb. Onun Avropaya səfər tarixçəsi var və təmasda olduğu şəxslər də həmçinin nəzarətdə saxlanılıb.

Milli Mərkəz meymunçiçəyinə yoluxma ilə bağlı bütün şübhəli hallar üzrə araşdırmaları davam etdirəcəyini açıqlayıb.